Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-2/2022 01.04.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, ölmüş iddiaçı X4 hüquqi varisi İddiaçı, Vəkil, cavabdehlər X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızının iştirakı ilə, ölmüş iddiaçı X4 hüquqi varisi İddiaçı cavabdehlər X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, X6 300 manat kompensasiya ödənilməklə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 kompensasiya ödənilmədən Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli mənzildən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X12 iddianı onunla əsaslandırmışdır ki, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi mülkiyyətindədir. Mülkiyyətində olan mənzildə cavabdehlər X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 və qeyriləri pasport qeydiyyatındadır. Culfa Rayon Məhkəməsinin 2-32/2000 nömrəli, 11 avqust 2000-ci il tarixli qətnaməsi ilə X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşayış və istifadə hüququ verilmişdir. X11 Cavabdeh1 ilə mülkiyyətində olan mənzildə, Cavabdeh4 13 ildən çoxdur ailə qurmuş, ər evində, Cavabdeh3 10 ildən artıqdır ki, ailə qurmuş, ər edində, Cavabdeh2 8 ildir ki, ailə qurmuş, ər evində yaşayır. Mülkiyyətində olan mənzildən onların istifadə etməsini və yaşamasını əsaslı hesab edəcək heç bir hal mövcud deyildir. Mülkiyyətində olan mənzildə cavabdehlərin yaşayış və istifadə hüququnun olması, həmin evdə qeydiyyatda olmaları mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur. 09 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili Vəkil məhkəməyə təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, X12 24 iyun 2021-ci il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 06 iyul 2021-ci il tarixdə, 129 nömrə ilə qeydiyyata alınmışdır. Culfa Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı X4 hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Culfa rayon dövlət notariat ofisinin notariusu tərəfindən 01 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, 24 iyun 2021-ci il tarixdə ölmüş X4 vərəsəsi İddiaçıdır, o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göstərilənlərə əsasən məhkəmə mülki iş üzrə icraatı təzələmiş, ölmüş iddiaçı X7 onun hüquqi varisi İddiaçı ilə əvəz etmişdir. Ölmüş iddiaçı T.Piriyevanın hüquqi varisi İddiaçı iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, T.Piriyeva onun anasıdır. Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi anasının mülkiyyətində olmuşdur. Anasının ölümündən sonra mirası qəbul etmiş, vərəsəlik hüququ haqqında şəhadətnamə almış, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququ 21 yanvar 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Culfa Rayon Məhkəməsinin 2-32/2000 nömrəli, 11 avqust 2000-ci il tarixli qətnaməsi ilə X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə yaşayış hüququ verilmişdir. Cavabdeh1 mülkiyyətində mənzil var, həmçinin ailə qurub, ər evinə köçüb. Cavabdeh4 13 ildən çoxdur ki, ailə qurub, ər evində yaşayır. Cavabdeh3 10 ildən çoxdur ki, ailə qurub, ər evində yaşayır. Cavabdeh2 8 ildir ki, ailə qurub, ər evində yaşayır. Cavabdeh Narınc Həşimova iki ildən çoxdur ki, qızı Günayla birlikdə yaşayır. Cavabdehlər Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar və həmin evdə yaşamırlar. Ölmüş iddiaçı T.Piriyevanın hüquqi varisi İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdeh N.Həşimova mülkiyyətində olan iki otaqlı evin bir otağının qapısını bağlamış, otaqda istifadəyə yararsız olan əşyalar var, antisanitariya şəraiti yaranmışdır. Cavabdehlərin Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən, onun mülkiyyətində olan 22 nömrəli fərdi yaşayış evində formal olaraq istifadə hüququnun qalması, həmin evdə qeydiyyatda olmaları mülkiyyətçi olaraq onun hüquqlarını pozur. İşləmir, qazancı yoxdur. Cavabdehə təxminən üç il kirayədə yaşaması üçün 1800 manat məbləğində kömpensasiya ödəyə bilər, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının hüquqi varisinin vəkili Vəkil iddianın əsaslı olduğunu bildirmiş, X6 1800 manat məbləğində kompensasiya ödənilməklə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 kompensasiya ödənilmədən Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 npömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X11 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, 1983-cü ildə İddiaçıın qardaşı Ramazanla ailə qurmuş, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Əri Ramazan 2004-cü ildə ölmüşdür. Culfa Rayon Məhkəməsinin 2-32/2000 nömrəli, 11 avqust 2000-ci il tarixli qətnaməsi ilə ona və qızları Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşayış hüququ verilmişdir. Özü 2020-ci ilin mart ayınadək mübahisəli evdə yaşamış, həmin tarixdən qızı Günaya məxsus evdə yaşayır. Mübahisəli evdə tək yaşaması, qızlarından birinin ailəsi ilə birlikdə həmin evdə yaşaması mümkün deyil. Qızı Gülnar 2008-ci ildə, Elnar 2009-cu ildə, Qumral 2012-ci ildə ailə qurmuş, həmin tarixlərdən ər evində, qızı Günay isə 2020-ci ildən aldığı evdə yaşayır. Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşamaq üçün şərait olmasa da, həmin evdə yaşamaq istəyir. Yaşamaq hüququna 1800 manat kompensasiya verilməklə xitam verilməsinə razı deyil. Normal yaşaması üçün evə sahib olmalıdır. Ona görə də ev alması üçün iddiaçı tərəfindən 10000 manat pul verilərsə yaşayış hüququna xitam verilməsinə razı olar. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 Ramzan qızı izahatında bildirmişdir ki, 1984-cü ildə doğulmuş, 2008-ci ilədək Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşamış, 2008-ci ildə ailə qurmuş, ər evinə köçmüşdür. 2012-ci ilədək ərinin valideynlərinə məxsus evdə yaşamış, 2012-ci ildən sonra kirayə evdə yaşayır. 14 ildir ki, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşamır. Mülkiyyətində mənzil yoxdur. Ailəsi ilə həmin evdə yaşaması mümkün deyil. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 zahatında bildirmişdir ki, 1987-ci ildə doğulmuş, 2009-ci ilədək Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşamış, 2009-ci ildə ailə qurmuş, ər evinə köçmüş, ər evində yaşayır. 13 ildir ki, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşamır. Mülkiyyətində mənzil yoxdur. Ailəsi ilə həmin evdə yaşaması mümkün deyil. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, 1995-ci ildə doğulmuş, 2020-ci ilədək Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşamış, 2020-ci ildə ünvan 1 ünvanında yerləşən mənzili əldə etmiş, həmin mənzilə köşmüş, anası ilə həmin mənzildə yaşamışdır. 22 iyul 2021-ci il tarixdə ailə qurmuş, ər evinə köçmüş, ər evində yaşayır. Ailəsi ilə həmin evdə yaşaması mümkün deyil. Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına etiraz etmir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmi, ərizə ilə məhkəməyə müraciət etmiş, ərinə məxsus olan evdə yaşadığını, pasport qeydiyyatında olan ünvandan qeydiyyatdan çıxarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 0072151 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi X4 mülkiyyətindədir (qeydiyyat nömrəsi **********). Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, X12 24 iyun 2021-ci il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 06 iyul 2021-ci il tarixdə, 129 nömrə ilə qeyd edilmişdir. Culfa rayon dövlət notariat ofisinin notariusu tərəfindən 01 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, 24 iyun 2021-ci il tarixldə ölmüş X4 vərəsəsi İddiaçıdır, o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir (qeydiyyat nömrəsi **********). Culfa Rayon Məhkəməsinin 2-32/2000 nömrəli, 11 avqust 2000-ci il tarixli qətnaməsinin surətində görünür ki, X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 8 nömrəli (indiki 22 nömrəli) fərdi yaşayış evində yaşayış hüququ verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin Culfa rayon idarəsindən verilmiş 02/20 nömrəli, 23 fevral 2022-ci il tarxli məktubda qeyd edilmişdir ki, Culfa şəhərində ünvan reyestrinin dəqiqləşməsi aparılmış, ünvan 2 ünvanı olmuşdur. ünvan 3rəli, 28 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin orta aylıq kirayə haqqı 50 manat məbləğindədir. Məhkəmə ölmüş iddiaçının hüquqi varisinin, vəkilin, cavabdehlərin izahatlarını dinləyib, sübutları araşdırıb, topalanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X6 1800 manat məbləğində kompensasiya ödənilməklə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilmədən Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşayış və istifadə hüququna xitam verilməlidir. İddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı T.Piriyeva cavabdeh N.Həşimovanın qayınanası, digər cavabdehlərin nənəsidir. Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi T.Piriyevanın mülkiyyətində olmuş, T.Piriyeva 24 iyun 2021-ci il tarixdə ölmüş, vərəsə İddiaçı mirası qəbul etmiş, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ 24 yanvar 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Culfa Rayon Məhkəməsinin 2-32/2000 nömrəli, 11 avqust 2000-ci il tarixli qətnaməsi ilə X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 8 (indiki 22 nömrəli) nömrəli fərdi yaşayış evindən yaşayış hüququ verilmişdir. Mərhum T.Piriyeva N.Həşimovaya 300 manat kompensasiya verilməklə, digər cavabdehlərə kompensasiya verilmədən, ölmüş iddiaçının hüquqi varisi İddiaçı isə cavabdeh N.Həşimovaya 1800 manat kompensasiya verilməklə, digər cavabdehlərə kompensasiya verilmədən Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində olan yaşayış və istifadə hüququna xitam verilməsini tələb etmiş, lakin cavabdeh iddiaçının hüquqi varisindən ev alması üçün 10000 manat kompensasiya tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016- cı il tarixli Qərarında qeyd edilmişdir ki, “ .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. Konstitusiya Məhkəməsinin bu mövqeyinə uyğun olaraq Culfa rayon Dövlət notariat ofisinin Culfa şəhəri M.Əsgəroğlu küçəsində yerləşən fərdi yaşayış evləri və mənzillərin orta aylıq kirayə haqqının 50 manat olması ilə bağlı məlumatına əsasən, bazar qiymətinə uyğun olaraq iddiaçının hüquqi varisinə 1800 manat, yəni N.Həşimovaya üç illik kirayə haqqı məbləğində kompensasiya verilməsi təklif edilmiş, iddiaçının hüquqi varisi bununla razılaşmış, lakin cavabdeh 10000 manat kompensasiya məbləği tələb etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Buna görə də iddiaçının hüquqi varisinin razılığı nəzərə alınmış, mülki işə bu kompensasiya məbləği çərçivəsində baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna məhkəmə qaydasında mülkiyyətçinin könüllü iradəsi əsasında və tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının hüquqi varisi İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi, cavabdehlər isə həmin evdə istifadə hüququna malik olduqlarından, iddiaçının hüquqi varisinin mübahisəli fərdi yaşayış evininin mülkiyyətçisi kimi, həmin evdən istifadə hüququna malik olan cavabdeh N.Həşimovaya kompensasiya verməklə, digər cavabdehlərə kompensasiya verilmədin istifadə hüququna xitam verilməsini tələb etmək hüququna malikdir. O da nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarı ilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Yəni iddianın təmin və ya rədd edilməsi məsələsi mübahisəli mənzilin qiyməti ilə əlaqəli deyildir və mənzilin qiyməti heç bir halda kompensasiya məbləğinin müəyyən edilməsi üçün meyar olaraq qəbul edilə bilməz. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh Narınc Həşimovanın ev alması üçün yalnız 10000 manat kompensasiya qarşılığında hüquqlarına xitam verilməsinə razılıq verəcəyi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarında ifadə olunmuş hüquqi mövqe baxımından yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İddiaçının hüquqi varisinin, cavabdehin izahatından müəyyən edilmişdir ki, cavabdeh N.Həşimova mübahisəli evin bir otağında iki ildən çoxdur ki, yaşamır, otaq yaşamaq üçün tam yararsız haldadır. Həmçinin notariat ofisinin məktubunda qeyd edilmişdir ki, M.Əsgəroğlu küçəsində yerləşən mənzil və fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 50 manatdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh N.Həşimovanın mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qarşılığında ona 1800 manat məbləğində kompensasiyanın ödənilməsi mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Bu isə təklif olunan 1800 manat kompensasiya məbləği ilə uzun, ağlabatan, üç il müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas verir. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, N.Həşimova iki ildən çoxdur ki, mübahisəli evdə yaşamır, bildirdiyinə görə həmin evdə tək yaşaması mümkün deyil. Məhkəmə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 kompensasiya ödənilmədən Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli mənzildən yaşayış və istifadə hüququna xitam verilməsi barədə iddiaçının tələbinə gəldikdə belə hesab edir ki, həmin hissədə iddianın təmin edilməməsi aşağıda qeyd edilənlərə əsasən qanuni və əsaslıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, Culfa Rayon Məhkəməsinin 2-32/2000 nömrəli, 11 avqust 2000-ci il tarixli qətnaməsi ilə X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 8 (indiki 22 nömrəli) nömrəli fərdi yaşayış evində yaşayış hüququ verilmişdir. Mərhum T.Piriyeva Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 kompensasiya verilmədən Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində olan yaşayış və istifadə hüququna xitam verilməsini tələb etmiş, tələbini onunla əsalandırmışdır ki, Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli mənzil mülkiyyətindədir. Cavabdeh1 mülkiyyətində mənzili var. Cavabdeh4 13 ildən çoxdur ailə qurmuş, ər evində, Cavabdeh3 10 ildən artıqdır ki, ailə qurmuş, ər edində, X3 8 ildir ki, ailə qurmuş, ər evində yaşayır. Onların mülkiyyətində olan mənzildən istifadə hüququnun qalmasını əsaslı hesab edəcək heç bir hal mövcud deyildir. Cavabdehlərin mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları, mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Cavabdeh4 2008-ci ildən, Cavabdeh3 2009-cu ildən, Cavabdeh1 Ramzan qızı 2020-ci ildən, Cavabdeh2 2012-ci ildən Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 8 (indiki 22 nömrəli) nömrəli fərdi yaşayış evində yaşamırlar. Cavabdehlər qeyd edilən tarixlərdə ailə qurmuş, ər evində yaşayırlar. Həmçinin Cavabdeh1 mülkiyyətində mənzil vardır. Məhkəmə qeyd edilənlərdən belə nəticəyə gəlir ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşayış və istifadə hüququnun əldə edilməsi üçün əsas aradan qalxdığından, həmin fərdi yaşayış evində yaşayış və istifadə hüququna xitam verilməlidir. Belə ki, Culfa Rayon Məhkəməsinin 2-32/2000 nömrəli, 11 avqust 2000-ci il tarixli qətnaməsində qeyd edilənlərdən müəyyən olunur ki, cavabdeh Narınc X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmiş, 01 oktyabr 2009-cu il tarxədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən N.Həşimovaya dörd uşağı ilə birlikdə mübahisəli evdə yaşayış hüququ verilmişdir. 01 oktyabr 2009-cu il tarxədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin qeyd edilən normalarına əsasən 11 avqust 2000-ci il tarixdə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə valideynləri ilə birlikdə köçürülmüş, cavabdehlər həmin ünvanda yaşamaqla yetkinlik yaşına çatmış, ailə qurmuş və ər evinə köçmüş, istifadə hüququnun əldə edilməsi üçün əsas aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, təmin edilməlidir. Mənzil Məcəlləsinin 53-cü maddəsinin dördüncü abzasında da qeyd edilmişdir ki, həddi-büluğa çatmış ailə üzvləri icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Ramzan qızı və Cavabdeh2 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evində yaşayış və istifadə hüququna xitam verilməli, X5 yaşayış və istifadə hüququna kompensasiyanın ödənildiyi gündən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi X4 hüquqi varisi İddiaçı X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilsin. X6 1800 manat məbləğində kompensasiya verilməklə Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Culfa şəhəri, Məhərrəm Əsgəroğlu küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilsin. X5 yaşayış və istifadə hüququna kompensasiyanın ödənildiyi gündən, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 yaşayış və istifadə hüququna qətnamə qanuni qüvvəyə mindiyi gündən xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-2/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-2/2022
01.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver