Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-210/2025 24.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi və Culfa rayon İH başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, = MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 24 aprel 2007-ci il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X10 onun qızıdır. X6 24 aprel 2007-ci il tarixdə doğulmuşdur. X16 anadangəlmə psixi qüsurlu olduğuna görə öz hərəkətlərinin mənasını anlaya və müstəqil olaraq hərəkətlərini idarə edə bilmir, həmçinin qızı özü yeriyə bilmir, danışmır. Qızı Duyqu psixi qüsurlu olduğuna, öz hərəkətlərini idarə edə bilmədiyinə görə daim xüsusi qayğıya və nəzarətə ehtiyacı var. Qızının qayğısına özü qalır, bütün lazımi ehtiyaclarını o qarşılayır. Qızına xəstəliyi ilə əlaqədar birinci dərəcəli əlillik vəsiqəsi verilmişdir. Qızının adına olan müvafiq sənədləşmə işlərini onun adından həyata keçirə bilməsi üçün fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini istəyir. Başqa hər hansı məqsədi yoxdur. Qızının mülkiyyətində hər hansı əmlak yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X5 izahatında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 rəyini, yəni 24 aprel 2007-ci il tarixdə doğulmuş X7 öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmamasını nərərə alır və D.Behbudovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin D.Behbudovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 798772 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 24 aprel 2007-ci il tarixdə doğulmuş, atası X11, anası Ərizəçidır. 21 may 2025-ci il tarixli, 298 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. 02 iyun 2025-ci il tarixli arayışdan görünür ki, 2007-ci il təvəllüdlü X10 02 iyun 2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 ambulator şəraitdə müayinə olunmuş və onda “Dərin əqli gerilik” diaqnozu aşkar edilmişdir. İş materiallarında olan 024773 nömrəli vəsiqədən görünür ki, X10 ümumi xəstəlikdən əlildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, D.Behbudovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 24 aprel 2007-ci il tarixdə Culfa şəhərində anadan olmuş X8 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2(089)-210/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X2 29 iyul 2025-ci il tarixli, 359 saylı rəyində qeyd edilmişdir ki, X8 “Dərin əqli gerilik” psixi xəstəliyi vardır. Həmin şəxs öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X7 anası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 24 aprel 2007-ci il tarixdə Culfa şəhərində doğulmuş X10 Ərizəçi qızıdır. X8 “Dərin əqli gerilik” psixi xəstəliyi vardır. X10 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 24 aprel 2007-ci il tarixdə Culfa şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 aprel 2007-ci il tarixdə Culfa şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-210/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-210/2025
24.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver