Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-211/2024 11.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X12, X20 və Cavabdeh4 qarşı miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, X3ndan miras qalmış 2007-ci il buraxılışlı, ağ rəngli, Vaz 21214 minik markalı, ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsidən payının müəyyən edilməsi, payın bütün miras kütləsinə şamil olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, X3 11 dekabr 2020-ci il tarixdə, X4 isə 28 oktyabr 2011-ci il tarixdə ölmüşdür. Onların 18 oktyabr 1980-cı il tarixdə bağlanmış nikahlarından 4 uşaqları doğulmuşdur (İddiaçı, Aslanova (Seyidova) Gülnar Heydərəli qızı, Özləm (Seyidova) Gülnarə Heydərəli qızı və Cavabdeh3). X4 28 oktyabr 2011-ci il tarixdə öldükdən sonra X3 14 iyun 2013-cü il tarixdə Cavabdeh4 ilə ailə qurmuş, nikahları rəsmləşdirilmişdir. Atası H.Seyidov 11 dekabr 2020-ci il tarixdə öldükdən 3-4 gün sonra Cavabdeh4 atasının evinə getmişdir. Mərhum atası H.Seyidov öldükdən sonra onun mülkiyyətində olan 2007-ci il buraxılışlı, ağ rəngli, VAZ 21214 minik markalı, ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Atasının ölümündən sonra miras qalmış VAZ 21214 minik markalı, ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki nasazlıqlarını aradan qaldırmış, Teyvaz kəndi daxilində idarə etmiş, nəqliyyat vasitəsini miras əmlak kimi qəbul etmiş, nəqliyyat vasitəsinə sahiblənmiş, nəqliyyat vasitəsi hazırda da onun istifadəsindədir. Bacıları Aslanova (Seyidova) Gülnar Heydərəli qızı, Özləm (Seyidova) Gülnarə Heydərəli qızı və qardaşı Cavabdeh3 miras əmlakın qəbulundan imtina barədə notarial qaydada ərizə vermişlər. Mərhum atasının ikinci arvadı Cavabdeh4 digər vərəsələr kimi sözügedən miras əmlakla bağlı fikrini bildirməmiş, xüsusi icraat qaydasında “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh4 iş üzrə maraqlı şəxs qismində işə cəlb edilmiş, tələbə etiraz etmiş, Culfa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(089)-116/2024 saylı qərardadı ilə iş baxılmamış saxlanılmış, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Miras əmlakı faktiki olaraq qəbul etdiyindən adına rəsmiləşdirmək istəmiş, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün 18 dekabr 2023-cü il tarixdə Culfa rayon Notariat Ofisinə müraciət etmiş, Culfa rayon Notariat Ofisinin 10 yanvar 2024cü il tarixli, 05 nömrəli məktubunda mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkli Vəkil iddinın əsaslı olduğunu bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, 02 avqust 1983-cü il tarixdə doğulmuşdur. X3, anası X10r. Atası H.Seyidov 11 dekabr 2020-ci il tarixdə ölmüş, atasının ölümündən sonra 2007-ci il buraxılışlı, ağ rəngli, Vaz 21214 minik markalı, ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Atasının ölümündən sonra nəqliyyat vasitəsini qardaşı Asif Seydiov istifadə etmiş, mirası qəbul etmişdir. Nəqliyyat vasitəsi hazırda da qardaşı Asifin istifadəsindədir. Özü mirası qəbul etməmiş, mirasdan istifadə etməmiş, vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat ofisinə müraciət etməmişdir. İddianın təmin edilməsinə etiraz etmir. 27 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, 29 avqust 1987-ci il tarixdə doğulmuşdur. X3, anası X10r. Atası H.Seyidov 11 dekabr 2020-ci il tarixdə ölmüş, atasının ölümündən sonra 2007-ci il buraxılışlı, ağ rəngli, Vaz 21214 minik markalı, ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Atasının ölümündən sonra nəqliyyat vasitəsini qardaşı Asif Seydiov istifadə etmiş, mirası qəbul etmişdir. Nəqliyyat vasitəsi hazırda da qardaşı Asifin istifadəsindədir. Özü mirası qəbul etməmiş, mirasdan istifadə etməmiş, vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat ofisinə müraciət etməmişdir. İddianın təmin edilməsinə etiraz etmir. 27 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh X12 iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, xx xxxxxx 1985-ci il tarixdə doğulmuşdur. X3, anası X10r. Atası H.Seyidov 11 dekabr 2020-ci il tarixdə ölmüş, atasının ölümündən sonra 2007-ci il buraxılışlı, ağ rəngli, Vaz 21214 minik markalı, ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Atasının ölümündən sonra nəqliyyat vasitəsini qardaşı Asif Seydiov istifadə etmiş, mirası qəbul etmişdir. Nəqliyyat vasitəsi hazırda da qardaşı Asifin istifadəsindədir. Özü mirası qəbul etməmiş, mirasdan istifadə etməmiş, vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat ofisinə müraciət etməmişdir. İddianın təmin edilməsinə etiraz etmir. 27 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının təklifi ilə şahid qismində ifadə vermiş X21 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Teyvaz kəndində yaşayır, Culfa Yol-Təmir Tikinti MMC-də yol ustası vəzifəsində işləyir, həmçinin Teyvaz kənd bələdiyyəsinin sədridir. X1 2020-ci ilin dekabr ayında ölmüş, ondan ağ rəngli, Vaz 21214 minik markalı, ** BE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. H.Seyidovun ölümündən sonra həmin nəqliyyat vasitəsindən kənd ərazisində oğlu İddiaçı idarə etməsinin dəfələrlə şahidi olmuşdur. Həmçinin H.Seyidovun ölümündən 4-5 gün sonra arvadı Cavabdeh4 onun iştirakı ilə tərtib edilmiş akt əsasında ev əşyalarını H.Seyidovla birlikdə yaşadıqları evdən çıxarmış və atasının evinə aparmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh4 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 11 dekabr 2020-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 15 dekabr 2020-ci il tarixdə 145 nömrə ilə qeyd edilmişdir. AD067992 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** BE *** dövlət qeydiyyat nömrəli, VAZ 21214 minik markalı, ağ rəngli, 2007 buraxılış ili (mühərrik nömrəsi 8602615, ban nömrəsi XTA **********2653) olan nəqliyyat vasitəsinin sahibi X8r. Culfa rayon İH-nin Teyvaz kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 82 nömrəli, 07 noyabr 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X7 vərəsələri atası X18 (ölüb), anası X22 (ölüb), arvadı X16 (ölüb), arvadı Cavabdeh4, oğlu İddiaçı, qızı Cavabdeh1, qızı X12, oğlu X17r. Cavabdeh1 tərəfindən 17 noyabr 2023-cü il tarixdə yazılmış, 8i-3582 reyestr nömrəsi ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, “bildirirəm ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş miras qoyan atam X5 qalmış miras əmlakdan mənə çatan Qanun üzrə vərəsəlik payını qəbul etməmişəm, miras əmlaka sahiblik etməmişəm, onun idarəçiliyində iştirak etməmişəm və idarəçilik etməyə başlamamışam. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişəm. Hazırkı ərizənin mətni mənim sözlərimlə tərtib edildi və tərəfimdən oxundu. Notariat hərəkətlərinin aparılması barədə mənim hüquq və vəzifələrim mənə notarius tərəfindən izah edildi və mənə aydındır”. X20 tərəfindən 15 noyabr 2023-cü il tarixdə yazılmış, 8i-2963 reyestr nömrəsi ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, “yazıb bildirirəm ki, atam X13 xx.xx.2020-ci il tarixində ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atamın ölümündən sonra mirasın nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm”. X12 tərəfindən 17 noyabr 2023-cü il tarixdə yazılmış, 8i-3581 reyestr nömrəsi ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, “bildirirəm ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş miras qoyan atam X5 qalmış miras əmlakdan mənə çatan Qanun üzrə vərəsəlik payını qəbul etməmişəm, miras əmlaka sahiblik etməmişəm, onun idarəçiliyində iştirak etməmişəm və idarəçilik etməyə başlamamışam. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişəm. Hazırkı ərizənin mətni mənim sözlərimlə tərtib edildi və tərəfimdən oxundu. Notariat hərəkətlərinin aparılması barədə mənim hüquq və vəzifələrim mənə notarius tərəfindən izah edildi və mənə aydındır”. 276871 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1981-ci il tarixdə doğulmuş, atası X14, anası X11r. 606831 nömrəıi nikah akt qeydindən çıxarışdan görünür ki, X13 və Cavabdeh4 arasında nikah 14 iyun 2013-cü il tarixdə bağlanmış, akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. İddiaçı nümayəndəsi, vəkli Vəkil ərizəsinə cavab olaraq Culfa rayon notariat ofisinin notariusunun 05 nömrəli, 10 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “İddiaçı mərhum X3nun ölümündən sonra miras qalmış Universal tipli, 2007-ci il buraxılışlı, VAZ 21214 minik, 72- BE- 495 qeydiyyat nişanlı nəqliyyat vaistəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfinizdən Culfa rayon Notariat Ofisinə müraciət daxil olmuşdur. Ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamədə mərhumun xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Lakin lazımı sənədlər tam şəkildə təqdim olunmadığından və eləcədə vərəsələr arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığından aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz xahiş olunur”. Məhkəmə iddiaçının, işdə iştirak edən cavabdehlərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 11 dekabr 2020ci il tarixdə ölmüş, ölümündən sonra mülkiyyətində olan ** BE *** dövlət qeydiyyat nömrəli, VAZ 21214 minik markalı, ağ rəngli, 2007 buraxılış ili (mühərrik nömrəsi 8602615, ban nömrəsi XTA **********2653) olan nəqliyyat vasitəsi miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Araşdırma zamanı müəyyən edilmişdir ki, H.Seyidov öldükdən sonra İddiaçı sözügedən miras əmlakdan istifadə etmiş, mirası idarə etmiş, mirasdan imtina etməmişdir. Onun miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı miras açıldıqdan sonra miras əmlakdan istifadə etmişdir ki, bu hallar da iddiaçının, məhkəmə iclasında iştirak etmiş cavabdehlərin, şahidin izahatı və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 11 dekabr 2020-ci il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum H.Seyidov 2020-ci ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum H.Seyidovdan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhumun oğlu İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Odur ki, İddiaçı ** BE *** dövlət qeydiyyat nömrəli, VAZ 21214 minik markalı, ağ rəngli, 2007 buraxılış ili (mühərrik nömrəsi 8602615, ban nömrəsi XTA **********2653) olan nəqliyyat vasitəsindən payı müəyyən edilməlidir. Qəbul edilmiş miras əmlak qüvvədə olan Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə miras əmlakdan iddiaçının payının müəyyən edilməsi ilə bağlı tələbə münasibətdə bildirir ki, iddiaçı mirası tamamilə qəbul etdiyindən, onın miras əmlakda payı tam müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırmas zamanı müəyyən edilmişdir ki, iddiaçı H.Seyidovdan qalmış mirası faktiki olaraq qəbul etmiş, digər vərəsələr mirası qəbul etmələri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Yuxarıda göstərilənlərə əsasən Məhəkəmə belə nəticəyə gəlir ki, A.X2 2020-ci ildə öldükdən sonra rəsmi olaraq qanunla müəyyən olunmuş qaydada mirası qəbul etməmiş, lakin həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 11 dekabr 2020-ci il tarixdə ölmüş X5 qalmış miras əmlakı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 21214 minik markalı, ağ rəngli, buraxılış ili 2007 (mühərrik nömrəsi 8602615, ban nömrəsi XTA **********2653) olan nəqliyyat vasitəsini İddiaçı qəbul etdiyindən miras əmlakda payı tam hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-211/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-211/2024
11.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver