Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-232/2023 20.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs birgə nikahdan 27 noyabr 2020-ci il tarxdə doğulmuş X8 və 01 yanvar 2022-ci il tarixdə doğulmuş X1 üçün ailiment öhdəliyinə dair X3 bağlanmış 24 oktyabr 2022-ci il tarixli, 1/M-1027 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, Maraqlı şəxs ilə 2019-cu ilin mart ayında ailə qurmuşlar. Birgə nikahlarından 27 noyabr 2020-ci il tarxdə X8 və 01yanvar 2022-ci il tarixdə X7 doğulmuşdur. Maraqlı şəxs uşaqların saxlanılması üçün ona maddi köməklik göstərməmiş, aliment tələbi ilə məhkəməyə müraciət etməsi üçün əvvəlcə mediasiya Təşkilatına müraciət etmişdir. Medasiya Təşkilatında uşaqların saxlanılması üçün aralarında razılıq əldə edilmiş, 24 oktyabr 2022-ci il tarixli, 1/M-1027 nömrəli barızıq sazişi bağlanmış, Maraqlı şəxs 27 noyabr 2020-ci il tarxdə doğulmuş X8 və 01 yanvar 2022-ci il tarixdə doğulmuş X1 üçün 2022-ci ilin oktyabr ayından başalayaraq hər ay 370 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxsla aralarında barışıq sazişi bağlansa da o, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, uşaqların saxlanılması üçün alimenti ödəməmişdir. Maraqlı şəxs, atası, anası uşaqlarla maraqlanmır. Uşaqları necə saxlaması onlar üçün maraqlı deyil. Uşaqları valideynlərinin maddi köməkliyi ilə saxlayır. Maraqlı şəxs 3700 manat aliment borcu vardır. Barışıq sazişinin təsdiq edilməsini, uşaqların saxlanılması üçün hər ay 370 manat məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir . Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında 24 oktyabr 2022-ci il tarixdə bağlanmış 1/M-1027 nömrəli barızıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün hər ay 370 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs hər ay iki uşağın saxlanılması üçün 370 manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandığı andan 10 gün ərzində sazişin şərtlərini icra etməmiş, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında 24 oktyabr 2022-ci il tarixdə bağlanmış 1/M-1027 nömrəli barızıq sazişində Maraqlı şəxs hər ay iki uşağın saxlanılması üçün 370 manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında 24 oktyabr 2022-ci il tarixdə bağlanmış 1/M-1027 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Maraqlı şəxs birgə nikahdan 27 noyabr 2020-ci il tarixdə doğulmuş X8 və 01 yanvar 2022-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi hər ay 370 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. Tərəflər alimentin hər ayın 30-dan gec olmayaraq Ərizəçi təqdim edəcəyi kart hesabı vasitəsilə ödənilməsi, ilk aliment ödənişinin oktyabr ayından başlanması barədə razılığa gəlirlər. Maraqlı şəxs 27 noyabr 2020-ci il tarixdə doğulmuş X8 və 01 yanvar 2022-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 370 manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması 01 oktyabr 2022-ci il tarixdən hesablansın Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-232/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-232/2023
20.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver