Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-25/2025 15.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi, Ərizəçi və Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 23 aprel 2002-ci il tarixdə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X12 onun oğludur. X8 23 aprel 2002-ci il tarixdə doğulmuşdur. X19 anadangəlmə psixi qüsurlu olduğuna görə öz hərəkətlərinin mənasını anlaya və müstəqil olaraq hərəkətlərini idarə edə bilmir. Oğlu Nurlan psixi qüsurlu olduğuna, öz hərəkətlərini idarə edə bilmədiyinə görə daim xüsusi qayğıya və nəzarətə ehtiyacı var. Oğluna özü baxır, onunla birlikdə yaşayır. X17 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi verilmiş, dövlət tərəfindən sosial müavinət təyin edilmişdir ki, həmin müavinət plastik kart vasitəsilə ödənilir. Oğlunun adına olan müvafiq plastik kartı ala bilməsi üçün, həmçinin onun adından qanunvericiklə müəyyən edilmiş digər hərəkətləri edə bilməsi üçün X19ın fəaliyyət qabiliyyəti olamayan hesab edilməsi gərəkdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Culfa rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X7 izahatında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X4 rəyini, yəni 23 aprel 2002-ci il tarixdə doğulmuş X9 öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmamasını nərərə alır və N.Əliyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin N.Əliyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1976cı il tarixdə doğulmuşdur. 207256 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 23 aprel 2002-ci il tarixdə doğulmuş, atası X14, anası Ərizəçidır. 26 sentyabr 2024-cü il tarixli, 1517 və 1518 nömrəli arayışlardan görünür ki, Ərizəçi və X3 şəhəri, H.Əliyev prospekti ev 22, mənzil 7 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar. Y.Budaqov adına Naxçıvan MR X2 verilmiş 26 sentyabr 2024-cü il tarixli, 1712 nömrəli arayışdan görünür ki, X12 26 fevral 2020-ci il tarixdən “Anadangəlmə əqli gerilik. Ağır imbesillik səviyyəsində. Sol tərəfli hemiparez. Psixopatabənzər davranışla” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X5 qeydiyyatda dayanır. İş materiallarında olan 024819 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, X12 İ qrup üzrə ümumi səbəbdən əlildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, N.Əliyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 23 aprel 2002-ci tarixdə Culfa şəhərində anadan olmuş X10 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(089)-333/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X4 16 dekabr 2024-cü il tarixli, 525 saylı rəyində qeyd edilmişdir ki, X10 “Ağır əqli gerilik” psixi xəstəliyi vardır. Həmin şəxs öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X9 anası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 23 aprel 2002-ci il tarixdə Culfa şəhərində doğulmuş X12 Ərizəçi oğludur. X10 “Ağır əqli gerilik” psixi xəstəliyi vardır. X12 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 23 aprel 2002-ci il tarixdə Culfa şəhərində doğulmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 aprel 2002-ci il tarixdə Culfa şəhərində doğulmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-25/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-25/2025
15.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver