Məhkəmə qərarları › İş №2(089)-29/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-29/2024

23.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-29/2024 23.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının və mirasdan payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 01 may 2022-ci il tarixdə ölmüş əri X4 miras qalmış Culfa şəhəri, H.Əliyev prospekti ev 41 ünvanında yerləşən 23 nömrəli mənzilin onun tərəfindən qəbul edilməsi faktının və miras əmlakdan ona çatan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X10 ilə 28 mart 2016-cı il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından uşaqları doğulmamışdır. X10 01 may 2022-ci il tarixdə ölmüşdür. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzili almışlar. Mənzilə H.Fərəcovun mülkiyyət hüququ ********** nömrə ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Hazırda həmin mənzildə qeydiyyatdadır. X5 ölümündən sonra, yas mərasimi bitdikdən sonra H.Fərəcovun övladları həmin mənzilin açarlarını ondan almış, həmin mənzili satacaqlarını və ona çatası pulu verəcəklərini bildirmişlər. Mirasın qəbulu ilə bağlı müddəti üzrlü səbəbdən buraxmışdır. xx.xx.2023-cü il tarixdə Culfa rayon notariat ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmiş, qanunla müəyyən olunmuş mirasın qəbulu müddəti buraxıldığından məhkəməyə müraciət etməsi bildirilmişdir. X5 vərəsələri özü, oğlanları Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və qızı Cavabdeh1dır. H.Fərəcovun sağlığında övladları ailə qurmuş, mənzildən köçmüşlər, başqa ünvanlarda yaşayırlar. Mənzildə yalnız özü və H.Fərəcov yaşamışdır. H.Fərəcovun ölümündən sonra isə mənzildə özü yaşamışdır. Həmçinin X1 27 aprel 2017-ci il tarixdə vəsiyyətnamə tərtib etmiş, miras əmlakı ona vəsiyyət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, Q.Quliyevə məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasınında iddiaçının nümayəndəsi iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı və mərhum X10 ilə 28 mart 2016-cı il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından uşaqları doğulmamışdır. X10 01 may 2022-ci il tarixdə ölmüşdür. Tərəflər birgə nikahda olduqları müddətdə, 27 mart 2017-ci il tarixdə Culfa şəhəri, H.Əliyev prospekti, ev 41 ünvanında yerləşən 23 nömrəli mənzilə H.Fərəcovun mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı həmin mənzildə qeydiyyatdadır. İddiaçının bildirdiyinə görə X5 yas mərasimi bitdikdən sonra H.Fərəcovun övladları həmin mənzilin açarlarını ondan almış, həmin mənzili satacaqlarını və ona çatası pulu verəcəklərini bildirmişlər. İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmişdir. Lakin H.Zeynalovun ölümündən sonra, yas mərasimi başa çatanadək mübahisəli mənzildə yaşamqla mirası qəbul etmişdir. İddiaçı öz iradəsindən asılı olmayan səbəblərdən miras əmlak olan mənzildən çıxmış, hazırda da Naxçıvan şəhərində kirayə evdə yaşayır. Həmçinin X1 27 aprel 2017-ci il tarixdə vəsiyyətnamə tərtib etmiş, miras əmlakı iddiaçıya vəsiyyət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Culfa rayon notariat ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmiş, şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 izahatında bildirmişdir ki, 01 avqust 1974-cü il tarixdə Culfa şəhərində doğulmuşdur. X18 atasıdır. İddiaçı və atası X10 28 mart 2016-cı il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından uşaqları doğulmamışdır. Atası 01 may 2022-ci il tarixdə ölmüşdür. Culfa şəhəri, H.Əliyev prospekti, ev 41 ünvanında yerləşən 23 nömrəli mənzili atası və iddiaçı birgə nikahda olduqları müddətdə əldə etməmişlər. Həmin mənzil 23 aprel 1985-ci ildə əvəzssiz olaraq atasına verilmişdir. Lakin həmin əmlak üzərində atasının mülkiyyət hüququ 27 mart 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı atasının öldüyü günədək, yəni 01 may 2022-ci il tarixədək həmin mənzildə yaşamış, atasının ölümündən sonra, qırx mərasiminədək onun mülkiyyətində olan mənzildə yaşamış, qırx mərasimindən sonra onu kimsə mənzildən çıxmağa məcbur etməmişdir. İddiaçı özünə məxsus olan əşyaları, atası ilə nikahda olduqları müddətdə aldıqları ev əşyalarını evdən çıxarmış və aparmışdır. Hazırda harada yaşaması barədə məlumatları yoxdur. Həmçinin məlumatı var ki, atası H.Fərəcəov Culfa şəhəri, H.Əliyev prospekti, ev 41 ünvanında yerləşən 23 nömrəli mənzili iddiaçıya vəsiyyət etmişdir. İddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh4 izahatında onu da bildirmişdir ki, atası H.Fərəcovun mülkiyyətində olan mənzil Culfa şəhəri, H.Əliyev prospekti 41 ünvanında yerləşən 23 nömrəli mənzildir. Vəsiyyətnamədə, Culfa rayon Notariat ofisinin 54 nömrəli, 19 sentyabr 2023-cü il tarixli məktubunda səhvən binanın nömrəsi 41 a qeyd edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 881845 nömrəli nikah haqqında şəhadətnamənin surətinə görünür ki, X10 və İddiaçı arasında nikah 28 mart 2016-cı il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmişdir. Culfa rayon Qeydiyyat Şöbəsindən 13 noyabr 2023-cü il tarixdə verilmiuş ölüm akt qeydindən çıxarışdan görünür ki, X10 01 may 2022-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında qeyd edilmişdir. 272 nömrəli, 28 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X5 vərəsələri arvadı X8 (ölüb), Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dır. Culfa Rayon Qeydiyyat Şöbəsindən verilmiş doğum akt qeydlərindən çıxarışlardan görünür ki, 01 avqust 1974-cü il tarixdə doğlulmuş X11, xx xxx 1980-ci il tarixdə doğlmuş X13, xx xxxx 1976-cı il tarixdə doğlumuş, X12 və xx xxxxxx 1978-ci il tarixdə doğlumuş X9 atası X6r. 23 aprel 1985-ci il tarixdə verilmiş 19 nömrəli orderin surətindən müəyyən olunur ki, həmin order X7 6 nəfər ailə üzvü ilə mənzil sahəsini tutmaq üçün verilmişdir. Ünvan Nizami 23, mərtəbə 3, otaqların sayı 5, kvm 52.3. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət xidmətindən verilmiş 15 noyabr 2023-cü il tarixli, 04/911 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanında ümumi sahəsi 95.64 kv.m olan 5 otqlı mənzil 27 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmış və onun adına ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmuişdir. 07 aprel 2017-ci il tarixdə X10 tərəfindən yazılmış, 2v-01-46 reyest nömrəsi ilə qeydiyyata alınmış vəsiyyətnamədə qeyd edilmişdir ki, “mən Culfa şəhəri, H.Əliyev prospekti 41a/23 nömrəli mənzildə yaşayan X10 mənə məxsus olan bütün əmlakımı, o cümlədən Culfa şəhəri, H.Əliyev prospekti 41, mənzilı 23 və ** BC *** nömrəli avtomaşınımı həyat yoldaşım İddiaçı vəsiyyət edirəm. Digər vərəsələrim Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 miras əmlakımdan məhrum edirəm”. İddiaçı ərizəsinə cavab olaraq Culfa rayon notariat ofisinin notariusunun 54 nömrəli, 19 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “İddiaçı mərhum X5 ölümündən sonra miras qalmış ünvan 5 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfinizdən Culfa rayon Notariat Ofisinə müraciət daxil olmuşdur. Ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən mərhumun 01 may 2022-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Lakin Culfa Rayon Notariat Ofisinə həmin əmlakın faktiki olaraq qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmədiyinizdən sizə çatan paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” Məhkəmə iddiaçının nümayəndəsi vəkilinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə bağlı bildirir ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, baxılan iş üzrə iddia tələbi iki hissədən ibarətdir-mirasın qəbulu ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, mirasdan çatan payın müəyyən olunması tələbi. Tələbin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü təsbit olunmuşdur. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən mirasın qəbul edilmə faktının müəyyən olunması mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr bu zaman iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (məsələn miras payının müəyyən olunması və.s) barədə tələb irəli sürməli və məhkəmədə işə həmin tələb (icraat) çərçivəsində baxılarkən iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Məhkəmə MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda dairəsi MPM-in 307-ci maddəsində göstərilmiş hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1- ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə baxmayaraq iş materiallarından da göründüyü kimi iş üzrə iddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət edərkən ilk öncə mirasın qəbul edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını və bununla yanaşı digər tələbi, mirasdan çatan payın müəyyən olunması barədə qərar qəbul olunmasını da xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia qaldırılarkən mirasın qəbulu ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinin müstəqil tələb şəkildə qaldırılmadığını və bu tələblə bərabər digər bir tələbin də olduğunu, mirasdan payın müəyyən edilməsi tələbinin isə iddia icraatı qaydasında baxılmalı olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, yuxarıda sadalanan mövqe baxımından iddiaçının hazırkı icraat çərçivəsində qaldırdığı mirasın qəbul edilməsinə dair hüquqi fakta digər tələb-yəni mirasdan payının müəyyən olunması tələbi (icraat) çərçivəsində hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 01 may 2022-ci il tarixdə ölmüş, ölümündən sonra mülkiyyətində olan Culfa şəhəri, H.Əliyev prospekti 41 ünvanında yerləşən 23 nömrəli mənzilin miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Araşdırma zamanı müəyyən edilmişdir ki, H.Fərəcov öldükdən sonra İddiaçı mərhumun qırx mərasiminədək miras əmlakda yaşamış, mirasdan istifadə etmiş, mirası idarə etmiş, mirasdan imtina etməmişdir. Onun miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi məhkəmə araşdırması zamanı sübuta yetmişdir. İddiaçının bildirdiyinə görə Culfa şəhəri, H.Əliyev prospekti 41 ünvanında yerləşən 23 nömrəli mənzildə yaşamasına mərhumun digər vərəsələri mane olmuşdur. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası MM-nin 1166-cı maddəsinə əsasən fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1176-cı maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyil. İş materiallarına əlavə edilmiş 07 aprel 2017-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, X10 ona məxsus olan bütün əmlakını, o cümlədən Culfa şəhəri, H.Əliyev prospekti 41 ünvaında yerləşən 23 nömrəli mənzili və ** BC *** nömrəli avtomaşını arvadı İddiaçı vəsiyyət etmiş, digər vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 miras əmlakından məhrum etmişdir. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 01 may 2022-ci il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum H.Fərəcov 2022-ci ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum H.Fərəcovdan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhumun arvadı İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmiş, lakin sonra yəni mərhumun yas mərasimi başa çatdıqdan sonra öz iradəsindən asılı olmayan səbəblərdən evdən çıxmışdır. Odur ki, İddiaçı Culfa şəhəri, H.Əliyebv prospekti 41 ünvanında yerləşən 32 nömrəli mənzildən payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-in 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın doğumundan sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa dötürənlər) bərabər paylar alırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən və vəsiyyətnamədən müəyyən edilmişdir ki, İddiaçı mərhum H.Fərəcovun arvadıdır, həmçinin vəsiyyət üzrə vərəsədir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mirasda payı mirasın 6/10 hissəsi müəyyən edilməliir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, miras əmlak Culfa şəhəri, H.Əliyev prospekti ev 41 ünvanında yerləşən 23 nömrəli mənzildən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 01 may 2022-ci il tarixdə ölmüş X4 qalmış miras əmlakdan, Culfa şəhəri, H.Əliyev prospekti ev 41 ünvanında yerləşən 23 nömrəli mənzildən mirası qəbul etdiyindən İddiaçı 6/10 hissə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar