Məhkəmə qərarları › İş №2(089)-309/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-309/2024

26.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-309/2024 26.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Vəkilun, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı mirasın qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 29 iyul 2007-ci il tarixdə ölmüş X9 miras qalmış Culfa şəhəri, X33 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənzilin ½ hissənin miras olaraq qəbul edilməsi faktının və mirasdan tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, mərhum əri X21 ilə 1965-ci ildə nikaha daxil olmuşlar. Mərhum əri X21 29 iyul 2007-ci il tarixdə vəfat etmişdir. X2 ölümündən sonra Culfa şəhəri, X33 küçəsi, ev 1 ünvanında yerləşən 8 nömrəli mənzilin ½ hissəsi ondan miras qalmışdır. Həmin mənzil xx.xx.2019-cu il tarixdə mərhum əri X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən ünvanda yerləşən mənzil iki mərtəbəli binanın 2-ci mərtəbəsində 2 otaqdan ibarətdir. Həmçinin bildirir ki, mərhum əri K.Abbasovun ondan başqa vərəsləri qızı X7, oğlu X12 (2011-ci ildə vəfat edib), oğlu X13, oğlu X14 və oğlu X15r. Mərhum əri X21 29 iyul 2007-ci il tarixdə öldükdən sonra həmin mənzildə yaşamış, həmin mənzildə pasport qeydiyyatındadır. X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, X16 və Cavabdeh4 mərhum əri K.Abbasovdan qalmış mirası hər hansı formada qəbul etməmişlər. Mərhum əri K.Abbasovdan miras qalmış Culfa şəhəri, X33 küçəsi, ev 1, mənzil 8 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarət bütün mirasa vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Culfa Rayon Notariat ofisinə ərizə ilə müraciət etmiş, Culfa rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubu ilə müvafiq müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkli Vəkil iddinın əsaslı olduğunu bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, X10 vərəsəsi, mərhum X12 ilə 1989-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından 3 uşaqları doğulmuşdur. H.Abbasov 19 iyun 2011-ci il tarixdə ölmüşdür. X10 ölümündən sonra, yəni 29 iyul 2007-ci il tarixdən sonra onun mülkiyyətində olan Culfa şəhəri, X33 keçəsi 1 ünvanında yerləşən 8 nömrəli mənzildə yaşamamışdır. Ailə üzvləri ilə ünvan 3 ünvanında yaşamışlar. K.Abbasovun ölümündən sonra Culfa şəhəri, X33 keçəsi 1 ünvanında yerləşən 8 nömrəli mənzildən istifadə etməmiş, vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat ofisinə müraciət etməmiş, mirası qəbul etməmişdir. Həmin mənzildə iddiaçı və onun oğlu Əli ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, X10 vərəsəsi, mərhum atası H.Abbasov 19 iyun 2011-ci il tarixdə ölmüşdür. Babası K.Abbasovun ölümündən sonra, yəni 29 iyul 2007-ci il tarixdən sonra onun mülkiyyətində olan Culfa şəhəri, X33 keçəsi 1 ünvanında yerləşən 8 nömrəli mənzildə yaşamamışdır. Ailə üzvləri ilə ünvan 5 ünvanında yaşamışlar. K.Abbasovun ölümündən sonra Culfa şəhəri, X33 keçəsi 1 ünvanında yerləşən 8 nömrəli mənzildən istifadə etməmiş, vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat ofisinə müraciət etməmiş, mirası qəbul etməmişdir. Həmin mənzildə iddiaçı və onun oğlu Əli ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məlumat verilmiş, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməlrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlə Cavabdeh2 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 29 iyul 2007-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 14 avqust 2007-ci il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Culfa şəhəri, X33 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənzili ½ hissəsinin mülkiyyətçisi X21, ½ hissəsinin mülkiyyətçisi İddiaçıdır. 355801 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 və İddiaçı arasında nikah 14 iyul 1965-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. Culfa rayon İH-nin Culfa şəhər MİS-dən verilmuiş 1075 nömrəli, 29 iyul 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, X10 vərəsələri İddiaçı Hüsyn qızı, X7, X12, X11, X14 və X15r. Ölüm akt qeydləri kitabından çıxarışdan müəyyən olunur ki, X12 19 iyun 2011-ci il tarixdə ölmüş, bu barədə 24 iyun 2011-ci il tarixdə 53 nömrə ilə qeyd edilmişdir. Culfa rayon İH-nin Culfa şəhər MİS-dən verilmuiş 1134 nömrəli, 06 avqust 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, X8 vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3dır. X7, X11, X14 və X22 tərəfindən 09 aprel 2024-cü il tarixdə yazılmış, 8i-414 reyestr nömrəsi ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, “bildiririk ki, mərhum atamız X21 29 iyul 2007-ci il tarixdə vəfat edib. Onun ölümündən sonra miras qlmış vərəsəlik yolu ilə bizə çatan payı qəbul etməmişik, etmək niyyətində olmamışıq. Gələcəkdə heç bir mülki iddia və tələbimiz olmayacaq” İddiaçı ərizəsinə cavab olaraq Culfa rayon notariat ofisinin notariusunun 62 nömrəli, 14 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “X1 miras qalmış Culfa şəhəri, X33 küçəsi, ev 1, mənzil 8 ünvanında yerləşən mənzilin ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətiniz Culfa rayon Notariat Ofisinə daxil olmuşdur. Ərizəyə əlavə edilmiş vərəsəlik arayışında miras qoyanın vərəsələrinin dairəsi qeyd olunmuş, lakin bəzi vərəsələrin miras əmlaka münasibəti (mirasın qəbulu və ya imtina) barədə ərizələr təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat ofisinə şəxsən gəlsin. Poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmır. Lakin ərizəçi vərəsəlik işinin açılması ilə əlaqədar həmin notariat ofisinə mirasın qəbulu və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş müddəti ötürdükdən sonra gələrsə və ya notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərərsə, müddətin hesablanması birinci ərizənin poçtla daxil olduğu gündən hesablanır. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərini nəzərə alaraq mirası faktiki olaraq qəbul etmiş, idarə edən və ya sahiblik edən şəxslərin notariat ofisinə gələrək şəxsən müraciət etməsi, mirasın qəbuluna dair sübutların təqdim olunması, miras qoyan şəxslə vərəsələr arasındakı qohumluq münasibətlərini təsdiq edən sənədləri, qanun üzrə vərəsəlik şəhadətnaməsi veriləcək olan daşınmaz əmlakın miras qoyana məxsus olması barədə hüquq müəyyənedici sənədləri, həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın təqdim olunması zəruridir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə notarius notariat hərəkətlərini aparmaqdan imtina edir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Siz bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz”. Culfa rayon İH-nin Culfa şəhər MİS-dən verilmuiş 893 nömrəli, 09 iyul 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı Hüsyn qızı, Culfa şəhəri, X33 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənzildə qeydiyyatdadır. Mərhum əri X21 29 iyul 2007-ci il tarixdə ölmüş, ölümündən sonra İddiaçı həmin mənzili idarə etmiş və kommunal xidmətləri vaxtında ödəmişdir. Naxçıvan MR Dövlət Energetika xidməti Culfa rayon Elektrik şəbəkəsindən verilmiş 433 nömrəli, 15 oktyabr 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Culfa şəhəri, X33 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənzildə yaşayan X6 mənzilinə 2007-ci ildə elektrik sayğacı quraşdırılmış, elektrik müqaviləsi İddiaçı adına bağlanmışdı. Bu müddət ərzində həmin mənzilin elektrik sərfinə görə ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. Culfa rayon Qaz istismar idarəsi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Culfa şəhəri, X33 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənzildə yaşayan X23i 2005-ci ildə abonent kimi qeydiyyata alınmış, o, 2007-ci ildə öldükdən sonra qeyd edilən mənzildə qaz sərfiyyatına görə ödənişlər mərhumun arvadı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, işdə iştirak edən cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X21 29 iyul 2007-ci il tarixdə ölmüş, ölümündən sonra Culfa şəhəri, X33 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənzili ½ hissəsi miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Araşdırma zamanı müəyyən edilmişdir ki, K.Abbasov öldükdən sonra İddiaçı sözügedən miras əmlakda yaşamış, mirasdan istifadə etmiş, mirası idarə etmiş, mirasdan imtina etməmişdir. Onun miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı miras açıldıqdan sonra miras əmlakdan istifadə etmiş, mirası idarə etmişdir ki, bu hallar da iddiaçının, məhkəmə iclasında iştirak etmiş cavabdehlərin izahatları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 29 iyul 2007-ci il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum K.Abbasov 29 iyul 2007-ci il tarixdə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum K.Abbasovdan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhumun arvadı İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Odur ki, İddiaçı Culfa şəhəri, X33 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənzili ½ hissəsindən payı müəyyən edilməlidir. Qəbul edilmiş miras əmlak qüvvədə olan Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə miras əmlakdan iddiaçının payının müəyyən edilməsi ilə bağlı tələbə münasibətdə bildirir ki, iddiaçı mirası tamamilə qəbul etdiyindən, onın miras əmlakda payı tam müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırmas zamanı müəyyən edilmişdir ki, iddiaçı K.Abbasovdan qalmış mirası faktiki olaraq qəbul etmiş, digər vərəsələr mirası qəbul etməmiş, məhkəmə iclasında iştirak etmiş cavabdehlər mirası qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Yuxarıda göstərilənlərə əsasən Məhəkəmə belə nəticəyə gəlir ki, H.X5 2007-ci ildə öldükdən sonra rəsmi olaraq qanunla müəyyən olunmuş qaydada mirası qəbul etməmiş, lakin həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 29 iyul 2007-ci il tarixdə ölmüş X9 qalmış miras əmlakı, Culfa şəhəri, X33 küçəsi ev ünvanında yerləşən 8 nömrəli mənzili qəbul etdiyindən miras əmlakda payı tam hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar