Məhkəmə qərarları › İş №2(089)-34/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-34/2021

21.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-34/2021 21.04.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, tövlənin qapısının bağlanaraq yerinin dəyişdirilməsi, mal-qaranın qapının ağzından aparılmasının qadağan edilməsi, tövlə binası üçün ayrı divarın tikilməsi, dam örtüyünün ayrıca vurulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, tövlənin qapısının bağlanaraq yerinin dəyişdirilməsi, mal-qaranın qapının ağzından aparılmasının qadağan edilməsi, tövlə binası üçün ayrı divarın tikilməsi, dam örtüyünün ayrıca vurulması” tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə xx xxxxx 2021-ci il tarixdə keçirilən məkəmə iclasında iştirak etmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etməmiş, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişlər. Məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, xx xxxxxxxx 2020-ci il tarixdə, 61490 nömrəli qəbzlə İddiaçı tərəfindən X3 filialına (Naxçıvan MR Maliyyə nazirliyinin hesabına) 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, tövlənin qapısının bağlanaraq yerinin dəyişdirilməsi, mal-qaranın qapının ağzından aparılmasının qadağan edilməsi, tövlə binası üçün ayrı divarın tikilməsi, dam örtüyünün ayrıca vurulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. xx xxxxxxxx 2020-ci il tarixdə, 61490 nömrəli qəbzlə İddiaçı tərəfindən X3 filialına (Naxçıvan MR Maliyyə nazirliyinin hesabına) 10 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar