Məhkəmə qərarları › İş №2(089)-54/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-54/2023

27.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-54/2023 27.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Ərizəçi, Culfa rayon İH başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi 27 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, ərizənin, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını, ərizənin baılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa rayon İH başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 ərizənin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi nəzərə alınmalı, ərizə, ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 06 yanvar 2023-cü il tarixdə, 4981 nömrəli qəbzlə Ərizəçi tərəfindən X6 filialına 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. 06 yanvar 2023-cü il tarixdə, 4981 nömrəli qəbzlə Ərizəçi tərəfindən X6 filialına 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar