Məhkəmə qərarları › İş №2(089)-78/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-78/2024

07.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-78/2024 07.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 05 mart 1964-cü il tarixdə doğulmuş X14 və 02 yanvar 1963cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məhkəmədən xahiş etdiyi şəxslər, X14 və X7 onun qardaşı və bacısıdır. G.Quliyeva 02 yanvar 1963-cü il tarixdə, E.Quliyev isə 05 mart 1964-cü il tarixdə doğulmuşdur. Gülnarə və Eyvaz anadangəlmə psixi qüsurlu olduqlarına görə öz hərəkətlərinin mənasını anlaya bilmirlər. Hər ikisi psixi qüsurlu olduğuna görə daim xüsusi qayğı və nəzarət altında yaşayırlar. Bacısı və qardaşına Culfa rayon ƏSMM tərəfindən l qrup ömürlük əlillik dərəcəsi verilmişdir. Qardaş və bacısına dövlət tərəfindən sosial müavinət təyin edilmişdir ki, həmin müavinət plastik kart vasitəsilə ödənilir. G.Quliyevanın və E.Quliyevin adına olan müvafiq kartın bankdan alınmasını onun üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumu həyata keçirə bilər. Bunun üçün X8 və X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Ərizəçi izahatında onu da bildirmişdir ki, X14 qardaşı, X7 bacısı olsa da doğum haqqında şəhadətnamələri yazılan zaman ata adlarında səhvələrə yol verilmiş, Mazahar, Mazahir, Məzahir kimi qeyd edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X6 izahatında bildirmişdir ki, X8 və X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məqsədəmüvafiqdir. Həmçinin G.Quliyevanın və E.Quliyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 1383084 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 21 fevral 1968-ci il tarixdə doğulmuş, atası X15, anası X11r. 575027 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 05 mart 1964-ci il tarixdə doğulmuş, X16, anası X11r. 20 noyabr 2023-cü il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X7 02 yanvar 1963-cü il tarixdə doğulmuş, atası X17, anası X12r. İş materiallarına əlavə olunmuş 28 noyabr 2023-cü il tarixli, 169 nömrəli arayışdan görünür ki, Ərizəçi Culfa rayon Ərəfsə kəndində yaşayır və qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, G.Quliyevanın və E.Quliyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 02 yanvar 1963-cü ildə doğulmuş X7 və 05 mart 1964-cü ildə doğulmuş X9 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından, iş materiallarından müəyyən edildi ki, G.Quliyeva və E.Quliyev bacıları Ərizəçi yanında yaşayırlar, onların maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(089)-78/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X5 13 iyul 2024-cü il tarixli, 1202 saylı rəyində qeyd edilmişdir ki, X9 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi vardır. Həmin şəxs öz hərəkətlərinin dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Naxçıvan MR X5 13 iyul 2024-cü il tarixli, 1203 saylı rəyində qeyd edilmişdir ki, X4 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi vardır. Həmin şəxs öz hərəkətlərinin dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi G.Quliyevanın və E.Quliyevin bacısı olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 02 yanvar 1963-cü ildə Culfa rayon Ərəfsə kəndində doğulmuş X7 və 05 mart 1964-cü ildə Culfa rayon Ərəfsə kəndində doğulmuş X14 Ərizəçi bacısı və qardaşıdır. X7 və X9 “Ağır dərəcəli əqli gerilik ” psixi xəstəlik var. X7 və X14 öz hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 02 yanvar 1963-cü ildə doğulmuş X7 və 05 mart 1964-cü ildə doğulmuş X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizə təmin edilsin. 05 mart 1964-cü il tarixdə Culfa rayonunun Ərəfsə kəndində doğulmuş X14 və 02 yanvar 1963-cü il tarixdə Culfa rayonunun Ərəfsə kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar