Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-8/2023 06.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 29 sentyabr 1974-cü il tarixdə Culfa şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X18 onun qardaşıdır. X6 29 sentyabr 1974-cü il tarixdə doğulmuşdur. Rəhim Alyarov anadan gəlmə psixi qüsurludur, o, öz hərəkətlərinin mənasını anlaya və müstəqil olaraq hərəkətlərini idarə edə bilmir. Rəhim Alyarov psixi qüsurlu olduğuna, öz hərəkətlərini idarə edə bilmədiyinə görə onun daim xüsusi qayğıya və nəzarətə ehtiyaca vardır. X18 onun himayəsində, qayğısı altında yaşayır. O, X6nun əvəzindən hər hansı bir hərəkəti edə, hətta R.Alyarovun ehtiyaclarını qarşılamaq üçün müəyyən edilmiş sosial müavinəti ala bilmir. Qəyyum təyin edilməsi üçün X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X9 izahatında bildirmişdir ki, komissiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 arayışını nəzərə almış, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Təqdim edilmiş rəydən də müəyyən edilir ki, X18 öz hərəkətlərinin mənasını anlaya, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Həmçinin R.Alyarovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 316784 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 29 sentyabr 1974-cü il tarixdə doğulmuş, atası X11, anası X5r. 443041 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1977-ci il tarixdə doğulmuş, atası X11, anası X5r. ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri, M.Əsgərov küçəsi ev 4, mənzil 20 ünvanında qeydiyyatdadır. 04/876 nömrəli, 15 sentyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, X7 rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 01 oktyabr 2003-cü il tarixdən müddətsiz Şizofreniyanın qüsurlu vəziyyəti diaqnozu ilə İİ dərəcəli əlil kimi qeydiyyatdadır, hər ay 180 manat məbləğində müavinət alər. 09 dekabr 2022-ci il tarixli, 924 nömrəli arayışdan görünür ki, 1974-cü il təvəllüdlü X18 09 dekabr 2022-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 ambulator şəraitdə müayinə olunmuş və onda “Şizofeniya. Paranoid forma” diaqnozu aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, R.Alyarovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 29 sentyabr 1974-cü ildə Culfa şəhərində anadan olmuş X13 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından müəyyən edildi ki, R.Alyarov bacısı Ərizəçi yanında yaşayır, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(089)-208/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X2 09 dekabr 2022-ci il tarixli, 86 saylı rəyində qeyd edilmişdir ki, X13 “Şizofeniya.Paranoid forma. Qüsurlu vəziyyət” psixi xəstəlik vardır. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X10 bacısı olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 29 sentyabr 1974-cü il tarixdə Culfa şəhərində doğulmuş X18 Ərizəçi qardaşıdır. X13 “Şizofeniya.Paranoid forma. Qüsurlu vəziyyət” psixi xəstəlik vardır. X18 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 29 sentyabr 1974-cü il tarixdə Culfa şəhərində doğulmuş X18 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. 29 sentyabr 1974-cü il tarixdə Culfa şəhərində doğulmuş X18 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-8/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-8/2023
06.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver