Məhkəmə qərarları › İş №2(089)-9/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-9/2023

06.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-9/2023 06.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 04 dekabr 1993-cü il tarixdə Culfa şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, Məmmədova Samirə onun qızıdır. X1 04 dekabr 1993-cü il tarixdə doğulmuşdur. Samirə Məmmədova anadan gəlmə psixi qüsurludur, o, öz hərəkətlərinin mənasını anlaya və müstəqil olaraq hərəkətlərini idarə edə bilmir. Samirə Məmmədova psixi qüsurlu olduğuna, öz hərəkətlərini idarə edə bilmədiyinə görə onun daim xüsusi qayğıya və nəzarətə ehtiyacı vardır. X8 onun himayəsində, onun qayğısı altında yaşayır. O, X1nın əvəzindən hər hansı bir hərəkəti edə, hətta S.Məmmədovanın ehtiyaclarını qarşılamaq üçün müəyyən edilmiş sosial müavinəti ala bilmir. Qəyyum təyin edilməsi üçün X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi qismində iştirak etmiş X9 izahatında bildirmişdir ki, komissiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 arayışında qeyd edilənləri, yəni X4 “Anadangəlmə əqli zəiflik. İmbeçillik səviyyəsində. Mikrosefaliya. Qıcolma tutmaları” ilə dispanserdə qeydiyyatda olmasını, onun öz hərəkətlərinin mənasını anlaya, öz hərəkətlərinə rəhbərlik edə bilməməsini nəzərə almış, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Həmçinin S.Məmmədovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş- 377199 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 04 dekabr 1993-cü il tarixdə doğulmuş, atası X7, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş 16 sentyabr 2022-ci il tarixli, 703 nömrəli arayışdan görünür ki, Məmmədova X10 şəhəri, E.Nağıyev küçəsi ev 24 ünvanında qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, S.Məmmədovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Məhkəmə araşdırması zamanı 04 dekabr 1993-cü ildə Culfa şəhərində anadan olmuş X5 həqiqətən əqli zəifliyin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını anlamaması və öz hərəkətlərini idarə edə bilməməsi müəyyən olunmuşdur. Həmçinin ərizəçinin izahatından, iş materiallarından müəyyən edildi ki, S.Məmmədova anası Ərizəçi yanında yaşayır, onun maddi və digər tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Odur ki, Culfa Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(089)-212/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan MR X2 15 dekabr 2022-ci il tarixli, 87 saylı rəyində qeyd edilmişdir ki, X5 “Anadangəlmə əqli zəiflik. İmbeçillik. Mikrosefaliya. Qıcolma tutmaları” psixi xəstəlik vardır. Həmin şəxs öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. İş materiallarından Ərizəçi X4 anası olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 04 dekabr 1993-cü ildə Culfa şəhərində doğulmuş X8 Ərizəçi qızıdır. X5 “Anadangəlmə əqli zəiflik. İmbeçillik. Mikrosefaliya. Qıcolma tutmaları” psixi xəstəlik var. X8 hərəkətlərinin mənasını anlamaq, idarə etmək qabiliyyyətində deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 04 dekabr 1993-cü ildə Culfa şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizə təmin edilsin. 04 dekabr 1993-cü il tarixdə Culfa şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar