Məhkəmə qərarları › İş №2(089)-90/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-90/2022

02.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-90/2022 02.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı 02 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil iddia ərizəsinin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 15 fevral 2022-ci il tarixdə, 23361 nömrəli qəbzlə İddiaçı təfindən Naxçıvan MR Maliyyə nazirliyinin hesabına 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. 15 fevral 2022-ci il tarixdə, 23361 nömrəli qəbzlə İddiaçı təfindən Naxçıvan MR Maliyyə nazirliyinin hesabına 100 məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ X2-Culfa şəhəri, M.Əsgərov küçəsi ev 17, mənzil 34 Surəti: X3-Abşeron rayonu, Xəırdalan şəhəri, Quşçuluq yşayış mmasivi , S.Bəhlulzadə küç, 50 Culfa Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(089)-37/2022 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : Qərardadın surəti 03 vərəqədə Hakim: Mehrab Məmmədov 09 fevral 2022-ci il № 2(089)-37/2022 NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ X2-Culfa şəhəri, M.Əsgərov küçəsi ev 17, mənzil 34 Culfa Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(089)-37/2022 nömrəli qərardadına əsasən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər Sizə göndərilir. Qoşma : 09 vərəqədə Hakim: Mehrab Məmmədov 01 mart 2022-ci il № 2(089)-37/2022 NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ Culfa rayon İcra və Probasiya bölməsinin rəisi İntiqam Vəliyevə Culfa Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(089)-108/2019 nömrəli icra edilməsi üçün Sizə göndərilir. Qoşma : 01 vərəqədə Hakim: Mehrab Məmmədov 30 sentyabr 2019-cu il №2(089)-108/2019

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar