Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-109/2025 07.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair ərizəni və ona əlavə edilmiş sənədləri Şahbuz Rayon Məhkəməsinin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Cavid Ağaməliyev vasitəsilə Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunmasını, "Naxçıvan Aqrolizinq” ASC-nin hesabına alınan Kənd Təsərrüfı texnikalarının lizinqə verilməsi barədə Cavabdeh ilə imzalanmış 10 iyun 2019-cu il tarixli müqavilənin ləğv olunmasını, “Sampo SR-2045” markalı kombaynın Cavabdeh alınaraq "xxxx" ASC-ə qaytarılmasını texnikanın istifadəsi üçün müqaviləyə əsasən ödənilməli olan 5805.00 (beş min səkkiz yüz beş) manat lizinq haqqı və müqavilənin 4.1.2-ci maddəsinə əsasən 133.50 manat (bir yüz otuz üç manat əlli qəpik) komisyon haqqı daxil olmaqla, ümumilikdə 5938.50 (beş min doqquz yüz otuz səkkiz manat, əlli qəpik) manatın Cavabdeh tərəfindən "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında açılmış bank hesabına ödənilməsini və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən tərəflərindən ödənilən 89.40 (səksən doqquz manat, qırx qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq "Naxçıvan Aqroservis” ASC-ə tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmənin elektron məhkəmə informasiya sistemində olan vergi ödəyicilərinin məlumatından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə VÖEN ********** almış, vergi ödəyicisidir. Məhkəmənin elektron məhkəmə informasiya sistemində olan vergi ödəyicilərinin məlumatından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti vergi ödəyicisi kimi Kommersiya qurumlarının dövlət reyestrində Dövlət vergi xidmətində qeydiyyatdadır. Göründüyü kimi, iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kommersiya hüquqi şəxsdir, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Eyni zamanda iddia ərizəsindən tərəflər arasında mübahisənin 10 iyun 2019-cu il tarixli lizinq müqaviləsinin imzalanması, "Sampo SR-2045” markalı kombaynın Cavabdeh icarəyə verilməsinə dair lizinq müqaviləsi üzrə irəli gələn mübahisədir, yəni iddia tələbi həmin lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi üzrə tələbdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinin tələbinə görə məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci tarixli, 10 saylı Qərarının 12-bəndində məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınma göstərilmişdir. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 25-ci bəndində əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyarların məhkəmələr tərəfindən nəzərə almalı qeyd edilmişdir. Eyni zamanda həmin Qərarın 28-ci bəndinə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki iş iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin sənədlərin surəti və kserosurəti əlavə edildiyindən və sözügedən sənədlərin əsli iddiaçıda olduğundan iddia ərizəsinə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "X1” vasitəsi ilə 11 mart 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 89.40 (səksən doqquz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "X1” vasitəsi ilə 11 mart 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 89.40 (səksən doqquz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-109/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-109/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver