Məhkəmə qərarları › İş №2(090)-138/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-138/2025

05.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-138/2025 05.09.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh3nnun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi və payın müəyyən edilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı vəkil-nümayəndəsi Vəkil vasitəsilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək həyat yoldaşı X2 miras qalmış Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən 122.91 lcvrn ümumi sahəsi olan fərdi yaşayış evi, Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kvm torpaq sahəsi, Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən ümumi ölçüsü 0.1514 ha olan torpaq sahəsi, AZ 85T-347 qeydiyyat nişanlı Traktor və ümumi sahəsi 65.8 kvm olan Pivəxanadan ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payının tam olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq göstərmişdir ki, X8 ilə 06 iyun 1990-cı il tarixdə rəsmi olaraq nikaha daxil olmuşam və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeydiyyat aparılmışdır. X8 12 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Ondan aşağıdakılar miras olaraq qalmışdır: 1. Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən 122.91 kvm ümumi sahəsi olan fərdi yaşayış evi (0065909 nömrəli çıxarış ilə); 2. Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kvm torpaq sahəsi (0007408 nömrəli çıxarışla); 3. Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən ümumi ölçüsü 0.1514 ha olan torpaq sahəsi; 4. AZ85T-347 qeydiyyat nişanlı Traktor (020329 nömrəli qeydiyyat şəhadətnaməsi ilə). Qeyd edim ki, həmin mülkiyyətlərə mən sahiblik edirəm. Mərhum həyat yoldaşım X4 aşağıdakı vərəsələri var: 1. Həyat yoldaşı- İddiaçı, xx.xx.1959; 2. Oğlu-Cavabdeh2, xx.xx.1991; 3. Oğlu-Cavabdeh3, xx.xx.1992; 4. Qızı- Cavabdeh1, xx.xx.1996. Qeyd edim ki, miras qalan əmlakı faktiki olaraq mən qəbul etmişəm. Lakin digər vərəsələr mirası qəbul etməyimlə razılaşsalar da, Cavabdeh1 mirasın mənim adıma keçməsinə razı deyil. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi ilə bağlı Şahbuz rayon Notariat Ofisinə ərizə ilə müraciət etdim. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında təqdim etdiyi ərizə əsasında iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi və payın müəyyən edilməsi” tələbinə dair mülki işə “12 yanvar 2021-ci il tarixdə vəfat etmiş X2 miras olaraq qalmış: 1. Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən 7244 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 122.91 kvm ümumi sahəsi olan fərdi yaşayış evi, 2. Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kvm torpaq sahəsi, 3. Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən ümumi ölçüsü 0.1514 ha olan torpaq sahəsi; 4. Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən ailə üzvələri ilə birlikdə (cəmi beş nəfər) 21208 kv.m torpaq sahəsinin mərhuma çatan hissəsi; 5. ünvan 3 ünvanında 1015 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150.71 kv.m otan fərdi yaşayış evi; 6. AZ 85T-347 qeydiyyat nişanlı Traktor adları qeyd olunan daşınmaz əmlakların miras olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakda payının tam olması” tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində işin halları barədə göstərdiyini, əmlakların İddiaçı tərəfindən qəbul edildiyini, mirasın faktiki qəbul olunmasını faktının müəyyən edilməsini və payının tam olması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, əlavəsinin olmadığını, atasının 2020-ci il tarixdə vəfat etdiyini, onun ölümündən sonra əmlakların anası İddiaçı tərəfindən qəbul edildiyini, özünün, qardaşı və bacısının atasından qalan mirası qəbul etmədiklərini, bacısının mirasla bağlı tələbinin olmadığını və müraciət etmədiyini bildirərərk, məhkəmədən iddianın təmin olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, mirası anasının qəbul etdiyini, 2 ilə yaxındır ki bacısı ilə əlaqəsinin olmadığını, atasının 5 il bundan qabaq vəfat etdiyini, bacısının mirasla bağlı tələbinin olmadığını, anasının və qardaşının miras əmlakı olan evdə yaşadığını və evin təsərrüfatı ilə anasının məşğul olduğunu, qaz ilə bağlı abonent kimi öz adı olsa da ödəniş etməsi üçün atasının sağlığında atasının, o öldükdən sonra isə anasının ona pul verdiyini və onun ödədiyini bildirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında tərəflərlə qohumluğu yaxud ədavəti olmadığını, Vaqif Məmmədovu kənd sakini kimi tanıdığını, evlərinin arasında 1 km məsafə olduğunu, İddiaçı da kənd sakini kimi tanıdığını, Asif Məmmədov və İddiaçı miras əmlak olan evdə yaşadığını, Vaqif Məmmədovun 3-4 il qabaq rəhmətə getdiyini, onun vəfatından sonra hansı əmlakların miras qaldığını bilmədiyini, həmin evə gedib-gəlmədiyini, Vaqif Məmmədov öldükdən sonra evdə Asif Məmmədov və İddiaçı yaşadığını, başqa heç kimin orada yaşamadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında tərəflərlə qohumluğu yaxud ədavəti olmadığını, tərəfləri həmkəndli kimi tanıdığını, Vaqif Məmmədov vəfat etdikdən sonra miras evdə Asif Məmmədov və İddiaçı yaşadığını, evə gedib-gəldiyini, İddiaçı evin təsərrüfatı ilə məşğul olmasını görmədiyini bildirmişdir. Şahid X6 məhkəmə iclasında verdiyi izahatında tərəflərlə ədavəti olmadığını, mərhum Vaqif Məmmədovun onun əmisi olduğunu, əmisindən qalan miras əmlaka İddiaçı sahiblik etdiyini və evdə yaşadığını, başqa heç kimin miras əmlakı qəbul etmədiyini, onların evinə gedib-gəldiyini bildirmişdir. Şahid X10 məhkəmə iclasında verdiyi izahatında tərəflərlə qohumluğu yaxud ədavəti olmadığını, İddiaçı ilə yaxın qonşu olduqarını, mərhum Vaqif Məmmədovun 3-4 il qabaq vəfat etdiyini, Vaqif Məmmədovdan miras olaraq torpaq, ev və traktor qaldığını, onun ölümündən sonra mirasını İddiaçı istifadə etdiyini, Asif Məmmədov və İddiaçı miras əmlak olan evdə yaşadığını, mirasın İddiaçı tərəfindən qəbul olunduğunu, başqa heç kimin miras əmlakı qəbul etmədiyini, Vaqif Məmmədov öldükdən sonra İddiaçı evi idarə etdiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə İddiaçı və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı vəkil-nümayəndəsi Vəkil təmsil etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlak xidməti tərəfindən **********63-10301 reyestr nömrəsi olan ünvan 4i ünvanında yerləşən 122.91 kv.m ümumi və 0.7244 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən **********83 reyestr nömrəsi olan JN 005A nömrəli şəhadətnamə ilə ünvan 4ində yerləşən 0.15 ha faktiki sahəsi olan torpaq sahəsinin mövcudluğu müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən **********62 reyestr nömrəsi olan faktiki sahəsi 0.10 ha olan torpaq sahəsi mövcuddur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, ünvan 4i ünvanında yerləşən 122.91 kv.m ümumi və 0.7244 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 22/3 nömrəli reyestr kitabının 450 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il). İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki,, ünvan 4i ünvanında yerləşən 0.1514 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 20/2 nömrəli reyestr kitabının 226 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2015-ci il). İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, Naxçıvan şəhəri 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kv.m torpaq sahəsindən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1600 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi 7657, reyestr nömrəsi **********62, qeydiyyat tarixi: xx.xx.2008- ci il). İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 702386 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X11 11 fevral 2018-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 324564 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X12 09 yanvar 1987ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan TŞ seriyalı, 020323 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən AZ-85T-347 nömrəli qeydiyyat nişanlı traktorun X4 mülkiyyətində olması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon Gömür kənd XDS tərəfindən verilmiş 6 iyun 1990- cı il tarixli, İV-ЖГ seriyalı, 499620 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 ilə İddiaçı 06 iyun 1990-ci ildə nikaha daxil olduqları, nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd aparıldığı müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 801274 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 22 yanvar 2021ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Şahbuz rayon Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 03/35 saylı arayışdan mərhum X5 vərəsələrinin İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 olması müəyyən edilir. İş materiallarında olan Şahbuz rayon Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 03/24 saylı arayışdan İddiaçı vərəsələrinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 olması müəyyən edilir. İş materiallarında olan Şahbuz rayon Notariat ofisinin İddiaçı ünvanladığı 13 may 2024-cü il tarixli, 41 nömrəli məktubunda X1 miras qalmış Naxçıvan MR, ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətə həmin əmlakla bağlı mübahisə olması və sənədlərin tam təqdim edilmədiyindən mirasın qəbuluna yol verilmədiyindən, vərəsəliyin açılmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon İcra Hakimiyyəti Ağbulaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 03/35 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı X7 məxsus Şahbuz rayon Ağbulaq kəndində yerləşən 0.7244 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122.91 kv.m olan fərdi yaşayış evində daimi pasport qeydiyyatında yaşaması, həmin ünvanda yaşaması və kommunal xidmətlər üzrə ödənişləri həyata keçirməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilmiş arayışa əsasən mexaniki qaz sayğacı zavod nömrəsi (6261259) olan qaz alqı satqısı müqaviləsi xx.xx.2018-ci ildə Cavabdeh3 adına bağlanmış, həmin ildən qaz ödənişləri Cavabdeh3 adına ödənilməsi, abonentin istehlak etdiyi təbii qazın həcminə görə 8550 m3-dək ödəniş edilməsi hazırda sayğacın gösdəricisi 8550m3 borcu olmaması müəyyən olunur. Məhkəmə toplanmış sübutlara, tərəflərin və şahidlərin izahatlarına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə X2 miras olaraq qalmış: 1. Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən 7244 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 122.91 kvm ümumi sahəsi olan fərdi yaşayış evi,

2. Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kvm torpaq sahəsi, 3. Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən ümumi ölçüsü 0.1514 ha olan torpaq sahəsi; 4. Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən ailə üzvələri ilə birlikdə (cəmi beş nəfər) 21208 kv.m torpaq sahəsinin mərhuma çatan hissəsi; 5. ünvan 3 ünvanında 1015 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150.71 kv.m otan fərdi yaşayış evi; 6. AZ 85T-347 qeydiyyat nişanlı Traktor adları qeyd olunan daşınmaz əmlakların miras olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakda payının tam olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, miras qoyan X8 12 yanvar 2021-ci il tarixdə vəfat etdiyindən, yəni miras qoyanla tərəflər arasında hüquq münasibətləri həmin tarixdə yarandığından, hazırki iş üzrə 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olan Mülki Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 11-ci maddəsinə görə isə vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə onun həddi-buluğa çatması ilə, yəni 18 yaşına çatması ilə əmələ gəlir. Həmin Məcəllənin 552-ci maddəsinə görə miras əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 556-cı maddəsinə görə isə qanun üzrə və vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəslərdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərir. Məhkəmə ilk olaraq maddi hüquq normalarının tətbiqi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “26” dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “14” oktyabr 2023-cü il tarixli qərarında göstərmişdir ki, O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 552-ci maddəsinə görə miras əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 556-cı maddəsinə görə isə qanun üzrə və vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəslərdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Hazırki iş üzrə tərəflərin və şahidlərin ifadələri ilə İddiaçı miras qoyan X4 ölümündən sonra Şahbuz rayon Ağbulaq kəndində yerləşən 7244 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 122.91 kvm ümumi sahəsi olan fərdi yaşayış evində yaşaması, mirası faktiki olaraq qəbul edərək miras qoyan Vaqif Məmmədovdan qalan miras əmlakların onun tərəfindən tamamilə qəbul etməsi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən paylı mülkiyyətdə olan 21208 kv.m torpaq sahəsi ilə aşağıdakılara görə hesab edir ki, həmin torpaq sahəsinə mərhum X4 payı 1/5 müəyyən olunmalı və İddiaçı 1/5 payın onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı ümumi mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında payların müəyyən olunması barədə razılaşma olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahəsi paylı mülkiyyətdə və mülkiyyətçilərin payları bərabər olduğundan Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən paylı mülkiyyətdə olan 21208 kv.m torpaq sahəsində X4 payı 1/5 müəyyən olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin olunmalı, X2 miras olaraq qalmış Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən 7244 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 122.91 kvm ümumi sahəsi olan fərdi yaşayış evi, Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kvm torpaq sahəsi, Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən ümumi ölçüsü 0.1514 ha olan torpaq sahəsi, Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən paylı mülkiyyət olan 21208 kv.m torpaq sahəsinin 1/5 hissəsi, ünvan 3 ünvanında 1015 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150.71 kv.m otan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakların və AZ 85T-347 qeydiyyat nişanlı “Traktor” olan miras əmlakların İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı və miras əmlakda payının tam olması, iddia qaldırılan zaman ödənilən dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. X2 miras olaraq qalmış Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən 7244 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 122.91 kvm ümumi sahəsi olan fərdi yaşayış evi, Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kvm torpaq sahəsi, Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən ümumi ölçüsü 0.1514 ha olan torpaq sahəsi, Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən paylı mülkiyyətdə olan 21208 kv.m torpaq sahəsinin 1/5 hissəsi, ünvan 3 ünvanında yerləşən 1015 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150.71 kv.m olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakların və AZ 85T-347 qeydiyyat nişanlı “Traktor” olan miras əmlakların İddiaçı tərəfindən qəbul edilməsi və miras əmlakda payının tam olması müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar