Məhkəmə qərarları › İş №2(090)-140/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-140/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-140/2021 08.09.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3800 (üç min səkkiz yüz) manat borc məbləğinin, ödənilmiş olduğu vəkil xərci 350 (üç yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 4180 (dörd min yüz səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun olaraq izahatında bildirdi ki, Cavabdeh ailəsi ilə yaxın dostluq münasibətləri olubdur, Cavabdeh yoldaşı Güldanə onun qardaşı arvadı Tənzilə ilə rəfiqə olublar, onlar ailəlikcə bir-birlərinə gedib-gəliblər, bu yaxın münasibətlərinə görə hətta bir dəfə Cavabdeh bankdan kredit götürməsi üçün ona zamin durubdur, o da kredit götürübdür, sonra Cavabdeh ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul istəyibdir, 2018-ci il tarixdən o cavabdehə borc pul veribdir, bu günə kimi cavabdeh borcunu qaytarmır, cavadehdən pulunu istəsə də o borcunu qaytarmır, hətta o cavabdehin evlərinə də gedibdir, amma heç bir nətcə olmayıbdır, ilk dəfə Cavabdeh 1050 manat borc alıb və qaytarıbdır, bundan sonra cavabdeh müxtəlif vaxtlarda 200 manat bir, 700 manat bir, 150 manat bir alıb sonra qaytarıbdır. O da cavabdehə inanıb ona etibar edibdir, sonra cavabdehə yenə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə cəmi 3800 manat pul veribdir, hazırki mübahisəli borcu o 2018-ci ildən cavabdehə veribdir, axırıncı dəfə o cavabdehə 28 oktyabr 2019-cu il tarixdə sonuncu dəfə 500 manat veribdir, bundan sonra Cavabdeh aldığı borcunu qaytarmayıbdır, o da məcbur qalıb məhkəməyə müraciət edibdir, sonda İddiaçı məhkəmədən qeyd edilənləri nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdeh 3800 manat məbləğində borcu müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə veribdir, həmin borcun verilməsi barədə balaca kağızda yazılan siyahını da məhkəməyə təqdim edibdir, həmin siyahıda pulun məbləği, verilən gün və ay yazılıbdır, həmin kağızda olan siyahıdan eyni qaydada yazıb B.Ağalarova da veribdir, bundan sonra B.Ağalarov həmin siyahını Cavabdeh verib deyib həmin məbləğdə pulu İddiaçı ödəməlisən o da kredit götürüb ödəyəcəyini deyibdir, həmin halı şahid B.Ağalarov da ifadəsində göstəribdir, o cavabdehə borc pulu şifahi razılaşma əsasında veribdir, borcun verilməsi barədə onda hər hansı yazılı sənəd və ya sübut yoxdur, o cavabdehə borc pul verən zaman onlar arasında faiz barədə heç bir razılıq olmayıbdır, sadəcə o cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə qaytarmaq şərtilə ümumilikdə 3800 manat borc veribdir, cavabdehin dediyi 300 manat pulu cavabdehin xahişi ilə kirayədə qaldığı evin qonşusuna veribdir, siyahıda birinci sırada olan 200 manat borc olması ondan yaranıbdır ki, Cavabdeh 800 manat aldığı borcdan 600 manat qaytardığı üçün 200 manat borc yazılıbdır, daha sonra 1500 manat aldığı borcdan 1300 manatını qaytarıbdır, 200 manat isə qalıbdır, 100 manat silahlı qüvvələr günü verib, 200 manat bir verib, 200 manat qızının yanında verib, 400 manatı isə o hamamda olduğu üçün qızı veribdir, Cavabdeh 2019-cu ilin oktyabr ayından sonra onunla görüşməyibdir, ondan qaçıb gizlənibdir, telefonlarına cavab verməyibdir, cavabdeh tərəfindən dindirilən şahid Ə.Rzayevin verdikləri pulları isə o iddia ərizəsində 1050 manat olaraq göstəribdir, həmin pulları verdikdən sonra Cavabdeh 3800 manat borcu yaranıbdır, 2020-ci ilin əvvəlində isə o Cavabdehla görüşməyibdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, təmsil etdiyi İddiaçı Cavabdeh müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 3800 manat borc veribdir Cavabdeh bir neçə yerdə borcunu etiraf edibdir, lakin sonra cavabdeh borcunun 1300 manat olduğunu etiraf edibdir, Cavabdeh iddiaçıdan əvvəl aldığı pulu qaytardığı üçün iddiaçının ona inamı yaranıb, lakin cavabdeh müxtəlif zamanlarda müxtəlif məbləğlərdə iddiaçıdan borc alıb qaytarmayıb. Cavabdeh İddiaçı qardaşına, iddiaçının qızına və onun müəlliminə də borcunun 3800 manat olduğu barədə etiraf edibdir, sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alaraq iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, iddianı qismən etiraf edir, həqiqətən də İddiaçı ilə yaxın münasibətləri olubdur, İddiaçı bir neçə dəfə borc alıb və sonra qaytarıbdır, hətta İddiaçı onun bankdan kredit götürməsi üçün zamin durubdur, buna görə İddiaçı ondan 200 manat pul da istəyibdir, daha sonra o bankdan pul götürməsi üçün ona zamin durduğu üçün 100 manat pul veribdir, ümumiyyətlə o İddiaçı bir neçə dəfə borc götürsə də, o həmin götürdüyü borc pullara görə ona faiz də ödəyibdir, onun borc götürdüyü məbləğlər müxtəlif olubdur, o iddiaçıdan 100 manat da, elə olub 600 manatda götürübdür, lakin o götürdüyü borcları qaytarıbdır, onun iddiaçının dediyi kimi 3800 manat borcu yoxdur, iddiaçıya onun 1300 manat borcu vardır, həmin puldan 500 manatını o alıb iş yoldaşına, 250 manatını isə başqa bir iş yoldaşına veribdir, qalan 550 manat borc isə özünün borcudur, o əvvəllər İddiaçı borc alıb qaytarıbdır, dediyi kimi İddiaçı 500 manat da, 1000 manat da, 300 manat da alıb qaytarıbdır, iddiaçı ilə onların münasibətləri 3 ildən çoxdur yaranıbdır, bu müddət ərzində o, iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul alıb qaytarıbdır, İddiaçı ilə yoldaşı Güldanə ilə tanışçılıqları olubdur, onların münasibətləri oradan yaranıbdır. Borcunu o özü gedib qaytarıbdır, özü getmədiyi vaxtda göndəribdir, əvvəllər götürdüyü borcdan 700 manatını taksi şoferi Rzayev Əziz ilə göndəribdir, təqribən 1 il bundan əvvəl 700 manat göndəribdir, həmin taksi şoferi ilə 200 manat bir, 150 manat bir göndəribdir, bundan sonra iddiaçıya pul verməyibdir, hal-hazırda onun İddiaçı 1300 manat borcu vardır, İddiaçı verdiyi pulları əsas borcdan çıxmayıb, faiz borcu kimi hesablayıbdır, ona görə də ondan 3800 manat borc tələb edir, əgər iddiaçı dediyi kimi verdikləri pulu faiz borcuna çıxmasa idi onda iddiaçının ona borcu olardı. Sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, iddiaçınının qızı Nərmin ona 400 manat pul veribdir, lakin o həmin pulu iddiaçıya qaytarıbdır, sadəcə İddiaçı qaytardığı pulları faiz olaraq çıxıbdır, iddiaçı ona hər 100 manat görə 10 manat faiz hesablayıbdır, iddiaçıya borcu ilə əlaqədar bir nəfər ona telefonla zəng edib Daxili İşlər Nazirliyinin işçisi olduğunu deyibdir, həmin adamla Tibb kollecinin qarşısında görüşüblər, həmin adam ona kağız parçası verməyibdir, həmin adam ona 5800 manat borcunun olduğunu, o da ona 1300 manat borcunun olduğunu deyibdir, daha sonra ona bir nəfər şəxs də zəng edibdir, o zəng edən şəxsləri əvvəllər tanımayıbdır, daha sonra zəng edən şəxs ona ”sənə verilən pul mənimdir niyə vermirsən. Yəni pulu Nailəyə mən vermişəm sənə verib” deyibdir, o da bankdan kredit götürüb borcunu qaytaracağını deyibdir, kredit götürə bilmədiyi üçün borcunu qaytara bilməyibdir, o Qulam Xəlilov adlı şəxsi tanımır, sonuncu dəfə ona zəng vuran adamla telefonda danışan zaman həmin danışdığı adam ona 3800 manat borcunun olduğunu, hələ faiz istəmədiklərini də, pulu qaytarmasını istəyibdir, ona borc ilə bağlı iki nəfər zəng edibdir, İddiaçı ona zamin durub o da bankdan pul götürübdür, o İddiaçı 700 manat almayıbdır, əksinə o iddiaçıya əvvəllər götürdüyü borca görə 700 manat qaytarıbdır, İddiaçı dediyi 300 manat verməsi düzdür, həmin pulu iş yoldaşına veribdir, həmin pulu o qaytarıbdır, 400 manatı da qaytarıbdır, ona zəng vuranlarla telefonda danışıb, amma bilməyibdir ki kimlərdir, danışdıqları adamı üz-üzə görməyibdir, danışan zaman “Nailə xanımın sənə verdiyi pul mənim pulumdur qaytar” deyib, o da kredit götürüb qaytaracağını deyibdir, lakin onun 3800 manat qaytaracağını deməyibdir, hər dəfə telefonla danışdığı adamlarla görüşmək istəyibdir, borcunun nəqədər olduğunu onlara deməyibdir, çünki o İddiaçı ilə göürüşüb ona 1300 manat borcunun olduğunu, əvvəllər verdiyi pulları borcundan çıxmadığına görə İddiaçı ilə görüşmək istəyibdir. Əlavə olaraq vəkilin suallarını cavablandıran Cavabdeh bildirdi ki, əvvəllər İddiaçı götürdüyü pulların məbləği yadında deyil, hardasa İddiaçı 6-7 min arası pul götürüb qaytarıbdır, əgər iddiaçı dediyi kimi 2018-ci ildən o götürdüyü pulları qaytarmasa idi onda iddiaçı ona borc pul verməzdi, iddiaçının təqdim etdiyi kağızdan onda qalır, şahid kimi izahat B.Ağalarov onunla görüşən zaman ona 5800 manat borcunun olduğunu bildiribdir, o da ona o qədər borcunun olmadığını deyibdir, borcum var verəcəyini deyibdir, o iddiaçıdan 100 manat götürdükdən sonra 10 manat faiz verəcəyini, yəni əsas borcun üstünü də verəcəyini deyibdir, o İddiaçı 700 manat pul göndərəndən sonra, iddiaçı ona “700 manatı faizə çıxdım, gör sənin başına nə oyun açacam” deyibdir, onunla telefonda danışan adamın ona 3800 manat borcunun olmasını deyəndə, o İddiaçı ilə görüşmək istəyibdir, çünki İddiaçı ilə görüşüb, ona nə qədər borcunun olduğun demək istəyibdir, o İddiaçı ilə görüşüb 1300 manat borcunu vermək istəyibdir, onun 1300 manat borcu vardır, qalan 2500 manatı isə İddiaçı faiz kimi hesablayıbdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə məlum olur ki, Quliyeva X4 şəhəri, Qaraçuq kəndində qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdeh 3800 (üç min səkkiz yüz) manat əsas borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, o, Naxçıvan şəhər Qaraçuxur kəndində yaşayan İddiaçı bir neçə dəfə müxtəlif məbləğlərdə borc alması, hal-hazırda 1300 (bir min üç yüz) manat borclu olması, həmin məbləğdə olan borcu etiraf etməsi və həmin pulun onun tərəfindən ödənilməsinə etirazının olmamasını göstərmişdir. Həmçinin tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı borc pul alması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən irəli sürülən tələblərlə bağlı işin mübahisəli hallarından biri Cavabdeh İddiaçı 3800 manat borclu olmasının göstərməsidir. Bu tələbin mübahisəli olmasına səbəb isə Cavabdeh İddiaçı müxtəlif məbləğdə aldığı borc puldan 1300 manat borclu olduğunu qeyd etməsidir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1.-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh borc verdiyi 3800 manatın ödənilməmiş olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh verdiyi ərizəsini və şahid ifadələrini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı bir neçə dəfə müxtəlif məbləğlərdə 1300 manat borc pul almışdır. Cavabdeh tərəfindən həmin borcun qaytarılması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Belə ki, Cavabdeh İddiaçı borc pul alması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 3800 manat borc pul verdiyini və həmin bocun qaytarılmadığını bildirsə də, cavabdeh 1300 manat borcunun olmasını ərizəsində göstərmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən şahid kimi dindirilən X2 verdiyi izahatında bildirdi ki, Cavabdehla heç bir qohumçuluğunun olmadığını, heç bir ədavəti olmayıbdır, İddiaçı onun anasıdır, Cavabdeh ailəlikcə onların evlərinə gedib-gəliblər, Cavabdeh oradan tanıyır, Cavabdeh dəfələrlə gəlib onlardan pul alıblar, bir dəfə vaxtı tam xatırlamır Cavabdeh 2019-cu ildə yay aylarında saat 9-10 radələrində pul almaq üçün Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən evlərinə hərbi formada gəlib, anası həmin vaxt evdə olubdur, anasının işi olduğu üçün, həmin vaxt anası hamam da olduğu üçün ona “Elvin gələcək o pulu ona verərsən” dediyindən, Cavabdeh gələndə “anan bilir pulu ver”, o da evdə stolun üstündə olan 400 manat pulu götürüb Cavabdeh veribdir, o da gedibdir, həmin vaxt Cavabdeh ona başqa heçnə deməyibdir, Cavabdeh verilən digər pullar onun yanında verilibdir, dəfələrlə Cavabdeh yoldaşı Güldanə ilə gəlib, müxtəlif məbləğlərdə anası onlara pul veribdir, pulu anası veribdir, elə olub 400 manat, 500 manat pul veribdir, elə də olub 100 manat veribdir. Məhkəmədə sualları cavablandıran şahid N.Ələsgərova bildirdi ki, ilk dəfə dəqiq bilmir Elvin nə vaxt gəlibdir, çox vaxt Elvin yoldaşı ilə gəlib otururdular, deyirdilər xəstəliyimiz var Bakı şəhərinə gedəcəyik, sonra Elvin deyibdir bacım xəstədir pul lazımdır müalicəsi üçün, xahiş edib alırdı deyirdi gətirib qaytaracağam, 500 manat alıb gedirdilər, alanda deyirdi ayın 28-i qaytaracağam, hər dəfə bir bəhanə ilə qaytarmırdı, bir iki dəfə alıb qaytardığı üçün anası inanıb yenə borc veribdir. Məhkəmədə iddiaçı tərəfindən şahid kimi dindirilən X8 verdiyi izahatında bildirdi ki, Cavabdehla heç bir qohumçuluğu olmadığını, heç bir ədavəti olmayıbdır, İddiaçı ilə də heç bir qohumluğu yoxdur. Nailə xanımın qızı Nərminə onun tələbəsidir, o tibb kollecində müəllim işləyir, 2019-cu ilin noyabr ayında Ələsgərova Nərminə ona yaxınlaşıb “problemimiz var, bizə kömək edə bilərsiz? bir hərbçi var bizdən 3800 manat pul alıb qaytarıb vermir” deyibdir, o, da anasının onunla danışmasını istəyibdir, sonra o İddiaçı ilə danışıbdır, İddiaçı ona müxtəlif vaxtlarda həmin pulu müxtəlif vaxtlarda verdiyini deyib, danışdıqları gün İddiaçı saat beşdə kollecə gəlib bir kağız parçası veribdir, həmin kağız parçasında hansı tarixdə, hansı məbləğdə pul verildiyi ilə bağlı siyahıda sonunda cəmi 3800 manat yazılıbdır, o Cavabdeh mobil nömrəsini alıb, Cavabdeh 8-10 dəfə zəng vurandan sonra telefonu açıbdır, telefonda o Cavabdeh “Həsənov sən vətəndaşdan pul almısan, niyə qaytarmırsan?” deyibdir, həmin vaxt o özünü təqdim etməyibdir, Cavabdeh bilməyibdir kiminlə danışır polis işçisi və ya prokuroluq işçisi ilə, o danışıqdan Cavabdeh qorxu hissi keçirdiyini hiss edibdir, Cavabdeh ilə danışanda Cavabdeh ona ”pul məsələsini gəlib deyəcəm. Sizinlə görüşəcəm” deyibdir, o da “tibb kollecinin qarşısında görüşək” deyibdir, saat 1-də Tibb kollecinin qarşısında görüşüblər, o görüşən zaman yenə eyni formada Elvinə “sən cinayət edirsən, pulu qaytarmalısan” deyib və İddiaçı verdiyi kağız parçasını verib “sən bu qədər pul götürmüsən qaytarmalısan əks təqdirdə cinayət işi qaldırılacaq, ordudan qovulacaqsan” deyibdir, ona bütün bu prosesləri bildiribdir. O, Cavabdeh soruşanda ki, “bu pulu almısan niyə qaytarmırsan”, Cavabdeh ona atası və bacısının xərçəng xəstəsi olduqlarını, Türkiyə Respublikasında iki dəfə onları müalicə etdirdiyini, özünün də ailə daxili problemlərini həll etdiyini deyibdir, hardasa 40 dəqiqədən çox onlar gəzib söhbət ediblər, o Cavabdeh maaşını soruşanda Cavabdeh 900 manat əmək haqqı aldığını deyibdir, o da cavabdehə “ayda 300 manat ödəsən bir ildə bu məsələ bağlanacaq”, Cavabdeh da ona “düz deyirsiz, birinci ayı maaşda 300 manat ödəyəcəm, qalan məbləği isə bankdan kredit götürüb ödüyəcəm” deyibdir, bundan 10-15 gün sonra axşam saat 8-9 radələrində Cavabdeh ona ayrı nömrədən zəng edib ona “Nailə məni təhqir edib, məndə pulu qaytarmıram” deyibdir, o da “yəqin pul ödəməmisən ona görə” deyibdir, Cavabdeh da ona “o pulu faizlə verir, qaytarmıyacam mən” o da Cavabdeh “sən kağızda göstərilən pulu ver, səndən faiz istəsə aidiyyəti orqana deyərəm” deyibdir, bundan sonra o Cavabdeh ona zəng etməməsini istəyibdir, Cavabdeh da ona bir daha zəng etməyibdir, təqribən 10-15 gün olar Nərmin ona zəng edib anasının pul məsələsi ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib və ondan məhkəmədə Cavabdeh borclu olması barədə şahidlik etməsini xahiş edibdir, o da razılaşıbdır. Məhkəmədə sualları cavablandıran şahid B.Ağalarov bildirdi ki, o, Nərminin müraciətinə və İddiaçı verdiyi kağıza əsasən Cavabdeh ilə danışıbdır, İddiaçı həmin pulu onun yanında verməyibdir, o siyahı olan kağız parçasını Cavabdeh veribdir, o da razılaşıbdır, həmin siyahının sonunda 3800 manat yazılıbdır, həmin siyahı dəqiq deyə bilmir hardasa 6-7 sətirdən ibarət olubdur, 200, 600 rəqəmlər yazılıbdır, həmin siyahıda olan məbləğləri o hesablamayıbdır, siyahının altında 3800 manat məbləğ yazılıbdır, o pulu Cavabdeh deyəndə Cavabdeh razılaşmayıbdır, onlar borc barəsində söhbət etməyiblər, sadəcə Nailə xanım dediyinə görə o, Cavabdeh “bu kağızdakı pulu ödəməlisən” deyib, Cavabdeh da “yaxşı ödəyəcəyəm” deyibdir, axırda Cavabdeh ona “Nailə bu pulu mənə faizlə veribdir, mən pul götürmüşəm 3800 manat pulun faizidir məndən istəyir. O Cavabdeh borcu var deyəndə Cavabdeh ona qaytarmağı və ya nə qədər qaytardığını deməyibdir, o, Cavabdeh pulu ödəməli olduğunu deyibdir, o da ödəyəcəyini deyibdir, həmin vaxt Cavabdeh etiraz etməyibdir, Cavabdeh “bu pulu mənə faizlə verib” deyibdir, o da “borcunu ödə faiz istəsə aidiyyəti orqanlara müraciət edərsən” deyibdir. Məhkəmədə iddiaçı tərəfindən şahid kimi dindirilən X5 verdiyi izahatında bildirdi ki, Cavabdehla heç bir qohumçuluğu olmadığını, heç bir ədavəti olmayıbdır, İddiaçı onun əmisi qızının yoldaşıdır, o, Cavabdeh nə görüb, nə də ki tanıyır, bu gün görsə də tanımaz, o İddiaçı həyətində ot biçən vaxt İddiaçı ona bir nəfərə pul verdiyini və ala bilmədiyini, telefonuna zəng etdiyini, həmin adamın da telefonunu açmadığnı deyibdir, o da İddiaçı nömrəni alıb zəng edibdir, həmin vaxt telefonu bir nəfər açıb o, həmin şəxsə “Nailəyə pul borclusan, ərsiz qadındı niyə qaytarmırsan” deyibdir, həmin şəxs də ona bankdan pul götürəcəyəyini, yaxın günlərdə qaytaracağını deyibdir, hardasa bu danışıq 2021-ci ilin aprel ayında olubdur, bu söhbətdən qabaq o, İddiaçı evində olanda evin qapısı döyülüb, o qapının kimin döydüyünü biməyibdir, İddiaçı qapını açıbdır, bir müddət sonra İddiaçı gəlib o da kimin olduğunu soruşubdur, İddiaçı ona bir oğlanın olduğunu, pul istədiyini deyibdir, o İddiaçı nə qədər pul verdiyini soruşub, İddiaçı, “bizə gəlib gedən adamdır, xəstələri var pul istəyirdi 700 manat pul verdim”, o İddiaçı başqa heçnə soruşmayıbdır. Bu hadisə 2021-ci ilin soyuq ayları olubdur, hardasa yanvar- fevral ayları olubdur. Məhkəmədə sualları cavablandıran şahid Q.Xəlilov bildirdi ki, o zəng etdiyi adamın adını bilmir, sadəsə İddiaçı deyib o da zəng edibdir, həmin adamın nə qədər borcu olduğunu bilmirdi, o həmin adamla danışanda “xalxın borcunu ver” deyibdir, o da cavabında bankdan pul götürüb borcunun hamısını qaytaracağını deyibdir, onlar borcun məbləği barədə danışmayıblar. Məhkəmədə iddiaçı tərəfindən şahid kimi dindirilən X6 verdiyi izahatında bildirdi ki, cavabdeh ilə qohumçuluğu yoxdur, ədavəti də yoxdur, İddiaçı onun bacısıdır, hardasa 2021-ci ilin yanvar ayında o Türkiyə Respublkasından gəlibdir, bacısı ona zəng edib “Elvinə pul vermişəm qaytarmır” deyibdir, bundan bir gün sonra o Cavabdeh zəng vurub danışıb, danışan zaman Cavabdeh “bacıma borcun var niyə vermirsən? vermək lazımdı” deyib Cavabdeh da “borcum var, mən demirəm borcum yoxdur, var verəcəm, imkanım yoxdur, pul götürəcəm, işim alınsın verəcəm, ayın onuna kimi, fevralın 10-na kimi” deyibdir, fevral ayının 10-da zəng vurub Cavabdeh o da “hökümətdən pul götürüb verəcəm” deyibdir, 20 gün sonra bir də zəng vuranda “zabit yoldaşım var pul götürüb Nailənin pulunu verəcəm” deyibdir, ondan sonra Cavabdeh onun zənglərinə cavab verməyibdir. Məhkəmədə sualları cavablandıran şahid S.Quliyev bildirdi ki, İddiaçı Cavabdeh verdiyi pulu faizlə verməyibdir, İddiaçı ona Cavabdeh 3800 manat borcunun olduğunu deyibdir. Əlavə olaraq şahid S.Quliyev vəkilin suallarını cavablandıran zaman bildirdi ki, Cavabdeh ona İddiaçı 3800 manat borcunun olduğunu deyibdir və həmin borcu hissə-hissə ödəyəcəyini, hamısını birdəfəyə ödəyə bilməyəcəyini deyibdir, o Cavabdeh 3800 manat borcunun olmasını deyəndə Cavabdeh ona heç bir etiraz etməyibdir, heç 1300 manat borcunun olmasını da deməyibdir, ümumiyyətlə heçnə deməyibdir. Əlavə olaraq sualları cavablandıran şahid S.Quliyev bildirdi ki, Cavabdeh nə qədər borcu olduğunu soruşanda Cavabdeh 3800 manat borcunun olduğunu həmin borcu hissə-hissə 200, 100 manat verəcəyəni deyibdir, Cavabdeh onunla görüşmək istədiyini və ona deyəcəyəni deyib, amma nə deyəcəyini deməyibdir, Cavabdeh onun yanında pul verilməyibdir. Məhkəmədə iddiaçı tərəfindən şahid kimi dindirilən X9 verdiyi izahatında bildirdi ki, o Cavabdeh 2019-cu ildən tanıyır, o öz şəxsi avtomobili ilə “taksi” fəaliyyəti ilə məşğul olur, hərbiçiləri aylıqçı olaraq aparıb-gətiribdir, Cavabdeh da müştəriləri olan hərbiçilər tanış edibdir, o Cavabdeh aylıqçı olaraq işdən evə evdən isə işə aparıb gətiribdir, Cavabdeh dördyol adlanan yerdən Yeni Naxçıvan deyilən yerə aparıb gətiribdir, əlavə olaraq Cavabdeh lazım olan zaman dükanabazara aparıbdır, onun bildiyinə görə Cavabdeh faizə borc pul götürübdür, həmin borca görə Cavabdeh onun vasitəsi ilə 3 dəfə Nailə xanıma pul göndərib, hər dəfə Cavabdeh onunla pul göndərəndə o pulu İddiaçı verməzdən qabaq Cavabdeh telefonla İddiaçı ilə danışdıqdan sonra o pulu İddiaçı veribdir, o Qaraçuxur kəndinə Nailə xanımgilə bir neçə dəfə gedib gəlibdir, İddiaçı Cavabdeh verdiyi pulları o özü şəxsən 3 dəfə aparıb veribdr, bir dəfə 200 manat, sonra 700 manat, axırıncı dəfə isə 150 manat İddiaçı veribdir. Bundan əlavə o, Cavabdeh 3-4 dəfə tək İddiaçı yaşadığı Qaraçux kəndinə aparıb, bir dəfə hətta Cavabdeh komandiri ilə birlikdə aparıbdır. Cavabdeh İddiaçı nə qədər pul verməsini isə görməyib və bilmir. Məhkəmədə sualları cavablandıran şahid Ə.Rzayev bildirdi ki, pulları o İddiaçı onun yaşadığı Qaraçuxur kəndində, bir dəfə isə Naxçıvan şəhərində sarayın altında Qaraçux dayanacağı olan yerdə İddiaçı şəxsən veribdir, Cavabdeh İddiaçı konkret nə qədər borc götürdüyü bilmir, Cavabdeh 2020-ci ilin əvvəllərində bir dəfə İddiaçı evinə tək aparıbdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd olunan şahid ifadələri təhlil edildikdə dindirilən şahidlərin məhkəməyə verdiyi ifadəsində Cavabdeh İddiaçı 3800 manat borcunun olması öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı Cavabdeh ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə 3800 manat borc aldığını bildirsə də və həmin halı şahidlər X2, X8 və X3 təsdiq edəcəklərini bildirsə də, Cavabdeh İddiaçı 3800 manat borcunun olması şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Şahid N.Ələsgərovanın məhkəməyə verdiyi ifadəsində 400 manat pulun Cavabdeh verilməsinə dair ifadəsi inandırıcılıq dərəcəsinə görə qəbul edilən deyildir, şahid N.Ələsgərova ifadəsində Cavabdeh ailəlikcə onların evlərinə gedib gəldiklərini, Cavabdeh dəfələrlə gəlib onlardan pul aldığını göstərsə də Cavabdeh onun tərəfindən onların yaşadığı Naxçıvan şəhəri, Qaraçuxur kəndindəki evlərində 400 manat verməsini əminliklə bildirsə də məhkəmə hesab edir ki, şahd N.Əsgərova İddiaçı qızıdır və onların ana bala münasibətlərindən irəli gələn mənafeləri olduğu üçün məhkəmə şahid N.Ələsgərovanın ifadələrini sübut kimi qəbul edilən hesab etmir. Eyni zamanda məhkəmə şahid N.Ələsgərovanın Cavabdeh verilən digər pulların onun yanında verilməsi, dəfələrlə Cavabdeh yoldaşı Güldanə ilə gəlib, müxtəlif məbləğlərdə anasının onlara pul verməsi, pulu anasının verməsi, elə olub 400 manat, 500 manat pulun verilməsi, elə də olub 100 manat verilməsi barədə ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Şahid N.Ələsgərovanın ifadələrini şübhə altına alan hal isə İddiaçı Cavabdeh borc verdiyi pulların onun yanında verməsini bildirməsi, lakin həmin pulların hansı vaxt, hansı şəraitdə və hansı məbləğlərdə olmasını dəqiq göstərməməsidir. Həmçinin şahid N.Ələsgərovanın ifadələrini şübhə altına alan digər hal isə ifadəsində Cavabdeh ilk dəfə onlara nə vaxt gəlməsini dəqiq xatırlamadığını, çox vaxt Cavabdeh yoldaşı ilə gəlib borc pul verilməsini xahiş edib alıb qaytaracaqlarını dediklərini, pulu alıb getdiklərini, hər dəfə bir bəhanə ilə qaytarmadıqlarını, bir iki dəfə alıb qaytardıqları üçün anasının inanıb yenə borc verdiyini göstərməsidir. Halbuki İddiaçı istər məhkəməyə verdiyi ifadəsində, istərsə də iddia ərizəsində Cavabdeh borclu olduğu 3800 manat puldan heç bir ödəniş etmədiyini göstərmişdir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş şahid N.Ələsgərovanın ifadəsini iddiaçının iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir. Bu səbəbdən də məhkəmə Ə.Ələsgərovanın ifadələrinin şübhəli və inandırıcılıq dərəcəsinə görə qəbul edilən bilən hesab edilmədiyi üçün İddiaçı Cavabdeh 3800 manat borc verməsi öz təsdiqini tapmamışdır. Məhkəmə digər şahid X14 Cavabdeh İddiaçı 3800 manat manat borcunun olmasına dair ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Belə ki, şahid B.Ağalarov İddiaçı Cavabdeh 3800 manat borc verməsini əminliklə təsdiq edə bilməmişdir, şahid B.Ağalarov məhkəmə araşdırılması zamanı ifadəsində o, Nərminin müraciəti və İddiaçı verdiyi kağıza əsasən Elvin ilə danışdığını, İddiaçı həmin pulu onun yanında vermədiyini, onun siyahı olan kağız parçasını Cavabdeh verdiyini, cavabdehin də razılaşdığını, həmin siyahının sonunda 3800 manat yazıldığını, həmin siyahını dəqiq deyə bilmədiyini hardasa 6-7 sətirdən ibarət olduğunu, 200, 600 rəqəmlərin yazıldığını, həmin siyahıda olan məbləğləri onun hesablamadığını, siyahının altında 3800 manat məbləğ yazıldığını, onların borc barəsində söhbət etmədiklərini, sadəcə Nailə xanımın dediyinə görə o, Cavabdeh “bu kağızdakı pulu ödəməlisən” dediyini, Cavabdeh da “yaxşı ödəyəcəyəm” dediyini göstərmişdir. Şahid B.Ağalarovun ifadələrini şübhə altına hal isə cavabdehin iddiaçıdan 3800 manat borc alması onun bilavasitə özünün şahid olmadığını göstərməsi, iddiaçının və iddiaçının qızı olan N.Ələsgərovanın ona deməsinin və ona iddiaçı tərəfindən kağız parçası verildiyini, bundan sonra iddiaçı ilə görüşən zaman həmin kağız parçasında yazılan pulun Cavabdeh ödəməsini bildirməsi, Cavabdeh isə ödəyəcəyini bildirməsindən sonra bu qənaətə gəlməsidir. Həmçinin şahid B.Ağalarovun ifadələrini şübha altına alan digər hal isə, onun telefonda Cavabdeh “Həsənov sən vətəndaşdan pul almısan, niyə qaytarmırsan?” deməsi, həmin vaxt özünü təqdim etməməsi, Cavabdeh kiminlə danışmağını bilməməsi, polis və ya prokuroluq işçisi ilə danışmasını bilməməsi, həmin vaxt Cavabdeh onunla danışan vaxt qorxu hissi keçirməsidir. Məhkəmə hesab edir ki, şahid B.Ağalarov hazırki iş üzrə İddiaçı və onun qızı N.Ələsgərovanın maraqlarından çıxış edərək Cavabdeh borclu olduğu pulun alınıb onlara verilməsində maraqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid B.Ağalarovun ifadəsi sübut kimi qəbul edilə bilməz. Məhkəmə digər şahid Q.Xəlilov Cavabdeh İddiaçı 3800 manat mant borcunun olmasına dair ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Belə ki, şahid Q.Xəlilov ifadəsində onun Cavabdeh görmədiyini və tanımadığını bildirmiş, sadəcə İddiaçı dediyinə görə Cavabdeh zəng etdiyini, o da telefon danışığı zamanı ona “xalxın borcunu ver” dediyini, cavabdeh də cavabında bankdan pul götürəcəyəni dediyini, onların borcun məbləği barədə danışmadığını göstərmişdir. Şahid Q.Xəlilovun ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Şahid Q.Xəlilovun ifadələrini şübhə altına alan hal isə onun ümumiyyətlə Cavabdeh tanımaması və onu görmədiyini, Cavabdehla İddiaçı dediyinə görə danışdığını, cavabdehin iddiaçıya hansı məbləğdə borclu olması barədə ümumiyyətlə məlumatının olmamasını bildirməsidir. Məhkəmə digər şahid S.Quliyevin Cavabdeh İddiaçı 3800 manat mant borcunun olmasına dair ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Belə ki, şahid S.Quliyev ifadəsində hardasa 2021-ci ilin yanvar ayında onun Türkiyə Respublkasından gəldiyini, bacısının ona zəng edib “Elvinə pul vermişəm qaytarmır” deməsini, bundan bir gün sonra onun Cavabdeh zəng vurub danışdığını, danışan zaman Cavabdeh “bacıma borcun var niyə vermirsən? vermək lazımdı” deməsini Cavabdeh da “borcum var, mən demirəm borcum yoxdur, var verəcəm, imkanım yoxdur, pul götürəcəm, işim alınsın verəcəm, ayın onuna kimi, fevralın 10-na kimi” deməsini, fevral ayının 10-da zəng vurduğunu Cavabdeh o da “hökümətdən pul götürüb verəcəm” deməsini, 20 gün sonra birdə zəng vuran zaman “zabit yoldaşım var pul götürüb Nailənin pulunu verəcəm” deməsini, ondan sonra Cavabdeh onun zənglərinə cavab vermədiyini göstərmiş, şahid S.Quliyev məhkəmədə sualları cavablandıran zaman isə İddiaçı Cavabdeh verdiyi pulu faizlə vermədiyini, İddiaçı ona Cavabdeh 3800 manat borcunun olduğunu deməsini, Cavabdeh ona İddiaçı 3800 manat borcunun olduğunu deməsini və həmin borcu hissə-hissə ödəyəcəyini deməsini, onun Cavabdeh 3800 manat borcunun olmasını dedikdə Cavabdeh ona heç bir etiraz etmədiyini, heç 1300 manat borcunun olmasını da demədiyini, ümumiyyətlə heçnə demədiyini, Cavabdeh nə qədər borcu olduğunu soruşan zaman Cavabdeh 3800 manat borcunun olduğunu, həmin borcu hissə-hissə 200, 100 manat verəcəyəni, hamısını birdəfəyə ödəyə bilməyəcəyini deməsini, Cavabdeh onunla görüşmək istədiyini və ona deyəcəyəni dediyini, amma nə deyəcəyini demədiyini, Cavabdeh onun yanında pul verilmədiyini göstərmişdir. Şahid S.Quliyevin ifadələrini şübhə altına hal isə iddiaçının cavabdehə onun yanında borc pul verilməsinin şahidi olmadığını göstərməsi, iddiaçının ona deməsindən sonra bu qənaətə gəlməsidir. Həmçinin şahid S.Quliyev ifadələrini şübhə altına alan digər hal isə, Cavabdeh onunla görüşmək istəməsi və ona deyəcəyəni deməsi, cavabdehin ifadəsində o halı bildirməsidir, belə ki, Cavabdeh ifadəsində hər dəfə telefonla danışdığı adamlarla görüşmək istədiyini, borcunun nə qədər olduğunu onlara demədiyini, çünki o, İddiaçı ilə görüşüb ona 1300 manat borcunun olduğunu, əvvəllər verdiyi pulları borcundan çıxmadığına görə İddiaçı ilə görüşmək istədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, şahid S.Quliyev hazırki iş üzrə İddiaçı qardaşı olduğu üçün onun mənafeyindən və maraqlarından çıxış edərək Cavabdeh borclu olduğu pulun alınıb ona verilməsində maraqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid S.Quliyevin ifadəsi sübut kimi qəbul edilə bilməz. İşin faktiki halları məhkəmə araşdırması zamanı yuxarıda tədqiq edilənlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarında olan Cavabdeh 25 iyun 2021-ci il tarixli ərizəsi ilə 1300 manat borcunun olması müəyyən olunur. Məhkəmənin baxışı iclasında iddiaçı Cavabdeh ona 3800 manat borcunun olmasını bildirsə də, iddia tələbində istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə isə bununla əlaqədar yuxarıda iddiaçının iddia tələbini əsaslandıran hallara verilən hüquqi qiymətlə bağlı qeyd etdiyi hüquq normalarının tətbiq edilməli olduğunu hesab edərək, yekunda qeyd edir ki, iddiaçının sübut kimi təqdim etdiyi yuxarıda adıçəkilən şahidlərin ifadələri, cavabdehin ərizəsini mötəbər və iddia tələbinin əsaslılığını qismən təsdiq edən sübut növü kimi qəbul edilməli, iddia tələbinin qismən, 1300 manat məbləğində olan hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməli, iddia tələbi qalmış hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq belə hesab edir ki, məhkəməyə verilən iddia ərizəsinə görə tutulmalı olan 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun 10,30 (on manat, otuz qəpik) manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materialları ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan şəhər Hüquq Məsləhətxanasının 25 iyun 2021-ci il tarixli, 04/394 nömrəli Hüquqi yardım üzrə xidmət müqaviləsinə əsasən İddiaçı 004587 nömrəli qəbzlə vəkil haqqı olaraq 350 manat Kollegiyaya ödəniş etməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən vəkil xidməti haqqı olaraq ödədiyi 350 manat pulun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 120 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İş üzrə Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın təmin olunmuş hissəsinə uyğun 10,30 (on manat, otuz qəpik) manat dövlət rüsumu və vəkil xidməti haqqı olaraq 120 manat olmaqla, cəmi 130,30 (br yüz otuz manat, otuz qəpik) manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar