Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-161/2022 23.11.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Hüseynova (Orucova) Nailə Nəriman qızı və Məhərrəmova (Orucova) Lalə Nəriman qızına qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X2 ölümündən sonra ünvan 1 ünvanında 1609.77 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 85.7 kv.m olan 3 otaqlı miras qalmış əmlakı, İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəmənin elektron kabinetinə 04 noyabr 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə təqdim edərək, X1 miras qalmış Şahbuz şəhəri, İ.Əfəndiyev küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən 0.1169 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 95.7 kv.m yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddianın dəyişdirilməsi Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən qəbul edilmiş və iddiaya dəyişdirilmiş formada baxılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə mərhum X8 01 iyun 2011ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmiş, mərhum X8 10 fevral 2021-ci il tarixində vəfat etmişdir. X2 ölümündən sonra Şahbuz şəhəri, İ.Əfəndiyev küçəsi, döngə 1, ev 3 ünvanında 1609,77 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 85,7 kv.m olan 3 otaqlı ev və torpaq sahəsi miras qalmışdır. X2 ölümündən sonra həyat yoldaşı İddiaçı həmin evdə qalıb yaşamış və mühafizə etməklə mirası qəbul etmişdir. X2 aşağıdakı vərəsələri var.
1. Həyat yoldaşı X6- vəfat edib
2. Həyat yoldaşı İddiaçı
3. Qızı-Cavabdeh2
4. X12 qızı
5. Qızı-Cavabdeh1
6. Qızı-Hüseynova(Orucova) Nailə Nəriman qızı X2 birinci həyat yoldaşı X6 08 dekabr 2009-cu ildə vəfat etmişdir. Birgə nikahlarından Cavabdeh2, X13, Cavabdeh1 və Hüseynova(Orucova) Nailə Nəriman qızı dünyaya gəlmişdir. X2 ölümündən sonra övladlarından həmin evdə qalıb yaşamamışlar. X2 ölümündən sonra Şahbuz şəhəri, İ.Əfəndiyev küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən mirası İddiaçı həmin mirasda qalıb yaşamaqla və mühafizə etməklə, evin bütün kommunal xərclərini ödəməklə faktiki qəbul edilməsini nümayiş etdirmişdir. İddiaçı vərəsəlik şəhadətnaməsinin alınması üçün Şahbuz rayon notariat ofisinə müraciət etmiş, Şahbuz rayon notariat ofisi 01 iyun 2022-ci il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı mərhum həyat yoldaşı X5 ölümündən sonra Şahbuz şəhəri, İ.Əfəndiyev küçəsi, döngə 1, ev 3 ünvanında mirasda qalıb yaşamış, həmin mirası bu günədək qoruyub mühafizə etmişdir. Sonda iddiaçı tərəf iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının bir sıra müddəalarına istinad etmişdir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, lakin 22 noyabr 2022-ci tarixli teleqramla müraciət edərək səhhəti ilə bağlı məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyindən məhkəmə baxışı iclasının vəkili və nümayəndəsinin iştirakı ilə keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alana məhkəmə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilə təmsil edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 verdiyi izahatında bildirdi ki, iddia ərizəsində işin mahiyyəti barədə geniş və ətraflı məlumat verilibdir, əlavə olaraq məhkəməyə sübutlar da təqdim ediblər, məhkəmə araşdırılması zamanı İddiaçı miras əmlakı faktiki olaraq qəbul etməsi və qoruyub saxlaması öz təsdiqini tapıbdır, sonda vəkil və nümayəndə Vəkil1 göstərilənləri nəzərə alaraq miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Hüseynova (Orucova) Nailə Nəriman qızı və Məhərrəmova (Orucova) Lalə Nəriman qızına və vəkil-nümayəndə Vəkil2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Hüseynova (Orucova) Nailə Nəriman qızı və Məhərrəmova (Orucova) Lalə Nəriman qızının və vəkilnümayəndə Vəkil2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 15 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, mərhum anası Həvəsə ilə atası Nəriman 1977-ci ildə nikaha daxil olublar, o 1984-cü ildə doğulub mübahisəli mənzildə böyüyüb başa çatıbdır, 2006-cı ilədək həmin mübahisəli evdə yaşayıbdır, 2006-cı ildə isə ailə həyatı qurub həmin evdən köçübdür, mərhum anası Həvəsə 2009-cu ildə vəfat edibdir, mərhum atası N.Orucov İddiaçı ilə 2011-ci ildə ailə qurubdur, atası 2021-ci ilin fevral ayında rəhmətə gedibdir, anası Həvəsə öləndən sonra atası N.Orucov ikinci evliliyi olan İddiaçı ilə həmin evdə yaşayıblar, atası N.Orucov vəfat etdikdən sonra həmin evdə İddiaçı yaşayıbdır, atası N.Orucovun ölümündən sonra İddiaçı onlara həmin evdə bir il yaşamağı üçün icazə istəyibdir, onlarda razı olublar, iddiaçı burada məqsədli şəkildə qalmaq istəyibdir, lakin onlar gec biliblər, ata mirasında onların da payı var, lakin qanunu bilmədikləri üçün vərəsəliklə bağlı notariusa müraciət etməyiblər, atasının bank hesabında pul da vardır, həmin puldan İddiaçı faiz də alıbdır, atası öləndən sonra iddiaçı ondan iyirmi beş min manat pul istəyibdir, evdən pay istəməsin deyə, o da bankda olan 10 min manat puldan pay istəyibdir, mərhum atasının ölümündən sonra ondan qalan mübahisəli evə getməyibdir və orada yaşamayıbdır, çünki evin qapısı hər zaman bağlı olubdur, o atasının sağlığında telefon ilə əlaqə saxlayıbdır, buna səbəb isə İddiaçı ilə onun arasında münasibətlərin pis olması olubdur, bu səbəbdən də həmin evə gedib-gəlməyibdir, atasının ölümündən sonra bibisi oğlu onlara atasının vəsiyyət etdiyini, atasının vəsiyyətini mərhumun ilində açıqlayacağını deyibdir, o da atasının il mərasiminə qədər gözləyibdir, sonradan ona məlum olubdur ki, atası vəsiyyətnamə qoymayıbdır, buna görə də o, bibisi oğlu ilə küsülüdür, əlavə olaraq Cavabdeh1 bildirdi ki, təmsil etdiyi bacısı Cavabdeh2 atasının sağlığında gəlib gedibdir, bacısı Cavabdeh2 atasının yas mərasimində iştirak edib gedibdir, daha sonra atasının il mərasimində gəlibdir, Cavabdeh2 həmin evdə atasının ölümündən sonra yaşamayıbdır, atasının ölümünün ikinci günündə İddiaçı bacısı Cavabdeh2 boynunu qucaqlayıb ağlayaraq bir il həmin mübahisəli evdə qalmasını istəyibdir, bacısı Cavabdeh2 İddiaçı həmin evdə qalmasına icazə veribdir, onlara da İddiaçı toxunmamalarını bildiribdir, həmin vaxt İddiaçı qardaşları sahib çıxmadıqları üçün onun həmin evdə qalmalarına razılıq veriblər, sonda Cavabdeh1 göstərilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh1 bildirdi ki, atasının ölümündən sonra o, mirasın qəbulu ilə bağlı heç bir orqana müraciət etməyibdir, atasının ölümündən sonra mübahisəli evdə yaşamayıbdır, o hesab edibdir ki, bir ildən sonra İddiaçı həmin evdən çıxıb gedəcəkdir. Məhkəmənin 15 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Hüseynova (Orucova) Nailə Nəriman qızı izahatında bildirdi ki, o, 1987-ci ildə mübahisəli evdə doğulubdur, 2012-ci ilə kimi həmin evdə yaşayıb, 2012-ci ildə ailə həyatı qurub həmin evdən gedibdir, atasının sağlığında o boşanma ərəfəsində olubdur, ailə problemləri olduğu üçün atasının evinə gəlibdir, atasının evində 2-3 gün qalıbdır, həmin vaxt İddiaçı “sən bu evdə qala bilməzsən sənin gününü burada qara edəcəm, burada mən qalmalıyam” deyibdir, bu hadisə atasının vəfatından sonra da təkrarlanıb, İddiaçı ona “sənin burada haqqın yoxdur, burada ancaq mənim haqqım var” dediyindən, o da məcbur qalıb ər evinə qayıdıbdır, İddiaçı ona orada yaşamağa imkan verməyibdir, qısa zaman orada qaldığı müddətdə iddiaçı onun uşaqları ilə də pis rəftar edibdir, İddiaçı hər zaman evin qapısını bağlı saxlayıb, onun telefon zənglərinə cavab verməyibdir, iddiaçı onlara “bura mənimdi və mənim də kefim belə çəkir” deyibdir, sonda cavabdeh Hüseynova (Orucova) Nailə Nəriman qızı göstərilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran cavabdeh Hüseynova (Orucova) Nailə Nəriman qızı bildirdi ki, mərhum atası N.Orucovun ölümündən sonra mirasın qəbulu ilə bağlı heç bir orqana müraciət etməyibdir, mübahisəli evdə yaşamayıbdır. Məhkəmənin 15 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Məhərrəmova (Orucova) Lalə Nəriman qızı izahatında bildirdi ki, o, 1979-cu ildə mübahisəli evdə anadan olubdur, 2000-ci ilə kimi həmin evdə yaşayıbdır, sonra ailə həyatı qurub gedibdir, ailə qurduqdan sonra o, həmin evə qonaq kimi gəlib gedibdir, atasının ölümündən sonra həmin evdə yaşamayıbdır, həmin ev ilə bağlı da heç bir orqana müraciət etməyibdir, sonda cavabdeh Məhərrəmova (Orucova) Lalə Nəriman qızı göstərilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Hüseynova (Orucova) Nailə Nəriman qızı, Məhərrəmova (Orucova) Lalə Nəriman qızının vəkili və nümayəndəsi Vəkil2 izahatında təmsil etdiyi cavabdehlər Cavabdeh1, Hüseynova (Orucova) Nailə Nəriman qızı və Məhərrəmova (Orucova) Lalə Nəriman qızının işin halları barədə məlumat verdiklərini, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarına əlavə olunan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Orucova X7 şəhəri, Şahtaxtinski küçəsi, döngə 3, ev 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Hüseynova (Orucova) X11 şəhəri, İ.Əfəndiyev küçəsi, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Məhərrəmova (Orucova) X14 şəhəri, İ.Əfəndiyev küçəsi, mənzil 80 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şahbuz Rayon Dövlət Notariat Ofisinin 01 iyun 2022-ci il tarixli, 41 nömrəli məktubuna əsasən, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasına görə notariat qaydasında imtina edilmiş və mübahisənin həll olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə biləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunan Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən “01” iyun 2011-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 ilə X9 arasındakı nikah 01 iyun 2011-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 № ilə qeyd edilmiş və nikahın bağlanmasından sonra qadına “Orucova” soyadı verilmişdir. İş materiallarına əlavə olunan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, AZ-İ seriyalı, 801292 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 10 fevral 2021-ci ildə Şahbuz rayonu, Şahbuz şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 34 № ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2009-cu il tarixli, AZ-İ seriyalı, 334381 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 27 noyabr 2009-cu ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 № ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunan Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuz Şəhər İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3/251 nömrəli arayışdan məlum olur ki, X5 vərəsələri aşağıdakılardı:
1. X6 (vəfat edib)
2. İddiaçı
3. Cavabdeh2
4. Cavabdeh4
5. Cavabdeh1
6. Cavabdeh3 İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 8 ünvanında yerləşən 0.1169 ha torpaq sahəsi və 95.7 kv.m fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 22/4 nömrəli reyestr kitabının 750 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). İş materiallarına əlavə olunmuş kommunal xərclərin ödənilməsi (qaz, işıq, su) barədə arayışlarla müəyyən olunur ki, İddiaçı oğlu, ünvan 8 ünvanında yerləşən X5 vəfatından sonra ona məxsus evin qaz və elektrik enerjisinin pulunu ödəyibdir. Belə ki, mülki işə əlavə olunmuş Naxçıvan MR Dövlət Energetika Xidməti Şahbuz Rayon Elektrik Şəbəkəsinin 26 sentyabr 2022-ci il tarixli, 47 nömrəli arayışından İddiaçı yoldaşı X2 adına olan Şahbuz rayonu, İ.Əfəndiyev küçəsi, ev 3, döngə 1-də yerləşən ********* nömrəli işıq abonent kodunda olan 21039766 nömrəli elektrik sayğacı xx.xx.2021-ci il tarixdən İddiaçı adına keçirilməsi və həmin tarixdən indiki dövrə qədər işlətdiyi elektrik enerjisinə görə Naxçıvan MR Dövlət Energetika Xidmətinin hesabına vaxtında köçürməsi müəyyən olunur. Həmçinin iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin 29 sentyabr 2022-ci il tarixli, 244 nömrəli arayışından İddiaçı yoldaşı X2 adına olan Şahbuz rayonu, İ.Əfəndiyev küçəsi, ev 3, döngə 1-də yerləşən ********* nömrəli qaz abonent kodunda olan ******* nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdən İddiaçı adına keçirilməsi və 10 fevral 2021-ci il tarixdən indiki tarixədək istehlak etdiyi təbii qazın həcminə görə vəsaiti Naxçıvan MR Qaz İstismar Xidmətinin hesabına vaxtında köçürməsi müəyyən olunur. Eyni zamanda iş materialları ilə Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi Şahbuz MSTİ və İddiaçı arasında 03 avqust 2021-ci il tarixli, ********* nömrəli “su təchizatı və tullantılarının axıdılması xidmətlərinə dair” müqavilənin bağlanması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan Poçt "xxxx" tərəfindən verilən elektrik ödəmə qəbzlərindən və Şahbuz Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən verilən 135611 nömrəli məişət tullantılarının daşınması üçün mədaxil qəbzindən aydın olur ki, ünvan 9 ünvanında mənzilin kommunal ödənişlərin X2 vəfatından sonra İddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapır. Məhkəmə toplanmış sübutlara, iddiaçının nümayəndəsinin, cavabdehlərin və nümayəndəsinin izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə 10 fevral 2021-ci ildə vəfat etmiş X4 miras qalmış ünvan 8 ünvanında yerləşən 0.1169 ha torpaq sahəsi və 95.7 kv.m fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X8 10 fevral 2021-ci il tarixdə vəfat etdikdən sonra ondan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən həyətyanı torpaq və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onun arvadı İddiaçı miras qalmış həyətyanı torpaq və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi X4 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. Belə ki, mülki işə əlavə edilmiş Şahbuz Rayon Elektrik Şəbəkəsinin və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin arayışlarından və qəbzlərdən görünür ki, İddiaçı əri X5 ölümündən sonra ondan miras qalmış ünvan 8 ünvanında yerləşən evin kommunal xərclərə görə ödənişləri etmiş, eyni zamanda tərəflərin izahatları və iş materialları ilə X5 vəfatından sonra onun fərdi yaşayış evində İddiaçı yaşaması və sonuncunun təsərrüfatını qoruyub idarə etməsi müəyyən olunur ki, bununla da İddiaçı mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin mirası qəbul etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Hüseynova (Orucova) Nailə Nəriman qızı, Məhərrəmova (Orucova) Lalə Nəriman qızı tərəfindən X1 qalmış mirası qəbul etmələri, habelə onlara qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə cavabdehlərin diqqətinə çatdırır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10.2-ci bəndində göstərmişdir ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalmış ünvan 8 ünvanında yerləşən 0.1169 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 95.7 kv.m yaşayış evinin İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Daşqın Səfərov.