Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-168/2025 30.09.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumi istifadədə olan torpaq sahəsinə yola keçərək tikdirdiyi qaraj və özbaşına tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, təxminən 25-30 il bundan əvvəl, torpağın mülkiyyətə verilməsinə dair 266A nömrəli Şəhadətnamə üzrə 0.22 ha torpaq sahəsi əsasında qardaşım və ailəsinin yaşadığı sahədən qonşu sahədə yaşayan (hələ o zaman rəhmətə getməmişdi) X7 öz torpaq sahəsinin sərhədlərini aşmaqla və ümumi istifadədə hesab olunan yolun üzərinə keçməklə üzəri dam örtüklü qaraj tikmiş, yan qonşuluqda - JN-266A nömrəli şəhadətnamə üzrə İddiaçı (mənə) verilmiş, lakin qardaşım Nümayəndə və ailə üzvləri yaşadıqları evin həmin vaxt sərhədlərini bilmədiklərindən onun torpağın məhz özünə aid olan hissəsində tikinti apardığını zənn edərək heç bir etiraz etməmişlər. Təxminən 2 il əvvəl Nümayəndə səhhəti ilə əlaqədar həmin yoldan istifadə etmək istədikdə sözügedən qonşuluqda hazırda yaşayan Rüstəmov Xudaverdinin həyat yoldaşı Cavabdeh və oğlu Pənah Rüstəmov buna etiraz etmiş, həmin yoldan istifadə etməyə maneçilik yaratmışlar. Əlavə olaraq qeyd edim ki, Nümayəndə həyat yoldaşı Laçın Məmmədova İ Qarabağ Müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuş X2 bacısıdır, indiyədək 5 dəfə əməliyyat keçirməklə, səhhətindəki sıxıntılarla əlaqədar müalicə almaqdadır və həmin yola edilmiş maneə onun gedişgəlişində sıxıntıya səbəb olmaqdadır. Baş verənlərdən sonra qanuni sərhədləri müəyyənləşdirmək üçün Nümayəndə Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə etdiyi müraciətin nəticəsində sözügedən qonşunun öz sərhədini aşaraq ümumi istifadədə olan yolu bir növü "işğal etməsi" faktı bizə məlum olmuşdur. Bütün bunlar azmış kimi, sözügedən qonşu yuxarıda qeyd etdiyim qarajın qarşısına dam örtüklü və iki dirəkli, maşın üçün "kölgəlik" düzəldib, yerə daş döşəmiş, yolun istifadəsini daha da məhdudlaşdırmışdır. Məhz həmin yolun ümumi istifadə də olduğunu bildiyimizdən və yolun üzərində döşənmiş daşların hərəkətə daha da maneçilik yaratdığını gördüyümüzdən qardaşım onları çıxarıb kənara atdığı üçün o, Cavabdeh tərəfindən polisə şikayət edilmiş, şikayət üzrə gələn polis əməkdaşları tərəfindən sahənin xəritəsi əsasında baxış keçirildikdə şikayətçinin sərhəd pozması halı aşkar edilmişdir. Qonşuluqda yaşayan Cavabdeh və onun oğlu X11 ilə aramızdakı mübahisənin həll yolu, yəni qanunsuz, özbaşına tikililərin sökülməsi barədə razılaşmaq üçün kifayət qədər səy göstərməyimizə baxmayaraq bir nəticə vermədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edirik. X12 və Şahbuz Bələdiyyəsi cavabdeh tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada İddiaçı, X4, Şahbuz Bələdiyyəsinə və X1na məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlərr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə İddiaçı, X12 və Şahbuz Bələdiyyəsi nümayəndəsi və X1nun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçını nümayəndəsi Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında tikilinin əvvəllər olmadığını, həmin hissənin yol kimi istifadə olunduğunu, sonradan cavabdehin orada qaraj və çardax tikdiyini, planda hər iki tərəfin yola çıxmadığını, lakin faktiki olaraq cavabdehin yolun əsas hissəsini zəbt etdiyini, evin girişinin yolun zəbt olunan hissəsində olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında tikilinin bir duvarının qayınatasından qalan otağa birləşdirildiyini, tikili sökülərsə öz otağına da ziyan verəciyini, 70-cı illərdə, yoldaşının sağlığında tikildiyini, iddiaçının valideynlərinin, iddiaçının anası Fatma xanımın, atası Məmməd kişinin, qardaşlarının, iddiaçının nümayəndəsinin orada olduğunu, yolu əvvəl toyuq-cücə, mal-qara gəlməsin deyə yolu bağladığını, hazırda isə yolun açıq olduğunu, iddianı qəbul etmədiyini bildirmişdir. X1 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında tərəflərin hər ikisinin zəbt torpaq sahəsindən istifadə etdiyini, mübahisə predmenti olan tikilinin onların sistemində görünmədiyini, əvvəlki torpaq planlarına baxılan zaman orada yolun göründüyünü, istifadə vəziyyəti ilə planda olan vəziyyətin fərqli olduğunu, rəyin tərtib edilərək məhkəməyə təqdim olunduğunu, hazırda mübahisəli ərazidə bir tikili olduğunu, yerində baxış keçirilərsə işin hallarının daha dəqiq müəyyən olunacağını, iddiaçının torpaq sahəsinə girişin həyətin digər tərəfindən olduğunu bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, Şahbuz rayon Şahbuzkənd kənd sakini İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna maneənin aradan qaldırılması” tələbinə dair mülki işə baxılması ilə əlaqədar JN-266A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X14 və İddiaçı mülkiyyətinə 2202.09 kv.m, JN-183B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X7, Cavabdeh, X9, X15, X12, X5 və X10 ümumi birgə mülkiyyətinə 2426.26 kv.m mülkiyyətlərinə verilmişdir. Həyətyanı torpaq sahələrinin faktiki istifadə vəziyyətini əks etdirən sxematik plan ilə mülkiyyət sənədlərində uyğunsuzluq mövcüddür. Mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2019- cu ildə Şahbuz rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən Şahbuzkənd kəndində torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmişdir. Aparılan ölçmə-dəqiqləşdirmə işləri nəticəsində Xidmətin informasiya bazasında 266 A nömrəli həyətin istifadəsində 3736 m2 və 183 B nömrəli həyətin istifadəsində isə 3837m2 həyətyanı torpaq sahəsi uçota alınmışdır. Beləki Giriş hissədən 6.0 metr yoldan istifadə olunur. İslahat sənədində yol 183 B kadastr nömrəli torpaq sahəsi ilə 266 A nömrəli torpaq sahəsi arasında (yarım tikili qabaq hissəsi) 4.59 metr göstərilmiş, naturada isə 5.5 metrdən istifadə olunur. Mübahisələndirilən ümumilikdə 4 metrin 10.98 metrə olan yarım tikilinin 266 A nömrəli torpaq sahəsinə tərəf hissədən naturada 1.5 metr yoldan istifadə olunur. 183 B nömrəli torpaq sahəsinin Mübahisələndirilən Yarım tikilisi və arxa hissəsində torpaq sahəsinə giriş 3.04 metr istifadə olunan qapı, 266 A nömrəli mülkiyyətçi tərəfin istifadə edilən 4 metrə yaxın hasar və 1.5 metr enində olan sanitar qovşaq 2001-ci ilin ortofoto planında göstərilsədə islahat vaxtı mülkiyyət sənədində öz əksini tapmamışdır. İş materiallarında olan JN-266A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X14 və İddiaçı mülkiyyətinə 2202.09 kv.m torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan JN-183B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X7, Cavabdeh, X9, X15, X12, X5 və X10 ümumi birgə mülkiyyətinə 2426.26 kv.m torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən Şahbuz rayonu, Şahbuzkənd kəndində ümumi istifadədə olan torpaq sahəsinə yola keçərək tikdirdiyi qaraj və özbaşına tikilili olan çardağın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz rayonunun Şahbuzkənd kəndində yerləşən mübahisəli əraziyə, tərəflərin və mütəxəssisin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində olan iddiaçının sökülməsini tələb etdiyi mübahisəli tikilinin Şahbuz rayonu, Kəndşahbuz kəndində, kənddaxili yolun sağ kənarında, küçənin dalan hissəsindəd, çardağa giriş yerinin başlanğız hissəsinin 5.7 m enində, giriş yerinin son hissəsinin 5.40 m enindədir, cavabdehə məxsus mübahisəli tikilinin (qarajın) qarşısında cavabdehə məxsus 5.5 m uzunluğunda, 4.95 m enində taxta materialdan qururlmuş çardax, daş və beton materialdan tikili qaraj mövcüddur, 6.1 m uzunluğu, 3.93 m enindədir, qarajın sağ çiynində 6.1 m uzunluğunda, 1.43 m enində iddiaçının həyətinə yolu vardır, yolun sonluğunda sağ tərəfdə 0.6 m enində iddiaçıya məxsus olan həyətin giriş qapısının yerləşir, qarajın arxa tərəfində cavabdehin həyətinə giriş üçün istifadə edilən 2 m enində darvaza qapısı, qapının sağ tərəfində çay daşı və kərpic materiallarından tikilmiş 1 m enində hasar vardır, hasarın qarşı tərəfində, iddiaçının həyətinin giriş qapısının davamında iddiaçıya məxsus əl damı və sanitar qovşağ yerləşir, həmin tikililərin davamında uzunluğu 1.1 m olan hasar mövcüddur, əl damı və sanitar qovşağı olan tikililərin yerləşdiyi sahənin 3.7 m hissəsi zəbt edilmiş sahədir, iddiaçının həmin sahəyə avtomobilin gediş-gəlişi üçün mübahisəli tikililərin sökülməsini istəyir, hər iki tərəf çaya gedən yolun bir hissəsini zəbt edibdir. Eyni zamanda yerində müayinə zamanı iddiaçıya məxsus evin arxa tərəfində boş həyətyaı sahəsinin, tövlə və əl damının mövcud olması, həmin sahənin qurtaracağında kənddaxili yola çıxan hissəsində 3.43 m enində darvaza qapının yerləşməsi, həyətin həmin hissəsində iddiaçının qardaşı X6 yaşaması, mübahisəli tikililərin olan hissədə iddiaçıya məxsus həyətin 32 m uzunluğunda, 17.5 m enində olması və kənddaxili yola çıxış olan hissəsində yerləşməsi müəyyən olunmuşdur. Mübahisəli tikililər iddiaçıya məxsus torpaq sahəsinə qonşuluqda yerləşir, tikililər ilə iddiaçıya məxsus torpaq sahəsi arasında 1.43 metr enində 6 metr uzunluğunda gediş-gəliş yolu mövcüddur, həmin yol iddiaçının evinin arxa tərəfində yerləşən və zəbt edilən torpaq sahəsinə gedən yoldur, haliyədə mübahisə olunan torpaq sahəsindən (yoldan) iddiaçının nümayəndəsi Nümayəndə başqa digər qonşular istifadə etməyiblər və istifadə etmirlər. Həmçinin yerində baxış zamanı İddiaçı və nümayəndəsi Nümayəndə digər ümumi istifadədə olan kənddaxili yola açılan iki tağlı 3.43 m dəmir giriş qapısı və başqa hissədən bir ədəd bir tağlı qapının olması və hal-hazırda da gediş-gəliş yolu kimi həmin yoldan iddiaçının qardaşının istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, iddiaçı tələbinin əsası kimi mübahisəli sahənin ümumi istifadədə olması və həmin sahənin Cavabdeh tərəfindən zəbt edilərək qaraj tikərək və çardax quraraq, əvvəldən istifadə etdikləri ümumi gediş-gəliş yolunu bağlayaraq onun həmin yoldan istifadə hüquqlarını pozduğunu göstərmişdir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, iddiaçının sökülməsini tələb etdiyi tikililərin söküləcəyi təqdirdə ümumi gediş-gəliş yolunun açılacağı və onun həyətinə avtomobilin gediş-gəlişinin təmin ediləcəyini bildirsə də, məhkəmə araşdırılması zamanı Şahbuzkənd Bələdiyyəsinin mülkiyyətində olan mübahisəli tilililərin yerləşən sahənin dalan olması və iddiaçın İddiaçı gediş-gəliş yolunun istifadəsində olan torpaq sahəsinin hazırda onun mülkiyyətində olmaması, eyni zamanda həmin torpaq sahəsinə onun qanuni istifadə hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmadığından və təqdim olunan hüquqi sənədlərə əsasən İddiaçı bələdiyyəyə məxsus həmin torpaq sahəsi (yolla) ilə həmsərhəd torpaq sahəsi olmadığından onun qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müəyyən olunmadığından təmin edilməməlidir. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, yalnız iddiaçının nümayəndəsi Nümayəndə həmin tikililərin mövcüd olduğu yerə bir ədəd balaca qapısı vardır, hazırda həmin qapının açıldığı yerə gediş-gəliş yolu mövcuddur. Həmin yol iddiaçının evinin arxa hissəsində yerləşən zəbt torpaq olan və iddiaçının istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi də istifadə edilir. İddiaçının istifadə etdikləri avtomobil üçün gedişgəliş yolunun açılmasını istədiyi və hal-hazırda 1.43 m enində gediş-gəliş yolun olduğu sahənin zəbt torpaq olması mütəxəssis rəyi və iddiaçının nümayəndəsinin izahatı ilə təsdiqini tapmışdır. Beləliklə mülki işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçının iddiası iddia etdiyi kimi mübahisəli yolun əvvəl onun və digər qonşuların tərəfindən ümumi istifadədə gediş-gəliş yolu kimi istifadə etdikləri yuxarıda qeyd edilən mütəxxəsis rəyi və yerli baxış zamanı öz təsdiqini tapmadığından, həmin əsas ilə təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyəyə məxsus hüquqi şəxslər, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Həmin Maddənin 2-ci hissəsinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehin ümumi istifadədə olan torpaq sahəsinə yola keçərək tikdirdiyi qaraj və özbaşına tikililərin sökülməsi barədə iddiası rədd edilməli, iddia qaldırılan zaman ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı cavabdehin ümumi istifadədə olan torpaq sahəsinə yola keçərək tikdirdiyi qaraj və özbaşına tikililərin sökülməsi barədə iddiası rədd edilsin. İddia qaldırılan zaman ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-168/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-168/2025
30.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver