Məhkəmə qərarları › İş №2(090)-178/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-178/2024

29.10.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-178/2024 29.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X8 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh Şahbuz rayon Notariat Ofisinin notariusu Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Şahbuz rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 26 noyabr 2021-ci il tarixli, 2-V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbi barədə qətnamə qəbul edilməsini və ünvan 1 ünvanında yerləşən 2 otaqlı evin alqı-satqısının ləğv edilməsinin digər şəxslərə satılmasını və girov qoyulmasına qadağa qoyulmasına və Naxçıvan şəhəri K.Talıblı küçəsində 016 ha torpaq sahəsi üzərində 2 fərdi yaşayış evinin alqısına-satqısına girov qoyulmasına qadağa qoyulmasını, pozulmuş hüquqlarının tam bərpa edilməsini və vərəsəlik hüququnun tam təmin edilməsini vərəsəlik şəhadətnaməsinin bərpa olunmasını xahiş etmişdir. O, iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, oğlum X10 29 yanvar 1999-cu il tarixdə X2 ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur və həmin nikahdan övladları olmamışdır. X15 15 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Onun iki nəfər aşağıda göstərilən kimi vərəsəsi olmuşdur: 1. İddiaçı (mən anası), 2. X2 (arvadı). Mərhum oğlum X6 15 fevral 2021-ci il tarixdə vəfat edəndən sonra onun Naxçıvan Muxtar Respublikası DTX-də hesablanmış 2849.01 (iki min səkkiz yüz qırx doqquz manat, bir qəpik) manat pul vəsaiti, nikahdan əvvəl əldə etdiyi, yəni 1987-ci il tarixdə mərhum ərim Hüseynov Fehruz tərəfindən kiçik oğlum Nümayəndə1 adına alınmış, lakin həmin vaxt Rafiqin yaşı balaca olduğuna görə qardaşı Pərviz Hüseynovun adına alınmış ünvan 2 ünvanında yerləşən iki otaqlı və Naxçıvan şəhəri, K.Talıblı küçəsində 0.16 ha torpaq sahəsi üzərində iki fərdi yaşayış evi miras qalmışdır, lakin oğlum P.Hüseynovun ölümündən sonra Naxçıvan Muxtar Respublikası DTX-də hesablanmış 2849.01 (iki min səkkiz yüz qırx doqquz manat, bir qəpik) manat (əmanətin) pul vəsaitinin arvadı X2 tərəfindən alınması ilə bağlı mən 26 fevral 2021-cı il tarixdə Naxçıvan şəhəri 2 saylı Notariat Ofisində öz payımdan notarial qaydada imtina etdim ki, həmin (əmanəti) pulu götürsün. Lakin həmin vaxt notarius X11 tərəfndən mənə həmin verdiyim imtina ərizəsinin digər hüquqi nəticələri izah edilmədi və mən də 88 yaşında qoca, yaşlı, savadsız qadın olduğum üçün heç nə soruşmadım. Mərhum X15un arvadı X2 yaranmış bu vəzivyətdən istifadə edərək sözügedən (əmanəti) pulu götürərək mənim xəbərim və razılığım olmadan qısa müddət ərzində mənim yaşlı, gözlərimin görməməsindən və savadsız olduğumdan sui istitadə edərək, özünü tək varis kimi təqdim edib, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb. ünvan 2 ünvanında yerləşən iki otaqlı evi alqı-satqı əsasında başqasına satıb, özgəninkiləşdirmişdir. Mən mərhum oğlumdan miras qalmış həmin mənzilin satılmasına qəti olaraq razı deyiləm. Ərizədən də göründüyü kimi mən pulun götürülməsinə razılıq vermişəm daha evlərin satılmasına deyil, ona görə də Cavabdeh xx.xx.2021-ci il larixli, 2-V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini istəyirəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilib, əsaslı məhkəmə qətnaməsi çıxarılacaqdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında İddiaçı özünün anası olduğunu, qardaşı Hüseynov Pərvizin 15 fevral 2021-ci il tarixdə vəfat etdiyini, öldüyü zaman qardaşının həmin mənzillə bağlı vəsiyyətnaməsinin olmadığını, qardaşının ona 2011-ci ildə öz adına keçirməsi ilə bağlı etibarnamə versə də, özünün Bakı şəhərinə getdiyi üçün edə bilmədiyini, həmin evdə özünün qeydiyyatda olmadığını, 1999-cu ildə torpaq islahatı zamanı torpaq verilən vaxt oradan qeydiyyatdan çıxdığını, qardaşının orada qeydiyyatda olduğunu, 2021-ci ildə qardaşının rəhmətə getdikdən sonra anasının Bakı şəhərində onunla yaşadığını, anasının gözlərinin görmədiyini, anasının mərhum qardaşı Pərviz ilə Naxçıvan şəhərində yerləşən evdə yaşadığını, qardaşının ölümündən sonra anasının həmin evdən çıxaraq onunla birlikdə Bakı şəhərində yaşadığını, həmin mənzildə qardaşının yoldaşının yaşadığını, digər mənzilin isə kirayədə olduğunu, kirayə pulunu digər qardaşının oğlunun aldığını bildiklərini, sonradan isə kirayə pulunu da qardaşının yoldaşı Leylanın aldığını öyrəndiyini, evin sənədləşməsi zamanı və ya qardaşı rəhmətə getdikdən sonra aralarında mülklə bağlı məsələ olmadığını, anasının ərizədə nə yazdığını anlamadığını, çünki gözünün görmədiyini, qardaşının 3 gün yasından sonra anasının həmin evdən ayrıldığını və qayıtmadığını, 27 fevral 2021-ci il tarixdə ərizə verdikdən sonra qardaşının yoldaşının anasına evi tərk etməsini bildirdiyini, anasının yaşlı olduğunu ona baxa bilməyəcəyini, tək yaşamaq istədiyini dediyini, evdən ayrıldıqdan sonra anasının evlə bağlı iddiasının olmadığını, çünki evin tam vərəsəsi olduğunu bilmədiklərini, qardaşının ölümündən sonra mirasın qəbulu ilə bağlı hər-hansı bir orqana müraciət etmədiklərini, evi satdıqdan sonra isə bu barədə qonşunun məlumat verdiyini, qardaşına Şahbuz rayonu, Nurs kəndində ehsan verərkən qardaşının yoldaşı Leylanın da gəlib-getdiyini, lakin evin satılması ilə bağlı onlara heçnə demədiyini, Şahbuz şəhərində evin onun olduğunu bildirmiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahbuz Rayon Notariat Ofisinin notariusu Nümayəndə2 izahatında yaşlı qadın olduğu üçün imza çəkmək yerinə iddiaçının öz adını yazmasının qəbul edildiyini, mirasın qəbulu ilə bağlı vətəndaş tərəfindən ərizə verildikdən sonra, yəni bu günə kimi qanunun tələbinə görə mərhumun qeydiyyat yeri üzrə Şahbuz Rayon Notariat ofisinə müraciət olunmadığını, digər tərəfdən isə şəxs tərəfindən miras əmlakın qəbulu ilə bağlı heç bir fakt irəli sürülmədiyini, İddiaçı birinci dərəcəli vərəsə kimi Şahbuz Rayon Notariat ofisinə müraciət etmədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli, 3/182 nömrəli arayış ilə X5 ünvan 4 ünvanında yaşaması, 15 fevral 2021-ci il tarixdə vəfat etməsi, onun vərəsələrinin anası İddiaçı və həyat yoldaşı X1 olması müəyyən edilir. Arayışda şəxsin atası X7 adı vərəsələr sırasında qeyd olunmasına baxmayaraq şəxs xx.xx.2007-ci il tarixdə vəfat etmiş, oğlu X10 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də məhkəmə birinci növbə vərəsə kimi mərhumun anası və həyat yoldaşının olmasını nəzərə alır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 3/178 nömrəli arayış ilə X5 ünvan 4 ünvanında xx.xx.2021-ci il tarixədək pasport qeydiyyatında olması müəyyən edilir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışa əsasən X12 ilə X3 xx.xx.1954-cü il tarixdə nikahlarının bağlanması, nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadının verilməsi müəyyən olunur. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş çıxarışa əsasən X10 ilə X2 arasında xx.xx.1999-cu il tarixdə nikahın bağlanması, nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadının verilməsi müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışa əsasən X7 Şahbuz rayonu, Nursu kəndində xx.xx.2007-ci il tarixdə qaraciyər çatışmamazlığından ölməsi, bu barədə ölüm kitabında xx.xx.2007-ci il tarixdə qeydiyyatın aparılması müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm kitabından çıxarışa əsasən X5 Şahbuz rayonu, Nursu kəndində xx.xx.2021-ci il tarixdə sol mədəcik çatışmamazlığı səbəbindən ölməsi, bu barədə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılması müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışa əsasən Nümayəndə1 Şahbuz rayonu, Nursu kəndində anadan olması, atasının X12, anasının İddiaçı olması müəyyən olunur. İş materiallarında olan İddiaçı ərizəsində xx.xx.2021-ci il tarixdə vəfat etmiş oğlu X5 ölümündən sonra mias qalmış əmanətdən (puldan) özünə çatası paydan imtina etməsini bildirməsi və bu halın Naxçıvan şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən imzanın təsdiq edilməsi müəyyən olunur. Həmçinin mülki iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan arvadı X2 olması və onun miras əmlakdan tam hissədə pay alması, şəhadətnamə verilən əmlakın Naxçıvan MR DƏDRX tərəfindən xx.xx.2011-ci il tarixdə X6 verilmiş **********12-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv/m, yaşayış sahəsi 28.1 kv/m, yardımçı sahəsi 13.4 kv/m, 2 otaqlı olan mənzildən ibarət olması müəyyən olunur. Məhkəmə qeyd edir ki, işin mübahisəli halı İddiaçı Şahbuz Rayon Notariat Ofisinə qarşı Cavabdehndə rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 2-V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, istər iddiaçı iddia ərizəsində, istərsə də iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə verdiyi izahatında mərhum Pərviz Hüseynovdan miras qalmış ünvan 7 ünvanında yerləşən iki otaqlı evin Nümayəndə1 adına alınmasını qeyd etsələr də iş materiallarında olan Naxçıvan NM DƏDRX-tinin Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş MH seriyalı, ******* saylı “Çıxarış”dan ünvan 7 ünvanında yerləşən mənzili tam mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 16/1 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınması müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Həmçinin İddiaçı iddia ərizəsində mərhum oğlunun həyat yoldaşı X2 tərəfindən mərhum oğlu Pərviz Hüseynovdan miras qalmış ünvan 7 ünvanında yerləşən iki otaqlı evin alqı-satqı əsasında başqasına satılmasına qəti razı olmadığını, bu səbəbdən də Şahbuz rayon Notariat Ofisinə qarşı 26 noyabr 2021-ci il tarixli, 2-V- 105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi və onun pozulmuş hüquqlarının bərpasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ilk olaraq maddi hüquq normalarının tətbiqi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “26” dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1.-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1.-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hazır ki iş üzrə yuxarıda göstərilən qanunvericiliyin tələbləri ilə əlaqədar məhkəmə qeyd edir ki, mərhum X5 vərəsələri anası İddiaçı və həyat yoldaşı X2 mərhumun ölümündən sonra qanun üzrə vərəsələri olublar. Həmin hal iş materiallarında olan Şahbuz şəhər MİS tərəfindən verilən 15 iyul 2024-cü il tarixli, 3/182 saylı arayışla öz təsdiqini tapır. İddiaçı nümayəndəsi oğlu Nümayəndə1 məhkəməyə verdiyi izahatında qardaşı Hüseynov Pərvizin 15 fevral 2021-ci il tarixdə vəfat etdiyini, öldüyü zaman qardaşının həmin mənzillə bağlı vəsiyyətnaməsinin olmadığını, 2021-ci ildə qardaşının rəhmətə getdikdən sonra anasının Bakı şəhərində onunla yaşadığını, anasının mərhum qardaşı Pərviz ilə qardaşı ilə Naxçıvan şəhərində yerləşən evdə yaşadığını, qardaşının ölümündən sonra anasının həmin evdən çıxaraq onunla birlikdə Bakı şəhərində yaşadığını, həmin mənzildə qardaşının yoldaşının yaşadığını, evin sənədləşməsi zamanı və ya qardaşı rəhmətə getdikdən sonra aralarında mülklə bağlı məsələ olmadığını, qardaşının 3 gün yasından sonra anasının həmin evdən ayrıldığını və qayıtmadığını, 27 fevral 2021-ci il tarixdə ərizə verdikdən sonra qardaşının yoldaşının anasına evi tərk etməsini bildirdiyini, anasının yaşlı olduğunu ona baxa bilməyəcəyini, tək yaşamaq istədiyini dediyini, evdən ayrıldıqdan sonra anasının evlə bağlı iddiasının olmadığını, qardaşının ölümündən sonra mirasın qəbulu ilə bağlı hər-hansı bir orqana müraciət etmədiklərini, evi satdıqdan sonra məlumatlarının olduğunu göstərmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı İddiaçı ünvan 8 ünvanında yerləşən mərhum X4 qalmış mirasın onun istər qanun üzrə, istərsə də vəsiyyət üzrə mirası qəbul etməsi müəyyən olunmamışdır. Bununla da İddiaçı vərəsə kimi subyektiv hüququnun pozulması, cavabdeh tərəfindən onun bu hüququnun pozması öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmək istəyir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli miras əmlaka qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı ünvan 8 ünvanında yerləşən mərhum X4 qalmış mirasa onun vərəsəlik hüququnun pozulduğunu və ya miras əmlak ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən ünvan 8 ünvanında yerləşən mərhum X4 qalmış miras əmlaka dair onun vərəsəlik hüququnun pozulması və həmin miras əmlakın mərhum Pərviz Hüseynovun ölümündən sonra onun tərəfindən istər qanun və ya istərsə də vəsiyyət üzrə onun tərəfindən qəbul edilməsi öz təsdiqini tapmadığından, həmçinin həmin miras əmlaka hər-hansı hüququnun olması məhkəmə tərəfindən müəyyən olunmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki işin mübahisəli hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə bildirir ki, iddiaçının belə bir tələblə müraciət etmək hüququ onun mərhum oğlu X4 qalmış miras əmlakın qəbul edilməsi faktından, yəni onun həqiqi vərəsə statusuna malik olmasından asılıdır. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyanlardan qalmış əmlakın qəbul edilməsindən sonra mümkündür. Əks təqdirdə o, digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X5 15 fevral 2021-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Həmçinin Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Bu norma ilə bağlı məhkəmə iddiaçının iddia ərizəsində bildirdiyi (əmanətin) pul vəsaitinin oğlunun yoldaşı - X2 tərəfindən alınması ilə bağlı özünün 26 fevral 2021-cı il tarixdə Naxçıvan şəhəri 2 saylı Notariat Ofisində öz payından notarial qaydada imtina etməsi ilə bağlı ərizəsi mirasdan qismən imtina etməyə yol verilmədiyi üçün iddiaçının mirasdan imtinası olaraq qiymətləndirilir. Həmçinin həmin məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin və notariusun ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən İddiaçı Şahbuz Rayon Notariat Ofisinə qarşı Cavabdehndə rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 2-V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasına dair tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin olunmadığından iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh Şahbuz rayon Notariat Ofisinə qarşı 26 noyabr 2021-ci il tarixli, 2-V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi, ünvan 9 ünvanında yerləşən 2 otaqlı evin alqı-satqısının ləğv edilməsinin digər şəxslərə satılmasının və girov qoyulmasının qadağa qoyulmasına və Naxçıvan şəhəri K.Talıblı küçəsində 0.16 ha torpaq sahəsi üzərində 2 fərdi yaşayış evinin alqı-satqısına girov qoyulmasına qadağan edilməsi tələbinə dair iddia rədd edilsin. İddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiacıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar