Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-189/2023 30.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlunun cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X5 mülkiyyətində olan Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən 117.62 kv.m fərdi yaşayış evi və 0.5218 ha torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, atası X10 01 aprel 2014cü il tarixdə ölübdür. Hal-hazırda onun arvadı (anası) Cavabdeh1 və o da daxil olmaqla anası Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İsmayılova (Tahirova) Səmayə Məmməd qızı, X6 (xx.xx.2008-ci il tarixdə ölüb), Cavabdeh6 və İddiaçı ibarət vərəsələri vardır. Mərhum atası X10 01 aprel 2014-cü il tarixdə öləndən sonra onun mülkiyyətində olan Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən 117.62 kv.metr fərdi yaşayış evi və 0.5218 ha torpaq sahəsi miras qalıbdır. Atası İddiaçı ölümündən sonra onun mülkiyyətində olan Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə 05 fevral 2019-cu il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********280-10301 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, adına çıxarış alıbdır. Hal-hazırda həmin evdə yaşamaqla torpaq sahəsini əkib-becərərək meyvə ağaclarına qulluq göstərməklə miras əmlak olaraq faktiki qəbul edib, istifadə etdikləri kommunal xidmətlərə görə borcunu ödəyib, həyətyanı sahə və əmlaka görə bələdiyyə vergisini ödəyib, bu günə heç bir borcu yoxdur. Miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəyibdir. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şahbuz rayon Notariat Ofisinə müraciət edibdir. Şahbuz rayon Notariat Ofisinin 23 fevral 2023-cü il tarixli, 12 nömrəli məktubunda ona məhkəməyə müraciət etməyi tövsiyyə olunubdur, bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət edibdir, sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, lakin ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə 30 avqust 2023-cü il tarixə saat 1000-a təyin edilmiş məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini və miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan şahid X11 ifadəsində İddiaçı ilə bir kəndli, eyni zamanda qonşu olduqlarını, 1983-cü ildə Şahbuz rayonu, Ağbulaq kəndində doğulduğunu və həmin kənddə yaşadığını, mərhum Məmməd Tahirovun sağlığında mərhumun yoldaşı Cavabdeh1, İddiaçı və ailəsinin yaşadığını, mərhum Məmməd Tahirovun rəhmətə getdiyi tarixi xatırlamadığını, lakin Məmməd Tahirovun ölümündən sonra mərhumun arvadı Cavabdeh1, oğlu Mirhəsən Taghirov və onun ailəsinin həmin yaşadıqlarını, İddiaçı həyəti əkib-becərdiyini bildirmişdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan şahid X12 ifadəsində İddiaçı ilə bir kəndli, eyni zamanda qonşu olduqlarını, 1988-ci ildə Şahbuz rayonu, Ağbulaq kəndində doğulduğunu və həmin kənddə yaşadığını, mərhum Məmməd Tahirovun sağlığında mərhumun yoldaşı Fatma xalanın, Mirhəsən və ailəsinin birlikdə yaşadıqlarını, mərhum Məmməd Tahirovun 2014-cü ildə vəfat etdiyini, onun vəfatından sonra ondan qalmış evdə mərhumun arvadı Cavabdeh1, oğlu İddiaçı və onun ailəsinin yaşadıqlarını, həmin evin təsərrüfat işləri ilə İddiaçı məşğul olduğunu, İddiaçı həyətdə təsərüfatı idarə etdiyini, həyəti əkib-becərdiyini bildirmişdir. İş materiallarında olan cavabdeh Tahı̇ rov Səməd Məmməd oğlunun Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlunun cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə 30 avqust 2023-cü il tarixə saat 1000-a təyin edilmiş məhkəmə baxışı iclasında onun Bakı şəhərində olacağını nəzərə alaraq iştirak edə bilməyəcəyini, mülki işə onun iştirak olmadan baxılıb atasından qalmış miras əmlakın Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan cavabdeh Tahı̇ rova Fatma Həmı̇ d qızının Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlunun cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə 30 avqust 2023-cü il tarixə saat 1000-a təyin edilmiş məhkəmə baxışı iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, mülki işə onun iştirak olmadan baxılıb ərindən qalmış miras əmlakın Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan cavabdeh Tahı̇ rov Həşim Məmməd oğlunun Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlunun cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə 30 avqust 2023-cü il tarixə saat 1000-a təyin edilmiş məhkəmə baxışı iclasında 28 avqustdan Türkiyə Respublikasına gedəcəyini nəzərə alaraq iştirak edə bilməyəcəyini, mülki işə onun iştirak olmadan baxılıb atasından qalmış miras əmlakın Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan cavabdeh İ̇smayilova Səmayə Məmməd qızının Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlunun cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə 30 avqust 2023-cü il tarixə saat 1000-a təyin edilmiş məhkəmə baxışı iclasında məktəbdə işdə olduğunu nəzərə alaraq iştirak edə bilməyəcəyini, mülki işə onun iştirak olmadan baxılıb atasından qalmış miras əmlakın Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan cavabdeh Taharov Mı̇ rəhməd Məmməd oğlunun Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlunun cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə 30 avqust 2023-cü il tarixə saat 1000-a təyin edilmiş məhkəmə baxışı iclasında məktəbdə işdə olduğunu nəzərə alaraq iştirak edə bilməyəcəyini, mülki işə onun iştirak olmadan baxılıb atasından qalmış miras əmlakın Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh4 Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlunun cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə 30 avqust 2023-cü il tarixə saat 1000-a təyin edilmiş məhkəmə baxışı iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, mülki işə onun iştirak olmadan baxılıb atasından qalmış miras əmlakın Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı, 397072 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti ilə Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlunun xx xxxx 1978-ci ildə doğulması və atasının X10 olması müəyyən edilir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 265872 nömrəli doğum haqqında çıxarışdan görünür ki, Cavabdeh6 xx xxxxx 1975ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında Cavabdeh1, ata qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz rayon Qeydiyyat şöbəsinin 02 fevral 2023-cü il tarixli, 106 nömrəli arayışından görünür ki, X2 barəsində 1970-2022-ci illər üzrə ölüm haqqında akt qeydiyyatı barədə Şahbuz rayon Qeydiyyat şöbəsinin arxivində məlumat tapılmamışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, Naxçıvan MR, Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən 0.5218 ha olan torpaq sahəsi və 117.62 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 22/3 nömrəli reyestr kitabının 410 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********80-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019). İş materiallarında olan Naxçıvan MR Şahbuz rayonu Ağbulaq Bələdiyyəsi tərəfindən verilən 31 yanvar 2023-cü il tarixli, 02 nömrəli arayışında Şahbuz rayon Ağbulaq kəndində yerləşən X5 (vəfat edib 2014-cü il) adına olan fərdi yaşayış evində (Reyestr nömrəsi **********80-10301) yaşayan X5 övladı İddiaçı Ağbulaq bələdiyyəsinə əmlak, torpaq vergisi və kommunal vəsaitləri vaxtında ödəməsi və borcunun olmaması göstərilir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 260032 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X13 16 yanvar 1973-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 436188 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X10 01 aprel 2014-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 117910 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X7 09 avqust 2008-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 05/09İS/072373-23 nömrəli arayışda X1 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və nikah haqqında akt qeydinin aşkar edilməməsi, həmçinin Cavabdeh3nın öldüyü xx.xx.2008-ci il tarixədək subay olması qeyd olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 03 fevral 2023-cü il tarixli, 03/10 nömrəli arayışdan məlum olur ki, Cavabdeh3 (xx.xx.1964) həqiqətəndə atası X10 (xx.xx.1930), anası Cavabdeh1dır (xx.xx.1941) İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz Rayon Notariat Ofisinin Şahbuz rayonu, Ağbulaq kəndində qeydiyyatda olan X9 ünvanladığı 23 fevral 2023-cü il tarixli, 12 nömrəli məktubla müəyyən olunur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün sənədlər tam təqdim olunmadığından şəhadətnamə verilməsindən imtina edilmiş, mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi ona bildirilmişdir. İş materiallarında olan Şahbuz Rayon Elektrik Şəbəkəsi tərəfindən verilən 28 fevral 2023-cü il tarixli, 10 nömrəli arayışdan məlum olur ki, Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən X5 (vəfat edib 2014-cü il) adına olan fərdi yaşayış evində (Reyestr nömrəsi **********80-10301) qoşulmuş ********* nömrəli işıq abonent kodunda olan 19947210 nömrəli elektrik sayğacı xx.xx.2017-ci il tarixindən indiki tarixədək işlətdiyi elektrik enerjisinin vəsaiti haliyədə həmin evdə yaşayan X5 övladı İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Energetika Xidmətinin hesabına vaxtında köçürülmüşdür, borcu yoxdur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 07 mart 2023-cü il tarixli, 03/27 nömrəli arayışdan görünür ki, X5 arvadı Cavabdeh1, oğlu Cavabdeh2, oğlu Cavabdeh3, oğlu Cavabdeh4, qızı Cavabdeh5, qızı X8, oğlu Cavabdeh6 və oğlu İddiaçı ibarət vərəsələri vardır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilən 10 aprel 2023-cü il tarixli, 244 nömrəli arayışdan məlum olur ki, Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən X5 (vəfat edib 2014-cü il) adına olan fərdi yaşayış evində (Reyestr nömrəsi **********80-10301) qoşulmuş ********* nömrəli qaz abonent kodunda olan 06082500 nömrəli qaz sayğacının yanvar 2015ci il tarixindən indiki tarixədək istehlak etdiyi təbii qazın həcminə görə vəsaiti haliyədə həmin evdə yaşayan X5 övladı İddiaçı tərəfindən Naxçıvan MR Qaz İstismar Xidmətinin hesabına vaxtında köçürülmüşdür, borcu yoxdur. İş materiallarında olan “Elektron Məhkəmə” sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh1 Şahbuz rayonu, Ağbulaq kəndində qeydiyyatdadır. Məhkəmə toplanmış sübutlara, iddiaçının izahatına, cavabdehlərin ərizələrinə, eyni zamanda şahid ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə 01 aprel 2014-cü ildə vəfat etmiş X3 miras qalmış Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən 0.5218 ha torpaq sahəsi və 117.62 kv.m fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X10 2014-cü il tarixdə vəfat etdikdən sonra ondan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evi miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onun oğlu İddiaçı miras qalmış həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi X3 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. Belə ki, mülki işə əlavə edilmiş Şahbuz Rayon Elektrik Şəbəkəsinin və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin arayışlarından görünür ki, Şahbuz rayonu, Ağbulaq kənd sakini İddiaçı atası X5 vəfatından sonra onun evində elektrik enerjisi və istehlak etdiyi təbii qazın sərfinə görə ödənişlər etməsi müəyyən olunur ki, bununla da İddiaçı mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin mirası qəbul etmişdir. İş üzrə cavabdehlər Tahı̇ rova Fatma Həmı̇ d qızı, Taharov Mı̇ rəhməd Məmməd oğlu, Tahı̇ rov Səməd Məmməd oğlu, Cavabdeh4, İ̇smayilova Səmayə Məmməd qızı və Tahı̇ rov Həşı̇ m Məmməd oğlu məhkəməyə ərizə ilə müraciət edərək mərhum X3 qalmış mirasın Tahı̇ rov Mı̇ rhəsən Məmməd oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, X3 Şahbuz rayon Ağbulaq kəndində yerləşən 0.5218 ha torpaq sahəsindən və üzərində yerləşən 117.62 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X3 miras qalmış Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.5218 ha torpaq sahəsindən və üzərində yerləşən 117.62 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-189/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-189/2023
30.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver