Məhkəmə qərarları › İş №2(090)-201/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-201/2023

24.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-201/2023 24.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X13 iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh6 və Abbasova (Hacıyeva) Zümrüd Meydan qızının iştirakı ilə, İddiaçı Hacıyev Vı̇ dadi Meydan oğlunun cavabdehlər Hümbətov Ramı̇ l İ̇srafı̇ l oğlu, İ̇smayılova Günay İ̇srafı̇ l qızı, Qulı̇ yev Samı̇ r İ̇srafı̇ l oğlu, Qulı̇ yev Rəşad İ̇srafı̇ l oğlu, Əlı̇ yeva Gülarə Meydan qızı, Cavabdeh6, Əlı̇ yev Abış Sadıq oğlu, Əlı̇ yev Nahı̇ d Abış oğlu, Əlı̇ yev Samı̇ t Abış oğlu, Nurməmmədova Nahı̇ də Abış qızı və Cavabdeh11 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, X5 Şahbuz rayon Mahmudoba kəndində yerləşən 0.0607 ha torpaq sahəsindən və 95.06 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın ona aid hissənin oğlu X28 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunmaqla X28 və X2 miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən onlara aid hissənin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, valideyinləri X28 və X8 07 aprel 1958-ci ildə nikah qeydiyyatından keçməklə evləniblər. Atası 1965-ci ildə hazırda yaşadıqları Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən fərdi yaşayış evini alıbdır. O, özü həmin evdə doğulub, Şahbuz rayonunda Aqrar İslahatlar aparılarkən o, ailəsi, nənəsi Qızqayıt və valideyniləri Mahmudabad kəndində yaşadığıqları həyətlərinin torpaq sahəsi onların mülkiyyətinə verilibdir. 1999-cu ildə nənəsi Qızqayıt vəfat edib, onun mirasını atası X28 qəbul edibdir. 26 iyul 2021-ci tarixdə atası X28 vəfat edib, onun mirasını o, qəbul edibdir. 09 dekabr 2021-ci il tarixdə isə anası X9 vəfat edib. Həmin evdə o yaşamaqla mirası faktiki olaraq qəbul, idarə edibdir. Atası və anasının vəfatından sonra o, onların miraslarını faktiki olaraq qəbul etdiyindən adına qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi barədə Şahbuz rayon Notariat Ofisinə təqdim etdiyi ərizəsinə cavab olaraq ona məhkəməyə müraciət etməyi bildirilibdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verə İddiaçı izahatında bildirdi ki, 1999-cu ildə nənəsi Qızqayıt vəfat edibdir, onun mirasını atası X28 qəbul edibdir, 26 iyul 2021-ci il tarixdə atası X28 vəfat edib, onun mirasını o və anası X9 qəbul ediblər, 09 dekabr 2021-ci il tarixdə isə anası X9 vəfat edibdir, həmin evdə o, yaşamaqla mirası faktiki olaraq qəbul və idarə edibdir, evin kommunal xərclərini o ödəyibdir, təsərrüfat işlərini o həyata keçiribdir, ondan başqa mirası qəbul edən övlad olmayıb. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh6 bildirdi ki, 1999-cu ildə nənəsi Əliyeva Qızqayıt rəhmətə gedibdir, nənəsinə məxsus olan mirası atası Hacıyev Meydan qəbul edibdir, anası Hacıyeva Zinyət və atası Hacıyev Meydan həmin evdə yaşayıblar, atası Hacıyev Meydan 26 avqust 2021-ci il tarixdə rəhmətə getdikdən sonra evdə anası Hacıyeva Zinyət yaşayıbdır, atasının və anasının sağlığında Mahmudoba kəndindəki evi o, tikibdir, evləri və həyətləri pis vəziyyətdə olubdur, material almaqla evi təmir etdiribdir, evdə olan əşyaları da o, alıbdır, İddiaçı 1986-cı ildə Bakı şəhərinə köçüb, Ukrayna və Rusiyada 30 il yaşayıb, 2016-cı ilə qədər Şahbuz rayonu Mahmudoba kəndinə gəlməyib, 2016-ci ildə onu kəndlərinə o, göndəribdir ki, ata anasına baxsın, həmin zaman o, özü də Bakı şəhərində yaşayıb və orada işləyibdir, ata və anası rəhmətə getdikdən sonra mirasın qəbul edilməsi ilə bağlı hər hansı bir orqana müraciət etməyibdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh6 bildirdi ki, o, 1988-ci ildən köçüb tələbə kimi Bakı şəhərinə, həmin vaxtdan da orada daimi yaşayıbdır, lakin kəndlərindəki evlərinə gedib-gəlibdir, ata anası rəhmətə getdikdən sonra Bakı şəhərində qalıb orada da işləyibdir, mirasın qəbulu ilə bağlı rəsmi müraciət etməyibdir, ağlına gəlməyibdir ki belə yerə çatacaqdır, keçən il ailəsi ilə birlikdə Mahmudoba kəndinə gəlib və həmin vaxt İddiaçı və ailəsi ona və ailəsinə qarşı hörmətsizlik edibdir, onun şəxsi pulu ilə tikdirdiyi evə gəlməyinə imkan verməyiblər, o, iddianı qəbul etmir, sözügedən evin miras əmlakı olaraq İddiaçı tərəfindən qəbul edilməsinə etiraz edir. Məhkəmənin 09 avqust 2023-cü il tarixdə keçirilən iclasında cavabdeh qismində izahat verən İ̇smayılova Günay İ̇srafı̇ l qızı izahatında bildirdi ki, o, Hacıyeva Tamaranın qızıdır, anası və anasının vərəsəsi kimi onlar miras əmlakını qəbul etməyiblər, anası 1980-ci ildə gəlin köçüb və evdən ayrılıbdır, 10 noyabr 2021-ci il tarixdə vəfat edibdir, mirasın qəbulu ilə bağlı hər hansı bir orqana müraciət etməyibdir. Məhkəmənin 09 avqust 2023-cü il tarixdə keçirilən iclasında cavabdeh qismində izahat verən Qulı̇ yev Samı̇ r İ̇srafı̇ l oğlu izahatında bildirdi ki, Hacıyeva Zinyət onun nənəsi, Hacıyeva Tamara onun anasıdır, anası 1980-ci ildə evdən ayrılıb, anası rəhmətə getməmişdən əvvəl özü, rəhmətə getdikdən sonra isə o, mirası qəbul etməklə bağlı heç bir hərəkət etməyibdir və heç bir dövlət orqanına bu barədə müraciət etməyibdir. Məhkəmənin 09 avqust 2023-cü il tarixdə keçirilən iclasında cavabdeh qismində izahat verən Qulı̇ yev Rəşad İ̇srafı̇ l oğlu izahatında bildirdi ki, Hacıyeva Zinyət onun nənəsi, Hacıyeva Tamara onun anasıdır, anası mirası heç vaxt qəbul etməyibdir, anası ona düşən payla bağlı heç bir orqana müraciət etməyibdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh11 izahatında bildirdi ki, nənəsi Əliyeva Qızqayıt ata və anasından qabaq rəhmətə gedibdir, nənəsi rəhmətə getdikdən sonra anası Hacıyeva Zinyət və atası Hacıyev Meydan həmin evdə yaşayıblar, atası xəstə olduqda qardaşı İddiaçı ona qulluq edib, anası Hacıyeva Zinyət rəhmətə getdikdən sonra qardaşı İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayıb və halhazırda orada yaşayırlar, qardaşı İddiaçı evdə təmir işləri aparıb və evin təsərrüfatı ilə məşğul olubdur, miras əmlakı yalnız qardaşı İddiaçı qəbul edibdir, o, miras əmlakın qəbul edilməsi ilə bağlı heç bir hərəkət etməyibdir. Məhkəmə iclasında iddiaçı tərəfdən dəvət olunan şahid X14 izahatında bildirdi ki, İddiaçı ilə 1992-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurublar, onların üç uşaqları vardır, Əliyeva Qızaqyıt 1999-cu ildə rəhmətə getdikdən sonra ona məxsus olan evdə qaynatası Hacıyev Meydan, qaynanası Hacıyeva Zinyət, yoldaşı İddiaçı, O və uşaqları yaşayıblar, həmin miras əmlakı Hacıyev Meydan qəbul edib, qayınatası Hacıyev Meydan 26 iyul 2021-ci ildə, qaynanası Hacıyeva Zinyət 2021-ci ilin dekabr ayının 9-da rəhmətə gedib. Qaynanam Z.Hacıyeva rəhmətə getdikdən sonra həmin evdə o, və ailəsi yaşayıbdır, onlardan başqa həmin evdə yaşayan olmayıb. Məhkəmə iclasında iddiaçı tərəfdən dəvət olunan şahid X32 izahatında bildirdi ki, nənəsi Əliyeva Qızqayıt vəfat etdikdən sonra Şahbuz rayonu, Mahmudoba kəndindəki miras əmlakı olan evdə əmisi Hacıyev Meydan və yoldaşı Hacıyeva Zinyət yaşayıblar, İddiaçı, atası Hacıyev Meydan və anası Hacıyeva Zinyət rəhmətə getdikdən sonra sözügedən evdə İddiaçı ailəsi ilə birlikdə yaşayıblar, təsərrüfatı və evin işlərini İddiaçı yerinə yetirib. Məhkəmədə sualları cavablandıran şahid N.Hacıyev bildidi ki, əmisi Hacıyev Meydan yoldaşı Hacıyeva Zinyətdən əvvəl rəhmətə gedib, lakin eyni ildə rəhmətə gediblər, dəqiq ölüm tarixləri yadında deyil, həmin evdə İddiaçı başqa, başqa şəxsin yaşadığına şahid olmayıbdır, əmisi Cavabdeh6 uşaqlarından sadəcə həmin evdə İddiaçı yaşayıbdır. Cavabdehlər Hümbətov Ramı̇ l İ̇srafı̇ l oğlu, İ̇smayılova Günay İ̇srafı̇ l qızı, Qulı̇ yev Samı̇ r İ̇srafı̇ l oğlu, Qulı̇ yev Rəşad İ̇srafı̇ l oğlu, Əlı̇ yeva Gülarə Meydan qızı, Əlı̇ yev Abış Sadıq oğlu, Əlı̇ yev Nahı̇ d Abış oğlu, Əlı̇ yev Samı̇ t Abış oğlu və Nurməmmədova Nahı̇ də Abış qızına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Hümbətov Ramı̇ l İ̇srafı̇ l oğlu, İ̇smayılova Günay İ̇srafı̇ l qızı, Qulı̇ yev Samı̇ r İ̇srafı̇ l oğlu, Qulı̇ yev Rəşad İ̇srafı̇ l oğlu, Əlı̇ yeva Gülarə Meydan qızı, Əlı̇ yev Abış Sadıq oğlu, Əlı̇ yev Nahı̇ d Abış oğlu, Əlı̇ yev Samı̇ t Abış oğlu və Nurməmmədova Nahı̇ də Abış qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz Rayon Notariat Ofisinin Şahbuz rayonu, Mahmudoba kəndində qeydiyyatda olan İddiaçı ünvanladığı 12 aprel 2023-cü il tarixli, 23 nömrəli məktubla müəyyən olunur ki, mərhum X15 vərəsəlik dairəsini müəyyən edən arayış ərizəyə əlavə olunmuş, lakin vərəsələrin miras qoyanla qohumluq münasibətini təsdiq edən sənədlər, miras əmlaka münasibət (mirasın qəbulu və ya imtina) barədə ərizələr təqdim edilmədiyindən və həmin şəxslərin özləri şəxsən müraciət etmədiyindən məhkəməyə müraciət etməsi ona bildirilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, Naxçıvan MR, Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən 0.0607 ha olan torpaq sahəsi və 95.06 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X28, X9, X11, X14, əliyeva Aytən Vidadi qızı, X46 qoğlu və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22/5 nömrəli reyestr kitabının 817 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********06-10301). İş materiallarında olan ИЕ seriyalı, 254276 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X28 və X6 arasında nikah 07 aprel 1958-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan И-ЖГ seriyalı, 495716 nömrəli nikah haqqında çıxarışdan görünür ki, X16 və X18 arasında nikah 17 aprel 1980-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh7 və X29 arasında nikah 08 avqust 1984-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 871110 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X28 26 iyul 2021-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 84 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 699670 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X33 13 oktyabr 2020-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 57 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 871175 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X9 09 dekabr 2021-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 149 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ seriyalı, 336930 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X11 10 dekabr 1999-cu ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 165933 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X19 10 noyabr 2021-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 311 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən İV- ЖГ seriyalı, 286222 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X16 20 noyabr 1992-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ- İ seriyalı, 555501 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X22 04 fevral 2015-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ- İ seriyalı, 497078 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X34 24 yanvar 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Mahmudoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 02 noyabr 2022-ci il tarixli, 4/105 nömrəli arayışdan görünür ki, X15 həyat yoldaşı X9, qızı X19, qızı Cavabdeh5, oğlu Cavabdeh6, qızı X33, oğlu İddiaçı və qızı Cavabdeh11 ibarət vərəsələri vardır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Mahmudoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 24 yanvar 2023-cü il tarixli, 4/17 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şahbuz rayon Mahmudoba kəndində yaşayır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 3/124 nömrəli arayışdan görünür ki, X20 əri Cavabdeh7, oğlu Cavabdeh8, oğlu X41 və qızı Cavabdeh10 ibarət vərəsələri vardır. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 06 fevral 2023-cü il tarixli, 04 nömrəli arayışdan görünür ki, Hacıyeva (Quliyeva) Tamara Meydan qızının oğlu X23, qızı X21, oğlu Cavabdeh3 və oğlu Cavabdeh4 ibarət vərəsələri vardır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Mahmudoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 24 may 2023-cü il tarixli, 4/67 nömrəli arayışdan görünür ki, X3 qızı X19, qızı Cavabdeh5, oğlu Cavabdeh6, qızı X33, oğlu İddiaçı və qızı Cavabdeh11 ibarət vərəsələri vardır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Mahmudoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 24 may 2023-cü il tarixli, 4/68 nömrəli arayışdan görünür ki, X7 oğlu X28, oğlu X35 və oğlu X10 ibarət vərəsələri vardır. İş materiallarında olan “Elektron Məhkəmə” sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh5 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan kommunal xərclərin ödənilməsi barədə qəbzlərindən görünür ki, İddiaçı, Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən X15 vəfatından sonra ona məxsus evin kommunal xərclərini ödəyibdir. Məhkəmə toplanmış sübutlara, iddiaçının və cavabdehlərin izahatına, şahid ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə 26 iyul 2021-ci ildə vəfat etmiş X12 miras qalmış Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən 0.0607 ha həyətyanı torpaq sahəsi və 95.06 kv.m xüsusi mülkiyyətə verilmiş fərdi yaşayış sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X11 xx.xx.1999-cu il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə ona aid hissədə miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onun oğlu X1 etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi mirası qəbul etmiş, bundan sonra istər xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15, istərsə də xx.xx.2021-ci l tarixdə vəfat etmiş X3 ölümündən sonra onlardan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onlarda daxil olmaqla qeydiyyata alınmış Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi onlara aid hissədə miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən övladları İddiaçı miras qalmış həyətyanı torpaq və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi X28 və X2 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. İş üzrə cavabdehlər Hümbətov Ramı̇ l İ̇srafı̇ l oğlu, İ̇smayılova Günay İ̇srafı̇ l qızı, Qulı̇ yev Samı̇ r İ̇srafı̇ l oğlu, Qulı̇ yev Rəşad İ̇srafı̇ l oğlu, Əlı̇ yeva Gülarə Meydan qızı, Cavabdeh6, Əlı̇ yev Abış Sadıq oğlu, Əlı̇ yev Nahı̇ d Abış oğlu, Əlı̇ yev Samı̇ t Abış oğlu, Nurməmmədova Nahı̇ də Abış qızı və Cavabdeh11 mərhum X28 və X2 qalmış mirası qəbul etmələri, habelə onlara qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Cavabdeh6 məhkəməyə verdiyi izahatında ata-anasından qalan yuxarıda qeyd olunan miras əmlakı onun tikdirdiyini, İddiaçı miras əmlakın qəbul etməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə tərəflərin, eyni zamanda Cavabdeh6 izahatları ilə müəyyən olunur ki, miras qoyan X28 26 iyul 2021-ci il tarixdə, X9 isə 09 dekabr 2021-ci il tarixdə vəfat etmişlər, Cavabdeh6 1988-ci ildən Bakı şəhərinə köçmüş və həmin vaxtdan orada daimi yaşamışdır, ata-anasının vəfatından sonra isə kəndlərinə gəlib-gedibdir, mirasın qəbulu ilə bağlı isə heç bir orqana müraciət etməyibdir. Cavabdeh6 ata-anasından qalmış miras əmlakın onun tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə miras əmlakı qəbul etməyə yönəlmiş hərəkətlər etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı Cavabdeh6 Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən mərhum X28 və X2 qalmış mirasın istər qanun üzrə, istərsə də faktiki qəbul etməsi öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinin miras açıldığı vaxt (2003-cü ildə) qüvvədə olan redaksiyasına əsasən miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər (Hal-hazırda maddə “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” redaksiyası ilə qüvvədədir). Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi vərəsə mirasdan pay alması üçün qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməlidir. Bu səbəbdən məhkəmə Cavabdeh6 mirasın onun tərəfindən qəbul edilməsi ilə bağlı tələbini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, X4 Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən 0.0607 ha torpaq sahəsindən və 95.06 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın ona aid hissənin oğlu X28 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunmaqla, X28 və X2 miras qalmış Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən 0.0607 ha torpaq sahəsindən və 95.06 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın onlara aid hissənin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X4 Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən 0.0607 ha torpaq sahəsindən və 95.06 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın ona aid hissəsinin oğlu X28 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunaraq, X28 və X2 miras qalmış Şahbuz rayonu, Mahmudoba kəndində yerləşən 0.0607 ha torpaq sahəsindən və 95.06 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın onlara aid hissəsinin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar