Məhkəmə qərarları › İş №2(090)-226/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-226/2024

24.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-226/2024 24.12.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, ərizəçi Şahbuz Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs3 iştirakları ilə, Şahbuz Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şahbuz Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1955-ci il tarixdə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində anandan olmuş Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Şahbuz Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ərizəsində göstərmişdir ki, Maraqlı şəxs2 xx.xx.1955-ci il tarixdə Şahbuz rayon, Aşağı Qışlaq kəndində anadan olmuşdur. Rəsul birinci dərəcə əlildir və xx.xx.1972-ci il tarixdən “ ağır dərəcəli əqli gerilik” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 dispanser qeydiyyarda dayanır. X18 Sosial Müdafısəi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumantın verilməsi haqqında arayışda Maraqlı şəxs2 birinci dərəcəli əlil olduğu qeyd olunub və onun əlilliyi müddətsizdir. Maraqlı şəxs2 qəyyum və himayəçi təyin edilmiş qardaşı X9 “02” avqust 2024-cü il tarixində vəfat etmişdir. Şahbuz Rayon İcra Hakimiyyətinin Aşağı Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən qəyyum və himayəçi təyin ediləcək yaxın qohumu olmadığı məlum olmuşdur, bu səbəbdən qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirməsi zərurəti yaranmışdır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Rəsul özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Rəsul həmin hüquqlarını həyat keçirə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi Şahbuz Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 rəyində Maraqlı şəxs2 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyinin olması göstərildiyini, həmin rəyi nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasında verdiyi izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs3 məhkəmə iclasında verdiyi izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan AЗБ seriyalı, 035570 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Maraqlı şəxs2 xx xxxxxx 1955-ci ildə anadan olması, ata qrafasında Eylazov Əli Şirin oğlu, ana qrafasında X8 olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X18 Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair çıxarışında qeyd edilən müayinə barədə məlumatda əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: birinci dərəcə əlillik, orqanizmin funksiyalarının pozulması: 90%, diaqnoz: ağır dərəcəli əqli zəiflik (İQ=30) F72, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: müddətsiz, əlillik səbəbi: ümumi xəstəlik, əmək zəmanəti: əmək qabiliyyətsiz olaraq göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2024-cü il tarixli, 1385 nömrəli məktubuna əsasən Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatda olan 1955-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.1972-ci il tarixdən “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatında dayanır. İş materiallarına əlavə edilmiş etdiyi xx.xx.2024-cü il tarixli, 05/09İS/090505-24 nömrəli arayışa əsasən Maraqlı şəxs2 subay olması müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2024-cü il tarixli, 489 saylı rəyində qeyd edilmişdir ki, Maraqlı şəxs2 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Maraqlı şəxs2 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Maraqlı şəxs2 sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 361141 nömrəli ölüm akt qeydləri kitabından çıxarışa əsasən Eylazov Əli Şirin oğlunun 15 aprel 1992-ci il tarixdə ölməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 361138 nömrəli ölüm akt qeydləri kitabından çıxarışa əsasən Eylazov Eylazov Əli oğlunun 27 iyun 1992-ci il tarixdə ölməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 423382 nömrəli ölüm akt qeydləri kitabından çıxarışa əsasən X5 18 sentyabr 1996-cı il tarixdə ölməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 332487 nömrəli ölüm akt qeydləri kitabından çıxarışa əsasən X6 03 may 2009-cu il tarixdə ölməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 333466 nömrəli ölüm akt qeydləri kitabından çıxarışa əsasən X7 12 aprel 2010-cu il tarixdə ölməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 672934 nömrəli ölüm akt qeydləri kitabından çıxarışa əsasən X4 02 avqust 2024-cü il tarixdə ölməsi müəyyən olunur. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Maraqlı şəxs2 Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxslərin izahatına, iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 22 yanvar 2000-ci il tarixli, 265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Məcəllənin 317.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. İş materiallarına əlavə edilmiş ölüm haqqında çıxarışlara əsasən Maraqlı şəxs2 yaxın qohumlarının vəfat etməsi səbəbindən həmçinin Mülki Prosessual Məcəllənin tələbinə əsasən ərizə yerli icra hakimiyyəti orqanının nümayəndəsi tərəfindən verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Lakin, onun üzərində qəyyum təyin edilməsi məsələsi məhkəmə tərəfindən həll olunmalı olmadığına görə Maraqlı şəxs2 üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məhkəmə tərəfindən məlumat verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 307, 308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1955-ci ildə anadan olmuş, Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatda olan Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Maraqlı şəxs2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar