Məhkəmə qərarları › İş №2(090)-249/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-249/2025

25.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-249/2025 25.02.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1 və Şahbuz Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Məmmədli Rövşən Tofiq oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X7 Tofiq oğlu, xx.xx.2007-ci il tarixdə Şahbuz rayon Keçili kəndində anadan olmuşdur. Məmmədli Rövşən Tofiq oğlu anadan gəlmə iflic xəsdəliyi olmuşdur. Məmmədli Rövşən Tofiq oğlu 15 fevral 2023-cü il tarixində Kvadroplegik spastik serebrol iflic diaqnozu ilə qeydə alınmışdır. Məmmədli Rövşən Tofiq oğluna birinci dərəcəli əlillik vəsiqəsi verilmişdir. Məmmədli Rövşən Tofiq oğlunun, nitqi yoxdur, baş saxlama yox, oturmur, yerimir, ağır dərəcədə əqli gerilik, yaş və sosial vərdişlərinin olmaması səbəbindən bütün hərəkətləri onun iştirakı ilə mümkündür. Halhazırda X7 Tofiq oğluna o qulluq göstərir. X7 Tofiq oğlunun xəstəlik səbəbindən hərəkətsizdir imza etmək yazmaq iqtidarında deyil. O Məmmədli Rövşən Tofiq oğlunun adına hər-hansı sənədləşdirmə işini apara bilmədiyiтdən qəyyumluğun ona verilməsi üçün, Məmmədli Rövşən Tofiq oğlunun fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəməyə müraciət edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Ərizəçi qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı Ərizəçi nümayəndəsi Nümayəndə1 tərəfindən təmsil edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə1 izahatında ərizəyə əlavəsinin olmadığını, Ərizəçi onun qızı, Rövşən Məmmədlinin isə nəvəsi olduğunu ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qəyyumluq və Himayə Komissiyasın nümayəndəsi Nümayəndə2 izahatında ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza Komissiyasının sonuncu müayinəyə dair çıxarışında qeyd edilən müayinə barədə məlumatda əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: birinci dərəcə əlillik, orqanizmin funksiyalarının pozulması: 100%, diaqnoz: kvadroplegik spastik serebral iflic, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: müddətsiz, əlillik səbəbi: ümumi xəstəlik, əmək zəmanəti: əmək zəmanətsiz olaraq göstərilmişdir. İş materiallarında olan Şahbuz Rayon Keçili kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 163563 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Məmmədli Rövşən Tofiq oğlunun 12 sentyabr 2007-ci ildə anadan olması, atasının X3, anasının isə Ərizəçi olması göstərilmişdir. İş materiallarında olan Xİİ-ЖГ seriyalı, 350036 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Ərizəçi xx xxxxxxxx 1987-ci ildə anadan olması, atasının Nümayəndə1, anasının X2 olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin xx.xx.2026-cı il tarixli, 22 saylı rəyində qeyd edilmişdir ki, Məmmədli Rövşən Tofiq Oğlunda "uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)" aşkar olunur. Məmmədli Rövşən Tofiq oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məmmədli Rövşən Tofiq oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi Şahbuz rayonu, Keçili kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatına, iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Məmmədli Rövşən Tofiq oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Lakin, onun üzərində qəyyum təyin edilməsi məsələsi məhkəmə tərəfindən həll olunmalı olmadığına görə Rövşən Məmmədli üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məhkəmə tərəfindən məlumat verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Məmmədli Rövşən Tofiq oğlunun xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 307, 308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 sentyabr 2007-ci ildə anadan olmuş, Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olan Məmmədli Rövşən Tofiq oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Məmmədli Rövşən Tofiq oğlu üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar