Məhkəmə qərarları › İş №2(090)-41/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-41/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-41/2021 06.04.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA598219 ban, 0512 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh “13” oktyabr 2016-cı il tarixli, AL-1223 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə “16” oktyabr 2020-ci il tarixə 2283.09 manat əsas, 107.41 manat mükafat və həmin günə hesablanmış 417.73 manat dəbbə pulu, cəmi 2808.23 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli AL-1223 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA598219 ban, 0512 mühərrik nömrəli, ağ rəngli avtomobil 15800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən X6 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.88 manat, ümumilikdə isə 21881.95 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə X6, X9 və İddiaçı MMC arasında AL-1223(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx xxxxxxx 2016-cı il tarixli AL-1223 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə X9 arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o illik 17 % hesablanmaqla 38 aylıq müddətə hər ay sabit olaraq 479.02 manat, ümumilikdə isə 18202.69 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18202.69 manatın 14001 manatı əsas məbləğ təşkil edir. xx xxxxxxx 2018-ci il tarixdə X9, Cavabdeh və İddiaçı MMC arasında LİZ-1223 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxxxxx 2016-cı il tarixli AL-1223 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxx 2020-ci il tarixdə 100 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxxxx 2019cu il tarixli, LİZ-1423 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 2283.09 manat əsas, 107.41 manat mükafat və həmin günə hesablanmış 417.73 manat dəbbə pulu, cəmi 2808.23 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə N°3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 6.5.3-cü bəndinə əsasən lizinq Alan lizinq Obyektini saz və işlək vəziyyətdə saxlamalıdır. Daxili Lizinq müqaviləsinin 7.1.1-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir. Daxili lizinq müqaviləsinin 15.1-ci maddəsinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1,5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Öhdəliklərin ötürülməsi müqaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. İddiaçı təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin iddiaçı təşkilat ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin “18” noyabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh oğlu Şahbuz rayonunun Badamlı kəndində yaşayır. İş materiallarında olan Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, Cavabdeh oğlu Şahbuz rayonunun Badamlı kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “13” oktyabr 2016-cı il tarixli, AL-1223 nömrəli X4 və həmin müqavilənin 1 saylı əlavəsindən görünür ki, Lizinq verən İddiaçı MMC Lizinq alan X5 “Daewoo Gentra” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq obyekti qismində 15800 manat müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini həmin Müqavilələrin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş “13” oktyabr 2016-cı il tarixli, AL-1223 nömrəli Daxili lizinqi müqaviləsi və həmin müqaviləyə 2 saylı əlavədən və lizinq ödənişləri cədvəlindən aydın olur ki, iddiaçı mülkiyyətində olan “Daewoo Gentra” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə lizinqə, yəni həmin əmlakı X3 müvəqqəti istifadəsinə və sahibliyinə vermişdir, həmin müqaviləyə əsasən, X6 iddiaçının hesabına cəmi 15800 manat ödəməyi öhdəsinə götürmüş, bu məbləği hər növbəti ayın 13-ü 455.88 manat məbləğində sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş “13” oktyabr 2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti “Daewoo Gentra” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 təhvil verilibdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş “18” avqust 2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Daewoo Gentra” markalı, **-AK-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “öhdəlikləri ötürən” X6 “öhdəlikləri qəbul edən” X9 arasında bağlanmış “15” avqust 2017-ci il tarixli, AL-1223(1) nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 1223 saylı lizinq müqaviləsinə əlavədən müəyyən edilir ki, X9 iddiaçının hesabına cəmi 14001 manat ödəməyi öhdəsinə götürmüş, bu məbləği 38 ay müddətinə hər növbəti ayın 16-ı 479.02 manat məbləğində sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə edilmiş “15” avqust 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 təhvil verilibdir. İş materiallarına əlavə edilmiş “öhdəlikləri ötürən” X9 “öhdəlikləri qəbul edən” Cavabdeh arasında bağlanmış “23” oktyabr 2018-ci il tarixli, AL-1223 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 1223 saylı lizinq müqaviləsinə əlavədən müəyyən edilir ki, Cavabdeh iddiaçının hesabına cəmi 14001 manat ödəməyi öhdəsinə götürmüş, bu məbləği 38 ay müddətə hər növbəti ayın 16-ı 479.02 manat məbləğində sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə edilmiş “23” oktyabr 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilibdir. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh “13” oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə “16” oktyabr 2020-ci il tarixə 2283.09 manat əsas, 107.41 manat mükafat borcu, 417.73 manat cərimə, cəmi 2808.23 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin mübahisəsiz geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Qeyd edilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1.-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranın gecikdirilməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən müqavilə üzrə aldığı avtomobilin istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin lizinq obyekti olmuş “Daewoo Gentra” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməmiş istifadə haqqını tələb etməsi tam əsaslıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqaviləyə görə üzərinə düşən öhdəlik icra edilmədiyindən, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA598219 ban, 0512 mühərrik nömrəli, ağ rəngli nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “24” oktyabr 2017-ci il tarixli daxili lizinq müqaviləsinin 13.9-cu bəndindən görünür ki, gecikdirilən lizinq ödənişləri məbləğinə cərimə kimi gündəlik 0.3 % hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, Lizinq alan daxili lizinq müqaviləsi üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 417.73 manat məbləğində cərimə pulu hesablamışdır. Məhkəmə cavabdehin hazırkı maddi imkanlarının məhdud olduğu vəziyyətinə nisbətdə cərimə formasında hesablanmış 417.73 manat məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 42 manat müəyyən edilməsini cavabdehin mənafeləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və 0.40 (qırx qəpik) manat məhkəmə xərclərindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi isə qismən təmin olunduğundan, 30.40 (otuz manat, 40 qəpik) manat məhkəmə xərclərinin 26 (iyirmi altı) manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İş üzrə Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2283.09 (iki min iki yüz səksən üç manat, 09 qəpik) manat əsas borcu, 107.41 (bir yüz yeddi manat, 41 qəpik) manat mükafat borcu, 42 (qırx iki) manat dəbbə pulu və həmçinin iddianın məhkəməyə verilməsi ilə bağlı 30.40 (otuz manat, 40 qəpik) manat məhkəmə xərclərinin 26 (iyirmi altı) manat məbləğində hissəsi, cəmi 2458.50 (iki min dörd yüz əlli səkkiz manat, 50 qəpik) manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilsin. Lizinq obyekti olan “Daewoo Gentra” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA598219 ban, 0512 mühərrik nömrəli, ağ rəngli nəqliyyat vasitəsi olan avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar