Məhkəmə qərarları › İş №2(090)-5/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-5/2025

24.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-5/2025 24.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X28 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi və payın müəyyən edilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X25 2009-cu ildə vəfat etmiş anası X13 qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının və payın müəyyən edilməsi” tələbinə dair mülki üzrə Cavabdeh nümayəndəsi Nümayəndə Şərur Rayon Məhkəməsinin sədri X37 etdiyi etiraz təmin edilərək, mülki iş baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi, Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, H.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 54.7 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət miras əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunması və miras əmlaka tam pay hüququnun tanınnmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)- 224/2024 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil 08 yanvar 2025-ci ildə Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş iddianın dəqiqləşdirilməsi barədə ərizəsinə baxılaraq Şahbuz Rayon Məhkəməsinin 08 yanvar 2025-ci tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının və payların müəyyən edilməsi tələbinə dair mülki işə xx.xx.1988-ci ildə vəfat etmiş X4 qalmış mirasın onun arvadı, xx.xx.2009-cu ildə vəfat etmiş X29 tərəfindən, o vəfat etdikdən sonra isə oğlu X30 tərəfindən qəbul edilməsi faktının, X19 da xx.xx.2022-ci il tarixdə vəfat etməsi səbəbindən ondan qalmış miras əmlakın arvadı İddiaçı, həmçinin onun övladları 2007-ci il təvəllüdlü X15 və 2008-ci il təvəllüdlü X31 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, eyni zamanda onların miras əmlaka tam pay hüququnun tanınması” tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçının vəkili və nümayəndəsi Vəkil qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iddiaçı qismində iştirak edən İddiaçı izahatında göstəmişdir ki, miras əmlakını O, qəbul edibdir, qaynatasından qalan əmlakı qaynanası, ondan qalan mirası isə mərhum həyat yoldaşı qəbul edibdir, qaynatasını görməyibdir, o Abbas Abdullayev ilə ailə quranda qaynatası sağ olmayıbdır, qaynanası X16 isə sağ olubdur, O 2003-cü ildə mərhum həyat yoldaşı X30 ilə ailə qurubdur, ailə qurduqdan sonra mübahisəli miras əmlakı olan ünvan 2 ünvanında yerləşən evdə yaşayıblar, orada daimi olaraq yaşamışlar, yoldaşı A.Abdullayev 28 aprel 2022-ci il tarixdə, qaynanası B.Abdullayeva 2009-cu ildə vəfat ediblər, qaynanası vəfat etdikdən sonra mübahisəli əmlakda o, yoldaşı Abbas Abdullayev və övladları yaşayıblar. Miras evdə şərait yaxşı olmadığına görə müvəqqəti Şərur rayonu, Şahtaxtı kəndində yaşayıblar, orada 1-2 il yaşayıblar, həmin zaman yoldaşı Abbas Abdullayev sağ olubdur, arada o da onlarla birlikdə orada yaşayıbdır. 2023-cü ildə Şərur rayonu, Şahtaxtı kəndinə köçmüşlər, qızı 11-ci sinif şagirdi olduğuna görə indi də orada təhsil alır, yoldaşı vəfat etdikdən sonra yenidən miras əmlaka köçüblər, O miras əmlaka xidmət etməsəydi orada bir ağac tingisi qalmayacaqdı, yoldaşı rəhmətə getdikdən sonra miras əmlakı olan evdə yoldaşına yas mərasimi saxlayıbdır, evin kommunal xərclərini O, ödəyibdir, 8-9 aydır ki, miras evdə O və oğlu daimi yaşayırlar, qızı isə təhsilinə görə anasının, yəni qızınının nənəsinin yanında Şərur rayonu, Şahtaxtı kəndinə yaşayır. Yoldaşı A.Abdullayev vəfat etdikdən sonra həmin evdə onlardan başqa yaşayan olmayıb, miras əmlakı yoldaşı A.Abdullayev öz adına sənədləşdirmək istəsə də, maddi imkansızlığa görə etməyibdir, yoldaşım Abbas Abdullayevlə aralarındakı nikah pozulmayıbdır, aralarında mübahisə olduğuna görə anasının yanına Şərur rayonu, Şahtaxtı kəndinə gedibdir, uşaqlar üçün aliment də təyin olunub, 4 ay ayrı yaşayıblar, sonra barışıb birlikdə yaşayıblar, yoldaşının vəsiyyətinə görə onu anasının yanında Sumqayıt şəhərində dəfn ediblər. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirmişdir ki, 2003-cü ildə miras əmlakı olan evə gəlin köçübdür, qaynanası 2009-cu ildə vəfat edib, ondan bir neçə il sonra isə, yoldaşı Abbas Abdullayev 28 aprel 2022-ci il tarixdə vəfat edibdir, yoldaşım vəfat etdikdən sonra miras əmlakda özü və iki övladı yaşayıblar, evə O, xidmət edib, ağaclara o baxıbdır, cavabdeh evdə olan əşyaları və yoldaşının alətlərini götürüb, onu evdən çıxarmaq istəyibdir, evə canını qoyubdur, evin qabağında hörmə balkon tikibdir, ev üçün hamam tikiblər, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, uşaqların nə vaxtdan Şərur rayonunda olan məktəbdən çıxaraq Şahtaxtı kənd məktəbində oxuduğunu bilmir, 2009-cu ildə qaynanası rəhmətə getdikdən sonra orada yoldaşı ilə yaşayıblar, yoldaşı rəhmətə gedənə qədər münasibətləri yaxşı olub, birlikdə yaşayıblar, yoldaşı qonşunun hamamında orada təmir apararkən vəfat edib, həmin zaman o, uşaqları ilə öz kəndlərinə gediblər, 28 aprel 2022-ci il tarixdə kənddə olublar, yoldaşı “siz kəndə gedin, mən də gələcəm” deyibdir, onlar getdikdən bir gün sonra isə rəhmətə gedibdir, yoldaşı ilə birlikdə aradabir kənddə yaşayırdılar, 4-5 ay yoldaşında aliment alıb, sonra isə barışıblar, tarixi dəqiq xatırlamır, yoldaşının ölümündən çox qabaq olubdur, alimentin təyin edildiyi vaxtı xatırlamır, qaynanası vəfat etdikdən sonra yoldaşı ilə evin qabağında hörmə balkon tikiblər, evin qarşısına daş döşəyiblər, sanitar qovuşaq tikiblər, həyətdə ağac tingiləri əkiblər, yoldaşım Şərur Rayon Məhkəməsində mühafizə işləyibdir, yoldaşı rəhmətə getdikdən sonra miras əmlakda uşaqları ilə yaşayıblar, evdə şərait olmadığı üçün imkansızlıqdan Şahtaxtı kəndində yaşayıblar da, yoldaşım rəhmətə getdikdən sonra həyətdəki ağaclara baxıb, onları suvarıb, onlar barışdıqdan sonra həmişə birlikdə yaşayıblar, ev qəzalı vəziyyətdə olubdur. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, X30 miras əmlakı qəbul etməsi ilə bağlı notariusa müraciət etməyibdir, təmsil etdiyi şəxsin mərhum yoldaşı ilə münasibətlərində bəzən soyuqluq olması normal haldır, alimentin təyin edilməsi faktının onların qənaətimə görə bu işlə aidiyyatı yoxdur, cavabdeh tərəf vəsatəti ilə bağlı sübutlarını təqdim etməlidir, iddiaçı yoldaşı ilə küsüb və barışıb, küsülü olduqları müddətdə iddiaçı uşaqlara baxa bilmədiyi üçün aliment təyin edilməsi üçün məhkəməyə müraciət edib. Abbas Abdullayev məhkəmədə işlədiyi üçün məhkəmə rəhbərliyi tərəfləri barışdırıb. Evlərinin şəraiti olmaması səbəbindən bəzən Şahtaxtında da yaşayıblar. X39 əl qabiliyyəti olan biri olubdur, qonşularının evinin sanitar qovuşağında təmir işləri apararkən infrakt keçirərək vəfat edib. Həmin zaman iddiaçı anasına baş çəkmək üçün kəndə getmişdi. İddiaçı qaynanası vəfat etdikdən sonra yoldaşı və uşaqları ilə birlikdə miras əmlakı olan evdə yaşayıb, evdə səliqə-səhman işləri aparılıb, Abbas Abdullayev 28 aprel 2022-ci il tarixdə vəfat edib. Onun vəfatından sonra iddiaçı həmin mənzildə yaşayıbdır. İddia əsaslıdır, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X1, cavabdehin nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Miras əmlak babasınındır, babası vəfat etdikdən sonra nənəsi və üç övladı əmlakı qəbul ediblər, sonra əmlak məhkəmə qərarı ilə nənəsinin mülkiyyətinə verilibdir, nənəsi sağlığında əmlakı öz adına keçirdə bilməyib, atası 1999-cu ilin may ayında ikinci dəfə ailə qudub, atası 3 il ailəsi ilə birlikdə həmin evdə qalaraq evin təsərrüfatını aparıbdır, eyni zamanda kiçik əmisi 3 ilə yaxın həmin evdə yaşayıb, həyətin girişində sol tərəfdə 10 m uzunluğu, 5 m eni olmaqla torpaq qazılaraq 1 m hündürlükdə təməl ucaldılıb. Atası balaca əmisi üçün orada ev tikirdi, 1999-cu ilin aprel ayında əmisi 5 uşaqla orada yaşamaq üçün gəlibdir, həmin zaman mərhum əmisi Abbas başqa şəxslə evli olubdur, mərhum əmisi Abbas iddiaçı ilə evlənməmişdən qabaq 4 dəfə ailə qurubdur, ev darısqal olduğundan əmisinin yaşaması üçün ev tikəcəkdi, 2003-cü ildə atası oradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçübdür, atasının gedişindən bir il sonra balaca əmisi Niftalı Abdullayev ailəsi ilə birlikdə Ukraynaya köçübdür, o getdikdən sonra miras əmlakı olan evdə nənəsi və əmisi Abbas yaşayıblar, onlar əmisi Abbasın yenidən ailə qurduğunu eşidiblər, atası hər il Şərur rayonuna gəlibgedibdir, sonra əmisi Abbas Bakı şəhərinə gəlib, orada ayrılacağını, evi isə sənədləşdirib satacağını onlara deyibdir, təxminən 2021-2022-ci illərdə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət edibdir, həmin zaman iddiaçı Şahtaxtı kəndinə gedib və faktiki olaraq əlaqələri kəsilibdir, əmisi dünyasını dəyişməmişdən qabaq 2021-ci ilin noyabr ayında Şərur rayonuna gəlib, bir həftə orada qalıb və ev üçün babasının adına çıxarış alıbdır, əmisi evi satmaq istəyibdir, aliment təyin edildikdən sonra barışıq olmayıb, atası bir müddət əmisi ilə qalıbdır, əmisi vəfat edən gün onlara deyiblər, sabahı günü atası Şərur rayonuna gəlibdir, iddiaçının xəbəri olmayıbdır, iddiaçını Şahtaxtı kəndindən Şərur rayonuna gətirdiblər, prokurorluqda araşdırma aparılıb, əmisi Sumqayıt şəhərində dəfn ediblər, evin açarları qonşuda olubdur, açarları atasına veriblər, iddiaçı əşyalarını götürmək üçün açarları istəyibdir, atasının başı qarışıq olduğu üçün açarları iddiaçıya veribdir, iddiaçı da evdəki əşyalatı götürüb satıbdır, iddiaçı bu günə qədər bilmir ki, əmisinin məzarı haradadır, iddaçı ilə əmisi arasında kəskin münasibət olubdur. 2021-ci ildə miras əmlakda video çəkibdir, ev pis gündə olubdur, həyət baxımsız qalıbdır, əmisi tək evə baxa bilməyibdir. İddianı qəbul etmirlər, o şəxsi fikirlərini demir, atasının nümayəndəsi kimi onun adından çıxış edir, məhkəmənin qərarından asılı olmayaraq atası əmisi uşaqlarına çatan payı verməyə hazırdır, lap deyək ki, heç orada yaşamayıblar, yenə də onlar torpaqdan əmisinin uşaqlarına çatan payı verəcəklər, əvvəl onlara inanmadıqları üçün aralarında razılaşa bilməyiblər. Məhkəmədə sualları cavablandıran cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, mirası atası qəbul edibdir, əmisi vəfat etməmişdən qabaq da atası miras əmlakı qəbul edib, atası əmisinin vəfatından sonra miras əmlakı qəbul etməsi ilə bağlı notariusa müraciət etməyib, atası əmisinin vəfatından sonra 3 gün sənədləşmə işləri ilə əlaqədar miras əmlakda qalıbdır, atası açarları almaq üçün gəlib, lakin açarları verməyiblər, bu barədə məhkəməyə müraciət etməyib, mirasın qəbulu ilə bağlı 2022-ci ildə müraciət olmayıbdır, iddiaçı əmisi ilə ayrı yaşayıb, iddiaçının ləyaqətsiz vərəsə olması ilə bağlı rəsmi sənəd yoxdur, əmisinin uşaqlarını vərəsə kimi qəbul edirlər, miras əmlakı atası anasından qalan miras kimi qəbul edibdir, nənəsi Sumqayıt şəhərində atasının evində vəfat edib və orada dəfn olunub, nənəsindən qalan miras əmlakı atası və əmisi Abbas qəbul ediblər, atası da orada yaşayıbdır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunan Şahid3 izahatında Bulqeyis və Həşimin onun qonşusu olduqlarını, əlli ildir orada yaşadığını, Həşim Abdullayevin rəhmətə getdikdən sonra həmin mənzildə Abbas, yoldaşı Rübabə və anası Bilqeyis yaşadıqlarını, sonra Rübabənin qardaşı gəlib onu apardığını, İddiaçı iyirmi ildir o evə gəlin köçdüyünü, orada Abbas və Rəsmiyyənin iki övladı olduğunu, bir müddət Bilqeyisin Rusiyadakı oğlu da ailəsi ilə gəlib orada yaşadıqlarını, Bilqeyis vəfat etdikdən sonra Abbas rəhmətə gedənə qədər Abbas, Rəsmiyyə və iki uşağı orada yaşadıqlarını, Abbas rəhmətə gedəndən sonra evin pis vəziyyətdə olduğunu, evin bir tərəfinin uçduğunu, Abbas həyətdə başqa yerdə yeni ev tikmək üçün him açdığını, öldükdən sonra himin yarımçıq qaldığını. Abbas vəfat etdikdən sonra Rəsmiyyə uşaqları ilə orada qaldığını, saqqız sataraq ailəsini dolandırdığını, həyət-bacaya baxdığını, evin şəraitinə görə evdən çıxdığını, evin içinin indi də əşya ilə dolu olduğunu, evin içində olduğunu, Abbas vəfat etdikdən 3-4 ay sonra baş sağlığı vermək üçün evə getdiyini, evdə həmin vaxt Rəsmiyyənin olduğunu bildirmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid3 bildirdi ki, Abbas vəfat etməmişdən qabaq Rəsmiyyə ilə yaşayıbdır, Rəsmiyyəni o həmin evdə görübdür, Məmmədəlinin adını eşidib, özünü tanımır, Məmmədəlinin ikinci dəfə ailə quraraq orada yaşamasını bilmir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunan Şahid5 izahatında bildirdi ki, iddiaçı ilə illərdir ki, qonşuluqda yaşayırlar, Rəsmiyyə orada yaşayır, qonşuluq münasibətləri yaxşıdır, həyətlərinin arasında “setqa” vardır, mərhum Abbasəlini və anasını tanıyırdı, anası Sumqayıt şəhərində vəfat edib, yas mərasimində iştirak etməyibdir, Abbasəlinin anası rəhmətə getdikdən sonra həmin evdə Abbas, yoldaşı Rəsmiyyə və uşaqları yaşayıblar, həmin həyətdə başqalarının yaşamasını görməyibdir, orada yaşayan Rəsmiyyə olub, Abbas rəhmətə getdikdən sonra evə Rəsmiyyə baxıb, həyəti suvarması üçün suyu O verirdi, Rəsmiyyə ağacları suvarırdı, bəzən Abbas və Rəsmiyyə yola getmirdilər və bir müddət ayrı yaşayırdılar, Rəsmiyyə Şahtaxtı kəndində yaşayıb, həmin zaman Abbas tək qalırdı, Abbas təxminən bir il tək qalıb, ailədə söz-söhbət ola bilər, Abbas vəfat edən zaman Rəsmiyyə Şahtaxtı kəndində olub, uşaqları da aparıbdır, Abbasın aliment verməsini eşitmişdi, Abbasla Rəsmiyyənin münasibətləri pis olmayıbdır, aralarında boşanma olmayıb, bəzən mübahisələri olurdu, Abbasın özü də arada bir gedib Şahtaxtı kəndində qalırdı, Abbasəli ailəsini bərpa edib birlikdə yaşamaq istəyirdi, Abbas ailə məsələlərini onunla çox danışmırdı, o da barədə soruşmayıbdır, bir-birlərindən incisələrdə ailə münasibətlərində qırılma olmayıbdır, Həşim Abdullayev vəfat etdikdən sonra Abbasəli Şəki rayonundan gəlib, sonra isə anası Bilqeyisi gətiribdir, Rəsmiyyə iyirmi ilə yaxındır ki, ora gəlin köçübdür, uşaqları həmin evdə dünyaya gəliblər, Abbasəli, Bilqeyis və Rəsmiyyədən başqa heç kimin orada qalmasına şahid olmayıbdır, qonaq kimi gəlib gedənlər olubdur, Abbasəlinin balaca qardaşı da gəlib gedibdir, Bilqeyisin vəfat tarixini dəqiq xatırlamır, oğlu onu Bakı şəhərində müalicəyə aparıb, Sumqayıt şəhərində vəfat edib, Bilqeyis vəfat edən zaman Rəsmiyyə Şərur rayonunda miras əmlak olan evdə yaşayıbdır, Bilqeyis vəfat etdikdən sonra Abbas, Rəsmiyyə və uşaqları həmin evdə yaşayıblar, onlardan başqa orada heç kim yaşamayıb, evdə Abbasəli Rəsmiyyə ilə birlikdə hamam tikiblər, yeni ev tikmək istəyirdilər, Bilqeyis vəfat etdikdən sonra evdə başqa şəxslər yaşamayıb, qonaq kimi gəlib-gediblər, həyətdə iş görməyiblər, uçub dağılan yer olduqda Abbasəli təmir edibdir, hal-hazırda evin bir tərəfi qəzalı vəziyyətdədir, uçmaması üçün dirək qoyulubdur, 3 il olar ki, Abbasəli vəfat edib, O vəfat etdikdən sonra evdə Rəsmiyyə və uşaqları yaşayıblar, uşaqları orada məktəbə də gedirdilər, Rəsmiyyə həmin evdə qalıb süd və başqa şeylər alıb satırdı, uşaqları dolandırmaq üçün, Abbasın yas mərasimi ilə bağlı Rəsmiyyənin evdə ehsan verməsini bilmir, Məmmədəlinin Abbasəlinin vəfatından qabaq orada gəlib qalmasını görməyibdir, Məmmədəlini Abbasəlinin vəfatından qabaq sonuncu dəfə orada görməyibdir, Həşimin Bilqeyislə olan evliliyindən üç övladı olub, Məmmədəlinin orada nəsə tikməsini və qurmasını görməyibdir, həyətdəki təməli Qurbanəli qoyubdur. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 672311 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X30 29 aprel 2022-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 195 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən X30 ilə İddiaçı 20 iyun 2012-ci ildə nikaha daxil olduqları, nikahın bağlanması haqqında akt qeydləri kitabında 97 nömrə ilə qeyd aparıldığı müəyyən olunur. İş materiallarında olan AZ-İİ seriyalı, 165751 nömrəli doğum haqqında şəhadətnamənin surətindən X5 xx.xx.2007-ci ildə doğulması, atasının X30, anasının isə İddiaçı olması müəyyən edilir. İş materiallarında olan AZ-İİ seriyalı, 165752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən X21 xx.xx.2008-ci ildə doğulması, atasının X30, anasının isə İddiaçı olması müəyyən edilir. İş materiallarında olan Şərur rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 181 saylı arayıdan görünür ki, mərhum X9 vərəsələrinin X26, X32, Cavabdeh və X14 olması müəyyən edilir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli doğum haqında çıxarışdan görünür ki, X30 xx.xx.1957-ci il tarixdə doğulmuş, atası X22, anası isə X10r. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 333247 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X16 26 noyabr 2009-cu ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli, İİİ-ЖГ seriyalı, 414992 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X22 20 mart 1988-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, ünvan 3 ünvanında yerləşən 54.7 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 21/1 nömrəli reyestr kitabının 1967 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********70-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2021). İş materiallarında olan Şərur rayon 2 saylı Notariat ofisinin İddiaçı ünvanladığı 03 iyun 2024-cü il tarixli, 36 nömrəli məktubunda xx.xx.1988-ci il tarixdə vəfat etmiş mərhum ərinin atasından miras qalmış Şərur şəhəri, Həzi Aslanov küçəsi, ev 2 ünvanında fərdi yaşayış evi miras qalması, həmin əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı müraciətə həmin əmlakla bağlı mübahisə olması və sənədlərin tam təqdim edilmədiyindən mirasın qəbuluna yol verilmədiyindən, vərəsəliyin açılmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə toplanmış sübutlara, iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarına, eyni zamanda şahid ifadəsinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə X4 miras qalmış ünvan 3 ünvanında yerləşən 54.7 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi olan mirasın İddiaçı, onun övladları 2007-ci il təvəllüdlü X15 və 2008-ci il təvəllüdlü X31 tərəfindən qəbul etməklə, həmin miras əmlakda İddiaçı, X5 və X21 payının 1/3 olması müəyyən edilməlidir. Məhkəmə Cavabdeh mərhum atası H.Abdullayevdən miras qalmış Şərur şəhəri, H.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 54.7 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət miras əmlakı onun tərəfindən qəbul edilməsinin müəyyən olunması və miras əmlaka tam pay hüququnun tanınması tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsindən sorğunun icrası ilə daxil olmuş Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində mühafizə edilən Şərur rayon Xalq Məhkəməsinin №2-346/90 nömrəli mülki iş materialında olan və hazırki iş materiallarında saxlanması üçün təsdiq edilərək əlavə edilmiş surətlərindən:

1. X6 cavabdeh İliç rayon VVAQ şöbəsindən nikahın etibarsız hesab edilməsi və X11 şəxsi yaşayış evindən pay tələbinə dair Naxçıvan şəhər xalq məhkəməsinin 21 noyabr 1989-cu il tarixli, 2-263-1989-il saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İliç şəhəri H.Aslanov küçəsində yerləşən sahəsi 29,6 kv.m olan 2№-li ev yardımçı tikililərlə birlikdə X6 şəxsi mülkiyyətinə verilməsi, eyni zamanda həmin mənzilin B.Abdullayevanın şəxsi mülkiyyətinə verilməsi üçün əsas kimi X9 birinci növ vərəsələri olan Məhəmmədəli, Abbasəli və Nifdalı Abdullayevlərin miras evdən anaları Bilqeyis Abdullayevanın xeyrinə imtina edilməsi;

2. iddiaçı X6 cavabdeh X7 evdən məcburi qaydada çıxarılma və həmin evə köçürülməsi tələbinə dair Şərur rayon xalq məhkəməsinin 15 mart 1991-ci il tarixli, 2-73- 1989 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X12 məxsus Şərur şəhəri, H.Aslanov küçəsindəki 2№-li evə köçürülməsi, eyni zamanda mənzilə B.Abdullayevanın köçürülməsi üçün əsas kimi Naxçıvan şəhər xalq məhkəməsinin 21 noyabr 1989-cu il tarixli qətnaməsi göstərlməsi;

3. İliç şəhər XDS icraiyyə komitəsinin 2№-li avqust 1990-cı il tarixli 8/49 №-li qərarından çıxarışdan görünür ki, həmin qərarla 1. Naxçıvan Şəhər Xalq məhkəməsinin 21 noyabr 1989-cu il tarixli, 2-263 №-li qətnaməsi rəhbərliyə alınması, 2. Naxçıvan Şəhər Xalq məhkəməsinin 21 noyabr 1989-cu il tarixli, 2-263 №-li qətnaməsinə əsasən İliç şəhər H.Aslanov küçəsində yerləşən sahəsi 29,6 kv.m olan 2№-li ev yardımçı tikililərlə birlikdə X6 şəxsi mülkiyyətinə verildiyindən həmin bina və tikililər onun adına işlənilməsi 3. İliç rayon maliyyə şöbəsindən və sığorta müfəttişliyindən H.Aslanov küçəsində 2№-li evin sığortasının və torpaq vergisinin X3 alınmasına təmin edilməsinə qərara alınması müəyyən olunur. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Naxçıvan şəhər xalq məhkəməsinin 21 noyabr 1989-cu il tarixli, 2-263-1989-il saylı qətnaməsi qanuni qüvvəsini almış məhkəmə aktı kimi qəbul edilməli və onun preyudisiallıq əhəmiyyəti nəzərə alınmalıdır. Belə ki, həmin qətnaməyə Şərur rayon xalq məhkəməsinin 15 mart 1991-ci il tarixli, 2-73-1989 saylı qətnaməsində istinad edilmiş və həmin qətnamə əsasında İliç şəhər XDS icraiyyə komitəsinin 2№-li avqust 1990-cı il tarixli 8/49 №-li qərarına icraya yönəldilmişdir. Məhkəmə araşdırılması zamanı həmin məhkəmə aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Həmin halları təkzib edəcək hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz” “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, miras qoyan X18 xx.xx.1988-ci il tarixdə vəfat etdiyindən, yəni miras qoyanla tərəflər arasında hüquq münasibətləri həmin tarixdə yarandığından, hazırki iş üzrə 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olan Mülki Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 11-ci maddəsinə görə isə vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə onun həddi-buluğa çatması ilə, yəni 18 yaşına çatması ilə əmələ gəlir. Həmin Məcəllənin 552-ci maddəsinə görə miras əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 556-cı maddəsinə görə isə qanun üzrə və vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəslərdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərir. İş materiallarında olan iddiaçı X6 cavabdeh İliç rayon VVAQ şöbəsindən nikahın etibarsız hesab edilməsi və X11 şəxsi yaşayış evindən pay tələbinə dair Naxçıvan şəhər xalq məhkəməsinin 21 noyabr 1989-cu il tarixli, 2-263-1989-il saylı qətnaməsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X9 birinci növ vərəsələri olan Məhəmmədəli, Abbasəli və Nifdalı Abdullayevlərin miras evdən anaları Bilqeyis Abdullayevanın xeyrinə imtina etmişlər və həmin imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Digər vərəsə X33 isə atasından qalmış miras əmlakın onun təfəindən istər qanun üzrə, istər sə də vəsiyyət üzrə qəbul etməsi barədə məhkəməyə hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Naxçıvan şəhər xalq məhkəməsinin 21 noyabr 1989-cu il tarixli, 2-263-1989-il saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İliç şəhəri H.Aslanov küçəsində yerləşən sahəsi 29,6 kv.m olan 2№-li ev yardımçı tikililərlə birlikdə X6 şəxsi mülkiyyətinə verilsə də, həmin mənzil onun adına rəsmləşdirilməmiş, lakin buna baxmayaraq mərhum B.Abdullayeva həmin mənzilə köçürülmə ilə bağlı iddia qaldıraraq və iddia təmin edilərək həmin mənzilə köçürülərək, eyni zamanda həmin mənzilin torpaq və vergisini ödəyərək həmin mənzilə sahiblənmişdir. Həmin hal Şərur rayon xalq məhkəməsinin 15 mart 1991-ci il tarixli, 2-73-1989 saylı qətnaməsi ilə öz təsdiqi tapır. Bununla da Bilqeyis Abdullayeva ərindən qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etdiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsində və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləsdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, ünvan 3 ünvanında yerləşən 54.7 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 21/1 nömrəli reyestr kitabının 1967 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********70-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2021). Beləliklə məhkəmə araşdırılması zamanı Cavabdeh, X20, X14 Şərur şəhəri, H.Aslanov küçəsi ev 2 ünvanında yerləşən mərhum X4 qalmış mirasın istər qanun üzrə, istərsə də faktiki qəbul etmələri öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, mərhum X8 vəfatından sonra ondan qalmış İliç şəhəri H.Aslanov küçəsində yerləşən sahəsi 29,6 kv.m olan 2 №-li ev, hazırda Şərur şəhəri, H.Aslanov küçəsindəki 2№-li evdən ibarət olam miras əmlakın birinci növbə vərəsə kimi onun arvadı X16 tərəfindən faktiki qəbul edilmiş və həmin mirasa B.Abdullayevanın payın tam olmuşdur. Məhkəmə mərhum X6 ölümündən sonra isə ondan miras qalmış Şərur şəhəri, H.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun oğlu X30 tərəfindən, sonuncunun ölümündən sonra isə mərhumun arvadı İddiaçı və övladları 2007-ci il təvəllüdlü X15 və 2008-ci il təvəllüdlü X31 tərəfindən qəbul edilməsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməli ünvan 3 ünvanında yerləşən 54.7 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin miras olaraq İddiaçı, onun övladları 2007-ci il təvəllüdlü X15 və 2008-ci il təvəllüdlü X31 tərəfindən qəbul etməklə, həmin miras əmlakda İddiaçı, X5 və X21 payının 1/3 olması müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X22 vəfat etdikdən sonra ondan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış Şərur şəhəri, H.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onun arvadı X16 tərəfindən, B.Abdullayevanın ölümündən sonra həmin miras əmlak onun birinci növbə vərəsəsi olan mərhum oğlu X19, mərhum A.Abdullayevin ölümündən sonra isə onun birinci növbə vərəsələri olan arvadı İddiaçı və Azərbaycan Mülki Prosessual-Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq onun övladları X15 və oğlu X31 miras qalmış fərdi yaşayış evinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, həmin mənzildə yaşamaqla birinci növbə vərəsə kimi X4 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 72.4-cü maddəsinə əsasən Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.3-cü maddinin tələbinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. İş materialları ilə müəyyə olunur ki, mərhum X30 vəfat edən zaman, yəni xx.xx.2022ci il tarixdə onun övladları 2007-ci il təvəllüdlü X15 və 2008-ci il təvəllüdlü X31 məhdud fəaliyyət qabiliyyətli olublar. Beləliklə, tərəflərin izahatları və mülki işə əlavə edilmiş qaz, elektrik, su ödənişlərinin və şahidlərin ifadələri İddiaçı tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın idarə edilməsi müəyyən olunur ki, bununla da İddiaçı mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə, eyni zamanda onun övladları X15 və oğlu X31 da həmin mirası qəbul etmişdirlər. Məhkəmə ilk olaraq maddi hüquq normalarının tətbiqi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “26” dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, X16 xx.xx.2009-cu il tarixdə, X30 isə xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən, yəni miras qoyanla iddiaçı arasında hüquq münasibətləri həmin tarixdə yarandığından, hazır ki iş üzrə 2000-ci il sentyabr ayının 1-dən qüvvədə olan Mülki Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Məhkəmə X14 xx.xx.2021-ci il tarixli atası X22 və anası X6 vəfat etməsi, onların vəfatından sonar vərəsəliyin açılması, vaxtı və yerinin ona məlum olması, mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti buraxması və bununla bağlı məhkəmə qaydasında iddiasını irəli sürmək niyyətinin olmaması, həmçinin vərəsəlik hüquqlarının qanun və vəsiyyətnamə üzrə vərəsə olan, yəni vəsiyyət edənlərin oğlunun xx xxxxxx 1954-cü il təvəllüdlü Cavabdeh adına rəsimləşdirilməsinə heç bir etirazının olmaması barədə ərizəsinə münasibət bildirərərk qeyd edir ki, həmin ərizə birinci növbə vərəsə olan X14 anası X3 qalmış mirasa münasibətdə hüquqi əhəmiyyətinin mirasdan imtina kimi deyil, onun tərəfindən mirasın istər qanun üzrə, istərsə də faktiki qəbul etməməsini təsdiq edən hal kimi qəbul edir. X24 ərizəsinin atası X4 qalmış miras əmlaka münasibətdə isə məhkəmə hesab edir ki, Nifdalı Abdullayeivin atası H.Abdullayev tərəfindən artıq imtina etməsi yuxarıda göstərildiyi kimi Naxçıvan şəhər xalq məhkəməsinin 21 noyabr 1989-cu il tarixli, 2-263-1989-il saylı qətnaməsi müəyyən edildiyindən onun bu ərizəsinin məzmunundan hərhansı iradə ifadəsinin bildirməsinin həmin hsissədə heç bir hüquqi əhəmiyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “14” oktyabr 2023-cü il tarixli qərarında göstərmişdir ki, O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Göründüyü kimi X27 notariat ofisinə xx.xx.2021-ci il tarixdə, yəni anası Bilqeyis Abdullayevanın xx.xx.2009-ci il tarixdə vəfat etdiyini bildiyi halda (anasının ölüm tarixini ərizəsində göstərmişdir) iki ilə yaxın müddət keçdikdən sonra notariusa ərizə ilə müracət etmişdir. Bununla da X14 qanunla nəzərdə tutulmuş mirsadan imtina müddətini buraxması, həmin müddətin uzadılması barədə isə məhkəmə müraciət etməməsi müəyyən olunur. Eyni zamanda məhkəmə araşdırılması Nifdalı Abdullayev miras əmlakın qəbulu ilə bağlı hər-hansı hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi mərhum Bilqeyis Abdullayevanın vəfat etdiyi vaxt Sumqayıt şəhəri, Kolec qəsəbəsi 11 məhəllə, 93 saylı fərdi yaşayış evində oğlu Cavabdeh birlikdə kirayədə yaşaması və oğlu Cavabdeh tərəfindən Sumqayıt şəhər qəbirsanlığında dəfn olunması barədə təqdim etdiyi akta münasibət bildirərək qeyd edir ki, həmin aktda göstərilənlər Cavabdeh tərəfindən miras əmlakı faktiki olaraq qəbul etməsini təsdiq edən hal deyildir. Belə ki, həmin aktla H.Abdullayevin mirasın faktiki qəbulu kimi miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, vərəsələr olan istər Ağəli Abdullayev, istərsə də Cavabdeh tərəfindən miras əmlaka faktiki sahiblik etmələri, yəni onlar tərəfindən miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirməsi və ona sahib olmalarına dair və yaxud miras əmlakı faktiki idarə etməklə onun saxlanması və normal təsərrüfatın aparılması üçün hərəkət etmələrini təsdiq edən hər-hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə cavabdehin nümayəndəsinin “əmisi Abbasın Bakı şəhərinə getməsi, orada ayrılacağını, evi isə sənədləşdirib satacağını onlara deməsi, təxminən 2021-2022-ci illərdə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət eməsi, həmin zaman iddiaçının Şahtaxtı kəndinə getməsi və faktiki olaraq əlaqələri kəsilməsi” barədə ifadələri ilə bağlı qeyd edir ki, iddiaçı ilə mərhum A.Abdullayevin faktik nikahlarına xitam verilməsi barədə cavabdeh məhkəməyə hər-hansı bi mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırılması zamanı isə şahid ifadəsi ilə İddiaçı ilə mərhum əri A.Abdullayevin nikah münasibətlərində olması öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə Şahid5 izahatında “Abbasla Rəsmiyyənin münasibətləri pis olmadığını, aralarında boşanmanın olmadığını, bəzən mübahisələri olduğunu, Abbasın özü də arada bir gedib Şahtaxtı kəndində qaldığını, Abbasəli ailəsini bərpa edib birlikdə yaşamaq istədiyini, bir-birlərindən incisələrdə ailə münasibətlərində qırılmanın olmadığını” göstərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin olunmalı, X4 miras qalmış ünvan 5 ünvanında yerləşən xüsusi mülkiyyətə verilmiş 0.1268 ha torpaq sahəsi və üzərində yerləşən 54.7 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı, onun övladları X15 və oğlu X31 tərəfindən qəbul etməsi, həmin miras əmlakda İddiaçı, X5 və X21 paylarının 1/3 olması müəyyən edilməli, iddia qaldırılan zaman ödənilən dövlət rüsumu isə iddiaçının özünə aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. X4 miras qalmış ünvan 5 ünvanında yerləşən xüsusi mülkiyyətə verilmiş ümumi sahəsi 54.7 kv.m olan fərdi yaşayış evi və 0.1268 ha torpaq sahəsi olan miras əmlakın İddiaçı, X15 və X31 tərəfindən qəbulu və həmin mirasda İddiaçı, X5 və X21 paylarının 1/3 olması müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar