Məhkəmə qərarları › İş №2(094)-1/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-1/2024

04.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-1/2024 04.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mülkiyyətlərində yerləşən qanunsuz tikilinin sökülüb ərazidən çıxarılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu təhsil işçilərinə Dübəndi ərazisi Gürgən sahəsində ayrılmış və hazırda onların mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilən yarımçıq tikili elektrik transformatoru və hal-hazırda ərazini daş hasara alınan tikililərin sökülüb çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X2 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 N-li qərarına əsasən Nizami rayonu təhsil işçilərinə Əzizbəyov (hazırda Pirallahı) rayonu Dübəndi ərazisində bağ sahələri ayrılmışdır. Həmin bağ sahələrinin, yəni Pirallahı rayonu Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi 6 saylı bağ sahəsi, ölçüsü 0.098 ha torpaq sahəsi İddiaçı3, digər 3-cü Şimal küçəsi 4 saylı bağ sahəsi ölçüsü 0.05 ha torpaq olan ərazi İddiaçı1 Məmmədtağı oğluna, 2-ci Şimal küçəsi 12 saylı bağ sahəsi, 0.05 ha torpaq İddiaçı2 məxsusdur və mülkiyyətindədir. (Əzizbəyov) Xəzər rayon İcra Hakimiyyətinin başçısı 30 dekabr 2005-ci il tarixli 830 N-li sərəncamı ilə istirahət məkanları tikmək üçün 11 ha ərazini Cavabdeh əsassız olaraq vermişdir. Beləliklə, Cavabdeh orada tikintisi tam başa çatmamış ev tikmiş və elektrik transformatoru quraşdırmışdır. Tikili və transformator onların mülkiyyətində olan torpaqda yerləşdiyi üçün maneəçilik törədir və onlara məxsus olan ərazi qanunsuz olaraq zəbt edilmişdir. Onlar bu barədə həmin tikilinin və elektrik transformatorunun sahibi olan Cavabdeh torpaq sahələrini boşaltmaq təklifini və məsələni öz aralarında sülh yolu ilə həll olunmasını çatdırsalar da, cavabdeh nəinki təklifə məhəl qoymamış, hətta orada yenidən hasar tikintisinə başlamışdır. Ona görə də bu məsələ məhkəmədə həll olunub qərar qəbul edilənə kimi, həmin ərazidə tikinti işləri aparılmasına, konstitution hüquqlarını pozduğundan, məhkəmə qərardadı çıxarılıb tikinti dayandırılmalıdır. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (3-cü Şimal küçəsi) 0,05 ha ölçüdə ərazisi olan 4 saylı bağ sahəsi, İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (3-cü Şimal küçəsi) 0,098 ha ölçüdə ərazisi olan 6 saylı bağ sahəsi, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (2-cü Şimal küçəsi 0,05 ha ölçüdə ərazisi olan 12 saylı bağ sahəsinin ərazisində Cavabdeh tərəfindən tikilmiş yarımtikili binanın, daşdan hasarın və quraşdırılmış elektrik transformatorun cavabdehin öz vəsaiti hesabına sökülməsi və iddiaçılara məxsus cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahələrinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdhein iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (2-ci Şimal küçəsi 0,05 ha ölçüdə ərazisi olan 12 saylı bağ sahəsi İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (3-cü Şimal küçəsi) 0,098 ha ölçüdə ərazisi olan 6 saylı bağ sahəsi İddiaçı3 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (3-cü Şimal küçəsi) 0,05 ha ölçüdə ərazisi olan 4 saylı bağ sahəsi İddiaçı1 mülkiyyətindədir. İş üzrə alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********09 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı1 **********40 reyestr nömrəsi (0.05 ha) ilə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Nizami rayon XTŞK” b/y-nın 3-cü Şimal küçəsi, 4 saylı bağ sahəsinin 274,0 kv.m (0.0274 ha) hissəsi digər şəxs tərəfindən hasarlanaraq zəbt edilmiş və ümumi əraziyə daxil edilmişdir. Sahənin 144,0 kv.m (0.0144 ha) hissəsi isə faktiki yol kimi istifadə edilir. İddiaçı3 **********29 reyestr nömrəsi (0.098 ha) ilə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi Nizami rayon XTŞ b/y-nın 6 saylı bağ sahəsinin 962.0 kv.m (0.0962 ha) hissəsi digər şəxs tərəfindən hasarlanaraq zəbt edilmiş və ümumi əraziyə daxil edilmişdir. Həmin sahədə birmərtəbəli natamam yaşayış evi inşa edilib. Sahənin 18.0 kv.m (0.0018 ha) hissəsi isə faktiki yol kimi istifadə edilir. İddiaçı2 **********32 reyestr nömrəsi (0.05 ha) ilə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Nizami rayon XTŞK” b/y-nın 2-ci Şimal küçəsi, 12 saylı bağ sahəsinə naturada baxış zamanı mübahisə predmeti aşkar edilmədi. Belə ki, əvvəllər zəbt edilərək hasarlanmış ərazinin hasarı faktiki olaraq sökülmüş, mövcud deyil. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olundu. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (2-ci Şimal küçəsi 0,05 ha ölçüdə ərazisi olan 12 saylı bağ sahəsi İddiaçı2, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (3-cü Şimal küçəsi) 0,098 ha ölçüdə ərazisi olan 6 saylı bağ sahəsi İddiaçı3, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi Nizami rayon XTŞK b/y-nın (3cü Şimal küçəsi) 0,05 ha ölçüdə ərazisi olan 4 saylı bağ sahəsi İddiaçı1 mülkiyyətindədir. Həmin torpaq sahələrinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsini qanunsuz zəbt edərək, torpaq sahəsində hasar və tikili inşa etmişdir. İddiaçı2 bağ sahəsində əvvəllər zəbt edilərək hasarlanmış ərazinin hasarı faktiki olaraq sökülmüş, mövcud deyil. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə, iddia tələbini araşdıraraq ilk növbədə qeyd edir ki, alınmış mütəxəssis rəyindən və tərəflərin sonuncu məhkəmə iclasında vermiş olduğu izahatlarından göründüyü kimi, İddiaçı2 **********32 reyestr nömrəsi (0.05 ha) ilə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Nizami rayon XTŞK” b/y-nın 2-ci Şimal küçəsi, 12 saylı bağ sahəsinə naturada baxış zamanı mübahisə predmeti aşkar edilmədi. Belə ki, əvvəllər zəbt edilərək hasarlanmış ərazinin hasarı faktiki olaraq sökülmüş, mövcud deyil. İş üzrə o da müəyyən edildi ki, mübahisəli ərazidə transformator hal-hazırda mövcud deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Nizami rayon XTŞK” b/y-nın 2-ci Şimal küçəsi, 12 saylı bağ sahəsinə və transformatorun sökülməsi hissəsinə münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, qeyd edilən tikililər cavabdeh tərəfindən onun üçün ayrılmayan və iddiaçıya məxsus torpaq sahəsində və buna lazımi icazələr alınmadan tikilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçılara məxsusdur. Lakin, cavabdeh mübahisəli torpaq sahəsinin bir hissəsini zəbt edərək, qeyd edilən tikilləri aparmaqla, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçılar torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçılar mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini, cavabdehin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli sahədən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə həmin sahədən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, onun torpaq sahəsi üzərində mülkiyyətini təsdiq edən sənəd, yəni çıxarış hazırda qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçıların maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçıların torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli bağ sahəsinin zəbt edilmiş hissəsindən cavabdeh çıxarılmalı və bağ sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd olunanlara əsasən cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Nizami rayon XTŞK” b/y-nın 3-cü Şimal küçəsi, 4 saylı bağ sahəsinin hasarlanaraq zəbt edilmiş 274,0 kv.m (0.0274 ha) hissəsi və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi Nizami rayon XTŞ b/y-nın 6 saylı bağ sahəsinin hasarlanaraq zəbt edilmiş 962.0 kv.m (0.0962 ha) hissəsində tikilmiş hasar və tikililər Cavabdeh vəsaiti hesabına sökülərək torpaq sahələri boşaldılmalıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə habelə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş 190,0 manat pul vəsaiti cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Nizami rayon XTŞK” b/y-nın 3-cü Şimal küçəsi, 4 saylı bağ sahəsinin hasarlanaraq zəbt edilmiş 274,0 kv.m (0.0274 ha) hissəsində və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi Nizami rayon XTŞ b/y-nın 6 saylı bağ sahəsinin hasarlanaraq zəbt edilmiş 962.0 kv.m (0.0962 ha) hissəsində tikilmiş hasar və tikililər Cavabdeh vəsaiti hesabına sökülərək torpaq sahələri boşaldılsın. Zəbt olunmuş ərazinin dəqiq koordinantları 2(094)-1/2024 saylı iş üzrə alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********09 nömrəli məktubuna əlavə edilmiş sxem əsasında müəyyən edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş 190,0 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar