Məhkəmə qərarları › İş №2(094)-104/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-104/2025

28.01.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-104/2025 28.01.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2008-ci il təvəllüldü X6 və xx.xx.2014-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi, övladları X3 hər birinin saxlanılması üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat ümümlikdə 600 (altı yüz) manat pul məbləğində müəyyən edilmiş alimentin və məhkəməyə ödənilmiş 100 (yüz) azn dövlət rüsumunu cavabdeh Maraqlı şəxs məcburi qaydada tutulub ona verilməsi barədə xx.xx.2024-cü il tarixli Barışıq sazişini təsdiq edərək qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AZ337478 saylı nikah haqqında şəhadətnaməyə əsasən o, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2094 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahından iki övladı olmuşdur: xx.xx.2008-ci il təvəllüldü X6 və xx.xx.2014-ci il təvəllüdlü X4. Ailə münasibətləri pisləşdiyi və qarşı tərəfin övladlarına lazımı maddi yardım göstərmədiyindən Bununla bağlı ilk öncə xx.xx.2024-cü il tarixində Mediasiyaya müraciət etmişdir və xx.xx.2024-cü il tarixində aralarında Barışıq sazişi bağlanmışdır. O, nikahın pozulmasını istəsə də cavabdeh Maraqlı şəxs nikahı pozmayaq uşaqlara baxacağına, hətta 600 azn aliment ödəyəcəyinə dair söz vermişdir. xx.xx.2024-cü il tarixli Barışıq Sazişinə əsasən onlar razılığa gəlmişlər ki, övladları xx.xx.2008-ci il təvəllüldü X6 və xx.xx.2014-ci il təvəllüdlü X4 onun himayəsində qalmaları və Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüldü X6 və xx.xx.2014-ci il təvəllüdlü X2 hər birinin saxlanılması üçün 300 (üç yüz) azn ümümlikdə 600 (altı yüz) manat sabit pul məbləğində alimenti hər ay ona bank hesabıma ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Maraqlı şəxs xx.xx.2024-cü il tarixli Barışıq sazişiylə müəyyənləşdirilmiş üzərinə götürülmüş aliment öhdəliyini yerinə yetirməyib. Bir sözlə cavabdeh Bağırov X1 şərtlərinə əməl etmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan MSB/6-01199 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişin məzmunuda qeyd edilmişdir ki, 1.İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər bir uşağa görə 300 (üç yüz) manat ümumilikdə 600 (altı yüz) manat olmaqla alimenti birinci tərəf kimi çıxış edən Ərizəçi kart hesabına köçürməyi öz öhdəsinə götürür.

2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Ərizəçi himayəsində qalmalarına etiraz etmir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər bir uşağa görə 300 (üç yüz) manat ümumilikdə 600 (altı yüz) manat olmaqla alimenti birinci tərəf kimi çıxış edən Ərizəçi kart hesabına köçürməyi öz öhdəsinə götürmüş, Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Ərizəçi himayəsində qalmalarına etiraz etməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İddiaçının ödənilmiş dövlət rüsumu olaraq 100 manat dövlət rüsumunun maraqlı şəxsdən onun xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MSB/6-01199 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər bir uşağa görə 300 (üç yüz) manat ümumilikdə 600 (altı yüz) manat olmaqla alimenti Ərizəçi kart hesabına köçürməli, Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Ərizəçi himayəsində qalmalıdır. 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında mediasiya prosesi nəticəsində bağlanmış MSB/6-01199 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər bir uşağa görə 300 (üç yüz) manat ümumilikdə 600 (altı yüz) manat olmaqla alimenti Ərizəçi kart hesabına köçürsün. xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 100 manat Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar