Məhkəmə qərarları › İş №2(094)-108/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-108/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-108/2025 08.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nun adına Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 1366 nömrəli xx.xx.1994-cü il tarixli müqavilənin X3 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 onun atasıdır. Bakı şəhər İcra Hakımıyyətinin Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1966-cı il tarixli 13 nömrəli protokolu X1na bağ evinin tikilməsi üçün Zirə qəsəbəsində 0,20 ha torpaq sahəsi verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 13666 nömrəli xx.xx.1994-cü il tarixli müqaviləsinə əsasən müqavilənin müddəti 20 il muddətinə müəyyən edilmişdir. Həmin sənəddə atasının atasının adı səhvən “Seyful” olaraq qeyd edilmişdir. Lakin həmin sənəddə olan səhvə heç bir zaman diqqət yetirməmişlər. X1 xx.xx.2015-ci ildə vəfat etmişdir. Sonradan atasına verilən torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyən zaman sənəddə atasının atasının adının səhv qeyd edildiyini aşkar etmişlər. Halbuki, atasının doğum haqqında şəhadətnaməsində, ölüm haqqında şəhadətnaməsində, babasına məxsus olan nikah şəhadətnaməsində, ölüm haqqında şəhadətnamədə babasının adı "Seyfulla" göstərilmişdir. Belə olduqda isə atasının atasının adının səhv göstərildiyi sənədin (Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 13666 nömrəli xx.xx.1994-cü il tarixli müqaviləsi) məhz X1na məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin ediməsini xahiş etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bağın icarəyə verilməsi haqqında 13666 saylı xx.xx.1994-cü il tarixli müqavilənin surətindən görünür ki, X5 Zirə qəsəbəsində 0,20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1934-cü il tarixdə doğulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 13666 nömrəli xx.xx.1994-cü il tarixli müqaviləsində X2 atasının adı “Seyful” kimi qeyd edilmişdir. Mövcud sənədlərə “atasının adı” fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin babası X2 atasının adının “Seyfulla” olduğu halda “Seyful kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 13666 nömrəli xx.xx.1994-cü il tarixli müqaviləsinin X3 məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 1366 nömrəli xx.xx.1994-cü il tarixli müqaviləsinin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar