Məhkəmə qərarları › İş №2(094)-113/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-113/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-113/2024 02.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Belə ki, həmin mənzili xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Evi aldıqdan sonra mənzilin enerji hesabını öz adına keçirmək üçün "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən mənzilin elektrik enerjisindən istifadəyə görə 363,66 manat borcu olduğunu, borc ödənildikdən sonra müraciətinin müsbət həll olunacağını bildirmişdirlər. Mən "xxxx" ASC-yə təkrar müraciət edərək evi xx.xx.2020-ci il tarixdə aldığını, evi aldıqdan sonra istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödədiyini, heç bir borcunun olmadığını bildirsədə, cavabdeh müraciətinə xx.xx.2020-ci il tarixli məktubla cavab verərək mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisinin , yaxud kirayəçisi ondan köçdüyü günədək istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerji sərfinə görə borcunun olmaması barədə enerji təchizat müəssisəsinin arayışını tələb etməsini bildirmişdir. O, ünvan 1 ünvanda yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında almış və alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuşdur. Alqı-satqı zamanı notariat kontoru tərəfindən aldığı mənzilin kommunal xidmətlərdən istifadəyə görə borcun olmaması barədə arayış tələb olunmamışdır. Cavabdeh tərəfindən ona təqdim olunmuş abonent saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən mənzilin elektrik enerjisindən istifadəyə görə xx.xx.2006-cı il tarixə 363,66 manat borc vardır. Borcun yaranmasından 18 ilə yaxın müddət keçsə də, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. O, evin elektrik enerji hesabının adına keçirilməsi ilə bağlı müraciət etdikdə həmin borcun ödənilməsini, əks təqdirdə hesabın adına keçirilməyəcəyini bildirirlər. O, mübahisənin məhkəməyədək həll edilməsi və əsassız borcun silinməsi ilə bağlı cavabdeh "xxxx" ASC-yə dəfələrlə müraciət etsədə heç bir nəticəsi olmamışdır. "xxxx" ASC tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilə hesablanmış 363,66 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, ünvan 3 ünvanına əvvəlki illərə görə 363,66 məbləğində borc hesablanmışdır (325,08 manat barmekə olan köhnə borca görə və 38,58 manat). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2020-dir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən ünvan 3 ünvanına 363,66 manat enerjidən istifadəyə görə borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, qeyd olunan sayğac üzrə abonent elektrik enerjisindən mütaəmadi istifadə etmiş və istifadə etdiyi elektrik enerjisinin borcunu ödəmişdir. Lakin abonentin qeyd olunan saldo üzrə əvvəlki illərə görə 363,66 manat borc qalığı mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, sərfiyyata görə abonentə hesablanmış həmin borc 2006cı ildən əvvəlki dövrləri əhatə edir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Məhkəmə qeyd edir ki, abonentin saldosunda olan 363,66 manat borc (325,08 manat və 38,58 manat) 2006-cı il tarixinədək hesablanmış borcdur. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, abonentə 2006-cı il tarixinədək hesablanmış 363,66 manat borc müddətin keçməsinə görə abonetdən tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələbindən görünür ki, cavabdeh təşkilat abonentə 2006-cı il tarixədək hesablanmış 363,66 manat borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövlər üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 363,66 manat hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən abonentin hesabından silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.2-ci madəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X3 məxsus **********80000 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 363,66 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 məxsus **********80000 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 363,66 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında **********80000 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 363,66 manat borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar