Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-15/2025 04.11.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X39 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X14 Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə1 Sərdar oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlak payının naturada ayrılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə1 Sərdar oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlak payının naturada ayrılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vəsiyyətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli Texniki Pasport və Dövlət Reyestrindən Çıxarışla göstərilən mənzilin 3 otağına (yaşayış sahəsi-47.2 kv.m), miras əmlakdan payının naturada ayrılıb ona verilməsi, mebel və avadanlıqların istifadə nəticəsində yarasız hala salınması və atılması nəticəsində ona dəymiş mühüm əmlak ziyanının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə olan 0.102 ha torpaq sahəsində yerləşən 10 nömrəli,5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 92.1 kv.m ümumi, 74.6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 2944 nömrəli vərəqində qeydiyyata alınmışdır. H.Əliyevin oğlu X32 ilə evlənmiş və nikahları 12 avqust 1988-ci il tarixdə qeydiyyata alınmışdır. O, həmin vaxt Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə,ev 10,mənzil 12-yə gəlin gəlmişdir. H.Əliyevin qızı Cavabdeh1 Nümayəndə1 Sərdar oğlu ilə ailə qurduqdan sonra əri Nümayəndə1 aid mənzildə yaşamışlar. Maddi vəziyyətlərinin çətin olması ilə əlaqədar əri X7 Federasiyasının X11 getdiyindən ailəlikcə onunla birlikdə bir müddət orada yaşamışlar. xx.xx.2017-ci il tarixdə əri X7 Federasiyasının X8 Noyabrsk şəhərində vəfat etmişdir. O, dəfələrlə baldızı Cavabdeh1 ilə əlaqə saxlamış və Bakıya gələcəyini bildirmiş, onun tərəfindən hər hansı etiraz olmamışdır. X4 tərəfindən verilmiş 10 iyul 2007-ci il tarixli Vəsiyyətnamə ilə Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10, mənzil 12-də olan 5 otaqlı mənzilin 3 otağı yaşayış sah. 19.6 kv.m, 16.2 kv.m, 11.4 kv. m olan otaqları oğlu X24, 2 otağı yaşayış sahəsi 14.7 kv.m. və 12.7 kv.m. olan otağı qızı Cavabdeh1 vəsiyyət etmişdir. X1 Vəsiyyətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli Texniki Pasport və Dövlət Reyestrindən Çıxarışla göstərilən mənzilin 3 otağına (yaşayış sahəsi-47.2 kv.m) hüquqları qeydiyyata alınmışdır. 2024-cü ilin yay tətili ilə əlaqədar ailə üzvlərilə birlikdə Bakıya gəlmiş, bacısı ilə birlikdə göstərilən ünvana getdikdə baldızı Bəşirova Gülpǝri Hacıağa qızı bacısını mənzilə buraxmaqdan imtina etmiş, o, mənzilə daxil olduqda görmüş ki,ona məxsus otaqlar baldızının ailə üzvləri tərəfindən zəbt olunmuşdur. 20 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayır. Həyat yoldaşı öldükdən sonra Azərbaycan Respublikasına qayıtmaq istədiklərini bildirdikdə baldızı miras əmlakdan ona çatan payı verməyəcəyini bildirmişdir. Onlara bildirəndə ki, ünvan 2-də olan 5 otaqlı mənzilin 3 otağına mülkiyyət və istifadə hüququ ona aiddir, onlar onun hüququnun olmadığını,əgər varsa məhkəmədən tələb etməyini bildirmişlər. Bu səbəbdən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 10-da yerləşən 12 saylı mənzildə olan 3 otaq y/s 47.2 v.m.-dən ibarət payının naturada ayrılmasına və ayrılan pay üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 elektron məhkəmə sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 10-da yerləşən 12 saylı mənzildə olan 3 otaq y/s 47.2 v.m.-dən ibarət payının naturada ayrılmasına və ayrılan pay üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 elektron məhkəmə sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın dəyişdirilməsinə dair ərizənin icraata qəbul edilməsini və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən 12 saylı mənzilin ilkin satış dəyərini 110.000 (bir yüz on min) manat müəyyən etməklə hərracda satılmasına və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 olmaqla tərəflər arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən 12 saylı mənzilin satılmasına və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq ¾ hissədə iddiaçıya, ¼ hissədə isə cavabdehə aid hissədə tərəflər arasında bölünməsinə və mənzilin ilkin satış qiymətinin 110000,0 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X21 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iddianı etiraf etməyərək, rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Qırdanaz Mirzağa qızı ilə xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 64 №-li qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Rusiya Federasiyasının Yamal – X33 Noyabrsk şəhəri vətəndaş vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə № 565502 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 159 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, 10 №-li 5 mərtəbəli evin 3-cü mərtəbəsində, yaşayış sahəsi 27,40 kv.m. olan 12 №-li 2 otaq mənzildə Cavabdeh1, Nümayəndə1 Sərdar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yaşayır. Mənzili icarəyə götürən İddiaçıdır. İş materiallarında olan 159 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, 10 №-li, 5 mərtəbəli evin 3-cü mərtəbəsində, yaşayış sahəsi 47,20 kv.m. olan, 12 №-li 3 otaq mənzili Mənzili icarəyə götürən İddiaçıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə istifadədə olan 10 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 92.1 kv.m. ümumi, 74.66 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 12 nömrəli mənzil X18 adına daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 2944 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X27 ona məxsus olan Bakı şəhəri Pirallahı qəsəbəsi 28-ci məhəllə, ev 10, mənzil 12-də yerləşən 5 otaqlı yaşayış mənzilinin 3 otağı yaşayış sahəsi 19.6 kv.m., 16.2 kv.m., 11.4 kv.m. olan otaqları oğlu X22, 2 otağı yaşayış sahəsi 14.7kv.m. və 12.7 kv.m. olan otağı qızı Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətin 3 otaq (y/s-47.2 kv.m.) İddiaçı və 2 otaq (y/s-27.4 kv.m.) Cavabdeh1 məxsusdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2-də yerləşən mənzilin ümumi sahəsi 107.8 kv.m., yaşayış sahəsi 74.6 kv.m.-dir. İş materiallarında olan Nümayəndə1 Sərdar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Səbaddin oğlu tərəfindəniddia tələbinə etirazdan görünür ki, iddiaçı X23 Rayon Məhkəməsinə müraciət edərək X19 vəsiyyətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli Texniki Pasport va Dövlət Reyestrindən çıxarışda göstərilən mənzilin 3 otağına (yaşayış sahəsi 47.2 kv. m), miras əmlakdan payının naturada ayrılıb ona verilməsi, mebel və avadanlıqların istifadə nəticəsində yararsız hala salınması və atılması nəticəsində ona dəymiş mühüm əmlak ziyanın hesablanaraq ödənilməsi haqqında qətnamənin qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsindən görünür ki, mübahisəli predmet Cavabdeh1 və iddiaçıya məxsusdur və iddiaçının mövqeyinə görə onun hüquqları Cavabdeh1 tərəfindən pozulmuşdur. Tərəflərindən iddiaçının hansı hüquqularına və ona hansı ziyanın vurulmasına dair heç bir qeyd olmadığına və onun tərəfindən heç bir sübut təqdim edilmədiyinə baxmayaraq, iddiaçı onları cavabdeh qismində qeyd edərək bizdən vurulmuş zərərin ödənilməsini tələb etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 10/8004 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yerləşən 10 saylı evin, 12 saylı mənzilin tikililərinin planlı yerləşməsini, yardımçı otaqlarının sayını, yəni mənzilin üzrə bir ayaqyolunun, bir hamamın, bir dəhlizin və bir mətbəxin olmasını, mənzilin beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşməsini, eləcə də həmin mənzilə giriş-çıxışın pilləkən qəfəssəsinə açılan bir qapı vasitəsilə olduğunu nəzərə alaraq, tədiq olunan mənzilin tərəflərin naturada ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, 2(094)-296/2024 saylı mülki iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Çünkü, qoyulmuş sual üzrə xx.xx.2025-ci il tarixində baxışın keçirilməsi ilə bağlı məhkəməyə vəsatət verilmişdir. xx.xx.2025-ci il tarixində Mərkəzə məktub daxil olaraq baxışın tarixi xx.xx.2025-c i təyin edilmişdir. Qeyd edilən tarixdə iddiaçı tərəfin nümayəndəsi Kalantarov Elçin Məhkəmənin inzibati binasına gəlsədə cavabdeh tərəf gəlmədi və qeyd olunan mənzili baxışa təqdim etməyəcəyini bildirdi. İş materiallarında olan UNİPRİCE tərəfindən xx.xx.2025-ci il tarixli UNİ/İ-010432/2025 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş suala “Bakı şəhəri, Pirallahı raynu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən 12 saylı mənzilin hazırda mövcud orta bazar qiyməti nə qədər təşkil edir?”, ekspertiza nəticəsində aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Pirallahı raynu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən 12 saylı mənzilin hazırda mövcud orta bazar qiyməti xx.xx.2025-ci il tarixinə 100000,0 manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 tərəfindən ərizədən görünür ki, iddiaçı X6 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 Zakir oğlu, məhkəmaya iddia ərizəsi ilə müraciət edərək iddiaçının qaynatası X19 vəsiyyətnamə asasında Azərbaycan Respublikası Əmlak X15 yanında DƏDRX Bakı ərazi idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli Pasport ve X12 göstərilən mənzilin 3 otağına yaşayış sahəsi 47.2 kv. M. miras əmlakdan payının naturada ayrılıb iddiaçıya verilməsi, mebel və avadanlıqların istifadə nəticəsində yararsız hala salınmaz və atılması nəticəsində iddiaçıya dəymiş mühüm əmlak ziyanın hesablanaraq ödənilməsi baradə məhkəmədən qətnamə qəbul etməsini xahiş etmişdir. Sonradan isə iddiaçının nümayəndəsi Nümayəndə3 Zakir oğlu Azərbaycan Respublikası Mülki Prosessual Macallesinin 53-cü maddəsinin tələblərinə əsaslanaraq iddia tələbinin həcmini azaldarağ, iddiaçı ilkin iddia ənzəsində qaynatasının vərəsəlik qaydasında qalan miras əmlakdan payının naturada ayrılıb ona verilməsini xahiş etmişdir. Hal hazırda mülkiyyətində olan əmlakın naturada bölünməsindən söhbət gedir. Bu halı iddiaçı tərəf nəzərə alaraq iddia tələbləri həmin hissədə dəyişdirilməli iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə, bina 10-da yerləşən 12 saylı mənzildə olan payının naturada ayrılmasına dair iddia tələbi qoymuşdur. İddiaçının nümayəndəsi iddia tələblərinin ikinci hissəsi olan mebel və avadanlıqların istifadə nəticəsində iddiaçıya dəymiş mühüm əmlak ziyanın hesablanaraq ödənilməsi baradə iddia tələblərinə aid hissədə isə iddianın həcmini azaldılmalı və həmin hissə iddia ərizəsindən çıxarılmasını xahiş etmişdir. Azerbaycan Respublikasının 47.1-ci maddəsinə əsasən, işdə iştirak eden şəxslər prosessual qanunvericilikdə onlara verilmiş prosessual hüquqlarından vicdanla istifadə etməyə borcludurlar. Mülki məhkəmə icraatı başlıca olaraq dispozitivlik prinsipi rəhbər tutularaq həyata keçiriliyindən işdə iştirak edən şəxslər öz prosessual hüquqlarından sərbəst və öz marağlarından çıxış edərək istifadə edirlər. Lakin şərh edilen norma iştirakçılardan öz hüquqlarından vicdanla istifadə etməyi tələb edir. Prosessual hüquqlardan prosessin uzadılması və ya məhkəmənin yanlış istiqamətə yönəldilməsi üçün istifadə edilməsi yolverilməzdir. Təəsüf hissi ilə bildirmək istəyirəm ki, iş üzrə cavabdeh olaraq (mülkiyyətçi) Cavabdeh1 iddaçı X9 əmlakına və mülkünə heç bir tələbi niyyəti və mübahisəli olan marağı yoxdur. İş materiallarında olan Cavabdeh1 tərəfidnən ərizədən görünür ki, İddiaçı Mirzağa qızı iddia tələbi ilə Pirallahı rayon məhkəməsinə müraciət edərək, X1 vəsiyyətnaməsi əsasınbda Daşınaz Əmlakın Dövlət reyestri xidməinin Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 2017-ci il tarixli Texniki pasport və Dövlət reyestrindən çıxarışı 3 otağı miras əmlakdan payının naturada ayrıb verilməsini, mebel avadanlıqlarının yararsız hala salınması nəticəsində dəymiş ziyanın hesablanıb ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmi sənədlər məhkəməyə avqust ayı 2024-cü il tarixdə daxil olsada o, cavabdeh olaraq və digər cavabdehlər iddia ərizəsi bugünə ala bilməmişdir. Ancaq bugün xx.xx.2025-ci il tarixdə o iddia ərizəsini ala bilmişdir və axırki tanış olmuşdur. Buna görədə Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli çıxartdığı qərardadı yararsız və əsassız hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə olan 0.102 ha torpaq sahəsində yerləşən 10 nömrəli,5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 92.1 kv.m ümumi, 74.6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının X1 adına daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 2944 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı onun oğlu Şakir Alievlə ailə həyatı qurmuş və mübahisəli mənzilə gəlin gəlmişdir. H.Əliyevin qızı Cavabdeh1 Nümayəndə1 Sərdar oğlu ilə ailə qurduqdan sonra əri Nümayəndə1 aid mənzildə yaşamışlar. xx.xx.2017-ci il tarixdə X7 Federasiyasının X8 Noyabrsk şəhərində vəfat etmişdir. X4 tərəfindən verilmiş 10 iyul 2007-ci il tarixli Vəsiyyətnamə ilə Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10, mənzil 12-də olan 5 otaqlı mənzilin 3 otağı yaşayış sah. 19.6 kv.m, 16.2 kv.m, 11.4 kv. m olan otaqları oğlu X24, 2 otağı yaşayış sahəsi 14.7 kv.m. və 12.7 kv.m. olan otağı qızı Cavabdeh1 vəsiyyət etmişdir. X18 Vəsiyyətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli Texniki Pasport və Dövlət Reyestrindən Çıxarışla göstərilən mənzilin 3 otağına (yaşayış sahəsi-47.2 kv.m) hüquqları qeydiyyata alınmışdır. Bundan başqa, məhkəmə zamanı tərəflərə mübahisənin məhkəmədən kənar həlli üçün vaxt verilmiş, lakin tərəflər razılığa gələ bilməmişlər. Belə ki, iddiaçı tərəf cavabdehə kompensasiya təklif etsə də o, razılaşmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsində qeyd edilmişdirki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələbinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, iddia ilkin olaraq məhkəməyə “naturada bölünmə” tələbi ilə verilmişdir. Lakin ekspert rəyi ilə naturada ayrılma mümkünsüz hesab edilmişdir. İddiaçı tərəf Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən 12 saylı mənzilin satılmasını və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq ¾ hissədə iddiaçıya, ¼ hissədə isə cavabdehə aid hissədə tərəflər arasında bölünməsinə və mənzilin ilkin satış qiymətinin 110000,0 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əmlakın satılmasına, kompensasiyanın ödənilməsinə birmənalı olaraq razılıq verməmişdir. Tərəflərin mövcud münasibəti əmlakın hərracda satılaraq tərəflər arasında bölünməsinə tam zəmin yaradır. Məhkəmə əmlakın qiymətlərindirilməsi məsələsinə də hüquqi qiymət verərək hesab edir ki, ekspert rəyi ilə Bakı şəhəri, Pirallahı raynu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən 12 saylı mənzilin hazırda mövcud orta bazar qiyməti xx.xx.2025-ci il tarixinə 100000,0 manat təşkil etməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən 12 saylı mənzilin ilkin satış dəyərini 100.000 (bir yüz min) manat müəyyən etməklə hərracda satılmalı və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 olmaqla tərəflər arasında bölünməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərcləri tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Bundan başqa, "xxxx" MMC-tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatdan 50 manat iddiaçıdan və 50 cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, "xxxx" MMC-tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 manatdan 125 manat iddiaçıdan və 125 manat cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlara əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İlkin satış dəyəri 100.000 (bir yüz min) manat müəyyən etməklə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən 12 saylı mənzil hərracda satılsın və satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 olmaqla tərəflər arasında bölünsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatdan 50 manat İddiaçı və 50 Cavabdeh1 alınaraq X13, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manatdan 125 manat İddiaçı və 125 Cavabdeh1 alınaraq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab N- AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296, SVVİFT kod: AİİBAZ2XXXX) hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-15/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-15/2025
04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver