Məhkəmə qərarları › İş №2-2(119)-81/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-81/2023

02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-81/2023 02.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Vəkil3 və Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh vurduğu maddi zərərə görə 2.578.220 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh X1 adına təsis etmişdir. Cəmiyyətin nizamnamə kapitalı 4 AZN həcmində olmuş və nizamnamə kapitalı hər birinin dəyəri 1 AZN olmaqla 4 paydan ibarət olmuşdur. X3 yeganə təsisçi olduğundan Cəmiyyətdə payı 100% olmuşdur. xx.xx.2006-cı il tarixdə Cavabdeh dövlət qeydiyyatına alınmış və o, Cavabdehnə direktor seçilmişdir. Həmin tarixdən X1 adına torpaq sahələri alıb üzüm və meyvə bağları salmışdır. Ciddi hesabat blanklarından, yəni kassa mədaxil orderlərindən göründüyü kimi Cavabdehnə 2007-2011-ci illərdə 2.578.220 manat sərmayə qoymuşdur. Sərmayə əldə etmək üçün Sahibkarlıq fonduna və banklara müraciət etmişdir. Bir müddət sonra xəbər tutmuşdur ki, 13 oktyabr 2008-ci il tarixli müqavilə əsasında X3 Cavabdeh nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) Hökümə Qarayevaya, Minavər Əsədovaya, Sədaqət Abbasovaya, Zahidə Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmışdır. Hökümə Qarayeva, Minavər Əsədova, Sədaqət Abbasova və Zahidə Məmmədova 17 avqust 2011- ci il tarixdə X8 ilə müqavilə bağlayaraq Cavabdeh nizamnamə kapitalında maya miqdarının 50%-ni ona satmışlar. Hazırda İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdəki fəaliyyətindən kənarlaşdırılmışdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Bu səbəbdən vurduğu maddi zərərə görə cavabdehdən 2.578.220 manat məbləğində pul alınaraq ona ödənilməlidir. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-37/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməmiş və İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(105)-1783/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-37/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli 2(102)-3888/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-2096/2022 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatında iddia tələbini müdafiə edib bildirmişdir ki, İddiaçı tərəfindən 2.578.220 manat pul vəsaitinin Cavabdeh MMC-yə verilməsinə dair kassa mədaxil orderləri mövcuddur. Həmin vəsaitlərin bir qismi İddiaçı tərəfindən MMC-nin bank hesabına ödənilmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə zəruri məlumatları məhkəməyə təqdim etməkdən yayınır. Bununla yanaşı o, müvafiq borc müqaviləsini İddiaçı fiziki şəxs və Cavabdeh direktoru kimi imzalmasının mülki qanunverciliyə zidd olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 izahatında iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında iddia tələbinin əsassız olduğunu bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh təsisçisi X1 16 oktyabr 2006-cı il tarixli qərarı ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müxtəlif növ məhsulların istehsalı və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına cəmiyyətin, işçilərin və təsisçilərin iqtisadi maraqlarının təmin edilməsi məqsədi ilə təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, cəmiyyətin nizamnamə kapitalı 4 AZN həcmində müəyyən edilmiş və qanuni təmsilçisi İddiaçı təqdim edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində 30 oktyabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh təsisçisi X1 30 oktyabr 2006-cı il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 13 oktyabr 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, X3 Cavabdeh, nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) M.Q.Əsədova, H.Q.Qarayeva, S.Q.Abbasova və Z.Q.Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmış, Cavabdehnə görə alıcıların hər birindən 100 manat almaq şərtilə, cəmi 400 manat almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə düzəlişə dair müqavilədən görünür ki, 13 oktyabr 2008-ci il tarixli müqavilənin 1-ci bəndində qeyd olunan “daşınar və daşınmaz əmlak istisna olmaqla” sözləri həmin bənddən çıxarılmışdır. İş materiallarında olan Cavabdeh təsisçilərinin 17 oktyabr 2008-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən şəhadətnamə ilə xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh yeni təsisçiləri Xaçmaz rayon 1 saylı DNK-da xx.xx.2008-ci il tarixdə təsdiq olunmuş 3m-3/655 saylı müqaviləyə əsasən X15, X16, X12 və X13 müəyyən edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı dəyişdirilmədən 4 manat saxlanılmış, hər birinin dəyəri 1 manat olmaqla 4 paydan ibarət olmuş və təsisçilərin payları X17-1 pay, 1 manat, 25%, X16, 1 pay, 1 manat, 25%, X12-1 pay, 1 manat, 25%, X13-1 pay, 1 manat, 25% müəyyən olunmuşdur. Bununla bağlı nizamnaməyə edilmiş dəyişikliklər xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Cavabdeh nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, cəmiyyətin təsisçiləri X18, X17, X16, X5r və X10 nizamnamə kapitalındakı payı 50%, X11 nizamnamə kapitalındakı payı 17 %, X6 nizamnamə kapitalındakı payı 17 %, X4 nizamnamə kapitalındakı payı 16 %-dir. İş materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif məqsədlər üçün 2007-2011-ci illərdə Cavabdehnə 25782,20 manat ödənilmiş, həmin kassa mədaxil orderinin qəbzləri Cavabdeh möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 08 oktyabr 2007-ci il tarixdə 14947 manat, 09 oktyabr 2007-ci ildə 470 manat, 26 dekabr 2007-ci ildə 2153,23 manat, 04 aprel 2008-ci il tarixdə 2954.43 manat, 08 iyul 2008-ci il tarixdə 5508,25 manat, 13 may 2008-ci il tarixdə 13120 manat və 200 manat, 04 iyun 2008-ci il tarixdə 2900 manat və 50 manat, 25 sentyabr 2008-ci il tarixdə 5608,40 manat, 19 mart 2009-cu il tarixdə 4000 manat, 22 iyun 2009-cu il tarixdə 2202,20 manat, 09 iyun 2009-cu il tarixdə 4008 manat ödəniş olunmuşdur. İş materiallarında olan rəsmi statistik hesabatlardan görünür ki, Cavabdeh tərəfindən 2008-ci ildə 238 ha dənli bitkilər əkilmiş, 29.28 ha bağ salınmışdır, dənli bitkilərə görə həmin ildə 3450 kq məhsul əldə etmişdir. 2009-cu ildə 128 ha dənli bitkilər əkilmiş, 84 ha bağ sahəsi əkilmişdir, dənli bitkilərə görə həmin ildə 2420 kq məhsul əldə edilmişdir, 2011ci ildə 182 ha dənli bitkilər əkilmiş, 196.5 ha yeni bağlar salınmışdır, dənli bitkilərə görə 5100 kq məhsul əldə edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2020-ci il tarixli, 9/3197 saylı rəyindən görünür ki, iş materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderi qəbzləri ciddi mühasibat sənədləri kimi qəbul edildiyi halda İddiaçı Nemətulla oğlu tərəfindən Cavabdehnə ******* manat ödəniş edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, MMC-nin qanuni təmsilçisi X7r. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru X14 tərəfindən Vəkil2 ünvanlanmış 28 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-nin 2006- 2011-ci illər üzrə mühasibat uçotu hesabatları, o cümlədən ciddi hesabat blankı hesab edilən kassa mədaxil orderləri və onların qeydiyyat kitabları Cavabdeh MMCnin sabiq icraçı direktoru İddiaçı tərəfindən təhvil verilmədiyindən Cavabdeh MMC-də mövcud deyildir. Ona görə də, adı çəkilən sənədlərin təqdim olunması mümkün deyildir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh fəaliyyətinin genişləndirilməsi, o cümlədən əkin üçün torpaqların alınması, əkin üçün yararlı vəziyyətə gətirilməsi və sair tələb olunan digər xərclər üçün ona sərmayə şəkilində borc pul vermiş, “Borc alan” isə həmin məbləğdə borcu 01 yanvar 2020-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən “Borc verən” borc vəsaitini müxtəlif hissələrdə və vaxtlarda verəcəkdir, borcun ümumi məbləği 3.000.000 manatadək olacaqdır, borcun verilməsi kassa mədaxil orderləri ilə təsdiq olunacaqdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 6-2- 68/2-8/2023 nömrəli məktubunda 2007-2011-ci illər ərzində hesaba mədaxil olunan vəsaitlərin xəzinə vasitəsi ilə mədaxil edildiyi, vəsaitlərin hesaba mədaxil edilməsinə dair qəbzlərin Azərbaycan Respublikası Bank Sistemində Arxiv işinin Aparılması haqqında təlimata əsasən üzərindən 5 ildən çox müddəti keçməsi səbəbindən arxivə təhvil verilərək məhv edildiyi göstərilmişdir. Həmin məktuba əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışlardan görünür ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Cavabdeh kredit dövriyyəsi 335263 ABŞ dolları və 459,55 manat, debit dövriyyəsi isə 335259,26 ABŞ dolları və 458,90 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 6-2- 68/2-8/2023 nömrəli məktubuna əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışlardan görünür ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Cavabdeh hesabına iddiaçının tələb etdiyi məbləğdə pul ödənilməmişdir. Belə olan halda, iş materiallarında olan kassa mədaxil orderinin qəbzləri iddianın təmin olunması üçün əsas ola bilməz. Eyni zamanda Cavabdeh iddiaçıya 2.578.220 manat məbləğində maddi zərər vurması iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsindən görünür ki, borc müqaviləsini İddiaçı fiziki şəxs və Cavabdeh direktoru kimi özü-özü ilə bağlamışdır. Buna görə bu müqavilə hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi rədd edilməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar