Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-647/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi zərərin ödənilməsi 20.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(105)92/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. C avabdeh təsisçisi X1 2006-cı il 16 oktyabr tarixli qərarı ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müxtəlif növ məhsulların istehsalı və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına cəmiyyətin, işçilərin və təsisçilərin iqtisadi maraqlarının təmin edilməsi məqsədi ilə təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmişdir.
2. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində 2006-cı il 30 oktyabr tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Cavabdeh təsisçisi X1 2006-cı il 30 oktyabr tarixli 01 nömrəli əmri ilə İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilmişdir. 4. 2008-ci il 13 oktyabr t arixli müqaviləyə əsasən, X2 Cavabdeh, nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) M.Q.Əsədova, H.Q.Qarayeva, S.Q.Abbasova və Z.Q.Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmış, Cavabdehnə görə alıcıların hər birindən 100 manat almaq şərtilə, cəmi 400 manat almışdır. 5. 2022-ci il 30 noyabr tarixli müqaviləyə düzəlişə dair müqaviləyə əsasən 2008-ci il 13 oktyabr tarixli müqavilənin 1-ci bəndində qeyd olunan “daşınar və daşınmaz əmlak istisna olmaqla” sözləri həmin bənddən çıxarılmışdır.
6. Cavabdeh təsisçilərinin 2008-ci il 17 oktyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən şəhadətnamə ilə 2006-cı il 3 0 oktyabr tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh yeni təsisçiləri Xaçmaz rayon 1 saylı DNK-da 2008-ci il 13 oktyabr tarixdə təsdiq olunmuş 3m-3/655 saylı müqaviləyə əsasən X15, X16, X12 və X13 müəyyən edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı dəyişdirilmədən 4 manat saxlanılmış, hər birinin dəyəri 1 manat olmaqla 4 paydan ibarət olmuş və təsisçilərin payları X15-1 pay, 1 manat, 25%, X16, 1 pay, 1 manat, 25%, X12-1 pay, 1 manat, 25%, X13-1 pay, 1 manat, 25% müəyyən olunmuşdur. Bununla bağlı nizamnaməyə edilmiş dəyişikliklər 2008-ci il 25 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 7. 2012-ci il 30 aprel tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərə findən dövlət qeydiyyatına alınmış Cavabdeh nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, cəmiyyətin təsisçiləri X17, X15, X16, X5r və X11 nizamnamə kapitalındakı payı 50%, X6 nizamnamə kapitalındakı payı 17 %, X7 nizamnamə kapitalındakı payı 17 %, X4 nizamnamə kapitalındakı payı 16 %-dir.
8. Notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif məqsədlər üçün 2007-2011-ci illərdə Cavabdehnə 25.782,20 manat ödənilmişdir. 9. 2017-ci il 2 noyabr tarixli Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, MMC-nin qanuni təmsilçisi X8r.
10. Cavabdeh MMC-nin icraçı direktoru X14 tərəfindən Vəkil2 ünvanlanmış 2021-ci il 28 yanvar tarixli məktubda göstərilmişdir ki, Cavabdeh MMC-nin 2006-2011-ci illər üzrə mühasibat uçotu hesabatları, o cümlədən ciddi hesabat blankı hesab edilən kassa mədaxil orderləri və onların qeydiyyat kitabları Cavabdeh MMC-nin sabiq icraçı direktoru İddiaçı tərəfindən təhvil verilmədiyindən Cavabdeh MMC-də mövcud deyildir. Ona görə də, adı çəkilən sənədlərin təqdim olunması mümkün deyildir.
11. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2007-ci il 5 yanvar tarixli borc müqaviləsindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh fəaliyyətinin genişləndirilməsi, o cümlədən əkin üçün torpaqların alınması, əkin üçün yararlı vəziyyətə gətirilməsi və sair tələb olunan digər xərclər üçün ona sərmayə şəklində borc pul vermiş, “Borc alan” isə həmin məbləğdə borcu 2020-ci il 1 yanvar tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdü r. Həmin müqaviləyə əsasən “Borc verən” borc vəsaitini müxtəlif hissələrdə və vaxtlarda verəcəkdir, borcun ümumi məbləği 3.000.000 manatadək olacaqdır, borcun verilməsi kassa mədaxil orderləri ilə təsdiq olunacaqdır. 12. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il 21 fevral tarixli 6-2-68/2-8/2023 nömrəli məktubunda 2007-2011-ci illər ərzində hesaba mədaxil olunan vəsaitlərin xəzinə vasitəsi ilə mədaxil edildiyi, vəsaitlərin hesaba mədaxil edilməsinə dair qəbzlərin Azərbaycan Respublikası Bank Sistemində Arxiv işinin Aparılması haqqında təlimata əsasən üzərindən 5 ildən çox müddət keçməsi səbəbindən arxivə təhvil verilərək məhv edildiyi göstərilmişdir. Həmin məktuba əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışlardan görünür ki, 2007-ci il 1 yanvar tarixindən 2011 -ci il 31 dekabr tarixinə kimi Cavabdeh kredit dövriyyəsi 335.263 ABŞ dolları və 459,55 manat, debit dövriyyəsi isə 335.259,26 ABŞ dolları və 458,90 manat olmuşdur. a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şabran rayon Məhkəməsinə müraciət edərək cavabdehin vurduğu maddi zərərə görə 2.578.220 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı il 16 oktyabr tarixində cavabdeh MMC-ni X1 adına təsis etmişdir. Cəmiyyətin nizamnamə kapitalı 4 AZN həcmində olmuş və nizamnamə kapitalı hər birinin dəyəri 1 AZN olmaqla 4 paydan ibarət olmuşdur. X2 yeganə təsisçi olduğundan Cəmiyyətdə payı 100% olmuşdur. 2006-cı il 30 oktyabr tarixində cavabdeh MMC dövlət qeydiyyatına alınmış və o, MMC-nin direktoru seçilmişdir. Həmin tarixdən X1 adına torpaq sahələri alıb üzüm və meyvə bağları salmışdır. Ciddi hesabat blanklarından, yəni kassa mədaxil orderlərindən göründüyü kimi MMC-yə 2007-2011-ci illərdə 2.578.220 manat sərmayə qoymuşdur. Sərmayə əldə etmək üçün X3 və banklara müraciət etmişdir. Bir müddət sonra xəbər tutmuşdur ki, 2008-ci il 13 oktyabr tarixli müqavilə əsasında X2 MMC-nin nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) Hökümə Qarayevaya, Minavər Əsədovaya, Sədaqət Abbasovaya, Zahidə Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmışdır. Hökümə Qarayeva, Minavər Əsədova, Sədaqət Abbasova və Zahidə Məmmə dova 2011-ci il 17 avqust tarixində X9 ilə müqavilə bağlayaraq MMC-nin nizamnamə kapitalında maya miqdarının 50%-ni ona satmışlar. Hazırda iddiaçı MMC-dəki fəaliyyətindən kənarlaşdırılmışdır. Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Bu səbəbdən vurduğu maddi zərərə görə cavabdehdən 2.578.220 manat məbləğində pul alınaraq ona ödənilməlidir.
15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1 və 21.2-ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
17. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 25 sentyabr tarixli, 9/3197 saylı rəyindən görünür ki, işin materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderi qəbzləri ciddi mühasibat sənədləri kimi qəbul edildiyi halda, İddiaçı tərəfindən Cavabdehnə 2.578.220 manat ödəniş edilməsi müəyyən olunmuşdur.
18. Şabran rayon Məhkəməsinin 2021-ci il 2 mart tarixli 2(031)-37/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 23 dekabr tarixli 2(105)-1783/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 2021-ci il 2 mart tarixli 2(031)-37/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 25 iyul tarixli 2(102)-3888/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 23 dekabr tarixli 2(105)-1783/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli 2(105)-2096/2022 nömrəli qərardadı ilə Şabran rayon Məhkəməsinin 2021-ci il 2 mart tarixli 2(031)-37/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
22. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 2 mart tarixli 2-2(119)-81/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir (hakim H.Alıyeva).
23. Birinci instansiya məhkəməsi gəldiyi nəti cə ilə bağlı göstərmişdir ki, işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il 21 fevral tarixli 6-2-68/28/2023 nömrəli məktubuna əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışlardan görünür ki, 2007-ci il 1 yanvar tarixindən 2011-ci il 31 dekabr tarixinə kimi MMC-nin hesabına iddiaçının tələb etdiyi məbləğdə pul ödənilməmişdir. Belə olan halda, işin materiallarında olan kassa mədaxil orderinin qəbzləri iddianın təmin olunması üçün əsas ola bilməz.
24. Eyni zamanda MMC-nin iddiaçıya 2.578.220 manat məbləğində maddi zərər vurması iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İşin materiallarında olan iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2007-ci il 5 yanvar tarixli borc müqaviləsindən görünür ki, borc müqaviləsini iddiaçı fizik i şəxs və MMC-nin direktoru kimi özü-özü ilə bağlamışdır. Buna görə bu müqavilə hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz.
25. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1 və 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(105)-92/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, biri nci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim A.Süleymanova, hakimlər F.Məmmədov və Z.Məmmədov).
28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq göstərmişdir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiəvasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
31. Məhkəmə qanunvericiliyin göstərişlərindən çıxış edərək qeyd etmişdir ki, mülki prosesdə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstər işlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.
46. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübut ların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəməqərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın ol ub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
35. Odur ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilə bilməyən tələb əsaslı hesab edilə bilməz. Hazırki halda, iddiaçı tərəf iddia tələbinin əsaslandığı hallara dair əsaslı şübhədən kənar sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
36. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi sübuta yetirilmədiyindən birinci instansıya məhkəməsi iddianın rədd edilməsinə dair düzgün nəticəyə gəlmişdir. İddiaçının iddia etdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasın ın dispozisiya şərtləri ilə uzlaşmır.
37. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, İddiaçı Cavabdeh MMC fəaliyyətinin genişləndirilməsi, o cümlədən əkin üçün torpaqların alınması, yararlı vəziyyətə gətirilməsi və sair tələb olunan digər xərclər üçün ona sərmayə şəkilində borc pul vermiş, Cavabdeh hesabına 2.578.220 manat ödənilmiş, həmin kassa mədaxil orderinin qəbzləri Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC iddiaya etiraz etsə də, tərəfindən əmlakların əldə edilməsi, bağların salınması, texnikaların alınmasını hansı vəsait hesabına əldə edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmin vəsait İddiaçı tərəfindən tərəflər arasında bağlanılmış borc müqaviləsinə uyğun mədaxil edilmişdir.
38. Apellyasiya şikayətinin həmin dəlillə rinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş üzrə toplanmış sənədlərdən görünür ki, «Turaz” MMC-nin fəaliyyətinin genişləndirilməsi ilə bağlı görülmüş işlər MMC tərəfindən həyata keçirilmişdir. Həmin dövrdə İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi olması həmin işlərin onun vəsaiti hesabına görülüməsi nəticəsinə gəlməyə əsas ola bilməz.
39. Şikayətin mübahisələndirilən vəsaitin tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən mədaxil edilməsi və mədaxil qəbzlərinin olması barədə dəlili də əsassızdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsindən görünür ki, borc müqaviləsini İddiaçı fiziki şəxs və Cavabdeh direktoru kimi özü-özü ilə bağlamışdır. Buna görə bu müqavilə hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Əqdin et ibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəbolması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Hazırkı halda iddia tələbinin əsası kimi irəli sürülən borc müqaviləsində borc alan və borc verən eyni şəxs olmaqla əqdin sübyekt tərkibi qüsurludur. İddiaçı borc müqaviləsinin bağlanmasında ifadə olunan hərəkəti şübhəsiz və mübahisəsiz qəbul edilə bilməz. Odur ki, bu müqavilə etibarlı əqd kimi qiymətləndirilə bilməz. Etibarlığı şübhə doğuran əqd isə hüquqi nəticə yarada bilməz.
40. Bundan başqa, Cavabdeh MMC-nin Nizamnaməsinin 9.2-ci bəndinin h yarımbəndindən görünür ki, bank kredit və ya digər kreditlər götürülməsinə dair qərarların verilməsi Cəmiyyətin Təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyytinə aiddir. Belə olan halda iddiaçının əsaslandığı borc müqaviləsinin bağlanmasına dair MMC-nin ümumi yığıncağının qərarının olması tələb olunurdu. Lakin belə bir qərar yoxdur. İşin müəyyən edilmiş hallarından çıxış edərək məhkəmə qeyd etmişdir ki, borc müqaviləsinin bağlanması və həmin borc müqaviləsinin əsasında pul məbləğinin mədaxil edilməsi MMCnin ümumi yığıncağında həll edilməli məsələ olmaqla, yığıncağın qərarı ilə təsdiq edilməli olduğu halda belə sənədləşmənin aparıldığı, qərarın olduğu müəyyən edilmir. Bu hallar bir daha həmin bo rc müqaviləsinin və mədaxil qəbzlərinin iddianın təmin edilməsinin güvənli əsası kimi qəbul edilməsini istisna etmiş olur.
41. Mədaxil qəbzlərinə gəlincə məhkəmə göstərmişdir ki, həmin mədaxil qəbzləri də İddiaçı özü tərəfindən imzalanmış və möhür ilə təsdiq edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı qəbzlərin onun tərəfindən yazıldığını, imzalandığını və MMC-nin möhurünün onun saxlancında olduğunu və qəbzlərə möhürü özünün vurduğunu göstərmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilən bu hallar həmin mədaxil qəbzlərinin mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır və sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Hazırkı halda mədaxil qəbzlərinin iddiaçının özü tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi, həmin mədaxil qəbzlərində göstərilən məbləğlərin MMC-nin bank hesablarına mədaxil edilməsini təsdiq edən sübutların olmaması, bu sübutların güvənliyini şübhə altına alır.
42. Bu mövqedən çıxış edərək məhkəmə hesab etmişdir ki, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri olaraq istinad olunan bu sübutlar iddianın təmin edilməsi üçün mötəbər sübut növü olaraq dəyərləndirilə bilməz.
43. Şikayətin Azərbaycan Beynəlxalq Bankı ASC-nin 01 yanvar 2007-31 dekabr 2011-ci illərdəki hesabdan çıxarışına əsasın Cavabdeh hesabına 335.263,00 ABŞ dolları məbləğində vəsait daxil olması və həmin vəsaitin İddiaçı tərəfindən borc müqaviləsinə uyğun mədaxil edilməsi barədə dəlilini də məhkəmə həmin hissədə iddianın təmin edilməsi üçün yetərli sü but hesab etməmiş, ona əsaslanmışdır ki, Cavabdeh hesabına həmin məbləğdə pul vəsaitinin daxil olması bu məbləğin İddiaçı aid olmasını göstərmir. Qeyd edildiyi kimi kredit (borc) götürülməsinə dair əqdlərin bağlanması MMC-nin ümumi yığıncağının səlahiyyətinə aid olmaqla, həmin orqanın qərarı əsasında həyata keçirilə bilərdi.
44. Bundan əlavə, iddiaçı tərəfindən Kapital Bank ASC-də olan şəxsi hesabından çıxarış məhkəməyə təqdim edilərək göstərilən vəsaitlərin MMC-nin hesabına köçürüldüyü bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin hesabdan çıxarışlar 20092018-ci illəri əhatə etməklə iddiaçının şəxsi hesabına mədaxil olunmuş məbləği əks etdirir. Həmin şəxsi hesabdan MMC-nin hesabına pul vəsaitinin məxaric olunması görünmür. Belə olan halda həmin sənədlər iddiaçının cavabdeh in hesabına pul köçürülməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
45. Məhkəmə eyni zamanda Cavabdeh MMC tərəfindən əmlakların əldə edilməsi, bağların salınması, texnikaların alınmasını hansı vəsait hesabına əldə edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməməsi barədə şikayətin dəlilini də əsassız hesab edərək göstərmişdir ki, yuxarıda göstərildiyi kimi sübuta yetirmə yükü ilk növbədə iddia edənin üzərinə düşməklə, cavabdeh tərəfin etirazı ilə bağlı sübut təqdim etməməsi iddianın təmin edilməsinin əsası kimi çıxış edə bilməz.
46. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol veri lməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
47. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 386.1, 442 və 739.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.1, 217.4, 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
48. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
49. MM-in 385.1, 390.1, 739-cu maddələrini n və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydalarının 2.3, 3.1, 3.2, 3.19-cu bəndlərinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işdə olan sübutlarla ziddiyyət təşkil edir. Belə ki, iddiaçı MMC-ni həmkəndlisi X1 adına təsis etsə də, faktiki təsisçi və qanuni təmsilçi özü olmuşdur. Cavabdeh MMC-yə ondan başqa pul vəsaiti qoyan digər bir şəxs yoxdur. Cavabdeh bu iddianın əksini söyləsə də, hər hansı sübut təqdim edə bilməmişdir. Borc müqaviləsinin nizamnamədə qeyd edilmiş tələblərdən kənar bağlanılması hüquqi şəxs tərəfindən heç vaxt mübahisələndirilmədiyindən (bəyənildiyindən (bu bəyənilmə iddia çı tərəfindən mütəmadi olaraq kassaya mədaxil olunan vəsaitə qarşı formal da olsa təsisçilər tərəfindən heç bir etirazın olmaması ilə sübut olunur) məhkəmə həmin əqdin etibarlığını şübhə altına ala bilməz.
50. Cavabdeh MMC tərəfindən 2008-ci ildə 238 ha dənli bitkilər əkilmiş, 29.28 ha bağ salınmış, dənli bitkilərə görə həmin ildə 3450 kq məhsul əldə etmişdir. 2009-cu ildə 128 ha dənli bitkilər əkilmiş, 84 ha bağ sahəsi əkilmiş, dənli bitkilərə görə həmin ildə 2420 kq məhsul əldə edilmişdir. 2011-ci ildə 182 ha dənli bitkilər əkilmiş, 196.5 ha yeni bağlar salınmış, dənli bitkilərə görə 5100 kq məhsul əldə edilmişdir. Cavabdeh MMC-nin hektarlarla torpaq sahəsini hansı vəsait hesabına əldə etməsi, 29.28+196.5 hektar bağların hansı vəsait hesabına salınması sualları yaranır.
51. Cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin hesabına 2007-ci il 8 oktyabr tarixində 14.947 manat, 2007-ci il 9 oktyabr tarixində 470 manat, 2007-ci il 26 dekabr tarixində 2153,23 manat, 2008-ci il 4 aprel tarixində 2954.43 manat, 2008-ci il 8 iyul tarixində 5508,25 manat, 2008-ci il 13 may tarixdə 13.120 manat və 200 manat, 2008-ci il 4 iyun tarixində 2900 manat və 50 manat, 2008-ci il 25 sentyabr tarixində 5608,40 manat, 2009cu il 19 mart tarixində 4000 manat, 2009-cu il 22 iyun tarixində 2202,20 manat, 2009-cu il 9 iyun tarixində 4008 manat ödəniş olunmuşdur. Bu vəsaitlər texnikaların alınması üçün ödənilmişdir. Cavabdeh MMC tərəfindən əmlakların əldə edilməsi, bağların salınması, texnikaların alınmasının hansı vəsait hesabına əldə edildiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. İşdə olan rəsmi ciddi hesabat blanklarından aydın olur ki, iddiaçı tərəfindən müxtəlif məqsədlər üçün 2007-2011-ci illərdə cavabdeh MMC-yə 2.578.220 manat ödənilmiş, həmin kassa mədaxil orderinin qəbzləri MMC-nin möhürü ilə təsdiq edilmiş, direktor və xəzinədar tərəfindən imzalanmışdır.
52. Həmçinin işdə olan "xxxx" ASC-nin 2007-ci il 1 yanvar-2011-ci il 31 dekabr tarixlərdəki hesabdan çıxarışından görünür ki, təkcə 2011-ci il 10 mart tarixindən 2011-ci il 23 dekabr tarixinədək olan dövr ərzində MMC-nin hesabına 335.263,00 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Həmin vəsait iddiaçı tərəfindən borc müqaviləsinə uyğun mədaxil edilmişdir. Bunun əksini təsdiq edəcək heç bir mötəbər sübut iş materiallarında yoxdur.
53. Eyni zamanda, işdə olan 2007-ci il 1 yanvar tarixindən 2014-cü il 31 dekabr tai xinədək olan iddiaçıya məxsus Kapital Bank ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, qeyd edilən dövr ərzində iddiaçının şəxsi hesab kartına 504.493,66 manat pul mədaxil edilmişdir. Qeyd edilən vəsait də, MMC ilə bağlanmış borc müqaviləsi üzrə hesaba mədaxil edilmişdir. Bunun əksini təsdiq edəcək heç bir sübut işin materiallarında yoxdur.
54. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2007-ci il 5 yanvar tarixli borc müqaviləsində qeyd edildiyi kimi borc vəsaitin verilməsi torpaqların alınması, əkin üçün yararlı vəziyyətə gətirilməsi və sair üçün verilmişdir. İşdə olan sübutlardan aydın olur ki, yüz hektarlarla torpaq sahələri alınmış, həmin torpaq sahələrində dənli bitkilər əkilməklə yanaşı yüz hektarlarlarla bağlar salınmışdır. Bu bağların salınması üçün işçi heyəti fəaliyyət gös tərmişdir.
55. MPM-in 14.2, 77.1, 206.1-ci maddələrinin tələbi pozulmuşdur-cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, buna ümumiyyətlə, cəhd belə etməmiş, məhkəmə özü etirazın dəlillərini müəyyən etməyə çalışmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 25 sentyabr tarixli, 9/3197 saylı rəyindən görünür ki, işin materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderi qəbzləri ciddi mühasibat sənədləri kimi qəbul edildiyi halda iddiaçı tərəfindən MMC-yə 2.578.220 manat ödəniş edilməsi müəyyən olunmuşdur. Kassa mədaxil orderi qəbzlərinin əsli məhkəməyə təqdim edilmiş və ona baxış keçirilərək geri qaytarılmışdır. Başqa sözlə, həmin qəbzlərin ciddi mühasibatlıq sənədləri olması mübahis əsizdir. Məhkəmə qeyd edilən rəyi qətnamədə sübutlar siyahısında göstərmiş, lakin hansı səbəbdən ekspertiza rəyilə razılaşmamasını göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının cavabdehə qarşı pul tələbi barədə iddiası onun cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edildikdən sonra özünün şəxsi qərəzi və vəzifə saxtakarlığı əsasında MMC-nin möhür və blanklarında mənbəyi göstərilmədən imzalayıb möhürlə təsdiqlədiyi boş kassa mədaxil qəbzlərinə ağlına gələn rəqəmləri yazmaqla uydurduğu tələbdir, heç bir əsası yoxdur. Sual oluna bilər ki, İddiaçı 2007-2011-ci illərdə qoyduğu vəsaiti özü direktor olduğu halda uzun müddət niyə tələb etməmişdir? Kassasiya şikayəti əsassızdır, təmin edilməməlidir. Əksinə, iddiaçının əməllərində vəzifə saxtakarlığı, mənimsəmə, talama və s. cinayətlərin tərkibinin olub-olmaması ilə bağlı araşdırma aparılması üçün xüsusi qərardad qəbul edilib Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir. Kassasiya baxışının hədləri
57. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktik i hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnmə si (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmad ığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).
62. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
63. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərə rin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (MM-nin 21.2, 1096, 1097-ci maddləri).
64. Nəzərə alınmalıdır ki, MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işi n halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
65. Baxılan işdə iddiaçıya 2.578.220 manat məbləğində zərər vurulması ilə bağlı sübutetmə yükü MPM-in 77-ci maddəsinin tələbləri baxımından sonuncunun üzərinə düşsə də, buna dair sübutlar, o cümlədən iddiaçının külli miqdarda sərmayə qoyduğunu iddia etdiyi MMC-ni hansı səbəbdən öz adına təsis etməməsinin səbəblərinə dair sübutlar işin faktiki hallarına və sübutlara qiymət vermək səlahiyyətinə malik olan məhkəmələrə təqdim edilməmişdir.
66. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin iddia tələbinə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda bu qərarın 28-46-ci bəndləri) və eyni dəlillər üzrə təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir. Kollegiya hesab edir ki, işə baxan məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 82, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, eləcə də qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, k assasiya şikayəti isə təmin edilməməlidir.
68. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli, 2-2(105)-92/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov İ.Ə.Şəfiyev