AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ2(1-8)-1483/2026 08.07.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, nümayəndə2 Sərdar oğluna, cavabdeh2, cavabdeh3, cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: paylı mülkiyyətdəki əşyadan payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, nümayəndə2 Sərdar oğluna, cavabdeh2, cavabdeh3, cavabdeh1 qarşı “əmlak payının naturada ayrılması və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 (vəkil nümayəndə3 Nizami oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasındaǝyazılıǝicraatǝqaydasındaǝbaxaraq,ǝaşağıdakıǝqərarıǝqəbulǝetdi. İşin halları:
1. Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə olan, 5 mərtəbəli ** nömrəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 92,1 kv.m. ümumi, 74,6 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı qayınatası X2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəliǝvərəqindəǝ##.##.2006-cıǝilǝtarixdəǝqeydiyyataǝalınmışdır.
2. X2ǝoğluǝX1ǝiləǝiddiaçıǝİddiaçıǝ##.##.1981-ciǝilǝtarixdəǝailəǝqurmuşlar.
3. X2 qızı cavabdeh4 nümayəndə2 Sərdar oğlu ilə ailə qurduqdan sonra onlar Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə olan, 5 mərtəbəli ** nömrəli binanınǝ**ǝnömrəliǝmənzilindəǝyaşamışlar.
4. ##.##.2007-ci il tarixli vəsiyyətnamə ilə, X2 ona məxsus olan Bakı şəhəri Pirallahı qəsəbəsi 28-ci məhəllə, ev 10, mənzil 12-də yerləşən 5 otaqlı yaşayış mənzilinin 3 otağı yaşayış sahəsi 19,6 kv.m., 16,2 kv.m., 11,4 kv.m. olan otaqları oğlu X3, 2 otağı yaşayış sahəsi 14,7ǝkv.m.ǝvəǝ12,7ǝkv.m.ǝolanǝotağıǝqızıǝcavabdeh4ǝvəsiyyətǝetmişdir.
5. ##.##.2017-ci il tarixdə X1 Federasiyasının Yamal-X7 Noyabrsk şəhərində vəfat etmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2017-ci il tarixli texniki pasport və dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətin 2 otağı (y/s- 27,4 kv.m.) ##.##.2008-ci il tarixdə cavabdeh4 adına, 3 otağı (y/s-47,2 kv.m.) isə İddiaçı adına ##.##.2017-ciǝilǝtarixdəǝqeydəǝalınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh4, nümayəndə2 Sərdar oğluna, cavabdeh2, cavabdeh3, cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qayınatası X2 vəsiyyətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2017-ci il tarixli Texniki Pasport və Dövlət Reyestrindən Çıxarışla göstərilən mənzilin 3 otağına (yaşayış sahəsi-47,2 kv.m.), miras əmlakdan payının naturada ayrılıb ona verilməsi, mebel və avadanlıqların istifadə nəticəsində yararsız hala salınması və atılması nəticəsində ona dəymiş mühüm əmlak ziyanının hesablanaraq ödənilməsiǝbarədəǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.
8. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə olan 0,102 ha torpaq sahəsində yerləşən ** nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 92,1 kv.m. ümumi, 74,6 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə qayınatası X2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır. Hacıağa Əliyevin oğlu X1 ilə evlənmiş və nikahları ## ###### 1988-ci il tarixdə qeydiyyata alınmışdır. O, həmin vaxt Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10, mənzil 12-yə gəlin gəlmişdir. Hacıağa Əliyevin qızı cavabdeh4 nümayəndə2 ilə ailə qurduqdan sonra əri nümayəndə2 aid mənzildə yaşamışlar. Maddi vəziyyətlərinin çətin olması ilə əlaqədar əri X1 Federasiyasının Yamal-X4 getdiyindən ailəlikcə onunla birlikdə bir müddət orada yaşamışlar. ##.##.2017-ci il tarixdə əri X1 Federasiyasının Yamal-X7 Noyabrsk şəhərində vəfat etmişdir. O, dəfələrlə baldızı cavabdeh4 ilə əlaqə saxlamış və Bakıya gələcəyini bildirmiş, onun tərəfindən hər hansı etiraz olmamışdır. Qayınatası X2 tərəfindən verilmiş ## #### 2007-ci il tarixli Vəsiyyətnamə ilə Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10, mənzil 12-də olan 5 otaqlı mənzilin 3 otağı yaşayış sahəsi 19,6 kv.m., 16,2 kv.m., 11,4 kv.m. olan otaqları oğlu X1, 2 otağı yaşayış sahəsi 14,7 kv.m. və 12,7 kv.m. olan otağı qızı cavabdeh4 vəsiyyət etmişdir. Qayınatası X2 Vəsiyyətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2017-ci il tarixli Texniki Pasport və Dövlət Reyestrindən Çıxarışla göstərilən mənzilin 3 otağına (yaşayış sahəsi 47,2 kv.m) hüquqları qeydiyyata alınmışdır. 2024-cü ilin yay tətili ilə əlaqədar ailə üzvlərilə birlikdə Bakıya gəlmiş, bacısı ilə birlikdə göstərilən ünvana getdikdə baldızı Bəşirova Gülpǝri Hacıağa qızı bacısını mənzilə buraxmaqdan imtina etmiş, o, mənzilə daxil olduqda görmüş ki, ona məxsus otaqlar baldızının ailə üzvləri tərəfindən zəbt olunmuşdur. 20 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayır. Həyat yoldaşı öldükdən sonra Azərbaycan Respublikasına qayıtmaq istədiklərini bildirdikdə baldızı miras əmlakdan ona çatan payı verməyəcəyini bildirmişdir. Onlara bildirəndə ki, ünvan 1-də olan 5 otaqlı mənzilin 3 otağına mülkiyyət və istifadə hüququ ona aiddir, onlar onun hüququnun olmadığını, əgər varsa məhkəmədən tələb etməyini bildirmişlər. Bu səbəbdən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 10da yerləşən ** saylı mənzildə olan 3 otaq y/s 47,2 kv.m.-dən ibarət payının naturada ayrılmasına və ayrılan pay üzərində mülkiyyətǝhüquqlarınınǝqeydəǝalınmasınaǝdairǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir.
9. Daha sonra iddiaçının nümayəndəsi-vəkili nümayəndə1 elektron məhkəmə sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 10-da yerləşən ** saylı mənzildə olan 3 otaq y/s 47,2 kv.m.-dən ibarət payının naturada ayrılmasına və ayrılan pay üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahişǝetmişdir.
10. Daha sonra iddiaçının nümayəndəsi-vəkili nümayəndə1 elektron məhkəmə sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın dəyişdirilməsinə dair ərizənin icraata qəbul edilməsini və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilin ilkin satış dəyərini 110.000 manat müəyyən etməklə hərracda satılmasına və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq 2/3 hissədə iddiaçıya, 1/3 hissədə isə cavabdeh cavabdeh4 olmaqla tərəflər arasındaǝbölünməsinəǝdairǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir.
11. Daha sonra iddiaçının nümayəndəsi-vəkili nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilin satılmasına və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq 3/4 hissədə iddiaçıya, 1/4 hissədə isə cavabdehə aid hissədə tərəflər arasında bölünməsinə və mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsinəǝdairǝqətnaməǝçıxarılmasınıǝməhkəmədənǝxahişǝetmişdir.
12. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən aldığı ##.##.2024-cü il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yerləşən ** saylı evin, ** saylı mənzilin tikililərinin planlı yerləşməsini, yardımçı otaqlarının sayını, yəni mənzilin üzrə bir ayaqyolunun, bir hamamın, bir dəhlizin və bir mətbəxin olmasını, mənzilin beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşməsini, eləcə də həmin mənzilə giriş-çıxışın pilləkən qəfəsinə açılan bir qapı vasitəsilə olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin tərəflərin naturada ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
13. UNİPRİCE tərəfindən verilmiş ##.##.2025-ci il tarixli UNİ/İ-010432/2025 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş suala “Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilin hazırda mövcud orta bazar qiyməti nə qədər təşkil edir?”, ekspertiza nəticəsində aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilin hazırda mövcud orta bazar qiyməti ##.##.2025-ci il tarixinə 100.000,0 manat təşkil edir.
14. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-**/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ilkin satış dəyəri 100.000 manat müəyyən etməklə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzil hərracda satılması və satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq 2/3 hissədə iddiaçıya, 1/3 hissədə isə cavabdeh cavabdeh4 olmaqla tərəflər arasında bölünməsi, iddianın qalan hissədə təminǝedilməməsiǝqətǝolunmuşdur.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ilkin olaraq məhkəməyə “naturada bölünmə” tələbi ilə verilmişdir. Lakin ekspert rəyi ilə naturada ayrılma mümkünsüz hesab edilmişdir. İddiaçı tərəf Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilin satılmasını və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq 3/4 hissədə iddiaçıya, 1/4 hissədə isə cavabdehə aid hissədə tərəflər arasında bölünməsinə və mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əmlakın satılmasına,ǝkompensasiyanınǝödənilməsinəǝbirmənalıǝolaraqǝrazılıqǝverməmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin mövcud münasibəti əmlakın hərracda satılaraq tərəflər arasında bölünməsinə tam zəmin yaradır. Məhkəmə əmlakın qiymətlərindirilməsi məsələsinə də hüquqi qiymət verərək hesab etmişdir ki, ekspert rəyi ilə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilin hazırda mövcud orta bazar qiyməti ##.##.2025-ci il tarixinə 100.000 manat təşkil etməsiǝnəzərəǝalınmalıdır.
17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 226.1, 226.2, 220-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili nümayəndə3 Nizami oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rəddǝedilməsiǝhaqqındaǝqərarǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun **/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04.04.2024cü il tarixli qərarı ilə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi tələb etməsi hüququndan istifadə etmədən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzili satmağını Pirallahı Rayon Məhkəməsindən tələb etmişdir. Mənzilin qiymətləndirilməsi ilə bağlı ekspertiza keçiriləndə ekspert mənzilin (5 otaqlı mənzil) cəmi üç otağına baxış keçirmiş və bunun əsasında mənzilin bazar qiymətini müəyyən etmişdir. Eyni zamanda ekspertizanın rəyindən açıq-aşkar görünür ki, ekspert qiymətləndirilməni düzgün aparmamış və 108 kv.mdən ibarət olan mənzilin dəyərini cəmi 100.000 manat, mövcud bazarda mənzilin 1 kv.metri isə 926 manat təşkil edir. Məhkəmə prosesində ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertizanın keçirilməsini xahiş etməsinə baxmayaraq məhkəmə bununla bağlı hər hansı münasibətǝbildirməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-**/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Rəşid Səmədov) cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, ilkin satış dəyəri 100.000 manat müəyyən etməklə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzil ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun olaraq 63,3 faiz hissədə iddiaçıya, 36,7 faiz hissədə isə cavabdeh cavabdeh4 olmaqla tərəflər arasında bölünməsi,ǝiddianınǝqalanǝhissədəǝtəminǝedilməməsiǝqətǝedilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** saylı, ## ###### 2024-cü il tarixli qərardadı ilə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə bağlı müəyyən edilmiş mövqeyi nəzərə alınmalıǝidi.
22. Belə ki, sözügedən qərardadda qeyd olunur ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması-bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarınaǝxitamǝverilməsiǝproseduruǝisəǝ221-ciǝmaddəsiǝiləǝtənzimlənir.
23. Həmin qərarda qeyd olunur ki, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünüǝtərəflərləǝmüzakirəǝetməlidirlər.
24. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilinin 2 mülkiyyətçisi olduğundan və onlardan birinin payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkilǝedir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır.ǝFizikiǝbölgüǝbərabərǝolmayanǝpaylarınǝəvəzininǝpullaǝödənilməsiǝiləǝbirləşdiriləǝbilər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə qərardadında Mülki Məcəllənin 220-ci və 221-ci maddəsindəki qeyd olunan tələblərinǝbaxılmasıǝqaydasıǝvəǝəsaslarıǝiləǝbağlıǝməsələlərəǝaydınlıqǝgətirilmişdir.
27. Belə ki, həmin qərardadda qeyd olunur ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanınǝnaturadaǝ(fiziki)ǝbölgüsü;ǝ2)ǝəşyanınǝməhkəməǝqərarıǝiləǝhərracdanǝsatılması. Həmin Qərarda qeyd edilir ki, birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olubolmadığı,
28. ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinciǝmərhələyəǝkeçidǝetməlidir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərardadındakı hüquqi mövqeyə uyğun olaraq Məhkəmə Kollegiyası qeyd etmişdir ki, hazırda mübahisə obyekti olan əmlakın naturada bölgüsü açıq-aşkar mümkünsüz olduğundan, həmin əmlak məhkəməǝqərarıǝiləǝhərracdanǝsatılmalıdır.
30. Belə ki, qanunvericiliyə əsasən əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçının tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın hərracdan satılmasını tələb etmədiyi halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaqǝhüquqlarıǝizahǝedilməlidir.
31. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının yuxarıda istinad olunan Qərardadında ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
32. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh mənzilin iddiaçıya düşən payını almaq niyyətində olmamasını bildirməklə, evin hərracda satılmasına etiraz etmişdir. İddiaçı isə cavabdehin payına düşən məbləğin ödənilməsinə etiraz etməməsini bildirmişdir. Cavabdeh isə bu təklifə razılaşmamışdır. İddiaçı bu etirazın qarşılığında evin qapalı hərrac şəklindəǝsatılmasınaǝetirazǝetmədiyiniǝbəyanǝetmişdir.
33. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzil ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracdaǝmülkiyyətçilərdənǝbiriǝtərəfindənǝəldəǝedilmədiyiǝhaldaǝisəǝaçıqǝhərracdaǝsatılmalıdır.
34. Digər tərəfdən Məhkəmə Kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq bölünməsi barədə də düzgün nəticəyəǝgəlməmişdir.
35. Belə ki, iş materiallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətinǝ3ǝotaqǝ(y/s-47,2ǝkv.m.)ǝİddiaçıǝvəǝ2ǝotaqǝ(y/s-27,4ǝkv.m.)ǝcavabdeh4ǝməxsusdur.
36. Belə olan halda Məhkəmə Kollegiyası qeyd etmişdir ki, hazırda mübahisəli mənzil konkret olaraq 3 otaq və 2 otaq olaraq tərəflərin mülkiyyətində olduğundan həmin otaqların sahələrinə uyğun olaraq satışdan əldə edilən vəsait bölünməlidir. Yəni, mənzilin ümumi sahəsi 74,6 kv.m. olmaqla 47,2 kv.m hissəsi iddiaçıya aid olduğundan vəsaitin 63,3 (47,2:74,6=0,633x100=63,3) faiz hissəsi iddiaçıya, 27,4 kv.m. hissəsi isə cavabdehə məxsus olduğundanǝ36,7ǝ(27,4:74,6=0,367x100=36,7)ǝfaizǝhissəsindəǝcavabdehəǝaidǝedilməlidir.
37. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkinǝsatışǝqiymətiniǝgöstərməlidirlər.
38. Belə ki, ümumi paylı mülkiyyət ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarında əmlakın ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməsinə dair imperativ göstəriş olmasa da, yuxarıda qeyd olunan qərarda qeyd olunur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydasıǝkimiǝonunǝnəticəǝhissəsindəǝgöstərməlidir.
39. İş materiallarında olan “UNİPRİCE” tərəfindən ##.##.2025-ci il tarixli UNİ/İ010432/2025 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilin hazırda mövcud orta bazar qiyməti ##.##.2025-ciǝilǝtarixinəǝ100.000ǝmanatǝtəşkilǝedir.
40. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, cavabdeh qeyd edilən məbləğlə razı olmasa da, verilmiş mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alan hər-hansı hal mövcud deyildir, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirmə rəyində əks olunan məlumatların həqiqiliyinəǝolanǝtəminatǝkifayətǝqədərǝyüksəkdir.
41. Odur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 10-da yerləşən ** saylı mənzilin ilkin satış qiyməti “UNİPRİCE” tərəfindən ##.##.2025-ci il tarixli UNİ/İ- 010432/2025 saylı ekspert rəyi ilə müəyyən edilmiş əmlakın bazar dəyəri nəzərə alınmaqla müəyyənǝedilməlidir.
42. Apellyasiya şikayətində cavabdeh tərəf həmçinin qeyd etmişdir ki, iddiaçı kompensasiyanın ödənilməsini tələb etməsi hüququndan istifadə etmədən məhkəməyə müraciət etmişdir. Bununla bağlı olaraq Məhkəmə Kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsi baxışı zamanı kompensasiyanın ödənilməsinə birmənalı olaraq razılıq vermədiyindən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hər hansıǝmaneəǝolmamışdır.
43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 213.1, 213.2, 221, 223.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № **/****, ## ###### 2024-cü il tarixli qərardadına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il # ##### tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadǝetməkləǝəsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
44. Qətnamədən cavabdeh cavabdeh4 (vəkil nümayəndə3 Nizami oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbulǝolunmasınıǝxahişǝetmişdir.
45. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 221-ci maddəsindən başa düşülür ki, əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Yəni Mülki Məcəllənin tələblərinə uyğun olaraq iddiaçı məhkəməyə qədər iddiaçı mülkiyyət hüququna xitam verilməsinə dair cavabdehlə razılığa gəlməsi ilə bağlı müvafiq addımlar atmalı idi. Lakin iddiaçı məsələnin məhkəməyə qədər həll edilməsi üçün çalışdığına dair hər hansı sübut təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsi isə bu pozuntuya dair heç bir münasibət bildirməmişdir.
46. Mənzilin qiymətləndirilməsi ilə bağlı ekspert rəyində açıq-aşkar pozuntular (mənzilə tam olaraq baxışın keçirilməməsi, mənzilin qiymətləndirilməsində qeyri-obyektiv faktlara istinad edilməsi, mənzilin mövcud olan bazar dəyərindən qat-qat aşağı qiymətləndirilməsi) olduğuna baxmayaraq Bakı Apellyasiya məhkəməsi həqiqətə nail olmaq və ekspertin rəyini hərtərəfli araşdırmaq əvəzinə bütün pozuntulara heç bir məhəl qoymadan mənzilin qiymətləndirilməsindəǝekspertinǝrəyinəǝistinadǝetmişdir.
47. Mənzilin qiymətləndirilməsi ilə bağlı ekspertiza keçiriləndə ekspert mənzilin (5 otaqlı mənzil) 3 otağına baxış keçirmiş (bu hal ekspertin rəyində təsdiq edilir) və bunun əsasında mənzilin bazar qiymətini müəyyən etmişdir. Eyni zamanda ekspertizanın rəyindən açıq-aşkar görünür ki, ekspert qiymətləndirməni düzgün aparmamış və 108 kv.m-dən ibarət olan mənzilin dəyərini cəmi 100.000 manat məbləğinə qiymətləndirmişdir. Yəni ekspert mənzilə tam baxışı keçirmədiyinə baxmayaraq rəy qəbul etmişdir. Eyni zamanda ekspertin mövqeyinə görə mövcud bazarda mənzilin 1 kv.m-i 926 manat təşkil edir. Məhkəmə prosesində ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertizanın keçirilməsini xahiş etdiyinə baxmayaraq məhkəmə bununlaǝbağlıǝhərǝhansıǝmünasibətǝbildirməmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
48. İddiaçının nümayəndəsi və vəkili nümayəndə1 kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək cavabdeh cavabdeh4 kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
49. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənǝmüdafiəǝolunur.
50. Maddə 29 (hissə IV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtiǝiləǝyolǝveriləǝbilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
51. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınanǝvəǝqorunanǝhüququdur.ǝ
52. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyətǝhüququǝəsasındaǝmənsubdur.
53. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət)ǝümumiǝmülkiyyətdəǝolaǝbilər.
54. Maddə 220.1 Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasənǝonlarǝarasındaǝbölünəǝbilər.ǝ
55. Maddəǝ220.2.ǝPaylıǝmülkiyyətinǝmülkiyyətçisiǝözǝpayınınǝayrılmasınıǝtələbǝedəǝbilər.
56. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləriǝtərəfindənǝonaǝödənilməsiǝhüququnaǝmalikdir.
57. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiyaǝödənilməsiǝvəzifəsiniǝqoyaǝbilər.
58. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzininǝpullaǝödənilməsiǝiləǝbirləşdiriləǝbilər.
59. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdənǝsonraǝhəyataǝkeçiriləǝbilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il # ##### tarixli Qərarı. “... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-
60. maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı 220.4-cü mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasıǝməsələsinəǝbaxılaǝbilər...” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli **/**** saylı Qərardadı.
61. “...Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmülkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilər aralarındakı mübahisəli vəziyyətin həlli məqsədilə yuxarıda qeyd olunan hüquqi mexanizmlərdən (əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi, paylı mülkiyyətçinin öz payı üzərində sərəncam verməsi, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçinin əşyadakı payının ayrılması) hər hansı birini seçməkdə sərbəstdirlər. Qanunverici bu mexanizmlərdən mərhələli şəkildə istifadə edilməsi ilə bağlı hər hansı imperativ qayda müəyyən etməmişdir. Paylı mülkiyyətçilər öz seçimləri əsasında onlardan mərhələli şəkildə istifadə edə və ya hər hansı birini seçməklə digərləriniǝaradanǝqaldıraǝbilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanǝistifadəǝetməlidir.
63. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarǝsübutlarǝhesabǝolunur.
64. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıǝiləǝmüəyyənǝedilir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.
67. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
68. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsindəǝmüəyyənǝedilmişǝqaydalarǝüzrəǝməhkəmələrǝtərəfindənǝqiymətləndirilir.
69. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və yaǝqərardaddaǝəsaslandırılmalıdır.
70. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaǝəsaslandırır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasınaǝistinadǝetməyəǝyolǝverilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindənǝmaddiǝvəǝprosessualǝhüquqǝnormalarınınǝdüzgünǝtətbiqǝedilməsiniǝyoxlayır. Maddə 416,2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
74. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsiǝşikayətinǝhədlərindənǝvəǝdəlillərindənǝasılıǝolmayaraqǝyoxlanılmalıdır.
75. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlayaǝbilər.
76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntuǝdüzgünǝqətnaməǝqəbulǝedilməməsiǝiləǝnəticələnsinǝvəǝyaǝnəticələnəǝbilsin. Kassasiya baxışının hədləri:
77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsininǝfaktikiǝhallarıǝaraşdırmasıǝkimiǝqiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh4 tərəfindən bütünlüklə mübahisələndirildiyindənǝapellyasiyaǝinstansiyasıǝməhkəməsininǝaktıǝtamǝyoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsiǝüçünǝəsasǝyoxdur.
80. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğunǝolaraqǝdüzgünǝqiymətləndirmiş,ǝqanuniǝvəǝəsaslıǝqətnaməǝqəbulǝetmişdir.
81. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırkı qərarın 21-42-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisəninǝmaddi-prosessualǝhüquqiǝəsaslarıǝdüzgünǝmüəyyənǝedilmişdir.
82. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsiniǝyoxlayır.
83. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
84. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiqǝetmiş,ǝişǝüzrəǝqanuniǝvəǝəsaslıǝqətnaməǝqəbulǝetmişdir.
85. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsininǝqətnaməsiǝdəyişdirilmədənǝsaxlanılmalıdır.
86. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələriniǝrəhbərǝtutaraq,ǝməhkəməǝkollegiyası Qərara aldı: Cavabdehǝcavabdeh4ǝtərəfindənǝverilmişǝkassasiyaǝşikayətiǝtəminǝedilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, # ###### 2026-cıǝilǝtarixliǝqətnaməsiǝdəyişdirilmədənǝsaxlanılsın. Qərarǝqətidirǝvəǝqəbulǝedildiyiǝandanǝqüvvəyəǝminir.