Məhkəmə qərarları › İş №2(094)-169/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-169/2024

09.04.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-169/2024 09.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə 21 fevral 2009-cu il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi qeydiyyata alınmaqla nikah bağlamışdır. Cavabdehlə birgə nikahından 20 mart 2010-cu il təvəllüdlü X7, 17 may 2011ci il təvəllüdlü X5 və 03 avqust 2016-cı il təvəllüdlü X8 anadan olmuşlar. Pirallahı Rayon Məhkəməsinin 2(094)-274/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarında 21 fevral 2009-cu il tarixdə bağlanmış və Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində 71 nömrə ilə qeydə alınmış nikah pozulmuş, həmin nikahdan olan X3, X2 və X4 mənim yanımda qalması müəyyən edilmiş və 20 mart 2010-cu il təvəllüdlü X3, 17 may 2011-ci il təvəllüdlü X2 və 03 avqust 2016-cı il təvəllüdlü X1 üçün cavabdeh Maraqlı şəxs 25 iyul 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə 18 saylı Mediasiya təşkilatında MŞB/18-00100 saylı barışıq sazişi bağlayaraq aliment məbləğinin artırılmasına dair razılığa gəlmişlər. Belə ki, barışıq sazişinə əsasən xx.xx.2023-cü il tarixdən 20 mart 2010-cu il təvəllüdlü X3, 17 may 2011-ci il təvəllüdlü X2 və 03 avqust 2016-cı il təvəllüdlü X1 üçün cavabdeh Maraqlı şəxs hər ay üç uşaq üçün 660,0 manat aliment ödəməli idi. Lakin cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyərək artırılmış həcmdə alimenti ödəmir. Belə olan halda barışıq sazişinin təsdiqlənməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək barışıq sazişnin təsdiq olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sazişin təsdiqlənməsi zərurəti vardır. Maraqlı şəxs 10 gün könüllü vaxtı keçmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs aliment ödəməkdən imtina etmədiyini bildirdi. Əlavə etdi ki, alimenti onun iş yeri əmək haqqından tutur. Barışıq sazişi təsdiq olunmadığına görə əmək haqqından aliment köhnə məbləğdə tutulur. Odur ki, artırılmış alimenti ödəyə bilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından 20 mart 2010-cu il təvəllüdlü X7, 17 may 2011-ci il təvəllüdlü X5 və 03 avqust 2016-cı il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18-00100 saylı Barışıq Sazişindən görünür ki, ikinci tərəf xx.xx.2023-cü il tarixdən birgə nikahdan doğulmuş 20 mart 2010-cu il təvəllüdlü X7, 17 may 2011-ci il təvəllüdlü X5 və 03 avqust 2016-cı il təvəllüdlü X6 hər biri üçün ayrılıqda ödədiyi alimentin məbləğinin aylıq 220,0 manat artırılmaqla, ümumilikdə hər üç uşaq üçün 660,0 manat olmasına etiraz etmir və hər ayın 10-a kimi aliment haqlarını birinci tərəfin bank hesabına ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18-00100 saylı barışıq sazişi təsdiq edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq Pirallahı Rayon Məhkəməsinin 2(094)-274/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılsın və 20 mart 2010-cu il təvəllüdlü X3, 17 may 2011-ci il təvəllüdlü X2 və 03 avqust 2016-cı il təvəllüdlü X1 üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşaq üçün 220,0 manat, cəmi 660,0 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar