Məhkəmə qərarları › İş №2(094)-178/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-178/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-178/2023 04.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adət-ənənəsi ilə ailə həyatı qurub ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Lakin müəyyən səbəblər ucbatından nikahları rəsmi şəkildə baş tutmamışdır. Cavabdehlə olan qeyri-rəsmi nikahlarından 2 övladları - xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə uzun müddətdir ki, ayrı yaşayırlar. Övladları faktiki olaraq onun himayəsindədir və ataları onların saxlanmas üçün heç bir maddi köməklik göstərmir. Uşaqların atası olması ilə bağlı qeydiyyat şöbəsinə gəlib atalıq faktının müəyyən olunması ilə bağlı ərizə də vermir. Bu səbəbdən o, atalıq faktının müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azyaşlı övladlarının saxlanmasında əziyyət çəkir. Ona görə də Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi və hər uşağa görə 220,0 manat olmaqla, cəmi 440,0 manat alimentin, dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 100,0 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 onun övladlarıdır. Atalığın müəyyən edilməsinə etirazı yoxdur. Lakin aylıq gəliri 500,0 manatdır. Odur ki, aylıq gəlirinə münasib aliment tutulmasını xahiş etdi. O, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi atalığın müəyyən edilməsi hissədində təmin edilməli, alimentə dair hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1. maddəsinin tələbinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan, 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 fevral 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 244815 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X3 ata adı qrafasında X7, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan, 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 fevral 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 244814 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 ata adı qrafasında X7, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 atası olduğunu etiraf etmiş və atalıq faktının müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin məhkəmə iclasında tədqiq olunan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh həqiqətən faktiki nikah münasibətlərində olmuş, həmin müddətdə, İddiaçı iki övladı xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 atası olması faktı müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddianın uşaqların saxlanılması üçün alimentin tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən əsaslıdır. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 220,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, cavabdehin başqa nikahından olan uşağına görə aliment ödəməsinin, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 190,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların sayını, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, iddiaçının uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia aliment hissəsində qismən təmin edilməli, iddiaçıdan tutulmalı olan alimentin miqdarı hər ay hər bir uşağa görə 190,0 manat olmaqla, cəmi 380,0 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, iddiaçı tərəfindən dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 100,0 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı aliment tələbinə dair iddialar üzrə dövlət rüsumundan azad olunduğundan, onun tərəfindən dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 100,0 manat məbləğində pul vəsaiti cavabdehdə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 atası olması faktı müəyyən edilsin. Cavabdeh xx.xx.2023-cüil tarixdən xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 190,0 manat olmaqla, cəmi 380,0 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediatora ödənilmiş 50,0 manat və dövlət rüsumu olaraq ödənilmiş 50,0 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar