Məhkəmə qərarları › İş №2(094)-19/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-19/2025

13.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-19/2025 13.05.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X18 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 13 ünvanında yerləşən 22 saylı mənzildə yaşayır. Həmin mənzil Əzizbəyov (indiki Xəzər) Rayon ZDS-ninn xx.xx.1981-ci il tarixli 14 saylı qərarı ilə nənəsi X3 istifadəsinə verilmişdir. İcarədarla birlikdə onun oğlu (yəni ərizəçinin atası) X6 həmin mənzilə köçürülmüşdür. Özü həmin mənzildə doğulmuş hazırki günədək orada yaşayır. Mənzilə dair №196393 saylı xx.xx.1981-ci il tarixli Order verilmişdir. Nənəsi X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Atası X6 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra o, 33 saylı Dövlət Notariat Ofisinə müraciət edərək nənəsi X4 miras qalmış Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 13 ünvanında yerləşən 22 saylı mənzilə dair vərəsə kimi tanınmışdır. Mənzilin adına keçirilməsindən öncə qanunvericiliyin tələbinə əsasən, hüquq sahibinin adına, yəni ərizəçinin nənəsi Lyudmila Bardinanın adına özəlləşdirilməsi tələb olunurdu. Bu məqsədlə aidiyyəti quruma müraciət edərkən öyrənmişdir ki, nənəsi Lyudmila Bardina sağlığında uşaq evindən övladlığa uşaq götürüb, həmin uşağa öz soyadı və ata adını verib və hazırda mənzilin özəlləşməsi prosesində “əmisi” X10 razılığı lazımdır. Amma o, bu övladlıq məsələsindən heç bir zaman məlumatlı olmamışdır, nə atası, nə də ki nənəsi kiminsə övladlığa götürülməsi barədə heç zaman bəhs etməmişdir. Arxiv idarələri və qeydiyyat şöbələrinə müraciət etdikdən sonra o, “əmisi”nin ad-soyadını öyrənmişdir. Lakin bu yerdə də o, çətinliklə üzləşmişdir. Belə ki, araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.1984-cü il təvəllüdlü X13 psixi xəstədir və xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasında” stasionar müalicə olunur. Təbii ki, 18 ildən artıq psixi xəstəlikdən əziyyət çəkən və bütün bu müddəti psixiatriya xəstəxanasında keçirən şəxsin mənzilin özəlləşdirilməsinə dair verdiyi razılıq ərizəsinin heç bir hüquqi qüüvvəsi yoxdur. O şəxs, ümumiyyətlə, etdiyi hərəkərlərin mahiyyətini dərk etmir, danışığı qüsurludur, yazı-pozu bilmir. Müalicə müəssisəsinin baş həkiminə müraciət etdikdə o, yalnız məhkəmə qərarı ilə hər hansı hərəkət edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 ərizənin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, nümayəndəsi və vəkili Vəkil ərizə ərizəni müdafiə etdiyini, məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Bakı şəhəri Pirallahı rayon İcrfa Hakimiyyətinin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon X14 İcriyyə Komitəsinin xx.xx.1981ci il tarixli, 14№-li qərarının təsdiqlənmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 13 ünvanında yerləşən 22 saylı mənzil X3 adına verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 268 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatlı yaşayır. xx.xx.1991-ci il tarixindən pasport qeydiyyatındadır. İş materiallarında olan Bakı şəhəri 33 saylı dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 2-ə dair vərəsəsi Ərizəçi ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, 13 saylı evin, 22 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq, mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı, razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan X13 xx.xx.2006-cı il tariixndə yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam etdiyi göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 xx.xx.2024-cü il tarixli 3789 saylı rəyinin nəticə hissəsindən görünür ki, İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs X11 X12, remissiya vəziyyəti formasında psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar – təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə yoxlanılan şəxsdə psixi pozuntuların ilk dəfə iyirmi bir yaşından başlayaraq biruzə verməsi, onda əsəbilik, şübhələrin olmasını, beynində “səslər”in olması, vəziyyəti ilə əlaqədar psixiatrik qeydiyyatda düşməklə əvvəllər iki dəfə Bakı şəhər 2 saylı X1, sonradan psixi vəziyyətdə kəskinləşmə biruzə verdiyi üçün xx.xx.2006-cı il tarixdə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müalicəyə daxil olması, xx.xx.2008-ci il tarixdə həkim psixiatr komissiyasına təqdim edildiyi zaman onda “X12” diaqnozu müəyyən edilməsi, hal-hazırda həmin xəstəxanada “X12” diaqnozu ilə stasionar müalicədə olması, hazırki müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətə adekvat tərzdə daxil olması, suallara mahiyyətinə uyğun cavablar verməsi, onda hər hansı psixoproduktiv əlamətlər (hallüsinasiyalar, sayıqlama fikirləri) müəyyən edilməməsi, əhvali-ruhiyyəsi sabit olması, öz psixi vəziyyətinə qarşı tənqidinin olması, onda hal-hazırda düçar olduğu psixi xəstəliyin remissiya vəziyyətdində olmasını sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1- ci sual: xx.xx.1984-cü il təvəllüdlü X10 hər hansı psixi qüsurları varmı və ağıl zəifliyi və ya ruhi (psisi) xəstəlikdən əziyyət çəkirmi? Cavab: X11 X12, remissiya vəziyyəti formasında psixi xəstəlik müəyyən edilir. 2- ci sual: xx.xx.1984-cü il təvəllüdlü X13 öz hərəkətlərinin mənasını başa düşürmü və ya öz hərəkətlərinin faktiki xarakterini dərk etməklə onu idarə etmək iqtidarındadırmı? 3- cü sual: X13 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: X11 hal-hazırda onda qeyd olunan “X12” xroniki psixi xəstəliyinin remissiya (yaxşılaşma) cəziyyətdə olduğundan və onda psixopatoloji əlamətlər qeyd olunmadığından öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, X13 fəaliyyət qabiliyyətli hesab edilməlidir. İş materillarında olan ərizəçinin nümayəndəsi və vəkili R.Mərəndskinin vəsatəti əsasında cavablandırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, psixi xəstəliyə düçar olan şəxsdə əvvəllər onda aşkar edilmiş məhsuldar simptomatikanın (hallüsinator pozuntu, sayıqlama ideyaları, affektiv və davranış pozuntularının) aldığı adekvat və intensiv müalicə tədbirləri nəticəsində göstərilən psixi pozuntuların tədricən aradan qaldırılması nəticəsində psixotik vəziyyətdən çıxaraq remissiya vəziyyəti əldə edilir və xəstə yalnız qoruyucu dərman preparatları qəbul edərək psixi vəziyyətində əldə edilmiş sabitləşmə (yaxşılaşma) uzun müddət davam edir. Remissiya (sabit yaxşılaşma) vəziyyətində olan psixi xəstə öz hərəkətlərinin mənasını dərk etmək və şüurlu surətdə idarə etmək iqidarında olduğu üçün həmin şəxs fəaliyyət qabiuliyyətli hesab edilir. Qeyd edilməlidir ki, “Paranoid şizofreniya” diaqnozu qoyulmuş və psixiatrik qeydiyyata götürülmüş şəxsdə psixi qsur vəziyyəti yaranmamışsa həmin şəxs fəaliyyət qabiliyyətli hesab edilir. “Paranoid şizofreniya” xəstəliyi gedişatına görə fasiləsiz proqrediyent və ya tutmaşəkilli gedişat izlənilir. Hər iki gedişatda gələcəkdə kəskinləşmə baş verməsi mümkündür və hər iki gedişatda aparılan müalicə zamanı remissiya vəziyyəti əldə etmək mümkündür. Göstərilən gedişatda fərq ondan ibarətdir ki, xəstəliyin fasiləsiz gedişatı zamanı şəxsdə müəyyən müddətdən sonra psixi qüsur vəziyyəti yarana bilər və həmin şəxs fəaliyyət qabiliyyətsiz hesab edilə bilər. Tutmaşəkilli gedişatda isə psixi qüsur vəziyyəti yaranmaya bilə. Qeyd edilməlidir ki, “Paranoid şizofreniya” xəstəliyinin müalicəsi zmaanı əldə edilmiş remissiya vəziyyəti tam sağalma anlamına gəlmir və gələcəkdə xəstəliyin təkrar kəskinləşməsi hallarının baş verməsi istisna edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X11 X12, Remissiya Vəziyyəti formasında psixi xəstəlik aşkar olunur. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X2 xx.xx.2024-cü il tarixli 3789 saylı rəyinə əsasən X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. X13 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Beləliklə, X13 öz hərəkətlərinin mənasını başa düşməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməsi ekspert rəyi ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, X13 öz hərəkətlərinin faktiki xarakterini dərk etdiyindən və onları idarə etmək iqtidarında olduğundan, X13 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə heç bir əsas olmadığından hazrıki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi xx.xx.1984-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar