Məhkəmə qərarları › İş №2(094)-201/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-201/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-201/2023 19.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi ilə İddiaçı “Azsığorta" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Rio” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə "xxxx" ASC tərəfindən avtomobilin sahibinə ödənilmiş 4428,0 manat və məhkəmənin hesabına köçürülmüş 65,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq “Azsığorta" ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə istifadəsinə verilmiş cavabdeh X3 tərəfindən "xxxx" ASC-də xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “Avtomobil vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AD 943433 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh atasının sahibliyində olan avtomobili etibarnamə olmadan (cavabdehə verilmiş etibarnamənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir) xx.xx.2016-cı il tarixdə saat 14:20 radələrində Dübəndi yolunda idarə edib, hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək “Kia Rio” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisə AR DİN Pirallahı DYPB tərəfindən qeydə alınmış cavabdeh barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri ilə KYP 592404 xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Avtomobil təmiri sahəsində ixtisaslaşmış X9 tərəfindən “Kia Rio” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyan 4428,0 manat məbləğində müəyyən edilmiş, ö3819/CML-3499/2016 nömrəli sığorta aktına əsasən sığorta ödənişi kimi avtomobilin sahibinə ödənilmişdir. Etibarnamə olmadan avtomobili idarə edib, yol-nəqliyyat hadisəsi törədərək, üçüncü şəxsin əmlakına (avtomobilinə) maddi ziyanın vurulması və həmin ziyanın "xxxx" ASC tərəfindən ödənilməsi, ASC-yə həmin pulun cavabdehdən subroqasiya qaydasında pulu tələb etmək hüququnu verir. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, X1 məxsus **-LM-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobil "xxxx" ASC-də sığorta olunmuşdur. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, “Kia Rio” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İşdə olan etibarnamənin surətindən görünür ki, X8 **-LM-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobili idarə etməyi xx.xx.2016-cı il tarixədək X1 etibar etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli sığorta aktına əsasən zərərçəkmiş X4 4428,0 manat köçürməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin KYP 592404 xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokolun surətindən aydın olur ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 7551 nömrəli xx.xx.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 avtomobilin təmiri üçün 4428,0 manat ödəniş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5712 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “Kia Rio” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 3593,0 manat müəyyən olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Kia Rio” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, işin materialları ilə sübut olunur. Məhkəmə hesab edir ki, sığortalanmış “Kia Rio” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə həmçinin cavabdehin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi başqa şəxsə məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh tərəfindən vurulduğundan, vurulmuş ziyan yalnız Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarından aydın olur ki, “Mercedes Benz” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilmişdir. Lakin həmin etibarnamənin qüvvədə olduğu müddət yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdən xeyli əvvəl bitmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, , “Kia Rio” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 3920,0 manat məbləğində deyil, 3593,0 manat müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 3593,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin məbləğinin 3593,0 manat olduğundan dəymiş zərərin ödənilməsi barədə iddia təmin edilərkən ekspert rəyi ilə müəyyən edilmiş sığortalanmış “Kia Rio” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin sığorta ödənişi miqdarı əvəzi 3593,0 manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3593,0 manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 65,0 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3658,0 (üç min altı yüz əlli səkkiz) alınaraq "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar