Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-21/2023 25.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Pirallahı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə Pirallahı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Pirallahı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1990-ci il təvəllüdlü X6 onun doğma oğludur. Oğlu 2010-2012-ci illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2013-2019-cu illər ərzində Əfqanıstanda sülhməramlı qüvvələr tərkibində müddətdən artıq hərbçi kimi xidmət etmişdir. Əfqanıstanda olarkən aldığı travmadan həmişə baş ağrısı, ürək bulanma, halsızlıq hiss etdiyindən xidmətdən təxris olunmuşdur. Xidmət etdiyi dövrdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ildə Silahlı Qüvvələrin Baş X1 bölməsində müayinə və müalicə olunmuşdur. Hərbi hissə həkiminin dinamik nəzarətdə saxlanılması tövsiyə olunmuşdur. xx.xx.2019-cu il tarixdə hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. xx.xx.2020-xx.xx.2021-ci il tarixədək 3 nömrəli şəhər klinik xəstəxanasında “Şizofreniya paranoid stasionar forma, fasiləsiz artan gedişli” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərədək Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləsiz gedişli" diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professof Fuad İsmayılov tərəfindən müayinə olunmuş və “Şizofreniya paranoid forma F20.0" diaqnozu təyin olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın psixiatrı ilə konsultasiya olunmuşdur. Oğlu hal-hazırda onunla eyni mənzildə yaşayır. Oğlu özünü sərbəst idarə edə bilmir. Hesab edir ki, onun başqa şəxsin köməyinə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxaırlmasını xahiş etdilər. İş üzrə maraqlı şəxs Pirallahı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanan sübutları araşdıraraq belə hesab edir ki, ərizə əsaslıdır, ona görə də təmin olunmalıdır. İş materiallarında olan Silahlı Qüvvələrin Baş X2 bölməsinin 9837 nömrəli çıxarış epikrizinə əsasən, N nömrəli hərbi hissənin MAHHXHQ əsgəri X6 xx.xx.2018-ci ilədən xx.xx.2018-ci ilədək hərbi hosbitalda müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Anbulator kitabçadan çıxarışlarından görünür ki, X5 şizofreniya paranoid forma, fasiləsiz gedişli diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatirik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 333 saylı rəyindən görünür ki, X4 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi qeyd olunur. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mənasına görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinin mənasına görə fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin mənasına görə məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxa bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə, toplanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli, 29 iyul 1990-cı ildə Bakı şəhərində doğulmuş X6 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 29 iyul 1990-cı il tarixində Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X6 üzərində qəyyum təyin edilməsi üçün qətnamənin surəti onun yaşayış yeri üzrə Qəyyumluq və Himayəçilik Orqanına göndərilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-21/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-21/2023
25.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver