Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-229/2025 26.08.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X23 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə Ərizəçinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarı ilə X9, X13, X9 və X7 ümumi birgə mülkiyyətinə Qazax ray. Qaymaqlı kəndi ərazisində 2.34 hektar torpaq sahəsinin verilməsi barədə JN-287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında 3-cü bənddə X6 aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarı ilə X1 Təranə Alı qızı, X9 və X7 ümumi birgə mülkiyyətinə JN-287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax ray. Qaymaqlı kəndi ərazisində 2.34 hektar torpaq sahəsi verilib. Həmin JN- 287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında “X9” adı iki dəfə (1 və 4-cü bənddə) qeyd edilib. Dövlət Aktında adı qeyd edilən şəxslər X9 nənəsi, X14 qardaş, X13 anasıdır. Göründüyü kimi, Dövlət Aktında onun adının əvəzinə yanlış olaraq ikinci dəfə “X9” qeyd edilib. X9 əvəzinə X11 yazılmalı idi. Evləndikdən sonra soyadı Bayramova kimi qeyd edilir. Qazax RİHB-nin Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin 5-58-19-12-21/2-222/2025 saylı, xx.xx.2025-ci il tarixli Arayışında göstərilir ki, JN-287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət X2 əvəzində səhvən X9 yazılıb. X9 adında Qaymaqlı kəndində yaşayan 1 vətəndaş vardır. Şəhadətnamədə olan yanlış qeydiyyatın düzəldilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-B-0029-35/25 saylı imtina məktubunda məhkəməyə müraciət etməyi tövsiyə edildi. Buna görə də bu yanlış qeydiyyatın düzəldilməsi yalnız məhkəmə qaydasında mümkündür. Bu halın məhkəmədə müəyyən edilməsi ona torpaq sahəsinə sənədləşdirmək üçün lazımdır. Bu sənəddə texniki səhvə yol verilməsi onların hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X14 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin ediməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə məktub ünvanlayaraq iş həcminin çoxluğu ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəklərini bildirərək, onların iştirakı olmadan işə baxıb qanunauyğun qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli müraciətə baxılması barədə məlumatdan görünür ki, Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 2.34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair verilmiş JN-287 nömrəli dövlət aktında buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı müraciətinizə (daxilolma: **********) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-287 nömrəli dövlət aktında göstərilən mülkiyyətçilərin adları, atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-287 nömrəli dövlət aktında göstərilən mülkiyyətçilərin adları, atalarının adları və soyadları şəxsiyyəti təsdiq sənədlərdə fərqlidir. “Torpağa mülkiyyət hüququna dair” JN-287 nömrəli dövlət aktında göstərilən torpaq mülkiyyətçilərinin həqiqətən şəxsiyyəti təsdiq edən sənədlərdə və ölüm haqqında şəhadətnamədə göstərilən şəxslərlə eyni olmasını təsdiq edən akt və ya məhkəmə qətnaməsi ərizəyə əlavə edilməmişdir. Bu səbəbdən göstərilən uyğunsuzluqların aradan qaldırılması mümkün olmamışdır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, sılinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin, (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan” şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilə və hüquqların dövlət qeydiyyatı ilə” bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 5-58-19-12-21/2-222/2025 saylı arayışdan görünür ki, xx.xx.1988-ci ildə Qazax rayonu Qaymaqlı kəndində anadan olmuş Ərizəçi adı, soyadı və atasının adı 287 KOD 50100048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən X3 göstərilmişdir. Qaymaqlı kənd İƏD-si üzrə nümayəndəliyi bildirir ki, Qaymaqlı kəndində yuxarıda adı qeyd edilmiş vətəndaşdan başqa bu adda başqa şəxs yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan və nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 xx.xx.2013-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-B-395/2025 saylı arayışdan görünür ki, X11 xx.xx.1988-ci il tarixdə Qazax rayonu Qaymaqlı kəndində doğulmuşdur. X5, anası X10r. İş materiallarında olan JN-287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarı ilə X9, X13, X9 və X7 ümumi birgə mülkiyyətinə JN-287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax ray. Qaymaqlı kəndi ərazisində 2.34 hektar torpaq sahəsi kənd təsərrufatı məhsulları istehsalı üçün ayrılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarı ilə X9, X13, X9 və X7 ümumi birgə mülkiyyətinə JN- 287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax ray. Qaymaqlı kəndi ərazisində 2.34 hektar torpaq sahəsi kənd təsərrufatı məhsulları istehsalı üçün ayrılmışdır. Həmin sənəddə iki dəfə olmaqla bir və üçüncü bəndlərində X4 adı yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənəddə ərizəçinin adının qeyd edilməməsi ərizəçi tərəfindən (mülkiyyət) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarı ilə X9, X13, X9 və X7 ümumi birgə mülkiyyətinə Qazax ray. Qaymaqlı kəndi ərazisində 2.34 hektar torpaq sahəsinin verilməsi barədə JN-287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında 3-cü bəndinin X6 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 saylı qərarı ilə X9, X13, X9 və X7 ümumi birgə mülkiyyətinə Qazax ray. Qaymaqlı kəndi ərazisində 2.34 hektar torpaq sahəsinin verilməsi barədə JN-287, KOD 50100048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının üçüncü bəndinin (X6 aid hissədə) “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-229/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-229/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver