Məhkəmə qərarları › İş №2(094)-278/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-278/2024

03.09.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-278/2024 03.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/18/2023-00611 saylı “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/18/2023-00611 saylı, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanılıb. Barışıq sazişinin şərtlərinə əsasən ana Maraqlı şəxs və ata–Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X1 ilə ünsiyyətinin aşağıdakı kimi təşkil edilməsinə ana Maraqlı şəxs etiraz etməmişdir:

1. Şənbə günü saat 11:00-dan 14:00-a qədər və 17:00-dan 19:00-a qədər;

2. Bazar günü saat 11:00-dan 14:00-a qədər və 17:00-dan 19:00-a qədər;

3. Həftə içi (İ və V günlər) bir gün olmaqla saat 11:00-dan 14:00-a qədər və 17:00dan 19:00-a qədər;

4. Bayram günləri qarşılıqlı razılaşma əsasına ata Ərizəçi övladı X1 ilə ünsiyyəti təmin ediləcək.

5. Tərəflər razılığa gəlirlər ki, tərəflərdən biri daimi yaşayış ünvanını (rayonu) dəyişdikdə ata Ərizəçi övladı X1 ilə ünsiyyət üçün görüş saatları yenidən mediasiya vasitəsilə baxıla bilər. Sazişin bağlanmasından 1 ildən çox vaxt keçməsinə baxmayaraq, indiyə qədər maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyib və uşaqla ünsiyyət günləri və saatları barışıq sazişində razılaşdırdıqları kimi təşkil edilməyib. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək barışıq sazişnin təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq olunmasına etiraz edir. Bildirir ki, uşağın günə qarşı allergiyası vardır və barışıq sazişində olan saatlarda uşağın ata ilə ünsiyyəti onun sağlamlığına zərər vura bilər. Bu səbəbdən ərizənin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00611 saylı Barışıq Sazişindən görünür ki, tərəflər razılığa gəlirlər ki, ana Maraqlı şəxs və ata– Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X1 ilə ünsiyyətinin aşağıdakı kimi təşkil edilməsinə ana Maraqlı şəxs etiraz etməmişdir:

1. Şənbə günü saat 11:00-dan 14:00-a qədər və 17:00-dan 19:00-a qədər;

2. Bazar günü saat 11:00-dan 14:00-a qədər və 17:00-dan 19:00-a qədər;

3. Həftə içi (İ və V günlər) bir gün olmaqla saat 11:00-dan 14:00-a qədər və 17:00dan 19:00-a qədər;

4. Bayram günləri qarşılıqlı razılaşma əsasına ata Ərizəçi övladı X1 ilə ünsiyyəti təmin ediləcək.

5. Tərəflər razılığa gəlirlər ki, tərəflərdən biri daimi yaşayış ünvanını (rayonu) dəyişdikdə ata Ərizəçi övladı X1 ilə ünsiyyət üçün görüş saatları yenidən mediasiya vasitəsilə baxıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi Ərizəçi övladı X1 ilə ünsiyyətini təmin etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə

qət etdi :

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00611 saylı barışıq sazişi təsdiq edilsin. Ana Maraqlı şəxs və ata mən – Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X1 ilə ünsiyyətinin aşağıdakı kimi təşkil edilsin:

1. Şənbə günü saat 11:00-dan 14:00-a qədər və 17:00-dan 19:00-a qədər;

2. Bazar günü saat 11:00-dan 14:00-a qədər və 17:00-dan 19:00-a qədər;

3. Həftə içi (İ və V günlər) bir gün olmaqla saat 11:00-dan 14:00-a qədər və 17:00dan 19:00-a qədər;

4. Bayram günləri qarşılıqlı razılaşma əsasında ata Ərizəçi övladı X1 ilə ünsiyyətdə olması. Bundan əlavə, tərəflərdən biri daimi yaşayış ünvanını (rayonu) dəyişdikdə ata Ərizəçi övladı X1 ilə ünsiyyəti üçün görüş saatlarına yenidən mediasiya vasitəsilə baxıla bilər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar