Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-297/2024 24.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il təvəllüdlü X6 “yüngül kəmağıllıq, kobud davranış pozuntuları” diaqnozu ilə xəstə və İİ qrup əlildir. X6 ərizəyə əlavə olunan ambulator kitabçadan çıxarışdan göründüyü kimi xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona görə fəaliyyət qabiliyyəti olmayan sayılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 331 saylı arayışın surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında pasport qeydiyyatsız yaşayır. Ərizəçi qohumu X6 onun yanında və himayəsində yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, onun anası X8, atası X5r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X2 xx.xx.2024-cü il tarixli 2941 saylı rəyinin nəticə hissəsindən görünür ki, İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs X4 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F70.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda bir qədər geri qalması, X12 Dispanserində qeydiyyatda olması, 2 nömrəli X1 stasionar müalicədə olması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər — zahirən sakit olması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, intellektual imkanlarının yaş normasına uyğun olmaması, maraq dairəsinin məhdudluğu, və sair sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1978-ci il təvəllüdlü X3 hər hansı psixi qüsurları varmı və ağıl zəifliyi və ya ruhi (psisi) xəstəlikdən əziyyət çəkirmi? Cavab: X4 yüngül dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F70.1) aşkar olunur. 2-ci sual: xx.xx.1978-ci il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını başa düşürmü və ya öz hərəkətlərinin faktiki xarakterini dərk etməklə onu idarə etmək iqtidarındadırmı? Cavab: X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. 3-cü sual: X6 fəaliyyət qabiliyyətlidirmi? Cavab: X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə heç bir əsas yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, X4 yüngül dərəcəli əqli gerilik aşkar olunur. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X2 xx.xx.2024cü il tarixli 2941 saylı rəyinə əsasən X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Beləliklə, X6 öz hərəkətlərinin mənasını başa düşməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməsi ekspert rəyi ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, X6 öz hərəkətlərinin faktiki xarakterini dərk etdiyindən və onları idarə etmək iqtidarında olduğundan, X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə heç bir əsas olmadığından hazrıki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi xx.xx.1978-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov.
Məhkəmə qərarları › İş №2(094)-297/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-297/2024
24.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver