Məhkəmə qərarları › İş №2(094)-328/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-328/2025

16.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-328/2025 16.09.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə 8 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/8/2025-01161 saylı barışıq sazişinin təsdiq edilməsi — Maraqlı şəxs ilə faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X2 və rəsmi nikah münasibətindən doğulan X3 onun himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ayın 1-dən ayın sonunadək hər uşaq üçün 246 manat olmaqla ümumilikdə 492 manat sabit pul məbləğində aliment tutulması, faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X6 və rəsmi nikah münasibətindən doğulan X9 ilə (uşaqların mənafeyi nəzərə alınmaqla) Maraqlı şəxs ananın iştirakı olmadan xx.xx.2025-ci il tarixdən etibarən hər ay 4 (dörd) dəfə olmaqla həftənin şənbə və yaxud bazar günləri (Bakı şəhərində atada qalmaq şərti ilə), (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə qarşı tərəfə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək və görüş gününü başqa günlə əvəz şərfi ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı və s.) (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin gün başqa günlə əvəz olunmaq şərti ilə) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə, telefon əlaqəsi saxlamalarına), eyni zamanda hər il 3 aylıq yay tətilləri zamanı (uşaqların mənafei nəzərə alınmaqla) hər ay 15 (on beş) gün olmaqla həmin müddətdə atanın yanında (rayonda) qalmaları, həmin 15 (on beş) gün müddətində cavabdehin uşaqlarla onun telefon əlaqəsi saxlamağı (görüntülü vvhatsap proqramı vasitəsilə əlaqə saxlamalarına) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində rəsmi qeydiyyata alınmaqla nikaha daxil olmuşlar. Birgə nikah münasibətindən xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşlar. Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə 8 saylı Mediasiya təşkilatında MŞB/8/2025-01161 saylı barışıq sazişi bağlayaraq -

1. Maraqlı şəxs ilə faktiki nikah münasibətimizdən doğulan xx.xx.2018-ci il təvəllüdlü X2 və rəsmi nikah münasibətindən doğulan X3 onun himayəsində qalmaları,

2. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ayın 1dən ayın sonunadək hər uşaq üçün 246 manat olmaqla ümumilikdə 492 manat sabit pul məbləğində aliment ödəyəcəyi,

3. Faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X6 və rəsmi nikah münasibətindən doğulan X9 ilə (uşaqların mənafeyi nəzərə alınmaqla) Maraqlı şəxs ananın iştirakı olmadan xx.xx.2025-ci il tarixdən etibarən hər ay 4 (dörd) dəfə olmaqla həftənin şənbə və yaxud bazar günləri (Bakı şəhərində atada qalmaq şərti ilə), (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə qarşı tərəfə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək və görüş gününü başqa günlə əvəz şərtilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı və s.) (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin gün başqa günlə əvəz olunmaq şərti ilə) İkinci tərəf (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə, telefon əlaqəsi saxlamalarına) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. Eyni zamanda hər il 3 aylıq yay tətilləri zamanı (uşaqların mənafei nəzərə alınmaqla) hər ay 15 (on beş) gün olmaqla həmin müddətdə atanın yanında (rayonda) qalmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürməyi, bir qarşılıqlı şərtlə ki, İkinci tərəf (ata) həmin 15 (on beş) gün müddətdə uşaqlarla onun Birinci təfəf (ananın) telefon əlaqəsi saxlamasına (görüntülü vvhatsap proqramı vasitəsilə əlaqə saxlamalarına) şərait yaradacağı barədə razılaşma əldə etmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək qızı xx.xx.2018-ci il təvəllüdlü X4 Tovuz rayonunda öz yannda saxlayaraq ona vermir, aliment ödəməkdən də yayınır. Halbuki, o, heç vaxt onun uşaqları ilə ünsiyyətdə olmasına maneçilik törətməmişdir. Qızı Leyla Bakı şəhərində ikinci sinifdə təhsil alır. Cavabdehin təqsiri ucbatında qızı təhsildən qalacaqdır. Belə olan halda barışıq sazişinin təsdiqlənməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə icasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan MŞB/8/2025-01161 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişin məzmunuda qeyd edilmişdir ki, 1.Birinci tərəf: Ərizəçi Bu barışıq sazışı imzalamaqla İkinci tərəf (həyat yoldaşı) X7 ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X5 onun Birinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmasına razıdır. 2.Birinci tərəf: Ərizəçi Bu barışıq sazişi imzalamaqla İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-cı il tarixdən etibarən hər ayın 1dən ayın sonunadək hər uşaq üçün 246 (iki yüz qırx altı) AZN olmaqla ümumilikdə hər ay 492 (dord yüz doğsan ikı) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 3.Birinci tərəf: Ərizəçi Bu barışıq sazişi imzalamaqla İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X9 ilə (uşaqların mənafei nəzərə alınmaqla) onun ananın iştirakı olmadan xx.xx.2025-ci il tarixdən etibarən hər ay 4 (dörd) dəfə olmaqla həftənin şənbə və yaxud bazar günləri (Bakı şəhərində atada qalmaq şərti ilə), (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə qarşı tərəfə 1 gün əvvəldən telefon vasitəsi ilə məlumat vermək və görüş gününü başqa günlə əvəz etmək şərti ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı və s.) (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin günü başqa günlə əvəz olunmaq şərti ilə) İkinci tərəf (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə, telefon əlaqəsi saxlamalarına) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. Eyni zamanda hər il 3 aylıq yay tətilləri zamanı (uşaqların mənafei nəzərə alınmaqla) hər ay 15 (on beş) gün olmaqla həmin müddətdə atanın yanında (rayonda) qalmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik gölürür bir qarşılıqlı şərtlə ki, İkinci tərəf (ata) həmin 15 (on beş) gün müddətdə uşaqlarla onun Birinci tərəf (ananın) telefon əlaqəsi saxlamasına (görüntülü vvhatsap proqramı vasitəsi ilə əlaqə saxlamalarına) şərait yaradacaqdır. 4.Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kenar qaydada tərəflərin qarşılıqlı razılğı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öz üzərinə düşən öhdəliklərini pozduğu təqdirdə, aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Eyni zamanda öz üzərinə götürdüyü öhdəliklərini pozduqda İkinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək bu barışıq sazişi şərtlərini təsdiq etdirmək hüququnu öz üzərində saxladığı ona məlumdur və buna etiraz etmir. 1.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf (həyat yoldaşı) Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X3, Binnci tərəf Ərizəçi (ananın) yanında (himayəsində) qalmasına razıdır. 2.İkinci tərəf: X1 Sazışı imzalandıqdan sonra Birinci tərəf Ərizəçi Qabıl qızı ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərdən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən ayın sonunadək hər uşaq üçün 246 (iki yüz qırx altı) AZN olmaqla ümumilikdə hər ay 492 (dörd yüz doxsan iki) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik gotürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz uzərinə öhdəlik götürür. 3.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi Qabıl qızı ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X9 ilə (uşaqların mənafei nəzərə alınmaqla) xx.xx.2025-ci il tarixdən etibarən (Bakı şəhərində onada atada qalmaq şərti ilə), Birinci tərəf ananın iştırakı olmadan vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitəsi ilə məlumat vermək və görüş gününü başqa günlə əvəz etmək şərti ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı və s.) (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin günü başqa günlə əvəz olunmaq şərti ilə) Birinci tərəf: Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Eyni zamanda hər il 3 aylıq yay tətilləri zamanı (uşaqların mənafei nəzərə alınmaqla) tərəflər qabaqcadan razılaşdıracaqları hər ayın 15 (on beş) gün müddətində atanın yanında (rayonda) qalmalarına şərait yaradacağına dair Birinci tərəfin öz üzərinə götürüdüyü öhdəlik ilə razıdır və İkinci tərəf (ata) həmin 15 (on beş) gün müddətdə, uşaqlarla Birinci tərəf (ananın) telefon əlaqəsi saxlamasına (görüntülü vvhatsap proqramı vasitəsi ilə əlaqə saxlamalarına) şərait yaradacaqdır. 4.İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılıq ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Eyni zamanda Birinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək bu barışıq sazişi şərtlərini təsdiq etdirmək hüququnu öz üzərində saxlayır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ilə faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X2 və rəsmi nikah münasibətindən doğulan X3 onun himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ayın 1-dən ayın sonunadək hər uşaq üçün 246 manat olmaqla ümumilikdə 492 manat sabit pul məbləğində aliment tutulması, faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X6 və rəsmi nikah münasibətindən doğulan X9 ilə (uşaqların mənafeyi nəzərə alınmaqla) Maraqlı şəxs ananın iştirakı olmadan xx.xx.2025-ci il tarixdən etibarən hər ay 4 (dörd) dəfə olmaqla həftənin şənbə və yaxud bazar günləri (Bakı şəhərində atada qalmaq şərti ilə), (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə qarşı tərəfə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək və görüş gününü başqa günlə əvəz şərfi ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı və s.) (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin gün başqa günlə əvəz olunmaq şərti ilə) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə, telefon əlaqəsi saxlamalarına), eyni zamanda hər il 3 aylıq yay tətilləri zamanı (uşaqların mənafei nəzərə alınmaqla) hər ay 15 (on beş) gün olmaqla həmin müddətdə atanın yanında (rayonda) qalmaları, həmin 15 (on beş) gün müddətində cavabdehin uşaqlarla onun telefon əlaqəsi saxlamağı (görüntülü vvhatsap proqramı vasitəsilə əlaqə saxlamalarına) barədə barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış (Maraqlı şəxs ilə faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X2 və rəsmi nikah münasibətindən doğulan X3 onun himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ayın 1-dən ayın sonunadək hər uşaq üçün 246 manat olmaqla ümumilikdə 492 manat sabit pul məbləğində aliment tutulması, faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X6 və rəsmi nikah münasibətindən doğulan X9 ilə (uşaqların mənafeyi nəzərə alınmaqla) Maraqlı şəxs ananın iştirakı olmadan xx.xx.2025-ci il tarixdən etibarən hər ay 4 (dörd) dəfə olmaqla həftənin şənbə və yaxud bazar günləri (Bakı şəhərində atada qalmaq şərti ilə), (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə qarşı tərəfə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək və görüş gününü başqa günlə əvəz şərfi ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı və s.) (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin gün başqa günlə əvəz olunmaq şərti ilə) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə, telefon əlaqəsi saxlamalarına), eyni zamanda hər il 3 aylıq yay tətilləri zamanı (uşaqların mənafei nəzərə alınmaqla) hər ay 15 (on beş) gün olmaqla həmin müddətdə atanın yanında (rayonda) qalmaları, həmin 15 (on beş) gün müddətində cavabdehin uşaqlarla onun telefon əlaqəsi saxlamağı (görüntülü vvhatsap proqramı vasitəsilə əlaqə saxlamalarına) barədə) MŞB/8/2025-01161 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış (Maraqlı şəxs ilə faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X2 və rəsmi nikah münasibətindən doğulan X3 onun himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ayın 1-dən ayın sonunadək hər uşaq üçün 246 manat olmaqla ümumilikdə 492 manat sabit pul məbləğində aliment tutulması, faktiki nikah münasibətindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X6 və rəsmi nikah münasibətindən doğulan X9 ilə (uşaqların mənafeyi nəzərə alınmaqla) Maraqlı şəxs ananın iştirakı olmadan xx.xx.2025-ci il tarixdən etibarən hər ay 4 (dörd) dəfə olmaqla həftənin şənbə və yaxud bazar günləri (Bakı şəhərində atada qalmaq şərti ilə), (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə qarşı tərəfə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək və görüş gününü başqa günlə əvəz şərfi ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı və s.) (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin gün başqa günlə əvəz olunmaq şərti ilə) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə, telefon əlaqəsi saxlamalarına), eyni zamanda hər il 3 aylıq yay tətilləri zamanı (uşaqların mənafei nəzərə alınmaqla) hər ay 15 (on beş) gün olmaqla həmin müddətdə atanın yanında (rayonda) qalmaları, həmin 15 (on beş) gün müddətində cavabdehin uşaqlarla onun telefon əlaqəsi saxlamağı (görüntülü vvhatsap proqramı vasitəsilə əlaqə saxlamalarına) barədə) MŞB/8/2025-01161 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar