Məhkəmə qərarları › İş №2(094)-329/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-329/2025

16.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-329/2025 16.09.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin (Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən övladları xx.xx.2013-cü il doğum tarixli X4, xx.xx.2014-cü il doğum tarixli X2 və xx.xx.2022-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment ödəməsi barədə) təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikahdadır. Birgə nikahdan xx.xx.2025-ci il tarixdən övladları xx.xx.2013-cü il doğum tarixli X4, xx.xx.2014cü il doğum tarixli X2 və xx.xx.2022-ci il doğum tarixli X3 adlı övladları olmuşdur. Maraqlı şəxs uşaqlarına baxmadığı və onlarla maraqlanmadığı üçün maddi cəhətdən çətinlik çəkir. Həmçinin, maddi tələbatları artığından qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və aralarında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən övladları xx.xx.2013-cü il doğum tarixli X4, xx.xx.2014-cü il doğum tarixli X2 və xx.xx.2022-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs uşaqların saxlanılması üçün alimentin ödənilməsindən yayınır. Bununlada o, barışıq sazişinin tələblərini pozur və barışıq sazişinin könüllü icrasından imtina edir. Artıq 3 aydır alimentini ödəmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə icasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan MŞB/11/2025-01024 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişin məzmunuda qeyd edilmişdir ki, ikinci X5 xx.xx.2025-ci il tarixdən övladları xx.xx.2013-cü il doğum tarixli X4, xx.xx.2014-cü il doğum tarixli X2 və xx.xx.2022-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə ikinci X5 xx.xx.2025-ci il tarixdən övladları xx.xx.2013-cü il doğum tarixli X4, xx.xx.2014-cü il doğum tarixli X2 və xx.xx.2022ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürməsi barədə barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış ikinci X5 xx.xx.2025-ci il tarixdən övladları xx.xx.2013-cü il doğum tarixli X4, xx.xx.2014-cü il doğum tarixli X2 və xx.xx.2022ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürməsi barədə MŞB/11/2025-01024 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış ikinci X5 xx.xx.2025-ci il tarixdən övladları xx.xx.2013-cü il doğum tarixli X4, xx.xx.2014-cü il doğum tarixli X2 və xx.xx.2022-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürməsi barədə MŞB/11/2025-01024 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar