Məhkəmə qərarları › İş №2(094)-343/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-343/2025

15.10.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-343/2025 15.10.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə 8 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/8/2025-01495 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxslə xx.xx.2019-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 adlı qızı doğulmuşdur. Maraqlı şəxslə xx.xx.2025-ci il tarixdə 8 saylı Mediasiya təşkilatında MŞB/8/2025-01495 saylı barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə əsasən:

1. Maraqlı şəxs 4 saylı Bakı Asan Xidməti Mərkəzi Qeydiyyat - şöbəsində xx.xx.2019-cu ildə 70 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmasına razıdır.

2. Maraqlı şəxs birgə nikahdan doğulan qızımız xx.xx.2018-ci il təvəllüdlü X2 mənim yanımda (himayəmdə) qalmasına razıdır.

3. Maraqlı şəxs birgə nikahdan doğulan qızımız xx.xx.2018-ci il 7 təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1dən 30-dək 7 mənə 200 (iki yüz) manat aliment ödəyəcəyini öhdəsinə götürür.

4. Maraqlı şəxs birgə nikahdan doğulan qızımız xx.xx.2018-ci il m təvəllüdlü X3 ilə xx.xx.2025-ci il tarixdən etibarən uşağın mənafeyi nəzərə alınmaqla vaxt məhdudiyyəti olmadan (ananın iştirakı ilə) ünsiyyətdə olmasına dair mənim öz üzərimə götürdüyüm öhdəliklə razıdır. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək alment ödəməkdən yayınır. Uşaq məktəbdə təhsil alır, onun ehtiyaclarını təkbaşına ödəmək onun üçün çətindir. Belə olan halda barışıq sazişinin təsdiqlənməsi zərurəti yaranmışdır. Onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə 8 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/8/2025-01495 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə 8 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/8/2025-01161 saylı barışıq sazişinin — 3. Maraqlı şəxs birgə nikahdan doğulan qızı xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 30-dək ona 200 (iki yüz) manat aliment ödəyəcəyini öhdəsinə götürür” hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəmə icasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan MŞB/8/2025-01495 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişin məzmunuda qeyd edilmişdir ki, Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə 4 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə N-70 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (əğv edilməsinə) razıdır. 2.Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 İkinci tərəf (ananın) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır. 3.Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 30-dək İkinci tərəf Ərizəçi 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank kartına ödəyəcəyinə dair öhdəlik götürür.

4. Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 ilə xx.xx.2025-ci il tarixdən etibarən uşağın mənafei nəzərə alınmaqla vaxt məhdudiyyəti olmadan (ananın iştirakı ilə) ünsiyyətdə olmasına dair İkinci tərəf Ərizəçi (ananın) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5.Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, İkinci tərəf: Ərizəçi aidiyyəti məhkəməyə müraciət etmək (barişiq. sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə 4 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə N- 70 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.

2. İkinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3 İkinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 30-dək Birinci tərəf Maraqlı şəxs ona hər ay 200 (iki yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsattin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır.

4. İkinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 ilə Birinci tərəf (atası) Ərizəçi ilə (uşağın mənafei nəzərə alınmaqla) vaxt məhdudiyyəti olmadan (onun ananın iştirakı ilə) ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. 5.İkinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə X4 arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli barışıq sazişinin “Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1dən 30-dək İkinci tərəf Ərizəçi 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank kartına ödəyəcəyinə dair öhdəlik götürür” hissədə təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentlə bağlı təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, MŞB/8/2025-01495 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi “Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1dən 30-dək İkinci tərəf Ərizəçi 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank kartına ödəyəcəyinə dair öhdəlik götürür.” hissədə təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Ərizə təmin edilsin. MŞB/8/2025-01495 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi “Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 30-dək İkinci tərəf Ərizəçi 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank kartına ödəyəcəyinə dair öhdəlik götürür.” hissədə təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar