Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-4/2025 13.05.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X31 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı X8 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh X7 iştirakı ilə İddiaçı X8 cavabdehlər X15, Cavabdeh3 və Bakı şəhəri 33 saylı Notariat ofisinə qarşı X29 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların yenidən müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 fərdi yaşayış evinə dair 33 saylı Dövlət Notariat ofisi tərəfindən X29 hüququ haqqında xx.xx.2021-ci il tarixli 2V-50 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi texniki pasporta uyğun olaraq X24 adına olmuş və o, rəhmətə getdikdən sonra orada X17 yaşamışdır. Həmin dövürdə X17 anası X3 ilə faktiki nikahda yaşamışlar və o, uşaqlıqdan həmin mənzildə yaşamışdır. X17 ona ata olmuş, daim onun qayğısına qalmışdır. Onlar 30 ildən artıqdır ki, faktiki olaraq nikahda olmuşlar və atasılə anası xx.xx.2021-ci il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində öz nikahlarını rəsimiləşdirmişlər. Müəyyən müddətdən sonra atası X17 yəni xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bir müddət keçdikdən sonra anası X3 xx.xx.2022-ci il tarixdə vərəsəliyin qəbul edilməsi barədə ərizə ilə 7 saylı notariat ofisinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixində dünyasını dəyişmişdir. Müəyyən müddət keçdikdən sonra Bakı şəhər Pirallahı rayon məhkəməsindən ona bildiriş gələrək indiki cavabdehlər mənzildən çıxarılma tələbənə dair iddia ilə müraciət etmişlər. O, valdeyinlərilə birlikdə həmin mənzildə 30 ildən artıqdır ki, yaşayır. Bir gündə olsun orada yaşamasalarda heç bir xəbər vermədən və 33 saylı Dövlət notariat ofisi öz üzərinə düşən vəzifəni icra etmədən yəni vərəsələrin dairəsini müəyyən etmədən cavabdehlərin adına 2/1 pay müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli mirasın qəbul olunmasına dair şəhadətnamə verimişdiri. Bununla da onun anasının vərəsəlik hüququnu pozulmuşdur. O müddət ərzində cavabdehlər bilərəkdən bunu onlardan gizlətmiş və anası rəhmətə getdikdən sonra onun həmin mənzildə çıxarılmağına dair iddia ilə müraciət etmişlər. Onun başqa yaşayış veri yoxdu və o, anasına münasibətdə həmin mənzilə vərəsədir. Məhkəmə iclasında iddiaçı X8 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X15 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasınıxahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşə əlavə edilmiş Bakı şəhəri 7 saylı notariat ofisinin X10 ünvanladığı 21 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17ndan miras qalmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair tərəfimizdən mərhumun vərəsi arvadı X3nın xx.xx.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında (N-1-348-2022) vərəsəlik işi açılmışdır. Sonradan məlum olmuşdur ki, S.M. MİTRAFANOVA xx.xx.2022-ci il tarixdə vəfat etmişdir: Vəfat etdiyinə görə ona X29 Huquqi Haqqında şəhadətnamə verilməmişdir. Məsələnin həlli üçün rayon məhkəməsinə muraciət olunması məsləhət görülmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X4 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1938-ci ildə doğulmuş, atası X26, anası Əliyeva X25r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1962-ci ildə doğulmuş, atası X19, anası X2r. İş materiallarında olan Azəraycan Kommunal Təsərrüfatı nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid pasportunun surətindən görünür ki, Orconikidze küçəsi ev 27 ünvanında yerləşən, 1967-ci ildə tərtib edilmiş texniki pasportun sahib kimi X28 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, B.Məlikov, A.Zeynalov, B.Ağayev ərəzi imzalayaraq göstərmişlər ki, həqiqətən X5 və oğlu X16 iyirmi ildir ki, onlarla qonşudurlar. X6 mərhum həyat yoldaşı Aslan Mirzəyevlə birlikdə ünvan 4 ünvanda yaşayıb Həyat yoldaşı rəhmətə getdiyi gündən bu günə kimi də Svetlana və oğlu Yevqeniy həmin ünvanda yaşayır. Həmin ünvanda Svellana və oğlu Yevqeniydən başqa heç kim yaşamayıb. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1965-ci il tarixdə ölmüşdür. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanına Cavabdeh2 ½ və Cavabdeh3 ½ payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X29 hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə vəfat etmiş-X21 vərəsələri BAKİ PİRALLAHİ QƏS. KOVEROÇKİN KÜÇ., EV 20 ünvanında qeydiyyatda olan Cavabdeh3 BAKİ, PİRALLAHİ QƏS, S.BAĞİROV KÜÇ., EV 16, MƏN.9 ünvanında qeydiyyatda olan Cavabdeh2 QİZİ ve onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə vərilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tərixdə - X27NA verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli döxlət reyestrindən çıxarışa əsasən BAKİ ŞƏH, PİRALLAHİ RAY GÜRGƏN QƏS E.HÜSEYNOV KUÇ. EV 27 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv/m olan fərdi yaşayış evindən və 0.088310 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışın surətindən görünür ki, ünvan 1 Cavabdeh2 nın şəxsi mülkiyyətindədir. X14 həmin ünvanda qeydiyyatdadır. İş materiallarında Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(094)-9/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı ünvan 7 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2873/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(094)-9/2023 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı ünvan 7 saylı evdən çıxarılmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)- 2811/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixi 2(003)2811/2023 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı və Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Hemin qətnamədən xx.xx.2023-cü il tarixdə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2193/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2811/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2708/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2193/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2811/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəfat etmiş X21 vərəsələridir. Onların hər biri miras əmlakdan 1/2 irs almışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17ndan miras qalmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair notariat ofisi tərəfindən mərhumun vərəsəsi olan arvadı X1 xx.xx.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında vərəsəlik işi açılmışdır. S.M.MİTROFANOVA xx.xx.2022-ci il tarixdə vəfat etdiyinə görə ona X29 Huquqi Haqqında şəhadətnamə verilməmişdir. S.M.MİTROFANOVA vərəsə olduğundan, ünvan 7 ünvanında yerləşən mübahisəli ev miras əmlakı kütləsidir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. X29 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə hesab edir ki, X4 ölüm məqamı vərəsəliyi qəbul etdiyindən, iddiaçı mərhumun oğlu olmaqla ünvan 7 miras əmlakı kütləsinə daxil olduğundan iddiaçı hazırki tələblə müraciət etməkdə haqlıdırlar. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, iddiaçı ölüm məqamı vərəsəliyi qəbul etmiş X1 oğlu olduğundan o, qanun üzrə vərəsədir. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 fərdi yaşayış evinə dair 33 saylı Dövlət Notariat ofisi tərəfindən X29 hüququ haqqında xx.xx.2021-ci il tarixli 2V-50 nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri 33 saylı dövlət notariat ofisi tərəfindən verilmiş, 2V-50 reystrlə qeydə alınmış (vərəsəlik işi №47 ) X29 hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-4/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-4/2025
13.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver