Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-63/2025 11.03.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış 540 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvan **********40014 abonent kodu ilə işıqla təchiz edilmişdir. Qeyd olunan işıq xətti onun istifadəsindədir. Abonent kodu onun mərhum atası Mirələm Quliyevin istifadəsində olmuşdur və hazırda da onun adına qeydiyyatdadır. İşıq xəttini isə adına rəsmiləşdirə bilmir. Çünki keçmiş dövrdən qalmış və dondurulmuş borc olaraq bilinən işıq borcu onlardan tələb edilir. Hansı ki, həmin borc ancaq işıq xətti bir addan başqa ada keçəndə tələb edilir. Borcun necə yaranması ona məlum deyil. Beləliklə, cavabdeh təşkilata müraciət edərək işıq xəttini öz adına qeydiyyata keçirmək niyyətində olduğunu bildirmişdir. Həmin vaxt məlum olmuşdur ki, onun işıq kodu üzrə 2000-ci ildən qalma 540 manat borc mövcuddur. Həmin borcun necə yarandığından məlumatı yoxdur. O, istifadə etdiyi işıq enerjisinə görə borcunu vaxtıvaxtında odəmişdir. Hesab edir ki, illər əvvəl yazılmış və hansı əsasla hesablandığı məlum olmayan borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə mülki işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsionin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarından olan abunə haqqından görünür ki, xx.xx.2000-ci il tarixdə ünvan 2 ünvanda olan **********40014 saylı sayğac Mirələm Quliyevin adına rəsmiləşdirilmişdir. İş materiallarından olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı cavab məktubundan görünür ki, qeyd edilən ünvanda yerləşən yaşayış sahəsində elektrik enerjisinin hesabatının aparılması üçün **********40014 saylı abunə kodu xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2002-ci il tarixinədək yaşayış sahəsində istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 540 manat borc yaranmışdır. Bu borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. İş materiallarından olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi seriya ÖM, 232750 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə 14 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki işin materiallarında və iddiaçının vermiş olduğu izahatından müəyyən edilmişdir ki, iddiaçı elektrik enerjisində istifadə olunması zamanı sayğac üzrə hesablanmış borcu ödəmişdir. İddiaçı iddia edir ki, qeyd edilən borc onun tərəfindən yox, həmin dövrdə mənzildə yaşayan digər şəxlər tərəfindən istehlak edilmişdir. Məhkəmə qeyd edir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən aparılır. İddiaçıya hesablanmış borc da, məhz sayğac üzrə hesablanmış borcdur. Qeyd edilən borc ödənilməmişdir. Hazırkı mülki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən hər hansı qanun pozuntusu halının mövcudluğu aşkar edilməmişdir. İddiaçının həmin dövrdə qeyd edilən evdə yaşamaması və həmin enerjinin onun tərəfindən istifadə edilməməsinə münasibətdə məhkəmə hesab edir ki, bu halların mövcudluğunun sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür və iddiaçının həmin evdə yaşayan şəxslərdən ödənilmiş borcun qaytarılmasını təlb etmək hüququ vardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq hesablanmış 540 manat borcun silinməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq hesablanmış 540 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-63/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-63/2025
11.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver