Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-7/2024 20.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh X5, Cavabdeh2 Malik oğlunun nümayəndəsi Abasağayeva Zairanın, X1 iştirakı ilə İddiaçı Bakı şəhəri Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər X9 və Cavabdeh2 Malik oğluna qarşı “özbaşına tikintilərin sökülməsi, binanın yan hissəsində açılmış qapı yerinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəməiclasında baxaraq, m üə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi cavabdehlər X9 və Cavabdeh2 Malik oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının ərazisində cavabdehlər X6 və Cavabdeh2 Malik oğluna məxsus olan qanunsuz tikilmiş özbaşına tikililərin sökülərək tam şəkildə ərazidən çıxarılması və Cavabdeh2 Malik oğlu tərəfindən binanın yan hissəsində açılmış qapı yerinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsində 2 mərtəbəli, çoxmənzilli, bir girişli 44 nömrəli yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Binanın 7 nömrəli mənzili 3 yaşayış otağından və müvafiq köməkçi sahələrdən ibarətdir. Həmin mənzilin sahibi cavabdeh X7r. Binanın ərazisində X6 məxsus olduğunu iddia etdiyi özbaşına tikinti işləri müəyyən vaxtlarda qanunsuz olaraq aparılmışdır. Sakinlərin müraciətinə əsasən də həmin tikinti istifadə olunmur və təhlükə, antisanitariya və digər pozuntu hallarının yaranma mənbəyidir və həmin tikilinin sökülməsini tələb edirlər. Eyni zamanda, nə cavabdeh X9, nə də digər şəxslər həmin ünvanda-mənzildə uzun illərdir ki, yaşamırlar və istifadə etmirlər. Yaşayış olmadığından mənzilin qaz təchizatı da uzun müddət dayandırılmışdır. Binanın 3 nömrəli mənzili 3 yaşayış otağından və müvafiq köməkçi sahələrdən ibarətdir. Həmin mənzilin sahibi Cavabdeh2 Malik oğludur. Binanın ərazisində Cavabdeh2 Malik oğluna məxsus olduğunu iddia etdiyi özbaşına tikinti və hasarlama işləri, həmçinin binanın yan hissəsində qapı yerinin açılması müəyyən vaxtlarda qanunsuz olaraq aparılmışdır. Həmçinin cavabdehlər olan qonşular arasında qarşılıqlı mübahisə vardır. Belə ki, X5 tələbi Cavabdeh2 Malik oğluna məxsus qanunsuz tikililərin, Cavabdeh2 Malik oğlunun tələbi isə X6 məxsus qanunsuz tikililərin sökülməsidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı şəhəri Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddianı qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, mübahisəli ünvandakı hamam onlara məxsusdur. Sökmək istəyirlərsə hamamlı mənzillə təmin edib söksünlər. Hamamın sənədi yoxdur. Amma İcra Hakimiyyətinin razılığı olmasaydı oranı tikməzdilər, hər hansı rəsmi sənəd olmasa da şifahi razılıq veriblər. Gəlsinlər hamamı sənədləşdirsinlər. Həm də, hamamla binanın qabağının bağlanmasının nə əlaqəsi var. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında tərcüməçi ilə iştirak edən Cavabdeh2 Malik oğlunun nümayəndəsi Abasağayeva Zaira iddianı qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, onlarla digər cavabdeh X9 arasında tikililərlə bağlı münaqişə var. Cavabdeh münaqişənin həlli üçün heç bir addım atmır. Digər cavabdehin də tikdiyi qalsın, onların da. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 153 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 akı şəhəri, ünvan 1 ünvanında qeydiyyatlı yaşayır. İş materiallarında olan 153 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 akı şəhəri, ünvan 2 ünvanında qeydiyyatlı yaşayır. İşdə olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının 7 nömrəli mənzili 3 yaşayış otağından və müvafiq köməkçi sahələrdən ibarətdir. Həmin mənzilin sahibi cavabdeh X7r. Binanın ərazisində Z.Əlizadəyə məxsus olduğunu iddia etdiyi özbaşına tikinti işləri müəyyən vaxtlarda qanunsuz olaraq aparılmışdır. Sakinlərin müraciətinə əsasən də həmin tikinti istifadə olunmur və təhlükə, antisanitariya və digər pozuntu hallarının yaranma mənbəyidir. Eyni zamanda, nə cavabdeh, nə də digər şəxslər həmin ünvanda uzun illərdir yaşamırlar və istifadə etmirlər. Yaşayış olmadığından mənzilin qaz təchizatı da uzun müddət dayandırılmışdır. Binanın 3 nömrəli mənzili 3 yaşayış otağından və müvafiq köməkçi sahələrdən ibarətdir. Həmin mənzilin sahibi Cavabdeh2 Malik oğludur. Binanın ərazisində Cavabdeh2 Malik oğluna məxsus olduğunu iddia etdiyi özbaşına tikinti və hasarlama işləri, həmçinin binanın yan hissəsində qapı yerinin açılması müəyyən vaxtlarda qanunsuz olaraq aparılmışdır. Həmçinin, cavabdehlər qonşular arasında qarşılıqlı mübahisə vardır. Belə ki, X5 tələbi Cavabdeh2 Malik oğluna məxsus qanunsuz tikililərin, Cavabdeh2 Malik oğlunun tələbi isə X6 məxsus qanunsuz tikililərin sökülməsidir. Həmin qanunsuz tikilmiş özbaşına tikililərin sökülərək tam şəkildə ərazidən çıxarılması və binanın yan hissəsində açılmış qapı yerinin əvvəlki vəziyyətə qaytarılması təklif olunur. İş materiallarına yaşayış binasının həyətində tikilmiş tikili və qapının fotoşəkilləri əlavə edilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 152 saylı sərəncamının surətindən görünür ki, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi yaradılmışdır. Həmin sərəncama əlavə edilmiş təhvil-təslim aktına əsasən, 3 saylı XT MKTB-nin balansında olan Pirallahı qəsəbəsində 153 saylı MKİS-in xidməti ərazi dairəsinə daxil olan yaşayış, qeyri-yaşayış, digər vəsaitlərin siyahısı və s. Pirallahı MKTB-nə təhvil verilmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xx.xx.2023 tarixli 10/3060 №-li rəyi ilə müəyyən edilmişdir ki, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan, 2 mərtəbədən ibarət yaşayış binasının ön hissəsində ölçüləri 4.4 metr x 3.6 metr olmaqla mişar daşından inşa edilmiş tikilinin mövcud olduğu, həmçinin qeyd olunan yaşayış binasının girişə nisbətdə sol hissəsində əlavə olaraq giriş-çıxış qapısının açıldığı müəyyən olunur. Lakin qeyd olunan tikinti-quraşdırma işlərinin qanunsuz olubolmamasının müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizası çərçivəsində həll olunan məsələlər dairəsinə aid deyildir. İşdə olan Azərbaycan Respublikasının Fövqəlarə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-2/2-11269/2023 nömrəli məktubundan görünür ki, iş həcminin böyük olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X4 Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün mütəxəssis ayrılması imkan xaricindədir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi öz balansında olan (dövlət mənzil fonduna aid olmaqla) Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsində 2 mərtəbəli, çoxmənzilli, bir girişli 44 nömrəli yaşayış binasının həyətyanı ərazisində 7 nömrəli mənzilin mülkiyyətçisi X9 tərəfindən hamam inşa edildiyini, 3 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh2 Malik oğlu tərəfindən özbaşına tikinti və hasarlama işləri aparıldığını, həmçinin binanın yan hissəsində qapı yerinin açılmasını bildirərək, göstərilən tikililərin sökülməsi və binanın yan hissəsinin əvvəlki vəziyyətə gətirilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 43.2.1 və 43.2.2-i maddəsinə əsasən çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, cavabdehlər X9 və Cavabdeh2 Malik oğlu tərəfindən həqiqətən də heç bir icazə sənədləri alınmadan Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsində yerləşən 44 nömrəli yaşayış binasının həyətyanı ərazisində tikinti işləri aparılmış, həmçinin cavabdeh tərəfindən qapı yeri açılmışdır. Beləliklə, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış və müəyyən olunmuşdur ki, iddiaçı mövcud tələbi irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehlər X9 və Cavabdeh2 Malik oğlu tərəfindən mübahisəli tikililərin tikilməsi və yaşayış binasında qapı yerinin açılması üçün müvafiq icazənin olmadığını nəzərə alaraq hesab edir ki, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının həyətyanı sahəsində cavabdehlər X6 və Cavabdeh2 Malik oğluna məxsus olan tikililər onlar tərəfindən sökülərək ərazidən çıxarılmalı və Cavabdeh2 Malik oğlu tərəfindən binanın yan hissəsində açılmış qapı yeri əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının həyətyanı sahəsində cavabdehlər X6 və Cavabdeh2 Malik oğluna məxsus olan tikililər onlar tərəfindən sökülərək ərazidən çıxarılsın. Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının yan hissəsində Cavabdeh2 Malik oğlu tərəfindən açılmış qapı yeri əvvəlki vəziyyətinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 (əlli) manat cavabdehlər X9 və Cavabdeh2 Malik oğlundan tutulub X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-7/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-7/2024
20.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver