Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1026/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Tofiq oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Azərbaycan SSR Bakı şəhər X15 tərəfindən verilmiş ##.##.1975-ci il tarixli, ****** nömrəli orderə əsasən, Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, mənzil 21 X10 istifadəsinə verilmişdir. Ailə tərkibi: özü - X10, arvadı X5 və qızı - İddiaçıdır.
2. Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin ##.##.1997-ci il tarixli 1464№-li arayışına əsasən, Cavabdeh həqiqətən Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, 2 mərtəbəli evin 1 mərtəbəsinin 26.3 kv.m sahəsi olan 2 otaqlı ** nömrəli mənzildə yaşayır. Mənzildə qeydiyyatda olanlar: Cavabdeh və X5r.
3. Cavabdeh 1997-ci ildə Bakı Texniki Inventarizasiya Bürosuna mənzilin özəlləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, X2 tərəfindən həmin tarixdə ərizə yazaraq yaşadığı mənzilin oğlu Cavabdeh adına dəyişdirilməsinə icazə vermişdir.
4. Azərbaycan Respublikası Qaradağ rayon Icra Hakimiyyətinin Başçısının ##.##.1997- ci il tarixli *** №-li “Kirayə müqaviləsinin dəyişdirilməsi” barədə sərəncamına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ev 43, mənzil 21-in kirayəçisi Cavabdeh atası Tofiq Süleymanov ##.##.1991-ci ildən qeydiyyatdan çıxdığından kirayə müqaviləsi dəyişdirilmiş və mənzilin kirayəçisi Cavabdeh hesab edilmişdir.
5. Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsi tərəfindən verilmiş MH seriyalı ##.##.1997-ci il tarixli ****** №-li Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ev 43, mənzil 21 Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
6. X5 ##.##.2021-ci il tarixdə vəfat etmişdir.
7. Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2024-cü il tarixli X11 (2476680001598), Heydərov Yusif Güloğlan oğlu (2476680001601), X6 (2476680001602), X7 (2476680001600), Heydərov Güloğlan Əmrah oğlu (2476680001599) tərəfindən verilmiş ərizələrə əsasən, qeydiyyatda olduqları və Cavabdeh məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı (E.Quliyev) küçəsi, ev 43-də yerləşən ** saylı mənzilin Cavabdeh bağışlanılmasına razılıq verirlər.
8. Cavabdeh (hədiyyə verən) ilə X3 (hədiyyə alan) arasında bağlanılmış ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.7 kv/m, yaşayış sahəsi 26.3 kv/m olan 2 otaqlı mənzili oğlu X3 tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissədə hədiyyə alanın mülkiyyətinə verir.
9. Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 43, mənzil 21 ##.##.2024-cü il tarixdə 1124043147 qeydiyyat nömrəsi ilə X3 tam mülkiyyətinə keçmişdir.
10. ünvan 3 ünvanı X3 adına Bakı şəhəri, ** saylı NO-un 4ə49 reyestr nömrəli, ##.##.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən 1124043147 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
11. Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi *** saylı Mənzil-Kommunal Istismar Sahəsinin *** №-li ##.##.2024-cü il tarixli məktuba əsasən, Cavabdeh, X11, X3, X6, X4, Heydərov Güloğlan Əmrah oğlu, X9, X8 və Heydərov Yusif Güloğlan oğlu ünvan 2 ünvanında qeydiyyatdadırlar.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlama müqaviləsi qanunsuz olduğu üçün ləğv olunması və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, atası X10, anası X5 ilə 1970-ci ildə nikahları Qaradağ rayon qeydiyyat şöbəsində qeydə alınmışlar. Birgə nikahdan o ##.##.1971-ci il, qardaşı Cavabdeh ##.##.1975-ci ildə doğulmuşlar. X1 zavodunda fəhlə işləyib və iş yerindən order əsasında 2 otaqlı mənzil almışdır. Həmin mənzil ünvan 1 ünvanda yerləşmişdir. Həmin mənzildə atası, anası, qardaşı və o, qeydiyyatda olmaqla yaşamışlar. Atası 2005-ci ildə vəfat etmişdir. Anası isə həmin mənzildə qeydiyyatda olmaqla vəfat edənə kimi həmin mənzildə yaşamış, ##.##.2021–ci ildə vəfat etmişdir. Qeyd edilən order əsasında istifadə edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd elədiyi birgə yaşadığı mənzil anası X5 2012-ci ildə onun xəbəri, razılığı olmadan qardaşı Cavabdeh adına keçirilmiş və hüquqi mülkiyyət sənədi verilmişdir. Atası ilə anasının nikahı 1985-ci ildə pozulmuşdur. Qanun tələbinə görə boşanmış ər-arvad bir-birlərinə vərəsə ola bilməzlər. ** saylı Notariat ofisində qanun pozuntusuna yol verərək Anasının vasitəsilə 2 otaqlı mənzil qardaşı Cavabdeh adına keçirilmişdir. O bunu anasının vəfatından sonra vərəsəlik açmaq istədikdə bilmişdir. O sonra Notariat ofisinin müdiriyyətinə hüquqlarının pozulduğu barədə bildirdikdə ona sən kimsən yaxşı etmişdir deyə bildirmişlər. Qardaşının birinci arvadı qardaşını dəfələrlə təhdid edərək evi oğlu Rəvana bağışlanmasını tələb etmişdir. Qardaşı onun etirazlarına baxmayaraq mənzili oğlu Rəvana bağışlamışdır. O mənzilin mübahisəli və heç bir bağışlama işləmini aparmamasını bildirmişdi yazılı və şifahi halda. Etirazını bildirdiyi halda ofisin müdiyyəti onun narazılığına əhəmiyyət verməmişdir və 2 otaqlı mənzili Cavabdeh tərəfindən oğlu X3 bağışlama müqaviləsi bağlamışdır. Qardaşı Cavabdeh həmin mənzili oğlu Rəvan Cavabdeh oğluna ##.##.2024-cü ildə notariat qaydada bağışlaması qanunsuzdur. Qardaşı Aslan anasının sağlığında 2019-cu ildə qeyd edilən ünvandan çıxmış orada formal qeydiyyatda olsa da başqa ünvanda ikinci ailəsi ilə kirayədə yaşayır. Anası sağlığında Aslanın birinci ailəsini evdən qovmuşdu və evə buraxmırdı. O isə buna baxmayaraq evi zəbt etmiş və sonra evi Aslanı təhdid edərək oğlunun adına bağışlanma yolu ilə keçirmişdir. Hesab edir ki, sözügedən bağışlama müqaviləsi qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Bu fakt onun pozulmuş vərəsəlik hüququnun bərpa edilməsi üçün zərurətdir.
14. İddiaçı mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi, vərəsə tanınma miras əmlakın bölünməsi və Cavabdeh ilə X3 arasında bağlanmış ##.##.2024-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi üzrə Qaradağ Rayon Məhkəməsinin icraatında *(***)-***/**** nömrəli mülki iş olmuş, lakin sonradan İddiaçı həmin bağışlama müqaviləsinin ləğvinə dair hissəni geri götürmüşdür.
15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Gülnar Aslanova).
16. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, ** nömrəli mənzilin icarədarı 1975-ci il tarixli order əsasında iddiaçının atası Tofiq Süleymanov olmuş, həmin vaxt iddiaçı kirayədarın qızı kimi orderdə ailə üzvü olaraq göstərilmişdir. Mənzilin kirayəçisi 1997-ci il tarixli sərəncamla dəyişdirilərək Cavabdeh olmuş, ailə üzvü yalnız Maral Süleymanova olmuş, Cavabdeh mənzil üzərində hüquqlarına dair qeydiyyat vəsiqəsi verilmişdir. Maral Süleymanova 2021-ci ildə vəfat etmişdir.1997-ci il tarixli arayış və sərəncama nəzər yetirdikdə aydın olur ki, iddiaçı İddiaçı mübahisəli mənzildə həmin vaxt qeydiyyatda olmamış və ailə üzvləri sırasında göstərilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Qaradağ rayon Icra Hakimiyyətinin Başçısının ##.##.1997-ci il tarixli *** №-li “Kirayə müqaviləsinin dəyişdirilməsi” barədə sərəncamı və Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsi tərəfindən verilmiş MH seriyalı, ##.##.1997-ci il tarixli ****** №li qeydiyyat vəsiqəsi, yəni mənzilin Cavabdeh mülkiyyətinə verilməsinə dair aktlar İddiaçı tərəfindən mübahisələndirilməmişdir.
18. Belə olan halda, iddiaçının tərəfi olmadığı əmlakın bağışlanması barədə müqavilənin ləğvini tələb etməsi əsassızdır.
19. Belə ki, hazırkı halda, Cavabdeh öz mülkiyyətində olan əmlakı oğluna bağışlamışdır.
20. Məhkəmə hesab etmişdir ki, belə olan halda, müqavilə tərəfi olmayan şəxsin həmin müqavilənin ləğvini tələb etməsinin qanuni əsası yoxdur.
21. Iddia tələbinin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçı tərəfə müqavilənin hansı elementlərinin qüsurlu olması nəticəsində etibarsız olması barədə sual ünvanlanmış, iddiaçı tərəf müqavilənin onun məlumatı olmadan bağlandığını və evin qardaşının adına onun məlumatı olmadan keçdiyini bildirmişdir.
22. Belə olan halda, əqdin etibarsızlığına hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur. Çünki, bağışlama müqaviləsi üzrə müqavilənin elementlərinin hər-hansı birinin qüsurlu olması müəyyən edilməmişdir. Iddiaçı belə halı əsaslandıra və sübuta yetirə bilməmişdir.
23. Belə ki, cavabdeh mülkiyyətində olan mənzilə dair öz iradəsi əsasında sərəncam verərək oğluna bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır.
24. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının aldadılması halı müəyyən edilməmişdir.
25. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas olmadığından, bu barədə iddia tələbi təmin edilə bilməz.
26. Bundan başqa, məhkəmə “mübahisəli mənzilin Cavabdeh adına keçməsindən iddiaçının məlumatının olmaması” ilə bağlı iddia tələbinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı bununla bağlı mənzilin cavabdehin mülkiyyətinə verilməsinə dair ilkin hüquq müəyyənedici sənədləri mübahisələndirməli idi. Həmin hüquqi marağın təmin olunması məqsədilə bağışlama müqaviləsinin ləğvi və etibarsızlığı iddiasının irəli sürülməsi əsassızdır.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.4, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 389.1, 390.1, 397.2, 421.1, 421.2, 423.1, 423.2, 666.1, 668.1.1, 670.1, 670.3, 673.1, 673.4, 674.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, cavabdeh öz qohumlarını da qəsdən qeydiyyata saldırmışdır ki, valideynlərinin əmlakına sahib çıxsın. Bununla yanaşı anasını daima təhdid etmiş, savadsız qadın olan anasını aldadaraq bütün əmlakını hələ sağlığında gizli və ya açıq şəkildə oğurlamışdır. Iddiaçının etibarından sui-istifadə edərək ona aid, yəni anasının iddiaçıya verdikləri əmlakı öz evinə (yaşadığı evə) apararkən vaxt çatmadığından anasına məxsus sandıqda olan boyunbağı, iki üzük və qırmızı qaşlı sırğanı götürməmişdir. Nuranəyə demişdir ki, sandıqda olan qızılları sabah gəlib aparacaq. Bu söhbət 2021-ci ilin avqust ayında anasının sağlığında olmuşdur. Səhər gedərkən görmüşdür ki, sandıqda olan qızılların heç biri yoxdur. Nuranə onları götürmüşdür. Sandığı da oğlu Sarvanla zibilliyə atmışdır. Dəfələrlə istəsə də, Nuranə bildirmişdir ki, həmin qızıllar onundur. O, hər gün anasına tibbi təhsili olmamasına baxmayaraq iynə vuraraq onu yatızdırırdı ki, anası onun əməllərini görməsin. Anasına məxsus olan qızıl və külli miqdarda pulların Nuranə tərəfindən oğurlanmasını anası bilmirdi. Anası oğurluğuna görə Nuranəni evdən qovmuşdur. O, həyətdə olan bir otaqda evdə yaşayırdı. Anası zəif gördüyündən qonşu kimi evə girib iynə vururdu ki, anası yatsın, evi sərbəst şəkildə axtara bilsin. Anasının evindən əşyalarını apardıqdan sonra anasının evini zorla zəbt etmişdir. Azərbaycan Respublikası MM-nin 1243,1248,1274,1276,1318-ci maddələrinin tələbləri pozulmuş, ümumiyyətlə vərəsəlik işi açılmamışdır. MM-nin 139, 139.1, 146-cu maddələrinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə işə baxarkən qeyd edilən hüquq normalarını tətbiq etməmiş və heç bir araşdırma aparmamışdır. Işə baxılarkən Azərbaycan Respublikası Konstitisiyasının 29-cu maddəsinin VII hissəsində təsbiq olunmuş vətəsəlik hüququnun pozulmasına hüquqi qiymət verilməmişdir. Işə baxılarkən Azərbaycan Respublikası Konstitisiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Qərarının tələbləri nəzərə alınmamışdır. Belə ki, MPMnin 8.1-ci maddəsisndə göstərildiyi kimi ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilməmişdir. MPM-nin 9-cu maddəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaradır. Lakin məhkəmə bu və irəli sürülmüş digər tələblərə əməl etməmişdir. MPM-nin 14.2-ci maddəsində göstərildiyi kimi tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, məhkəmə bunları etməmişdir. MPM-in sübutlara aid edilən 76,77.1,88,97ci maddələrinin tələblərini pozmuşdur. Onun konstitusiyada təsbit olunmuş vərəsəlik hüququ pozulmuşdur. Belə ki, işin faktiki halları aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir. Atasına məxsus mənzil əsassız olaraq qardaşının oğluna bağışlanmışdır. Mənzilin qardaşının adına özəlləşdirilməsindən və bağışlanma müqaviləsindən iddiaçının xəbəri olmamışdır. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyəti olan halları sübut etməmiş, mülahizələrə əsaslanmışdır. Bağışlanan mənzilin bağışlanana qədər hüquqi taleyi aydınlaşdırılmamış və hər hansı sübuta istinad edilməmişdir. Halbuki həmin mənzil atasına verilmiş və qardaşın qanunsuz yolla mənzili adına özəlləşdirmişdir. Sonradan isə oğluna bağışlamışdır. Məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Məhkəmədə işə baxılarkən iddia tələbi üzrə heç bir araşdırma aparılmamışdır. Məhkəmədə qarşı tərəf iştirak etmədən əsassız qətnamə qəbul edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Azad Imanov-sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinski).
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının aldadılması halı müəyyən edilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas olmadığından bu barədə iddia tələbi təmin edilə bilməz.
32. Müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə müəyyən əsas və şərtlər göstərilmişdir. KonstitusiyaMəhkəməsinin Plenumun Qərarında göstərilmiş hüquqi mövqeyinə əsasən, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).
33. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 389.1, 390.1, 397.2, 666.1, 668.1.1, 670.1, 670.3, 673.1, 673.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2024-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən maddi hüquq normalarını pozmuşdur. Çünki İddiaçı atası Tofiq Süleymanovun ailə tərkibidir. Mübahisəli mənzilin özəlləşdirilməsinə dair Cavabdeh Bakı Texniki Inventarizasiya Bürosuna ərizə ilə müraciət edərkən Cavabdeh anası Maral Süleymanova razılıq verərkən İddiaçı da razılığı alınmalı idi. Tofiq Süleymanov öləndən sonra İddiaçı vərəsə olmağına hüquqi qiymət verilmədən sözü gedən daşınmaz əmlak Cavabdeh tərəfindən Rəvan Süleymanova bağışlanmışdır. Bununla da İddiaçı mülkiyyət hüququ pozulmuşdur.
36. Bundan başqa, məhkəmə tərəfindən MPM-in 77.1, 88, 217, 389.1-ci maddələrinin tələbləri pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
41. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
42. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
43. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç
44. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
45. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
46. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
47. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
48. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
49. Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.
50. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
51. Maddə 668.1.1 Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
52. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
53. Maddə 670.3 Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.
54. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
55. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
56. Maddə 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarı
57. MM-in 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur.
58. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2024-cü il tarixli qərarı
59. ..hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
71. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddiaçının apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və iddiaçının dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini
73. yoxlayır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.