Məhkəmə qərarları › İş №2(1-8)-1030/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1030/2026

20.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1030/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, Bakı şəhəri ** saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsinə qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 cavabdehlər cavabdeh3, cavabdeh4 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, Bakı şəhəri ** saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, müqavilənin və çıxarışın etibarsız hesab edilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 cavabdehlər cavabdeh3, cavabdeh4 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. 19**-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə” aid pasportdan görünür ki, Məktəb küçəsi ** nömrəli evin sahibi X11r. 26. III- ЖГ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ##.##.1987-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

2. ЖГ seriyalı ****** nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X40 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ##.##.1987-ci il tarixdə 186 nömrə ilə qeyd edilmişdir.

3. Nikahın bağlanması haqqında **** nömrəli akt qeydinin surətinə əsasən, Aqasyan Conik Şaqenoviçlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 ##.##.1988-ci il tarixdə nikaha daxil olmuşlar.

4. AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ##.##.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Məmmədov Yusif Musa oğlu, anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4dır.

5. ##.##.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ölən günədək ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir.

6. AZ-İ seriyalı ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ilə X36 arasında arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ##.##.2005-ci il tarixdə 145 nömrə ilə qeyd edilmişdir.

7. AZ-İ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 ##.##.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

8. AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ##.##.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür.

9. Yaşayış yeri üzrə qeydiyyat haqqında 6246799 №li arayışdan görünür ki, cavabdeh4 ##.##.2006-cı il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır.

10. Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə ünvanlanmış 84.1.**/** nömrəli ##.##.2012-ci il tarixli məktubdan göründüyü kimi X5 ##.##.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında ##.##.2012-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və iddiaçı İddiaçı artıq miras qoyanın vərəsəsi olaraq tanınmış və bu barədə DƏDRX-nin * saylı Bakı şəhər Ərazi Idarəsinə məlumat verilmişdir.

11. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən, X23 ilə X11 eyni şəxs olması və 1990-cu il tarixdə doğulmuş və ##.##.1987-ci il tarixdə vəfat etmiş X23 (X11) ##.##.1932-ci il tarixdə anadan olmuş cavabdeh3 anası olması faktının müəyyən edilməsi qət edilmişdir.

12. RX seriyalı ******* nömrəli ##.##.2017-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi X11 mülkiyyətindədir.

13. 2V-** reyestr nömrəli ##.##.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1987-ci il tarixdə ölmüş X11 vərəsəsi oğlu cavabdeh3 mirasdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.549 ha torpaq sahəsindən ibarətdir.

14. *** nömrəli ##.##.2022-ci il tarixli arayışdan görünür ki, XX.XX.1900-cu il təvəllüdlü X11 vəfat edən günə kimi (##.##.1987) oğlanları ##.##.1937-ci il təvəllüdlü Yusif Musa oğlu, ##.##.1936-cı il təvəllüdlü X5 (##.##.2010-cu ildə vəfat edib) ilə bir ünvanda qeydiyyatda olmuşlar.

15. *** nömrəli ##.##.2022-ci il tarixli arayışdan görünür ki, ##.##.1937-ci il təvəllüdlü mərhum Yusif Musa oğlu ilə nikahda olmuş ##.##.1960-cı il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 1990-cı ildən Maştağa qəsəbəsi B.Bağırov küçəsi ev 54 ünvanında qeydiyyatdadır və yaşayır. Oğlu ##.##.1991-ci il təvəllüdlü İddiaçı anası ilə birgə qeydiyyatdadır, yaşayır.

16. Azərbaycan Respublikası IN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi,** nömrəli fərdi yaşayış evinə dair 19**-ci il tarixdə tərtib edilmiş texniki pasporta, Bakı şəhər Baş Polis Idarəsinin ##.##.2017-ci il tarixli ***-****-**** nömrəli arayışına, Bakı şəhəri ** saylı notariat kontorunun ##.##.2017-ci il tarixli ** nömrəli məktubuna, cavabdeh3 ##.##.2017-ci il və ##.##.2017-ci il tarixli ərizələrinə əsasən ünvan 7 ünvanında yerləşən 0,549 ha torpaq sahəsinə mərhum Q.Səlimovanın adına qeydiyyatdan keçmişdir və RX seriyalı ******* nömrəli ##.##.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri ** saylı DNK-nin ##.##.2017-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Mübahisəli ünvanda yerləşən 0.549 ha torpaq sahəsindən 0.06 ha hissəsi Bakı şəhəri ** saylı DNK-nın ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən maraqlı şəxs2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mübahisəli ünvanda yerləşən 0.549 ha torpaq sahəsindən 0.06 ha hissəsi Bakı şəhəri ** saylı DNK-nın ##.##.2017-ci il tarixli 4Ə*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən maraqlı şəxs1 Yəhya Bala oğlunun adına qeydiyyatdan keçmişdir. 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1A saylı fərdi yaşayış evi maraqlı şəxs1 Yəhya Bala oğlunun adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 0.549 ha torpaq sahəsindən 0.429 ha hissəsi Bakı şəhəri ** saylı DNK-nın ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

17. ##.##.2022-ci il tarixli ************* nömrəli ** saylı Notariat ofisinə ünvanlanmış elektron ərizədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 mərhum əri Məmmədov Yusif Musa oğlundan qalmış əmlak üzrə miras payının oğlu İddiaçı adına sənədləşməsinə etiraz etmir, razıdır. (1-ci cild, i\v səh. 43).

18. X50 Reyestri Xidmətinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı doğumunun Xətai rayon Qeydiyyat şöbəsində qeydə alındığı və bu barədə XVI-JQ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin tərtib edildiyi müəyyən edilmişdir. Həmin akt qeydinin üzərinə baxış keçirilərkən ata haqqında məlumat qrafasında baba adına dəyişiklik edildiyi və bununla bağlı ##.##.2016-cı ildə AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin təqdim edildiyi aşkar olunmuşdur. Eyni zamanda, Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən İddiaçı atalığının müəyyən edilməsi haqqında akt qeydinin deyil, ##.##.1991-ci ildə Xətai rayon Qeydiyyat şöbəsində övladlığa götürülməsinin dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Övladlığa götürülmə haqqında akt qeydi tərtib edildikdən sonra İddiaçı adına ****** nömrəli doğum haqqında şəhadətnamənin təqdim olunduğu müəyyən edilmişdir. Müvafiq informasiya sistemində axtarış aparılarkən ##.##.1960-cı il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 ##.##.1978-ci ildə Qubadlı rayonunun Zilanlı kənd icra nümayəndəliyində X2 ilə nikaha daxil olduğu, həmin nikahın pozulmasının ##.##.1984-cü ildə Qubadlı rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 ##.##.1988-ci ildə olan Conik Şaqenoviçlə Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikahı rəsmiləşdirilmişdir. Bu nikahın pozulması məhkəmə qətnaməsi əsasında ##.##.1990-cı ildə həmin qeydiyyat şöbəsində qeydə alınmışdır.

19. X21 ##.##.2010-cu il tarixli vəsiyyətnamə əsasında ölən günədək ona məxsus olan bütün əmlakını cavabdehə vəsiyyət etmişdir.

20. Həmin vəsiyyətnamə iddiaçı cavabdeh4 cavabdeh İddiaçı qarşı “X5 adından tərtib olunmuş ##.##.2010-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

21. Iddiaçı cavabdeh4 cavabdeh İddiaçı qarşı “X5 adından tərtib olunmuş ##.##.2010-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı cavabdeh4 Sabunçu Rayon Polis Idarəsinə ##.##.2024-cü il tarixli ərizə ilə müraciəti əsasında Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə qəbul edilmiş “cinayəti işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən, müəyyən edilmişdir ki, vəsiyyətnamənin orta ixtisas təhsilli, yazıb-oxumaq qabiliyyətli, əqli və fiziki cəhətdən sağlam olan X5 tərəfindən deyil, guya savadsız olması göstərilməklə digər bir şəxs, vəsiyyətnamənin tərtib olunduğu vaxtda və yerdə faktiki olaraq orada olmaması sübuta yetirilmiş X25 tərəfindən imzalanması, vəsiyyətnamənin tərtib olunduğu vaxtda və yerdə faktiki olaraq orada olmamaları sübuta yetirilmiş mərhumlar X12 və X14 şahidliyi ilə təsdiq edilməsi, vəsiyyətnaməni tərtib etmiş sabiq notariusun istintaq orqanından qərəzli olaraq yayınması əsaslarından vəsiyyətnamənin saxta yolla tərtib edilməsi faktı təsdiq edilmiş, baş vermiş hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 308.1, 313-cü maddələrin tərkib əlamətləri olduğu müəyyən edilmiş, lakin hadisədən artıq 13 ildən artıq bir müddət keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (5-ci cild, i\v səh. 62- 67)

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

22. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, Bakı şəhəri ** saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı vərəsəlik hüququnun tanınması və ¼ hissədə miras payının müəyyən edilməsi, həmin torpaq sahəsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən cavabdeh3 verilmiş ##.##.2017-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsi tərəfindən cavabdeh3 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin cavabdeh4 satılması ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsi tərəfindən cavabdeh4 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

23. Iddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin ¼ hissəsinə onun və anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 vərəsəlik hüquqlarının tanınması, əmisi X5 vəsiyyət üzrə vərəsəsi olaraq ona məxsus ¼ hissəyə onun vərəsəlik hüququnun tanınması, həmin torpaq sahəsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən cavabdeh3 verilmiş ##.##.2017-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsi tərəfindən cavabdeh3 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin cavabdeh4 satılması ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsi tərəfindən cavabdeh4 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

24. Iddia tələbi belə əsaslandırılmışdır ki, ##.##.1991-ci il tarixində Maştağa qəsəbəsində anadan olmuş, həmin tarixdən ünvan 11 B.Bağırov) 54 ünvanında yaşayıb və qeydiyyatda olubdur. Iddiaçının atası Məmmədov Yusif Musa oğlu ##.##.1937-ci il tarixində anadan olub, həmin ünvanda yaşayıb, orada qeydiyyatda olub, həmin ünvanda da ##.##.2006-cı il tarixində dünyadan köçüb, anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4dır, ##.##.1960-cı ildə anadan olub, 1990-cı ildən atası ilə faktiki nikahda olub, həmin ünvanda yaşayıb, ##.##.2005-ci il tarixində nikahlarını rəsmiləşdirərək rəsmi və faktiki nikah münasibətlərində olublar. Anası da 1990cı illərdən həmin ünvanda yaşayıb və qeydiyyatda olub. Hal-hazırda da iddiaçı ilə birlikdə həmin ünvanda yaşayır. Belə ki, Sabunçu RIH başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış ##.##.2022-ci il tarixli *** nömrəli arayışda qeyd olunur ki, ##.##.1937-ci il təvəllüdlü mərhum Yusif Musa oğlu ilə nikahda olmuş ##.##.1960-cı il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 1990-cı ildən Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 54 ünvanında qeydiyyatdadır və yaşayır, oğlu ##.##.1991-ci il təvəllüdlü İddiaçı anası ilə birgə qeydiyyatdadır, yaşayır. Həmin ünvan iddiaçının nənəsi X11 adında olmuşdur, halhazırda da əldə olan 19**-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Texniki Pasportundan görünür ki, mülkün sahibi X11r. ünvan 12 ünvanında yaşayan, qeydiyyatda olan iddiaçının nənəsi (atasının anası) Q.Səlimova ## ###### 1987-ci ildə həmin ünvanda vəfat etmişdir. Nənəsinin əri maraqlı şəxs1 Məmməd oğlu isə 1953-cü ildə vəfat etmişdir. Nənəsinin 1926-cı il təvəllüdlü X8, 1932-ci il təvəllüdlü X15, ##.##.1936-cı il təvəllüdlü X5, ##.##.1937-ci il təvəllüdlü Məmmədov Yusif Musa oğlu olmaqla 4 övladı olmuşdur. * saylı Bakı Ərazi Idarəsindən alınmış arayış əsasında bilinmişdir ki, nənəsi dünyadan köçənə kimi yaşadığı fərdi yaşayış evinin tikilisi mülkiyyətində, torpaq sahəsi isə qanuni istifadə və sahibliyində olmuşdur. Həmin evin Texniki pasportda əks olunan 0,5489 ha torpaq sahəsinin ölçüsündə torpaq sahəsi nənəsin adında idi. Texniki pasport nənəsi iddiaçı və atası ilə birgə yaşadığı üçün atası Yusifdə olmuş, daha sonra isə ailədə qalmışdır. Həmin sənəddə əks olunmuş torpaq sahəsi hələ nənəsinin sağlığında ikən 4 övladı arasında bölünmüş, hər kəsin torpaq sahəsi hasara alınmış, hərə öz evini tikib öz sahəsində yaşayırdı. Bu bölgü indi də mövcuddur. Eyni zamanda iddiaçının nənəsi dünyadan köçərkən həmin ünvanda 4 övladı yaşamışdırlar, bunlardan da biri atası idi. Bu, Maştağa Icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. Sözügedən 54,89 sotluq torpaq sahəsində oğlanları tərəfindən hərəsi özünə aid torpaq sahəsində ayrıca bir ev tiksələr də, iddiaçının nənəsi onun atası ilə, yəni kiçik övladı Yusiflə birlikdə evin Texniki Pasportunda “A” hərfi ilə göstərilmiş tikilisinin iddiaçıgilin həyətində olan hissəsində yaşamış, elə atasının yanında da vəfat etmişdir. Elə iddiaçının “Qüdrət" adı da mərhum nənəsinin adı şərəfinə atası tərəfindən qoyulmuşdur. Atası 2006-cı il tarixdə dünyadan köçənə kimi həmin ünvanda qeydiyyatda olmuş və ailəsi, anası və həmçinin, iddiaçı ilə birlikdə yaşamışdır, bu da icra nümayəndəliyindən alınmış arayışla təsdiq olunur. Belə ki, Sabunçu RIH-i başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış ##.##.2022-ci il tarixli *** nömrəli arayışda deyilir ki, XX.XX.1900cü il təvəllüdlü Q.Səlimova vəfat edən günə kimi Yusif, Yaqub onunla bir ünvanda qeydiyyatda olmuşlar. Iddiaçının atası anasından miras qalmış evin və torpaq sahəsinin ona aid olan hissəsini faktiki olaraq qəbul edib idarə etsə də, malik olduğu vərəsəlik hüququnun rəsmiləşdirmədən, vərəsəlik hüququ haqqında şəhadətnamə almadan vəfat etmişdir. Atasının ölümündən sonra miras əmlak anası və onun tərəfindən qəbul edilmişdir. Iddiaçının atası ## ##### 2006-cı il tarixində vəfatından sonra ona anasından qalmış torpaq sahəsi hissəsi və ev hissəsi iddiaçı və anası tərəfindən qəbul və idarə edilmişdir. Iddiaçı həmin hissədə torpaq sahəsinin və evin sahibi və istifadəçiləri olmuşdur. Iddiaçı öz payını, tam fəaliyyət qabiliyyəti olmadığı üçün, anası vasitəsilə qəbul etmişdir. Hal-hazırda iddiaçının otuz bir yaşı vardır, atasından miras qalmış əmlakı - torpaq sahəsini faktiki qəbul etməyi ərazi notariat ofisi olan ** saylı notariat ofisində qeydiyyata aldırmaq, miras payı göstərilməklə vərəsəlik hüququna dair şəhadətnamə almaq fikrindədir. Anası mirasın iddiaçı tərəfindən qəbul edilməyi və vərəsəliyin adına sənədləşdirilməsinə etiraz etmir. Bir müddət bundan əvvəl ** saylı notariat ofisinə və * saylı Bakı Ərazi Idarəsinə sorğular verərək alınan arayış və digər sənədlərdən aydın olmuşdur ki, mərhum nənəsinə məxsus olmuş torpaq sahəsi mərhum əmisi Yəhyəbala tərəfindən onlardan xəbərsiz olaraq yalnız özünün vərəsəlik hüququnu tanıtdırmaqla adına sənədləşdirilmiş və torpaq sahəsinin bir hissəsi öz övladlarının adına, digər hissəsi isə qardaşı Isabalanın nəvəsi - hazırkı işdə cavabdeh olan cavabdeh4 adına sənədləşdirilmişdir. Iddiaçının nənəsi dünyadan köçərkən, bütün övladları sağ olmuşlar və onların hər birinin, o cümlədən iddiaçının atası ümumi miras paydan hissəsi - hərənin öz həyətyanı sahəsi və ev tikilisi olmuşdur. Evin iddiaçının nənəsinin adına tərtib olunmuş Texniki Pasportunda “A” literi ilə işarələnmiş əsas tikilisində isə nənəsi oğlu Yusiflə birlikdə yaşamışdı. Hal-hazırda iddiaçı faktiki sahibliyində və istifadəsində olan yenidən tikilmiş evin bir hissəsində tikinti altı sahədə, həmin “A” literi ilə işarələnmiş ilkin əsas tikilinin bir hissəsi hələ də qalmaqdadır. Iddiaçı yeni ev tiksələr də, həmin köhnə tikili hissəni də yeni tikdikləri evlə birləşdirərək buradan istifadə etməyə, buraya sahiblik etməyə başlamışlar. Bu isə mirasın özünə düşən pay hissəsində atası tərəfindən, daha sonra isə ailəsi tərəfindən qəbul edildiyini ifadə və təsdiq edir. ** saylı notariat ofisindən sorğu ilə almış oldğu sənədlərin surətlərindən görünür ki, iddiaçının mərhum əmisi Yəhya Balaya Sabunçu RIH-nin Maştağa qəsəbəsi üzrə o zamankı nümayəndəsi Z.Cəfərovun verdiyi avqust 2015-ci il tarixli 6870ci il tarixli arayışda bildirilmişdir ki, Q.Səlimova mülkiyyətində olan Sabunçu rayon, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 54-də vəfatına qədər ailəsi ilə birlikdə yaşayıbdır. ##.##.1987-ci ildə vəfat etdikdən sonra bu ünvanın daimi pasport qeydiyyatından silinmişdir. Göründüyü kimi, həmin arayışın özündə belə ifadə edilmişdir ki, Q.Səlimova vəfatına qədər həmin ünvanda ailəsi ilə birlikdə yaşayıb. Deməli, miras da onun ölümündən sonra ailə tərəfindən, yəni övladları tərəfindən qəbul edilib. ** saylı notariat ofisindən sorğu ilə alınmış sənədlərin surətlərindən, həmçinin arxiv arayışında iddiaçının əmisi Yəhyabalanın ana adı X16 göstərilmişdir, lakin əmisi X1 iddia tələbi üzrə işə Sabunçu Rayon Məhkəməsində xüsusi icraat qaydasında baxılmış, ##.##.2017-ci il tarixli, *(***)- ****/**** saylı məhkəmə qətnaməsi ilə, X23 ilə X11 eyni şəxs olması, 1900-cu il tarixdə doğulmuş və ## ###### 1987-ci il tarixdə vəfat etmiş X23mın ## ###### 1932-ci il tarixdə anadan olmuş cavabdeh3 anası olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən həmçinin aydın olur ki, iddiaçının nənəsi X11 4 övladı olmuşdur. Özü də bu məlumatları məhkəməyə elə iddiaçının mərhum əmisi Yəhya Balanın özü vermişdir, amma təəssüf ki, əmisi mirası qəbul edən qardaşlarının ailə üzvlərini vərəsəliyin rəsmiləşdirilməsinə dəvət etməmişdir. Işin faktiki hallarından görünür ki, ortada miras şərikləri vardır. Qanunvericilik bütün mirasın bir miras şərikinə keçməsi üçün miras şəriklərinin razılaşmasını şərt olaraq müəyyən etmişdir. Bu halda isə, iddiaçının əmisi aralarında heç bir razılaşma olmadan iddiaçının nənəsindən qalmış miras əmlakı onlardan xəbərsiz olaraq təkcə öz adına keçirmişdir. Iddiaçı öz miras payından imtina etməmiş və etmək fikri də yoxdur, o, miras payının müəyyən olunmasını, vərəsəlik hüququnun tanınmasını istəyir və payına uyğun vərəsəlik haqqında şəhadətnamə verilməsini istəyir. Bununla bağlı olaraq ** saylı notariat ofisinə müraciət etsə də, notariat ofisi sözügedən miras əmlakla bağlı əmisi Yəhya Balanı yeganə varis kimi tanıdığını qeyd etmiş və ona şəhadətnamə verilməsindən imtina etmişdir. Bu üzdən iddiaçı məhkəməyə müraciət etmək və vərəsəlik hüququnu məhkəmə qaydasında tanıtdırmaq, miras payını məhkəmə qaydasında müəyyən etdirmək, həmçinin miras daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edərək buna məhkəmə qaydasında nail olmaq qərarına gəlmişdir. Çünki, cavabdehlər və ailə üzvləri məsələnin razılaşma ilə həllinə meyl etmirlər, notariat orqanı isə vərəsəlik hüququnu tanımaqdan imtina edir. * saylı Bakı Ərazi Idarəsindən almış olduğu ##.##.2022-ci il tarixli, ************ nömrəli arayışda bildirilmişdir ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi,** nömrəli fərdi yaşayış evinə dair 19**-ci il tarixdə tərtib edilmiş texniki pasporta, Bakı şəhər Baş Polis Idarəsinin ##.##.2017-ci il tarixli ***-****-**** nömrəli arayışına, Bakı şəhəri ** saylı notariat kontorunun ##.##.2017-ci il tarixli ** nömrəli məktubuna, cavabdeh3 ##.##.2017-ci il və ##.##.2017-ci il tarixli ərizələrinə əsasən ünvan 7 ünvanında yerləşən 0,549 ha torpaq sahəsinə mərhum Q.Səlimovanın adına qeydiyyatdan keçmişdir və RX seriyalı ******* nömrəli ##.##.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri ** saylı DNK-nin ##.##.2017-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdeh3 adına qeydiyyatdan keçmişdir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,06 ha hissəsi Bakı şəhəri ** saylı DNK-nin ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən maraqlı şəxs2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,06 ha hissəsi Bakı şəhəri ** saylı DNKnin ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən maraqlı şəxs1 Yəhya Bala oğlunun adına qeydiyyatdan keçmişdir. 0,06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 6A saylı fərdi yaşayış evi maraqlı şəxs1 Yəhya Bala oğlunun adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanında yerləşən 0,549 ha torpaq sahəsindən 0,429 ha hissəsi Bakı şəhəri ** saylı DNK-nin ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bildirmək istəyir ki, maraqlı şəxs2 və maraqlı şəxs1 iddiaçının mərhum əmisi Yəhya Balanın övladlarıdır. Əmisi əslində öz faktiki payını iki oğluna bağışlama yolu ilə vermişdir. Yerdə qalan hissəni isə formal olaraq, görünüş üçün qardaşı nəvəsi cavabdeh4 adına keçirmişdir. H,Musayev iddiaçının mərhum digər əmisi olan Isa Balanın nəvəsidir. Mərhum əmisi Isa Bala da 4 varisdən biri olmuşdur və torpaq sahəsinin ona məxsus hissəsində hal-hazırda övladları və nəvələri, həmçinin cavabdeh4 yaşamışdır. Hal-hazırda cavabdeh4 0,429 ha torpaq sahəsinin hamısının faktiki sahibi deyildir. Bu torpaq sahəsinin bir hissəsi iddiaçıya məxsusdur və iddiaçı öz hissəsinin faktiki və qanuni sahibidir, bu hissə ona atasından, atasına isə öz anasından miras olaraq qalıbdır. Iddiaçının hal-hazırda əmisi oğlanları Ibrahim və Musanın sahələrinə qarşı heç bir iddiası və tələbi yoxdur, onlar ataları Yəhya Balaya məxsus hissəni qanuni olaraq alıblar. Çünki onların atalarının da Q.Səlimovadan qalan torpaq sahəsinə tam deyil, % nisbəti ilə miras payı hüquqları vardır, lakin cavabdeh4 adına olan 0,429 ha torpaq sahəsinin bir hissəsi ilə bağlı miras payı tələbi vardır. Həmin torpaq sahəsi mərhum əmisi Yəhya Bala tərəfindən əhəmiyyətsiz əqdlə - yalan alqı-satqı müqaviləsi ilə tam şəkildə cavabdeh4 adına keçirilmişdir. Əslində heç bir həqiqi alqı-satqı müqaviləsi olmamışdır. Bu əqd görünüş üçün bağlanmışdır, əmisi onların razılığı olmadan onlara məxsus torpaq sahəsi hissəsi ilə bağlı qanunsuz alqı-satqı əməliyyatı aparmış, iddiaçının miras əmlakdakı payının cavabdeh4 adına özgəninkiləşdirilməsini həyata keçirmişdir. Iddiaçının mərhum əmisi Yəhya Bala onların varis olduğunu bilə-bilə, miras əmlakla bağlı digər qardaşlarının ailə üzvlərinin qanuni varis olduğunu bildiyi halda, onlardan xəbərsiz olaraq notariat orqanında özünü yeganə varis kimi təqdim etmiş, onların faktiki sahibliyində və qanuni istifadəsində olan torpaq sahəsi hissəsinin, həmçinin mərhum əmisi Yaquba məxsus olan torpaq sahəsi hissəsinin də daxil edildiyi torpaq sahəsi ilə bağlı şəhadətnamə almışdır.

25. Müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 (bundan sonra – 2-ci iddiaçı) cavabdehlər cavabdeh3, cavabdeh4 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələblərinin təmin olunması, miras əmlakdan ¼ hissəyə onun və İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh4 iddia ərizəsinə yazılı şəkildə etiraz edərək qeyd etmişdir ki, cavabdeh cavabdeh3 atası Musa Məhəmməd oğlunun ikinci həyat yoldaşı, Səlimova Qüdrət (Ağabacı) Ağaəli qızından 5 övladı, ##.##.1926-cı il təvəllüdlü Isa Musa oğlu, ##.##.1930-cu il təvəllüdlü Yəhya Bala, 1929-cu il təvəllüdlü Əsmət, ##.##.1936-cı il təvəllüdlü Yaqub və ##.##.1937-ci il təvəllüdlü Yusif olmuşdur. Cavabdeh Yəhya Balanın atası, Musa Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 3 ünvanında ölən günədək, yəni ##.##.1953-cü ilədək ailəsi ilə birlikdə yaşamış və birgə təsərrüfatı idarə etmişdir. Musanın faktiki yaşadığı evindən başqa Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında 1 hektara yaxın torpaq sahəsi olmuş və həmin torpaq sahəsində birinci nikahından olan oğlu Həsən Ağa üçün ev inşa etmişdi. ##.##.1951-ci il tarixdə Musa Maştağa qəsəbə sovetinin deputatının, qonşularının və Yəhya Balanın iştirakı ilə mübahisəsiz olaraq, öz razılığı ilə Məktəb küçəsi, ev 54 ünvanında yerləşən əmlakı Yəhya Balaya verərək özündən ayırır və bu barədə Maştağa qəsəbə Soveti Icraiyyə Komitəsinin sədrinin imzası ilə AKT tərtib edilir. (AKT ərizəyə əlavə edilir) Yəhya Bala atasının ölümündən sonra anası Q.Səlimova ilə Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında yaşayıb. Yəhya Bala ailə qurduqdan sonra 4 oğlu olmuşdur. ##.##.1956-cı il təvəllüdlü Musa, ##.##.19**-ci il təvəllüdlü Ağasəlim, ##.##.1966-cı il təvəllüdlü Sahib və ##.##.1985-ci il təvəllüdlü Ibrahim üçün Maştağa qəsəbəsi, Məktəb küçəst, ev 54 ünvanında 4 ev inşa edib. Yahya Balanın böyük qardaşı Isa ailə qurmuş, ailə çoxuşaqlı olduğundan (7 uşaq), evin darısqal olması səbəbindən Yəhya Bala Məktəb küçəsi, ev 54 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi evlərdən birini, müvəqqəti olaraq Isaya verir. Atası tərəfindən ona verilmiş evi isə anası Q.Səlimovanın adına rəsmiləşdirir. Digər cavabdeh cavabdeh4 adı babası Musanın birinci nikahından olan oğlu Həsən Ağanın şərəfinə qoyulmuşdur. Bir neçə ildən sonra Isa Maştağa qəsəbəsi, Çiləgər adlı sahədə ev inşa etmiş və ölən günədək, ##.##.1995-ci il tarixə qədər ailəsi ilə birlikdə həmin evdə yaşamış və birgə təsərrüfatı idarə etmişdir. Onun oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 hal-hazırda əmisi Yəhya Balanın onlara verdiyi evdə yaşayır. Əmisi Yaqub ##.##.1947-ci il təvəllüdlü X41 ilə ##.##.1969-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Sabunçu rayonu, ünvan 9 ünvanında yerləşən bina evində yaşamışlar. Övladları olmadığı səbəbindən ##.##.1979-cu ildən ayrı yaşasalar da, ##.##.1987-ci il tarixdə rəsmi qaydada nikahları pozulmuşdur. Yaqub 1990-cı ilə qədər Sabunçu rayonu, ünvan 8 ünvanda yerləşən bina evində erməni əsilli qadınla qeyri-rəsmi yaşamış və həmin ev erməni qadını tərəfindən satılmışdı. Yəhya Balanın 2 oğlu - Ağasəlim və Sahib Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ərazisində özləri üçün ev inşa etdiyindən, Yəhya Balanın inşa etdiyi evlərdən ikisi boş qalmış və Yaqub qardaşı Yəhya Baladan Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında inşa etdiyi evlərdən birində yaşamasını xahiş etmiş və ölən günədək, ##.##.2010-cu il tarixə qədər Yəhya Balanın verdiyi həmin evdə tənha yaşamışdır. ü Yusif atasından miras qalmış Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 3 ünvanında yerləşən evi 1956-cı ildə satdıqdan sonra, erkən yaşlarından ticarətlə, qızıl-zinət əşyalarının, xüsusilə də brilyant daşlarının alqı-satqısı ilə məşğul olmuş və zərgərlik aləmində Brilyant Yusif kimi tanınmışdı. Yusif bir neçə qadınla qeyri-rəsmi yaşamış və onun da övladı olmadığı üçün həmin qadınlardan ayrılmışdı. Yusif 70-ci illərdə Moskva şəhərində yaşamış, rus əsilli qadınla qeyri-rəsmi ailə qurmuş, anası və böyük qardaşları Isa, Yəhya Bala bu izdivaca razılıq vermədiyi səbəbindən rus əsilli qadından ayrılmışdı. 80-cı illərdə Moskvadan Bakıya köçmüşdür. Yusifin imkanları geniş olduğundan 80-cı illərdə Nərimanov rayonu, Xalıq Abbasov küçəsi 13 ünvanında yerləşən bina evində özünə mənzil almış və 1997-ci ilədək həmin mənzildə yaşamışdı. Yusif şəhərdə yaşadığından Maştağaya demək olar ki, çox nadir hallarda gələrdi. Toybayram günlərində yaxın qohumları ilə görüşərdi. Hal-hazırda həmin ünvanda yerləşən mənzil iddiaçının anasının istifadəsindədir. Yusif ##.##.2005-ci il tarixdə, 68 yaşında, müəmmalı şəkildə qeyri-rəsmi yaşadığı Nailə ilə rəsmi nikah bağlamışdır. Nikah bağlandıqdan sonra Nailə Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanı yaxınlığında yerləşən C.Cabbarlı adına *** saylı orta məktəbə müəllim kimi təyinat alır və Yusifə qulluq etmək adı ilə Yəhya Baladan Yusifin yanında yaşamasına icazə verməsini xahiş edir. Yəhya Bala ağır xəstə olan kiçik qardaşının xatirinə Nailəyə övladları ilə birlikdə Yusifə, vaxtı ilə atası Musanın Yəhya Balaya verdiyi evdə müvəqqəti yaşamağa icazə verir. Yusifin qizil zinətlərini və briliantlarını mənimsəyən Nailə birdən-birə C.Cabbarov adına *** saylı orta məktəbə direktor təyin edilir. Yusif ilə Nailə arasında ##.##.2005-ci il tarixdə bağlanmış nikah haqqında şəhadətnamədə Yusifin soyadı qeyd edilməmişdir. Bundan əlavə Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, "atası" qrafasında qeyd olunan Məmmədov soyadı ananın soyadıdır. Deməli, Yusifin atalığı təsdiq olunmamışdır. Nailə Yusifi "Qüdrət" oğlu kimi tanıdığından, Yusifin atasının şərəfinə nikahdan kənar doğulmuş oğluna "Qüdrət" adını qoyur. Sonradan ona məlum olur "Qüdrət" Yusifin anasının adıdır. Şahidlərin dediyinə görə Nailə 1978-ci ildən 1990-cı ilə qədər X3 ilə rəsmi nikahda olmuş, lakin, Nailənin qızı ##.##.1989-cu il təvəllüdlü Zümrüdün doğum haqqında şəhadətnaməsində "atası" qrafasında X13 qeyd olunmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, Nailənin nikahdan kənar övladları olduğu üçün, həm qızına, həm də oğluna görə "tənha ana" kimi qeydiyyata alınmışdır. Musanın övladları Isa, Əsmət, Yaqub və Yusif atalarının vəsiyyətinə sadiq qalaraq ##.##.1951-ci il tarixdə atalarının Yəhya Balaya verdiyi Məktəb küçəsi, ev 54 ünvanında yerləşən əmlaka dair heç bir iddia və tələb irəli sürməmiş və onlardan heç kim faktiki olaraq həmin əmlakı qəbul etməmişdir. Iddiaçının anası Yahya Baladan onu və övladlarını Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanına pasport qeydiyyatına almağı xahiş edir. Yəhya Bala razılıq ərizəsini verməkdən imtina edir, lakin Isanın ailə üzvlərinə çox yalvardıqdan sonra onlardan razılıq ərizələrini alır və ##.##.2006-cı il tarixdə pasport qeydiyyatına alınır. Nailə, qızı Zümrüd ##.##.2006-cı il tarixdə, Qüdrət isə ##.##.2007-ci il tarixdə Sabunçu rayonu, B.Bağırov küçəsi, ev 54 unvanına pasport qeydiyyatına düşmüşlər. Yəni, Nailə və Zümrüd Yusifin müəmmalı ölümünə 48 gün qalmış, Qüdrət isə atasının ölümündən 1 il, 20 gündən sonra pasport qeydiyyatına düşmüşlər. ##.##.2006-cı il tarixdə Yusif vəfat etdikdən sonra, əvvəl mərhumun 40 mərasimini, sonra il mərasimini və daha sonra evin yaxınlığında yerləşən C.Cabbarlı adına *** saylı məktəbdə çalışdığını bəhanə edən Nailə evdən çıxmamaq qərarına gəlir. 2006-2007-ci tədris ilindən Maştağa qəsəbəsi, C.Cabbarlı adına *** saylı məktəbdə direktor vəzifəsində çalışan Nailə Yəhya Balaya onun övladlarını həbs etdirəcəyi ilə hədə-qorxu gələrək Yusifin müvəqqəti yaşadığı evi Yaquunb, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və Yahya Balanın evlərinin yerləşdiyi ərazilərdən daş hasarla hörərək ayırıb. Nailə halhazırda AR CM-nin 178-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş qardaşı, "X28" IB-nin sədri Rasim Məmmədova arxalanaraq Yəhya Bala tərəfindən müvəqqəti verilmiş, tənha yaşayan Yaqubun evini zəbt etmək istəyib və Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanına dair sənədləri tələb edib. Yaqub etirazını bildirdikdə onu şərləyərək həbs etdirəcəyi ilə hədələyib. 2010cu lin avqust ayında Yaqub qəflətən xəstələnir və zəhərləndiyi barədə böyük qardaşı Yahya Balanı xəbərdar edir, 2 aydan sonra, ##.##.2010-cu il tarixdə vəfat edir. Qardaşlarının müəmmalı ölümündə Nailədən şübhələnən Yəhya Bala Nailəni 2011-ci ildə evdən qovur, lakin Nailə imkanlarından istifadə edərək polislərin vasitəsi ilə Yəhya Balaya, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və o nəslin nümayəndələrinə hədə-qorxu gələrək, evdən çıxmır. Hətta bir az da irəli gedərək həyətdə söküntü-tikinti işləri apararaq evlərə əlavə tikililər artıraraq genişləndirmişdir. Bundan əlavə, Yəhya Balanın qardaşı Yaquba müvəqqəti yaşamaq üçün verilmiş evi da Yaqubun ölümündən sonra heç bir hüquqmüəyyənedici sənədi olmadan kənar şəxslərə satmışdır. Bütün bu haqsızlığa dözməyən və Nailənin fironluğuna son qoymaq istəyən Yəhya Bala atası tərəfindən ona verilmiş əmlakı və anasının adına rəsmiləşdirmiş evi faktiki qəbul edərək ##.##.2017-ci il tarixdə 0.549 ha torpaq sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirərək Çıxarış almış və həmin çıxarışa əsasən 0,12 ha hissəsinin yarısını övladları, Musaya və digər yarısını isə Ibrahimə bağışlamışdır. Özünün pula ehtiyacı olduğu üçün və onun razılığı olmadan, qardaşı oğlunun razılıq ərizəsi ilə qeydiyyata düşmüş Nailəni qeydiyyatdan çıxarmaq şərti ilə 0.429 hissəsini 60 ildən artıq onun inşa etdiyi evlərdə yaşayan, böyük qardaşı Isanın nəvəsi, imkanı geniş olan Həsənağaya əmlakı 2***** (iki yüz min) manata almağı təklif edir. Əks halda əmlakı başqa şəxslərə bölüb satacağını bildirir. Yəhya Bala alqı-satqı müqaviləsi ilə 0.429 ha hissəsi üçün cavabdeh4 185*** (yüz səksən beş min) manat alaraq satmış və cavabdeh4 həmin torpaq sahəsinə ##.##.2017-ci il tarixdə 1117053366 qeydiyyat nömrəsi ilə Çıxarış almışdır. Yəhya Bala ##.##.2018-ci il tarixdə, 88 yaşında vəfat etmişdir. Yahya Bala mirası qəbul etmək istədiyini bütün qohumlara bildirmiş, hətta Nailə bu barədə məlumat alan kimi Sabunçu Rayon Məhkəməsinə "atalığın müəyyən olunması" tələbi ilə ərizə vermiş, lakin sonradan iş baxılmamış geri qaytarılmışdı. Nailənin 1990-cı ildən Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanında qeydiyyatda olması barədə Sabunçu RIH Başçısının Maştağa qəsəbəsi üzrə Nümayədəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, 153 №li arayış SAXTAdır. Belə ki, ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Yaşayış yeri üzrə Qeydiyyat haqqında verdiyi 5441953 №li arayışda Nailə barədə heç bir qeydiyyat yoxdur. Hərçənd ki, Yəhya Balanın və onun ailə üzvlərinin razılığı olmadan, lakin Isanın ailə üzvlərinin 2006-cı ildə imzaladıqları razılıq ərizələri əsasında Nailə Maştağa qəsəbəsi, Məktəb küçəsi, ev 54 ünvanına pasport qeydiyyatına alınmışdır. Iddiaçı iddia ərizəsində qeyd edir ki, atası Yusif nənəsinin adı şərəfinə "Qüdrət" adını ona qoymuşdur. Halbuki, Yusif nəinki ad qoymuş, heç atalığı belə ona verməmişdir. Iddiaçı iddia ərizəsində qeyd edir ki, nənəsi Q.Səlimova vəfat edərkən övladları sağ olmuş və hərənin öz həyətyanı sahəsi və evi olmuşdur. Lakin iddiaçının ##.##.1951-ci il tarixdə babası Musanın Maştağa qəsəbə suvetinin deputatının, qonşularının və Yəhya Balanın iştirakı ilə mübahisəsiz olaraq, öz razılığı ilə Məktəb küçəsi, ev 54 ünvanında yerləşən əmlakının Yahya Balaya verərək özündən ayırması və bu barədə Maştağa qəsəbə Soveti Icraiyyə Komitəsinin sədrinin imzası ilə tərtib edilmiş aktdan xəbəri olmayıb. Nəinki aktdan, heç Məktəb küçəsi, ev 3 ünvanında yerləşən evdən və o evin Yusif tərəfindən satılması barədə də məlumatı olmayıb. Həmin aktda qeyd edilir ki, Yahya Balaya verilmiş əşya və əmlakı gələcəkdə heç bir kəsin ondan tələb etmək ixtiyarı yoxdur, yalnız X22 Balaya verdiyi əmlakı geri almağa ixtiyarlıdır. Iddiaçının nənəsi Q.Səlimova 1987-ci ildə vəfat etmişdir və o zaman iddiaçının anası başqa bir şəxslə rəsmi nikahda olmuş, ögey bacısı Zümrüd Rəhim qızı və iddiaçının özü hələ anadan olmamışdılar. Həqiqətən də, iddiaçının nənəsi Q.Səlimova sağ olanda övladları da sağ idi, lakin heç kim həyəti bölməmişdi, çünki Yaqub və Yusif həmin dövrdə orada yaşamayıblar. Həmin evdə yaşayanlar Yəhya Balanın ailə üzvləri və digər Həsənağanın ailəsi olmuşdur. Iddiaçı iddia ərizəsində Sabunçu RIH Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, **** nömrəli arayışda Q.Səlimovanın vəfatına qədər ailəsi ilə birlikdə həmin ünvanda yaşamasına istinad edir. Q.Səlimova həqiqətən də ailəsi ilə, onun yanında olan, ona qulluq edən oğlu Isa Bala və Yəhya Bala ilə yaşamışdır. Yaqub və Yusif kimi oğullar öz həyatlarını yaşamışlar. Yaqub erməni əsilli qadınla yaşamış, Yusif isə ümumiyyətlə ailə qurmamışdır və hər ikisi müəmmalı şəkildə xəstələnərək vəfat etmişlər.

27. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə (Ş.Qədirova) cavabdeh cavabdeh3 ##.##.2018-ci il tarixdə öldüyündən cavabdeh3 aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir.

28. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddiaçı İddiaçı və 2-ci iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 iddia tələbləri qismən təmin edilmiş, X11 miras qalmış ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin Yusif Musa oğluna məxsus miras payının ¼ hissəsinə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və hər birinin miras paylarının müəyyən edilməsinin Bakı şəhəri ** saylı notariat ofisinə həvalə edilməsi, ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən cavabdeh3 verilmiş ##.##.2017-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsi tərəfindən cavabdeh3 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməklə eyni nisbətdə çıxarışın ləğv edilməsi, cavabdeh3 ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini maraqlı şəxs2 bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, cavabdeh3 ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini maraqlı şəxs1 Yəhya Bala oğluna bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, həmin torpaq sahəsindən 0.429 ha hissənin cavabdeh4 satılması ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsi tərəfindən maraqlı şəxs2, maraqlı şəxs1 Yəhya Bala oğlunun, habelə cavabdeh4 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat silinməklə çıxarış ləğv edilməsi, iddia tələbləri qalan hissədə təmin edilməməsi qət edilmişdir.

29. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi X11 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair ##.##.2017-ci il tarixdə X11 (ölümündən sonra) adına çıxarış verilmişdir. X11 ##.##.1987-ci il tarixdə ölmüş, ondan ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi miras əmlak qalmışdır. Həmin miras əmlak mirasqoyan Qüdrət Səlimovanın birinci növbə vərəsələri – oğlanları Isabala Musa oğlu, Yəhya Bala Musa oğlu, Yaqub Musa oğlu və Yusif Musa oğlu tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq miras əmlakı idarə etmişlər. Isabala Musa oğlunun ölüm tarixi məlum deyildir. Yəhya Bala Musa oğlu ##.##.2018-ci il tarixdə, Yaqub Musa oğlu ##.##.2010-cu il tarixdə, Yusif Musa oğlu ##.##.2006-cı il tarixdə ölmüşdür. Yusif Musa oğlu ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 ##.##.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onlar iddiaçı – ##.##.1991-ci il təvəllüdlü İddiaçı övladlığa götürmüşlər. Yusif Musa oğlu ölən günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 1990-cı ildən Maştağa qəsəbəsi B.Bağırov küçəsi ev 54 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. İddiaçı da həmin ünvanda qeydiyyatdadır və anası - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 ilə birlikdə yaşayır. ##.##.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X11 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.549 ha torpaq sahəsinə dair tam hissədə oğlu cavabdeh3 miras payı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsi Bakı şəhəri ** saylı DNK-nın ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən maraqlı şəxs2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsi Bakı şəhəri ** saylı DNK-nın ##.##.2017-ci il tarixli 4Ə*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən maraqlı şəxs1 Yəhya Bala oğlunun adına qeydiyyatdan keçmişdir. 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1A saylı fərdi yaşayış evi maraqlı şəxs1 Yəhya Bala oğlunun adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.429 ha hissəsi Bakı şəhəri ** saylı DNK-nın ##.##.2017-ci il tarixli 4Ə- *** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh4 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.

30. Iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin hazırkı tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə onlar ölmüş valideyninə/ərinə çatası miras payından məhrum edilmişlər.

31. Məhkəmə hesab etmişdir ki, Yusif Musa oğlu da X11 övladı olduğundan, ölümünədək ailəsi ilə birlikdə anasından miras qalmış evdə yaşadığından, həmin miras əmlakı qəbul etmişdir. X4 vəfat etdiyindən onun birinci növbə üzrə vərəsəsi – övladının və arvadının Yusif Musa oğluna çatacaq miras əmlakda payları müəyyən edilməlidir.

32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələblərində özləri ilə yanaşı, bir-birilərinin vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə subyektiv hüquq baxımından haqlı olmamışlar. Belə ki, həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs ayrı-ayrılıqda vərəsəlik hüquqlarının tanınmasını tələb etmişlər və məhkəmə yuxarıda qeyd olunduğu kimi həmin tələblərə qiymət verərək onların miras əmlakda paylarının olmasını müəyyən etmişdir.

33. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə ünvanlanmış 84.1.**/** nömrəli ##.##.2012-ci il tarixli məktubdan göründüyü kimi X5 ##.##.2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında ##.##.2012-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və iddiaçı İddiaçı artıq miras qoyanın vərəsəsi olaraq tanınmış və bu barədə DƏDRX-nin * saylı Bakı şəhər Ərazi Idarəsinə məlumat verilmişdir. Odur ki, X5 məxsus miras payına münasibətdə iddiaçı İddiaçı notarius tərəfindən artıq vərəsə kimi tanındığından və bununla bağlı hər hansı mübahisə olmadığından iddia tələbi X5 məxsus ¼ hissəyə vəsiyyət üzrə vərəsəsi olaraq iddiaçı İddiaçı vərəsəlik hüququnun tanınması hissəsində rədd edilməlidir.

34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159, 1243.2, 1252-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi və iş üzrə icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia verməyə subyektiv hüququ yox idi. Subyektiv hüququnun olmaması özünü 2 şəkildə ifadə edir: 1. Iddiaçının atasının və özünün mirası əldə etmə müddətinin ötürülməsində; 2. faktiki vərəsə kimi miras əmlakdan istifadə faktına dair sübutların olmamasında (işıq, qaz, su kommunal borcun Yusif Musa oğlunun ödəməsi və s. istifadə və sahiblik hərəkətlərini ifadə edən sübutlar). Beləliklə də, iş üzrə məhkəmə varis Yusif Musa oğlunun miras əmlakı qəbul edib etməsi faktını müəyyənləşdiriməli və vərəsəliyin (mirasın) qəbul edilməsi vaxtı və faktı müəyyən edilməli olduğu halda müəyyən edilməmişdir. Məhkəmə cavabdeh cavabdeh4 vicdanlı alıcı olması faktını nəzərə almamış və tərəflər arasında vərəsəlik mübahisəsi üzrə vicdanlı alıcının hüquq və mənafeyinə toxunan qətnamə qəbul etməkdə səhvə yol vermişdir. Rayon məhkəməsi bağışlama və alqı-satqı müqavilələrinin bağlandığı ** saylı Notariat Kontorunu, eləcə də iş üzrə verilmiş iddianın və qətnamənin maraqlarına toxunduğu bağışlama müqavilələri üzrə hər biri yeganə varis olmuş cavabdeh3 tərəfindən 0,6 ha torpaq sahəsini bağışlama müqaviləsi üzrə almış oğlanları maraqlı şəxs2 və maraqlı şəxs1 prosesə cəlb etməməklə ciddi prosessual pozuntuya yol vermişdir.

37. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi və iş üzrə icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum atasından qalmış miras əmlak ona aid olan hissədə onun və ailə üzvlərinin faktiki sahibliyində və istifadəsində olmasına baxmayaraq, həmin əmlak barəsində qanunsuz vərəsəlik sənədləşməsi və qanunsuz özgəninkiləşdirilmə əməliyyatları aparılmışdır. Əslində, həmin əməliyyatlarla əlaqədar sənədlərin ləğvi/etibarsızlığı 1-ci dərəcəli vərəsələrdən biri kimi onun də hüquqlarının məhkəmə qaydasında bərpasına və təmin olunmasına gətirib çıxarmalıdır. Lakin məhkəmə ona aid olan hissə üzrə yekun nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayətinə baxılmalı, miras qoyan mərhum nənəsinin transmissiya üzrə varisi, mərhum atasının isə 1-ci dərəcəli varisi olmağı tanınmalıdır. Əmisi oğlu İddiaçı iddia tələbləri və dəlilləri ilə razıdır. Qətnamənin iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 iddialarının qismən təmin edilməsi hissəsindən şikayətim yoxdur. Qətnamənin ona aid olan hissəsi ilə bağlı şikayəti vardır. Belə ki, həmin hissə üzrə iş araşdırılmamış, tələbinə baxılmamış, yekun nəticəyə gəlinməmiş, vərəsəlik hüququ tanınmamışdır.

39. Bağışlama müqaviləsinin tərəfləri olan maraqlı şəxs2 və maraqlı şəxs1 eyni məzmunlu apellyasiya şikayəti verərək qeyd etmişlər ki, rayon məhkəməsi onları prosesə cəlb etməməklə ciddi prosessual pozuntuya yol vermişdir.

40. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və maraqlı şəxs1 Yəhya Bala oğluna məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi **A saylı fərdi yaşayış evinə verilmiş vahid çıxarışa münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin nəticə hissəsində göstərmişdir ki, maraqlı şəxs1 Yəhya Bala oğlunun adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat silinməklə çıxarış ləğv edilməlidir. Lakin müvafiq qətnamədə qeyd edilən torpaq sahəsinin üzərində tikilmiş və maraqlı şəxs1 Yəhya Bala oğluna məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi **A saylı fərdi yaşayış evinə heç bir münasibət bildirilməmişdir.

42. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X.Bağırova, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs5, Zenfira Məmmədova, Zəhra Məmmədova, Hüseyn Burov, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi və Musayeva (Bağırova) Xədicə Isa qızı, XXX mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3, X6, X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs5 və X7 --- Isa Musa oğlunun qanun üzrə vərəsələri kimi tanınması və miras əmlakından bərabər şəkildə pay almalarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

43. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçı və anası qeyd olunan iddia tələbilə mərhum Məmmədov Yusif Musa oğlunun vərəsəsi olaraq tanınmaqla ondan qalan miras əmlakına təkbaşına mülkiyyət hüququ əldə etmək məqsədilə məhkəməyə müraciət etmişlər. Halbuki adı çəkilən şəxslər sözügedən mübahisə üzrə yeganə vərəsə deyildir. Iddiaçı “əmisinin” 7 övladı olduğunu və miras əmlakından onlara da pay çatdığını çox yaxşı bilir. Bu səbəbdən də hesab edilir ki, şəxsin tələb irəli sürərkən öz əmisi uşaqlarına məlumat verməməsi və ya iddia tələbində bu hala ümumiyyətlə toxunmaması, onlardan məhkəmə icraatı zamanı bəhs etməməsi məhz miras əmlakına şərik çıxmaması və pay hüququnun bütünlükdə ona verilməsi məqsədilədir.Rayon məhkəməsi tərəfindən mübahisə predmeti olan əmlaka dair vərəsələrin tam siyahısı müəyyən olunmamışdır. Heç bir qanun pozuntusuna yol verilmədiyi halda bağışlama müqavilələri məhkəmə tərəfindən etibarsız hesab edilmiş və həmin müqavilələr əsasında qəbul olunmuş çıxarışlar ləğv edilməsi qərara alınmışdır.

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və N.Ş.Cəfərov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən cavabdeh3 verilmiş ##.##.2017ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ¼ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Ərazi Idarəsi tərəfindən cavabdeh3 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın ¼ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğv edilməsi, cavabdeh3 ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini maraqlı şəxs2 bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə və 0.06 ha hissəsini maraqlı şəxs1 Yəhya Bala oğluna bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə ilə qeyd edilmiş “bağışlama müqavilələri”nin etibarsız hesab edilməsi və maraqlı şəxs1 Yəhya Bala oğlunun adına 0.06 ha torpaq sahəsinin üzərində yerləşən ünvan 5A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatının silinməsi, qalan hissədə iddia tələblərinin təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi qət edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi Q.Səlimovanın mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair ##.##.2017-ci il tarixdə Q.Səlimovanın (ölümündən sonra) adına çıxarış verilmişdir. Q.Səlimova ##.##.1987-ci il tarixdə ölmüş, ondan ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi miras əmlak qalmışdır. Həmin miras əmlak mirasqoyan Q.Səlimovanın birinci növbə vərəsələri – oğlanları Isabala, Yəhya Bala, Yaqub və Yusif tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq miras əmlakı idarə etmişlər. Onların dördü də vəfat etmişdir. Iddiaçının atası Yusif ölən günə qədər mübahisəli torpaqda yerləşən fərdi yaşayış evində yaşamışdır. Iddiaçılar da həmin evdə qeydiyyatdadırlar və yaşayırlar.

46. Mülki işin araşdırılan halları baxımından 1-ci iddiaçı və 2-ci iddiaçının qanun üzrə vərəsə olması və miras əmlakı qəbul etmələri mülki işin mübahisəsiz hallarıdır.

47. Iddiaçılar miras qoyanın anası Q.Səlimovanın vəfatından sonra qəbul etdiyi ¼ hissədə miras əmlakına qanun üzrə birinci növbəli vərəsələr kimi pay hüququna malikdirlər. Mülki iş materiallarında olan ##.##.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Yusif Musa oğlu ölən günədək ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. (1-ci cild, i\v səh. 162).

48. Iddiaçılar qanun üzrə vərəsə kimi ¼ hissə, iddiaçının mərhum əmisi Yaqub tərəfindən verilmiş ##.##.2010-cu il tarixli vəsiyyətnamə üzrə vərəsə kimi ¼ hissədə miras payına iddia edir.

49. Məhkəmə qeyd etmişdir ki, qətnamənin 43-cü bəndində qeyd olunduğu kimi ** saylı Notariat Kontorunda tərtib edilmiş ##.##.2010-cu il tarixli vəsiyyətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş, həmin qətnamə Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

50. Beləliklə də, iddiaçının istinad etdiyi vəsiyyətnamə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə etibarsız hesab edildiyindən, hazırda birinci iddiaçının iddia tələbləri yalnız qanun üzrə vərəsəlik baxımından qiymətləndirilir.

51. Odur ki, iddiaçı və anasının mübahisəli torpaq sahəsinin atası Yusifə məxsus miras payının ¼ (1/8+1/8) hissəsində vərəsəlik hüquqları tanınmalı, hər birinin miras payları müəyyən edilərək, vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Onu da nəzərə almaq lazımdır ki, iddia ərizəsinə əlavə olunmuş ##.##.2022-ci il tarixli, ************* nömrəli ** saylı Notariat ofisinə ünvanlanmış elektron ərizədən görünür ki, 2-ci iddiaçı mərhum əri Yusifdən qalmış əmlak üzrə miras payının oğlu Qüdrətin adına sənədləşməsinə etiraz etmir, razıdır. Beləliklə də, görünür ki, 1-ci və 2ci iddiaçının maraqları eynidir.

52. Bu əsasla da, cavabdeh3 verilmiş ##.##.2017-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ¼ hissədə, yəni 1-ci və 2-ci iddiaçının qanun üzrə miras paylarına aid hissədə etibarsız hesab edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Ərazi Idarəsi tərəfindən cavabdeh3 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyat da ¼ hissədə silinərək, eyni nisbətdə çıxarış ləğv edilməli, cavabdeh3 mübahisəli ünvanda yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini maraqlı şəxs2 və 0.06 ha hissəsini maraqlı şəxs1 bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə və 4Ə-*** nömrə ilə qeyd edilmiş bağışlama müqavilələri etibarsız hesab edilməli və maraqlı şəxs1 Yəhya Bala oğlunun adına 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 5A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatı silinməlidir.

53. Iddia tələbinin rayon məhkəməsi tərəfindən təmin edilən – “0.549 ha torpaq sahəsinin 0.429 ha hissəsinin cavabdeh4 satılması ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh cavabdeh4 mülki qanunvericilyə əsasən vicdanlı alıcı qismində qəbul olunur.

54. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

55. Eyni zamanda Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2017-ci il tarixli alqısatqı müqaviləsindən də görünmüşdür ki, cavabdeh4 reyestrə güvənib əvəzini ödəməklə torpaq sahəsini əldə etmişdir.

56. Buna görə də iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Məhkəmə onu da nəzərə alır ki, iddiaçıların miras payı ümumi miras kütləsinin ¼ hissəsini təşkil etdiyindən iddiaların təmin edilən hissəsi onların mirasdakı payını əsasən əhatə edir. Onun çatışmayan hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçılar bununla bağlı hüquqlarının pozulmasında məsul olan şəxsə (və ya onun vərəsələrinə) qarşı tələb irəli sürməklə çatışmayan hissəsinin əvəzinin ödənilməsini tələb edə bilərlər.

57. Belə ki, 0,549 ha olan mübahisəli miras kütləsində hər bir vərəsənin payı ¼ hissə olmaqla, təqribi 0,137 ha, daha dəqiq desək, 13,72 sot müəyyən olunur. Etibarsız hesab edilən bağışlama müqavilələri əsasında iddiaçılara 0,12 (0,6+0,6) ha, yəni 12 sot torpaq sahəsi düşür ki, bu halda təqribi 0,017 ha (1,72 sot) torpaq sahəsi çatışmır. Hazırkı mülki işdən görünmüşdür ki, apellyasiya şikayətlərində də qeyd olunduğu kimi rayon məhkəməsi prosessual pozuntuya yol verərək, bağışlama müqavilələrinin tərəflərini məhkəmə prosesinə cəlb etməmişdir. Bu hal mülki prosessual qanunvericiliyə əsasən, qətnamənin qeydşərtsiz ləğvi üçün əsasdır. 58.

59. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148, 182.1, 337.1, 337.5, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1157, 1159.1, 1243.2-ci maddələrinə, AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarlarına, Mülki Prosessual Məcəlləsinin MPM-in 14.2, 77.1, 119.1, 372, 380.1, 384.0.2, 386, 387.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. Iddiaçı İddiaçı (vəkil vəkil5 Rüfət oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsinə və həmin hissədə iddianın təmin edilməsinə dair (birinci instansiya məhkəməsinin qətnaməsinin ˝həmin torpaq sahəsindən 0.429 ha hissənin cavabdeh4 satılması ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh4 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat silinməklə çıxarışın ləğv edilməsi˝ hissəsində qüvvədə saxlanmasına dair) barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

61. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.1, 159, 163.1, 182.1, 222, 324.5, 404, 567, 572, 573, 646, 1091, 1093, 1157 və 1255-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun ˝N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ ## ##### 2021-ci il tarixli, “X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2008-ciil tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2009-cu il tarixli Qərarlarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırılma hissəsindən aydın olur ki, apellyasiya məhkəməsi qətnaməsində onun və anasının vərəsə olmalarını və miras əmlakı qəbul etmələrini ifadə etmiş/təsdiqləmiş, bunları işin mübahisəsiz halları olaraq tanımış və qəbul etmişdir. Əgər ¼ hissədə vərəsəlik hüquqları və mirası qəbul etmələri mübahisəsiz qaydada tanınırdısa, bu, o deməkdir ki, həmin hissə üzrə bizim mülkiyyət hüquqları və bu hüquqlarını rəsmiləşdirmə hüquqları da məhkəmə tərəfindən tanınmış və qəbul edilmişdir. Belə bir halda, əldə edilmiş miras paylarının qanun əsasında(o vəsiyyətnamə üzrə, anası isə qanun üzrə vərəsəlik əsasında) rəsmiləşdirilməsi, bu hüquqlarının (vərəsəlik və mülkiyyət hüquqlarının) tanınması (vərəsəlik hüquqlarının notariatda qeydiyyatı) və reyestr qeydiyyatı (daşınmaz əmlakın dövlət reyestrində/kadastrında) üçün maneə olan bütün hallar aradan qaldırılmalı idi və qaldırılmalıdır. Əks halda, qətnamə ziddiyyətlidir və bu, qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün ciddi bir əsasdır, hüquqi bir dəlildir. Əgər iddia tələbləri vərəsəlik payına münasibətdə ¼ hissədə tanınırdısa/tanınırsa, bunun hüquqi nəticələrinə də qiymət verilməli, bu hissənin tanınma və qeydiyyatına mane olan bütün hüquqi sənədlər ən azından bu hissədə - ¼ hissədə ləğv və etibarsız hesab edilməli idi. Eləcə də, bu ləğv edilmə və etibarsızlıq sayılma qənaəti qətnamədə əks olunmalı idi, lakin olunmamış, qeyd edilən normanın tələbinə riayət olunmamışdır. Aydındır ki, iddiaçıların, yəni onun və anasının tələbləri qəbul edilmişdir ki, cavabdeh3 verilmiş vərəsəlik şəhadətnaməsi onlara aid (tələblərinə aid) ¼ hissədə etibarsız hesab edilmiş, eləcə də, cavabdeh3 adına tam mülkiyyət hüquqlarına dair aparılmış reyestr qeydiyyatı ¼ hissədə silinmiş, eyni nisbətdə də ona verilmiş çıxarış ləğv edilmişdir. Qətnamənin bu hissəsi üzrə məhkəmənin qənaəti ilə razıdırlar, bundan şikayətləri yoxdur, çünki, ilkin hüquq müəyyənedici sənəd olan vərəsəlik şəhadətnaməsi ləğv edilmiş, bunun nəticəsi olaraq, bu şəhadətnamə əsasında aparılmış reyestr qeydiyyatı ¼ hissədə silinmiş, vərəsəlik şəhadətnaməsi ləğv edilmiş, bunun nəticəsi olaraq, bu şəhadətnamə əsasında aparılmış reyestr qeydiyyatı ¼ hissədə silinmiş və cavabdeh3 verilmiş çıxarış ¼ hissədə ləğv edilmişdir ki, bu da vərəsəlik və mülkiyyət hüquqlarının bərpası üçün hakimin düzgün qənaəti və ədalətli qərarıdır. Hakimin bu nəticəyə gəlməsi onunla bağlı olmuşdur ki, vərəsəlik paylarının tanınmasına dair tələbləri qanunidir. Şikayətləri ondan ibarətdir ki, həmin ¼ payımız hissəsində sonrakı rəsmiləşmə sənədləri də ləğv və etibarsız hesab edilməli, bunlar qətnamədə əks olunmalı idi. Lakin, qətnamənin nəticə hissəsindən bu görünmür. Bu isə, onun vərəsəlik və mülkiyyət hüququnun tam şəkildə təmin olunmaması deməkdir. Hansı ki, bu hüquqları qanunvericiliklə qorunur.

62. Əgər bir daşınmaz əmlak üzərində müəyyən şəxsin sahiblik və istifadə hüququ vardırsa, hüquq sahibinin iradəsindən kənar olaraq, yaxud bu hüquq qanunvericilikdə müəyyən edilmiş hallarda itirilmədən, yaxud itirilmiş hesab edilmədən həmin əmlak özgəninkiləşdirmə obyekti ola bilməz. Işin hallarından görünür ki, o və anası miras əmlakı qəbul etmişlər və miras əmlak onların faktiki(sahiblik və istifadələrində) və qanuni (vərəsəlik yolu ilə əldə edilmiş, amma qeydiyyata alınmamış vəziyyətində) mülkiyyətlərində olmuşdur. Faktiki və qanuni mülkiyyətlərində olan əmlakın 3-cü şəxslərin müqavilə obyekti olması üçün bu əmlak üzərində faktiki sahibliklərinə və istifadələrinə son qoyulmalı, vərəsəlik hüquqları mübahisələndirilməli idi. Cavabdehlər – mərhum əmisi cavabdeh3 və cavabdeh4 bunları etmədən(etməkdən çəkinərək ki, onlar bundan xəbər tutarlar, çünki, bu halda, məhkəməyə cəlb olunmalı idilər) və yəqin bilərək ki, bu əmlak payı hissəsi onlara məxsusdur, öz aralarında formal alqı-satqı aparmışlar. Iş materiallarından və işin faktiki hallarından görünür ki, cavabdeh3 öz adına rəsmiləşdirdiyi, ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini öz doğma oğlu maraqlı şəxs1 Yəhya Bala oğluna və 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini digər doğma oğlu maraqlı şəxs2 bağışlamışdır (bu, elə onun özünün faktiki sahibliyində olan torpaq payı hissəsidir).0.549 ha torpaq sahəsinin yerdə qalan 0.429 ha hissəsini isə cavabdeh4 ˝satmışdır˝. Bildirir ki, onun və anasının miras olaraq qəbul etdiyi(hansı ki, bu, məhkəmə tərəfindən mübahisələndirilmir) ¼ hissənin natura payı(naturada miras kütləsi hissəsi) məhz cavabdeh4 satılmış 0.429 ha hissədə yerləşir. Bunu iş materiallarında olan sxemlərlə tanış olmaqla aydınlaşdırmaq mümkündür. Apellyasiya isntansiyası məhkəməsi əgər ¼ hissədə vərəsəlik və miras payı hüquqlarını tanıyırdısa, onda bu, qətnamənin əsaslandırılma və nəticə hissəsində tam şəkildə əks olunmalı idi. Bu, necə ola bilər ki, vərəsəlik hüquqları və miras pay hüquqları ¼ hissədə tanınır, amma cavabdeh3(adına 0.549 ha torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş 4 vərəsədən biri) ilə cavabdeh4oğlu (yalan alqı-satqı yolu ilə 0.429 ha hissəyə mülkiyyət hüququ və çıxarış əldə etmiş şəxs - 4 vərəsədən birinin nəvəsi) arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə sonuncuya keçmiş 0.429 ha hissə 1/3 hissədə(ona və anasına aid olan hissədə)etibarsız hesab olunmur və bu, qətnamədə əks olunmur? Onda vərəsəlik və miras hüquqları məhkəmə tərəfindən tanınmasının nə anlamı olur ki? Belə çıxır ki, qəbul etdikləri miras kütləsi yox imiş, onda olmayan əmlaka məhkəmə hüququ necə tanımışdır/necə tanıyır, necə tanıya bilər? Əslində, mülkiyyətlərində olan, məhkəmənin də tanımış olduğu ¼ hissədəki payları miras kütləsi(1/4 hissədə naturada torpaq sahəsi hissəsi) məhkəmənin yanlış olaraq qanuni hesab etdiyi ˝yalançı˝ alqı-satqı müqaviləsinin predmetinə daxildir, bu müqavilənin obyektinin bir hissəsidir. Hansı vicdanlı alıcılıqdan söhbət gedə bilər ki, o, ¼ hissəyə aid miras torpaq sahəsi hissəsində 35 ildən çoxdur ki, yaşayır, burada ev tikililəri, həyətyanı sahələrsiz və yardımçı tikililəri vardır, buradan məktəbə getmişdir, burada məktəbi bitirmişdir, buradan əsgərliyə getmişdir və indi də burada yaşayır. Məgər bunu, eyni orta məktəbdə oxuduğu ˝vicdanlı alıcı˝/əmisi Isa Balanın nəvəsi olan cavabdeh4 bilmirdi? Yəni, əmisi cavabdeh3 öz qardaşı nəvəsi cavabdeh4 ilə miras əmlakın ¾ hissəsinə münasibətdə alqı-satqı müqaviləsi bağlayarkən hər ikisi bunun görünüş üçün bağlandığını bilirdilər. Çünki, hər ikisi həmin ünvanda, amma hərəsi öz hissələrinə aid mülklərdə yaşayırdılar, buna qədər də yaşamışdılar. Necə ola bilir ki, əmisi cavabdeh3 atasının/öz doğma qardaşının vərəsə olduğunu bildiyi halda, ona aid olan hissəni digər qardaşının nəvəsinə satır? Bu hansı məntiqə və hansı qanunvericiliyə uyğundur?

63. Bildirir ki, ¼ hissədə onlara məxsus olan əmlak payı naturada nə ˝Alıcı˝ya, nədəki˝Satıcı˝ya məxsus olmuşdur. Həmin hissədə əmlak kütləsi nə ˝Satıcı˝ tərəfindən ˝Alıcı˝ya verilmiş, nə də ki, ˝Alıcı˝ tərəfindən ˝Satıcı˝dan qəbul edilmişdir. Bu, o deməkdir ki, həmin hissədə ˝alqı-satqı˝ obyekt olmadan/əşya verilmədən həyata keçirilmişdir. Bu isə əqdin formal olmasını isbatı və təsdiqidir. Qanunvericiliyə əsasən, əgər hüquq sahibinin (yəni onun və anasının) hüquqlarının aradan qaldırılması, hüquqlarından məhrum olması əsassız və qanunsuz müqavilə ilə baş tutmuşdursa, bu müqavilə hər bir halda etibarsız hesab olunmalıdır. Vicdanlı-vicdansız sahibliklə bağlı məsələlər isə bunun hüquqi nəticələrinin tətbiqi üçündür. Yəni, miras payı kütləsinin (özünə aid əmlak hissəsinin) qanuni sahibi olduğu və qanuni istifadəçisi olduğu üçün bu hüquqları itirilmədən əmlakla bağlı yeni müqavilə bağlana bilməzdi.

64. Göründüyü kimi, KM şəxsin əşya hüquqlarının pozulması halında, onun bu hüquqlarının müdafiəsi üçün əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi, habelə əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması iddiaları ilə məhkəməyə müraciət edə bilmə imkanını müəyyən etmişdir. Doğrudur, onlara aid olan halda əmlakımızın qanunsuz sahiblikdən geri tələb olunmasına gərək yoxdur, çünki əmlakımızın qanuni və faktiki sahibiyik. Amma, əmlakımızla bağlı hüquqlarının pozulmasına səbəb olmuş qanunsuz alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun nəticələrinin tətbiqi onların hüququdur ki, bu hüquqlarından istifadə edərək müvafiq tələblərini məhkəməyə təqdim etmişdilər.1-ci instansiya məhkəməsi tələblərini qanuni hesab edərək ədalətli qərar çıxarmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tələblərini qismən təmin etmiş, etibarsız hesab olunmalı olan müqaviləni etibarsız hesab etməmiş və bununla da vərəsəlik hüquqlarının bərpasına mane olan hüquqi nəticələr tətbiq olunmamış/icra edilməmiş qalmışdır.

65. Göründüyü kimi, mübahisələndirdiyi müqavilə bağlanarkən miras payı hissəsi üzərində onun sahiblik və istifadə hüquqları olmuşdur və indi də vardır. Bu hüquq həmin əmlak payı hissəsi ilə bağlı sonrakı tarixdə buna hüququ olmayan və səlahiyyəti çatmayan şəxslər tərəfindən bağlanmış qanunsuz müqavilə ilə aradan qaldırıla bilməzdi. Beləliklə, aydın olur ki, əmisi cavabdeh3 və əmisi nəvəsi cavabdeh4 Abasağa oğlu arasında baş tutmuş əqd - onun vərəsəlik payının daxil olduğu əmlak hissəsinin alqı-satqısı müqaviləsi hüquqi deyildir. Belə ki, müqavilə obyekti Satıcıya məxsus olmamış, onun sahiblik və istifadəsində olmamışdır. Məhkəmə mülki qanunvericiliyin əmlaka qanuni mülkiyyətlənmə (vərəsəliyə əsaslanan) vəsahiblik/istifadə hüquqları ilə bağlı normalarını tətbiq etməli olduğu halda etməmişdir.

66. Hesab edir ki, məhkəmə cavabdeh cavabdeh4 ˝vicdanlı alıcı˝ kimi qəbul etməmişdən öncə, AR Konstitusiya Məhkəməsi Plenumunun ˝N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝## ##### 2021-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyi tətbiq etməli idi. Lakin, KM Plenumunun hüquqi mövqeyi tətbiq edilməmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi əqdin etibarlılığı şərtlərini araşdırmadan (bu, KM-nin qərarının tələbidir)şəxsin vicdanlı alıcı olması nəticəsinə gəlmişdir. Bu da onunla bağlı olmuşdur ki, KP-nin qeyd edilən qərarındakı hüquqi mövqeyi tətbiq etməmişdir.

68. Işin hallarından görünür ki, apellyasiya məhkəməsi 4 vərəsə olmasını tanımışdır. Göründüyü kimi, məhkəmə mərhum əmim Yəhya Balanı( gələcək ˝Satıcı˝nı) vərəsə kimi tanımışdır. Eləcə də, digər əmisi Isabalanı vərəsə kimi tanımışdır. Iş üzrə cavabdeh cavabdeh4(gələcək ˝Alıcı˝) məhkəmənin 4 vərəsə kimi tanıdığı vərəsələrdən birinin – Isabalanın nəvəsidir(Həsənmübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3ğanın, Abasağa isə Isabalanın oğludur). Göründüyü kimi, saxta və yalançı alqı-satqı əmim ilə onun doğmaca qardaşının nəvəsi arasında aparılmışdır. Öz payını – ¼-sini öz oğlanlarına bağışladıqdan sonra miras qoyanın(nəslin) yerdə qalan ¾ hissədəki vərəsəlik payını cavabdeh4 ˝satan˝ əmisi Yəhya Bala bir sual verməli idi ki,˝ ay Həsənağa, axı sənin vərəsə olan atan vardır, nə üçün o gedib mülkü vərəsəliklə adına keçirmirsiz, sən onun yerinə bu qədər ˝pul vəsaiti˝ xərcləyərək əmlakı alırsan, özü də təkcə baban Isabalanın deyil, həm də əmilərin Yusifin və Yaqubun paylarını(torpaq sahələri hissələrini) da alırsan? Məqsədin nədir ki, nəslin 4 vərəsəsindən üçünün payını alırsan?˝. Ola bilər ki, əmisi Yahya Bala bu qanunsuzluqda əlbir olduğu qardaşı nəvəsi cavabdeh4 bu sualı verməyib, amma, hakim ki, bunu düşünməli idi. cavabdeh4 marağı/məqsədi nə olmuşdur ki, babasından miras qalmış əmlakı vərəsəlik yolu ilə məsrəfsiz almalı olduğu halda, ˝külli miqdarda məsrəf sərf etməklə ˝alqı-satqı yolu ilə, özü də əmlakı faktiki sahibliyinə qəbul etmədən ˝əldə etmək məcburiyyətində qalmışdır˝. Görəsən, onu buna nə vadar etmiş, nə məcbur etmişdir? Özü də payların öz vərəsələri/sahibləri, faktiki miras qəbul edənləri olduğu halda. Beləliklə, qeyd edilənlərdən görünür ki, Mülki Məcəllənin 14-cü fəslinin normaları apellyasiya məhkəməsi tərəfindən tətbiq edilməmişdir. 1/4 hissədə miras hüquqlarının tanınması o deməkdir ki, məhkəmə vərəsələri 4 nəfərdən ibarət hesab etmişdir. Isa Bala, Yəhya Bala, Yaqub və Yusif. Miras əmlak 0.549 ha torpaq sahəsidirsə və anamla mənim ¼ hissəyə(Yusifə məxsus hissəyə) vərəsəlik hüquqlarını tanınmışdırsa, onda həmin hisssə üzrə sənədlər də ləğv olunmalı/etibarsız hesab edilməli idi və bu, qətnamədə əks olunmalı idi. Bunların bəziləri edilib,bəziləri isə edilməyib.

69. Əgər ¼ hissədə onların (onun və anasının) iddiaları təmin olunurdusa, onda cavabdeh3 ilə cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsi onlara aid 1/3 hissədə (ən azı bu hissədə, əslində isə bütünlüklə etibarsız hesab edilməli idi) də etibarsız hesab edilməli idi, çünki, cavabdeh3 özünə aid ¼ hissəni öz övladlarına bağışlamış, yerdə qalan ¾ hissəni isə cavabdeh4 uydurma/yalan alqı-satqı ilə satmışdır (məhkəmə bunu yanlış olaraq tam şəkildə qanuni hesab etmişdir). Yəni, onlara ( ona və anasına) aid olan ¼ hissə, alqı-satqının predmeti/obyekti olan ¾ hissənin(0,429haın) tərkib hissəsidir. Müqavilə etibarsız hesab olunmayıb, bu, qətnamənin nəticə hissəsində əks olunmayıb. - Əgər ¼ hissədə iddiaları təmin olunurdusa, onda cavabdeh4 adına 0.429 ha torpaq sahəsi ilə bağlı verilmiş çıxarış da 1/3 hissədə ləğv olunmalı idi, çünki, onlara aid olan ¼ hissə, cavabdeh4 adına verilmiş çıxarışın tərkib hissəsidir. cavabdeh4 adına olan Çıxarış ləğv olunmayıb, bu, qətnamənin nəticə hissəsində əks olunmamışdır.

70. Məhkəmə cavabdeh4 ˝vicdanlı alıcı˝ kimi qəbul edirdisə, bunu onların (onun və anasının) hissəmizə münasibətdə tətbiq edə bilməzdi, çünki bizi ¼ hissənin vərəsəsi kimi tanımışdır. Məhkəmə əgər, vicdanlı alıcı kimi onun hüquqlarını qorunmalı olması nəticəsinə gəlirdisə ,onda Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını – 1091 və 1093-cümaddələrini tətbiq etməli idi. Bu halda, məhkəmə belə bir nəticəyə gəlməli idi ki, əmisi cavabdeh3 mənim əmlakım hesabına əsassız olaraq varlanmışdır. Mülki qanunvericiliyə görə isə əsassız varlanma hüquqazidd əməllərdən hesab olunur. Belə çıxır ki, məhkəmə, cavabdeh əmim cavabdeh3 münasibətdə onların vərəsəlik hüququnu tanımış, amma onun əsassız varlanmasına səbəb olan hüquqi sənədləri isə etibarsız(Həsənağa ilə müqaviləsini) hesab etməmiş və ləğv(Həsənağanın çıxarışını) etməmişdir.

71. Əgər, əmisi cavabdeh3 ilə əmisi nəvəsi cavabdeh4 arasında bağlanmış müqavilə etibarlı hesab olunurdusa belə, onlara aid olan hissədə bu müqavilə qanuni ola bilməz/qanuni hesab edilə bilməzdi. Çünki, cavabdeh3 onlara aid olan hissəni qanunsuz olaraq cavabdeh4 satmış hesab olunur. Belə ki, bu halda cavabdeh3 özünə aid olmayan hissəni cavabdeh4 ˝satmışdır˝. Yəni, vərəsəlik əsasında sahibi/mülkiyyətçisi olduğu daşınmaz əmlakı ˝Alıcı˝ cavabdeh4 təqdim etməklə cavabdeh3˝ əldə etdiyi pul məbləği˝ əsassız varlanma yolu ilə əldə edilmiş əmlak hesab olunmalıdır. Bu halda, onun əmlakı onun özünə qaytarılmalı idi (əgər əmlakından/pay hissəsindən məhrum olardısa, lakin nə həmin zaman və nədəki hazırkı halda əmlakımdan/pay hissəsindən məhrum olmamış, əmlakının faktiki sahibi/olmuşdur), ˝Alıcı˝ cavabdeh4 isə ˝Satıcı˝ya qarşı iddia qaldıra bilər.

72. Əgər, məhkəmə, əmisi cavabdeh3 münasibətdə onların (onun və anamın) hüquqlarını tanımış və bununla bağlı olaraq vərəsəlik şəhadətnaməsini və bu şəhadətnamə əsasında verilmiş çıxarışı onlara aid olan ¼ hissədə ləğv etmişdirsə, onda bu, o deməkdir ki, Məmmədov Yəhya Bala ˝sonralar aradan qalxmış əsasa˝ söykənərək əmlaklarını başqasına satmışdır ki, bu da əsassız varlanma deməkdir. Mülki Məcəllənin“1091.1.-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Yəni qanunvericilik, ˝sonralar aradan qalxmış əsas˝ı da hüquqi əsas olmadan yaranmış hala bərabər tutmuşdur. Eləcə də bu, o deməkdir ki, özümə aid olan hissədə əmlakı əlindən çıxmadan başqasının varlanma obyekti olmuşdursa, bu halda, bu hissə ilə bağlı bağlanmış müqavilə etibarsız hesab edilməlidir/edilməli idi. Həmin müqavilənin etibarsızlığı onun elə öncədən, yəni ilk iddia verdiyi zamandan tələblərindən biri olmuş və 1-ci instansiya tərəfindən ədalətli olaraq təmin edilmişdi, amma təəssüf ki, apellyasiya instansiyası məhkəməsi ziddiyyətli qətnaməsi ilə bu hissədə tələbimi qanunsuz olaraq təmin etməmişdir. Göründüyü kimi, məhkəmə Məmmədov Yəhya Bala ilə cavabdeh4 arasındakı ˝müqavilə˝ni tam olaraq, hətta, qanuni hesab etsə belə, bu halda da onlara (ona və anasına) aid olan ¼ hissədə (müqavilənin 1/3 hissəsində) qanuni hesab edə bilməzdi. Çünki, həmin hissədə müqavilə heç vaxt – müqavilənin bağlanmasından keçən 10 ilə yaxın bir müddətdə icra olunmamışdır. Bu müqavilənin bağlanmasına qədər və bağlanması zamanında da əmlak tərəflərin (Satıcı və Alıcının) sahiblik və istifadəsində olmamışdır. Əmlak pay hissəsi artıq 35 ildən çoxdur ki, onların (onun və anamın) sahiblik və istifadələrindədir, belə də davam etməkdədir. Onlara qədər isə atasının faktiki və qanuni sahibliyində olmuşdur.

73. Işin faktiki hallarından aydındır ki, əmisi Yəhya Bala onlara məxsus olan əmlak payı hissəsini cavabdeh4 adına alqı-satqı yolu ilə keçirmişdir. Halbuki, Satıcının Alıcıya ˝verdiyi˝ əmlak əslində verilməmişdir. Yəni, Satıcı Alıcıya üçüncü şəxsin hüquqlarından azad əşya verməmiş, üçüncü şəxsə məxsus olan əşya vermişdir. Burada üçüncü şəxs onların (o və anası) onların əmlaklarının alqı-satqısını aparmışlar. MM-nin sözügedən 572-573-cü maddələrini qeyd edilən halda tətbiq etsək, onda normaların məzmununa görə, üçüncü şəxsin öz malını alıcıdan geri almaq, geri tələb etmək hüququ vardır. Alıcının alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ, satıcının isə alıcıya dəymiş zərəri ödəmək vəzifəsi vardır. Lakin təəssüf ki, məhkəmə Mülki Məcəllənin 646, 567, 572, 573-cü maddələrini tətbiq etməmişdir.

74. Məhkəmə qətnamənin 112-ci maddəsində ifadə etmişdir ki, ˝112. Belə ki, 0,549 ha olan mübahisəli miras kütləsində hər bir vərəsənin payı ¼ hissə olmaqla, təqribi 0,137 ha, daha dəqiq desək, 13,72 sot müəyyən olunur. Etibarsız hesab edilən bağışlama müqavilələri əsasında iddiaçılara 0,12 (0,6+0,6) ha, yəni 12 sot torpaq sahəsi düşür ki, bu halda təqribi 0,017 ha (1,72 sot) torpaq sahəsi çatışmır.˝.

75. Işin hallarından görünür ki, əmlak vərəsələr arasında bölünməmişdir. Bu üzdən əmlakın qətnamədə bölgüsünün aparılması və bununla bağlı rəqəmlərin ifadə olunmasını hüquqlarının pozulması hesab edir. Bölgü bu məhkəmənin predmeti olmamış, iddia tələbində ifadə olunmamışdır. Belə bir halda, məhkəmənin konkret rəqəmlərə istinad etməklə, indidən bölgü aparılmasını düzgün hesab etmir, bu 1157-ci maddənin tələbinə ziddir. Əslində, bu, gələcəkdə (qətnamə qüvvəyə mindikdə) tərəflərdən birinə normadan preyudisiya qaydasında haqsızcasına istifadə etməsinə yol/imkan aça bilər. Əgər, əmlakın bölgüsü aparılmamışdırsa və miras əmlak da 0.549 ha torpaq sahəsidirsə, həmçinin məhkəmə də 4 qardaşı – Isabala, Yəhya Bala, Yusif və Yaqubu 1-ci növbəli vərəsə kimi tanımışdırsa, onda bu əmlak vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakın bölünməsi, yaxud tamının və ya bir hissəsinin özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatlar da etibarsızdır və etibarsız hesab olunmalı idi. Məhkəmə 1157-ci maddəni qətnamədə qeyd etsə də, bunu nə üçün qeyd etdiyini, hansı münasibətlərə tətbiq etdiyini dəqiq ifadə etməmiş və açıqlamamışdır. Bu da normanın düzgün tətbiq edilmədiyini ifadə edir.

76. Maraqlı şəxslər maraqlı şəxs1 və maraqlı şəxs2 Yəhyabala oğlu (vəkil vəkil1 oğlu) ayrıayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** nömrəli mülki iş üzrə qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

77. Kassasiya şikayətləri Mülki Məcəllənin 1151.1, 1243.2 və 1256-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi ##.##.2026-ci il tarixli qətnamə ilə əsassız şəkildə iddianı qismən təmin etmiş və maraqlı şəxs2 münasibətdə ünvan 2 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsinin maraqlı şəxs2 bağışlamasına dair ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsini, maraqlı şəxs1 Yəhya Bala oğluna münasibətdə torpaq sahəsinin 0.06 ha hissəsinin maraqlı şəxs1 Yəhya Bala oğluna bağışlamasına dair ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmiş və maraqlı şəxs1 Yəhya Bala oğlunun adına 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 5A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatı silinmişdir. Hazırkı mübahisə üzrə məhkəmənin mövqeyinə diqqət yetirdikdə: - “Belə ki, hazırkı iş üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi Q.Səlimovanın mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair ##.##.2017-ci il tarixdə Q.Səlimovanın (ölümündən sonra) adına Çıxarış verilmişdir. Q.Səlimova ##.##.1987-ci il tarixdə ölmüş, ondan ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi miras əmlak qalmışdır. Həmin miras əmlak mirasqoyan Q.Səlimovanın birinci növbə vərəsələri – oğlanları Isabala, Yəhya Bala, Yaqub və Yusif tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq miras əmlakı idarə etmişlər. Onların dördü də vəfat etmişdir. Iddiaçının atası Yusif ölən günə qədər mübahisəli torpaqda yerləşən fərdi yaşayış evində yaşamışdır. Iddiaçılar da həmin evdə qeydiyyatdadırlar və yaşayırlar”. (bax: *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnamənin 99-cu bəndi). - Mülki işin araşdırılan halları baxımından 1-ci iddiaçı və 2-ci iddiaçının qanun üzrə vərəsə olması və miras əmlakı qəbul etmələri mülki işin mübahisəsiz hallarıdır. (bax: *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnamənin 100-cü bəndi). Göründüyü kimi, məhkəmənin mövqeyinə görə Q.Səlimovanın oğlanları Isabala, Yəhya Bala, Yaqub və Yusif tərəfindən sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq qəbul etmişdirlər. Xüsusilə qeyd olunmalıdır ki, Yusif Məmmədovun sözügedən ərazidə yaşaması faktı həqiqətə uyğun deyildir. Belə ki, iddiaçının öz iddia ərizəsində də göstərildiyi kimi, Yusif İddiaçı Səlimovanın yaşadığı mənzildə yaşamış və Q. Səlimova məhz onun yanında vəfat etmişdir. Bu hal belə Yusif Məmmədovun mübahisəli ünvanda yaşamadığını dolayı yolla təsdiq edir. Eyni zamanda müəyyən olunur ki, Yusif Məmmədov atasından miras qalmış ünvan 13 ünvanında yerləşən evi 1956-cı ildə satdıqdan sonra erkən yaşlarından etibarən ticarətlə, xüsusilə qızıl-zinət əşyalarının və brilyant daşlarının alqı-satqısı ilə məşğul olmuş, zərgərlik sahəsində “Brilyant Yusif” kimi tanınmışdır. Daha sonra o, 1970-ci illərdə Moskva şəhərinə köçərək uzun müddət orada yaşamış, yalnız 1980-ci illərdə Bakıya qayıtmışdır. Həmin dövrdə maliyyə imkanlarının geniş olması səbəbilə ünvan 3 ünvanında yerləşən binada mənzil əldə etmiş və həyatını əsasən həmin ünvanda davam etdirmişdir. Sadalanan hallar açıq şəkildə göstərir ki, Yusif Məmmədov ünvan 5 ünvanında Qüdrət Səlimova ilə birlikdə yaşamamışdır. O, uzun illər Moskva şəhərində, daha sonra isə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən mənzildə yaşamışdır. Bu səbəbdən də Q. Səlimovanın məhz Yusif Məmmədovun yanında vəfat etməsi barədə iddialar da əsassızdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində Sabunçu Rayon Icra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə keçmiş nümayəndəsi Z. Cəfərov tərəfindən verilmiş arayışa istinad etmişdir. Həmin arayışda qeyd olunur ki, “Q. Səlimova mülkiyyətində olan ünvan 10 ünvanında vəfatına qədər ailəsi ilə birlikdə yaşamış və ##.##.1987-ci ildə vəfat etdikdən sonra həmin ünvandan daimi qeydiyyatdan çıxarılmışdır.” Iddiaçı bu arayışa istinad edərək Q. Səlimovanın ölümünə qədər həmin ünvanda ailəsi ilə birlikdə yaşadığını və mirasın onun ölümündən sonra övladları tərəfindən qəbul edildiyini iddia etsə də, qeyd olunan arayış Yusif Məmmədovun konkret olaraq həmin ünvanda yaşamasını və ya mirası faktiki qəbul etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Çünki sözügedən arayışda ailə üzvləri kimi kimin çıxış etdiyini müəyyən etmək mümkün deyildir. Məhz bu hallar sübut edir ki, Qüdrət Səlimova 1987-ci il tarixində vəfat etdikdən sonra Yusif Məmmədov miras əmlakını qəbul etməmişdir. Mülki Məcəllənin 1151-ci maddəsindən də göründüyü kimi, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu aktiv və passivlər daxildir. Yusif Məmmədov da qanunla nəzərdə tutulmuş qaydada anası Qüdrət Səlimovadan qalan mirası qəbul etməmişdir. Belə olan halda Qüdrət Səlimovaya məxsus ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsindən Yusif Məmmədova vərəsəlik qaydasında miras payı keçməmişdir. Beləliklə, Yusif Məmmədov tərəfindən miras əmlakı qəbul edilmədiyindən onun vərəsələri kimi çıxış edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 və İddiaçı tərəfindən hər hansı mirasın qəbul edilməsindən söhbət belə gedə bilməz. Məhz bu hallar göstərir ki, məhkəmə Mülki Məcəllənin 1151.1-ci, 1243.2-ci maddələrinin tətbiqində səhvə yol vermiş və əsassız şəkildə iddianı qismən təmin etmişdir. Bunun nəticəsində maraqlı şəxs1 və maraqlı şəxs2 vərəsəlik hüquqları pozulmuşdur. Məhz yuxarıda qeyd olunan hallara əsasən, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə əsassız olmaqla, maraqlı şəxslərin hüquqlarının pozulmasına səbəb olmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

78. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

79. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

80. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

81. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

82. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

83. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

84. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

85. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

86. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

87. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

88. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

89. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

90. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarı

91. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

94. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

95. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

96. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

97. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

98. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

99. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

100. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

101. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

102. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

104. Hazırkı kassasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməyən və cavabdeh3 ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini maraqlı şəxs2 bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə və 0.06 ha hissəsini maraqlı şəxs1 Yəhya Bala oğluna bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə ilə qeyd edilmiş “bağışlama müqavilələri”nin etibarsız hesab edilməsi və maraqlı şəxs1 Yəhya Bala oğlunun adına 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 5A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatının silinməsinə aid hissələrində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

105. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

106. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin əmlakın vərəsələr arasında bölünmədiyi, bu üzdən əmlakın qətnamədə bölgüsünün aparılması və bununla bağlı rəqəmlərin ifadə olunmasını hüquqlarının pozulması hesab etdiyi, bölgünün bu məhkəmənin predmeti olmadığı, iddia tələbində ifadə olunmadığ,belə bir halda, məhkəmənin konkret rəqəmlərə istinad etməklə, indidən bölgü aparılmasını düzgün hesab etmədiyi barədə dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Çünki, əvvəla mirasda payın müəyyən edilməsi iddianın predmeti olmuşdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi onu nəzərə almışdır ki, iddiaçıların miras payı ümumi miras kütləsinin ¼ hissəsini təşkil etdiyindən iddiaların təmin edilən hissəsi onların mirasdakı payını əsasən əhatə edir. Onun çatışmayan hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçılar bununla bağlı hüquqlarının pozulmasında məsul olan şəxsə (və ya onun vərəsələrinə) qarşı tələb irəli sürməklə çatışmayan hissəsinin əvəzinin ödənilməsini tələb edə bilərlər. Belə ki, 0,549 ha olan mübahisəli miras kütləsində hər bir vərəsənin payı ¼ hissə olmaqla, təqribi 0,137 ha, daha dəqiq desək, 13,72 sot müəyyən olunur. Etibarsız hesab edilən bağışlama müqavilələri əsasında iddiaçılara 0,12 (0,6+0,6) ha, yəni 12 sot torpaq sahəsi düşür ki, bu halda təqribi 0,017 ha (1,72 sot) torpaq sahəsi çatışmır.

107. Qeyd edilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki bənddə qeyd edilən əsaslandırması işin hallarına uyğundur.

108. Məhkəmə kollegiyası maraqlı şəxslərin kassasiya şikayətinin, Yusif Məmmədov tərəfindən miras əmlakı qəbul edilmədiyindən onun vərəsələri kimi çıxış edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 və İddiaçı tərəfindən hər hansı mirasın qəbul edilməsindən söhbət belə gedə bilməyəcəyi barədə dəlilinə əsasən bildirir ki, bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi Q.Səlimovanın mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair ##.##.2017-ci il tarixdə Q.Səlimovanın (ölümündən sonra) adına çıxarış verilmişdir. Q.Səlimova ##.##.1987-ci il tarixdə ölmüş, ondan ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi miras əmlak qalmışdır. Həmin miras əmlak mirasqoyan Q.Səlimovanın birinci növbə vərəsələri – oğlanları Isabala, Yəhya Bala, Yaqub və Yusif tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq miras əmlakı idarə etmişlər. Onların dördü də vəfat etmişdir. Iddiaçının atası Yusif ölən günə qədər mübahisəli torpaqda yerləşən fərdi yaşayış evində yaşamışdır. Iddiaçılar da həmin evdə qeydiyyatdadırlar və yaşayırlar. Mülki işin araşdırılan halları baxımından 1-ci iddiaçı və 2-ci iddiaçının qanun üzrə vərəsə olması və miras əmlakı qəbul etmələri mülki işin mübahisəsiz hallarıdır. Iddiaçılar miras qoyanın anası Q.Səlimovanın vəfatından sonra qəbul etdiyi ¼ hissədə miras əmlakına qanun üzrə birinci növbəli vərəsələr kimi pay hüququna malikdirlər.

109. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi

110. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxslərin kassasiya şikayətinin Yusif Məmmədov tərəfindən miras əmlakı qəbul edilmədiyindən onun vərəsələri kimi çıxış edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 və İddiaçı tərəfindən hər hansı mirasın qəbul edilməsindən söhbət belə gedə bilməyəcəyi barədə dəlili məhkəmə qətnaməsinin ləğvinə əsas təşkil etmir.

111. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissələr üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissələrdə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

112. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələr üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

113. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı, maraqlı şəxslər maraqlı şəxs1 və maraqlı şəxs2 Yəhyabala oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməyən və cavabdeh3 ünvan 5 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini maraqlı şəxs2 bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə və 0.06 ha hissəsini maraqlı şəxs1 Yəhya Bala oğluna bağışlamasına dair Bakı şəhəri ** saylı DNK-da ##.##.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-*** nömrə ilə qeyd edilmiş “bağışlama müqavilələri”nin etibarsız hesab edilməsi və maraqlı şəxs1 Yəhya Bala oğlunun adına 0.06 ha torpaq sahəsi üzərində yerləşən ünvan 5A saylı fərdi yaşayış evinin ilkin qeydiyyatının silinməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar