Məhkəmə qərarları › İş №2(1-8)-1032/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1032/2026

04.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1032/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tələbin cavabdeh olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı “X2” MMC-də, daha sonra isə “xxxx” MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı Iddiaçı cavabdeh “xxxx Holding” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-də işlədiyi müddətdə və vəzifəsindən azad olunduğu vaxtdan sonra iddiaçıya maddi cəhətdən dəymiş ziyanın əvəzi olaraq 187000 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx Holding” MMC-ni Cavabdeh MMC ilə əvəz etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 2016-cı il tarixindən Cavabdeh MMC Şirkətlər qrupunun tabeliyində olan “X2” MMC-də torpaq məsələləri üzrə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. “X2” MMC ## #### 2015-ci il tarixində Cavabdeh MMC tərəfindən yaradılmışdır. Şirkətin icraçı direktoru X4 həmin müddətdə Cavabdeh MMC-də Hüquq Departamentinin direktoru vəzifəsində işləyirdi. Cavabdeh MMC ilə “X2” MMC bir ünvanda, yəni Ünvan ünvanında (“XXX” adlı binada) yerləşirdi. Ilkin olaraq onun aylıq vəzifə maaşı 1200 manat olmuşdur. Bildirmişlər ki, bir müddət işlədikdən sonra aylıq vəzifə maaşı artırılacaq. ## #### 2019-cu il tarixdə həmin şirkətin adı dəyişdirilərək, “X1” MMC adlandırıldı. ## ###### 2019-cu il tarixdə qeyd edilən şirkət ləğv olunduğundan ixtisarla əlaqədar 4 ay işsiz qalmışdır. ## ###### 2019-cu il tarixində X3 onu Cavabdeh MMC-nin tabeliyində fəaliyyət göstərən “xxxx” MMC-də torpaq məsələləri üzrə mütəxəssis vəzifəsinə təyin etdi. Aylıq vəzifə maaşını isə 900 manat müəyyən etdi və bildirdi ki, bir müddət işlədikdən sonra vəzifə maaşı artırılacaq. 2016cı ilin iyun ayından ## #### 2023-cü il tarixinə kimi Cavabdeh MMC-nin torpaq məsələləri üzrə problemlərinin çox hissəsini, torpaq məsələlərinə aid mübahisələrlə əlaqədar məhkəmə işlərində şirkətin xeyrinə işləri həll etmişdir. Lakin, ## #### 2023-cü il tarixində “xxxx” MMC-nin ləğv olunması ilə bağlı ixtisarla əlaqədar olaraq işdən azad olunmuşdur. X3 son vaxtlara qədər ona vəd verirdi ki, başqa işlə təmin olunacaq. Lakin bu vaxta kimi deyilən vədlərə baxmayaraq işlə təmin olunmamışdır. Beləliklə, işsiz qaldığı üçün bu müddətdə ona 182000 manat maddi ziyan dəymişdir. Bundan əlavə, şirkətdən ixtisarla əlaqədar vəzifədən azad olunduqdan sonra Cavabdeh MMC-nin tabeliyində fəaliyyət göstərən digər şirkətin - “xxxx” MMC-nin məhkəmə işlərini həll etmək üçün ona müraciət etmişlər. Cavabdeh MMC-nin tabeliyində fəaliyyət göstərən “xxxx” MMC-nin (Göygöl və Samux rayonları inzibati ərazilərində yerləşən) məhkəmə mübahisələrini qanuna müvafiq olaraq şirkətin xeyrinə həll etmişdir. Bununla əlaqədar olaraq həmin şirkətin icraçı direktoru XXXdan 5000 manat zəhmət haqqının ödənilməsini xahiş etmiş, lakin həmin pul vəsaiti də ödənilməmişdir. Bununla əlaqədar olaraq, bu vaxta kimi işsiz qaldığı üçün iddiaçıya 187000 manat maddi cəhətdən ziyan dəymişdir.

5. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh MMC iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçının iddia tələbinin yönəldiyi şirkət Cavabdeh MMC ola bilməz. Çünki sözügedən şəxs heç bir vaxt Cavabdeh MMC-nin əməkdaşı olmamış, işçi olaraq onunla əmək müqaviləsi bağlanmamışdır. Iddiaçının bildirdiyinə görə o, guya ## ###### 2016-cı ildən “xxxx Holding” MMC adlı şirkətdə torpaq məsələləri üzrə mütəxəssis, daha sonra ## ###### 2019-cu ildə “xxxx” MMC-də işləmişdir. Lakin, iddiaçının əmək kitabçasının surətindən göründüyü kimi o, əvvəlcə “X2” MMC-də, daha sonra “xxxx” MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir və belə olan halda Cavabdeh MMC-nin hazırkı işdə cavabdeh olaraq cəlb edilməsi və ona qarşı iddia tələbinin yönəldilməsi əsassızdır. Bu halda əsl olmayan cavabdehin əvəz edilməsi həyata keçirilməlidir.

6. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məktuba əsasən dövlət reyestrində “X2” MMC-nin (VÖEN **********) ## #### 2015-ci il tarixdə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin qərarına əsasən adının ## #### 2019-cu il tarixdə dəyişdirilərək, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti olması barədə məlumat mövcuddur. Reyestrdə “xxxx” MMC-nin (VÖEN: **********) ## ### 2016-cı il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.

7. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktuba əsasən dövlət reyestrində “xxxx Holding” Maliyyə-Sənaye Qrupu Baş Şirkətinin (VÖEN: **********) ## ######## 2005-ci il tarixdə 0105-XXX-43898 nömrə ilə dövlət qeydiyyatından keçməsi, ## ##### 2016-cı il tarixdə yenidən təşkil olunaraq “xxxx Holding” MMC-yə çevrilməsi və “xxxx Holding” MMC-nin adının ## ### 2023-cü il tarixdə dəyişdirilərək “xxxx” MMC (ləğv prosesindədir) olması barədə məlumat mövcuddur. Reyestrdə “xxxx” MMC-nin təsisçisinin qərarına əsasən həmin Cəmiyyətin ## ###### 2025-ci il tarixdə ləğv prosesinə daxil edilməsi barədə məlumat mövcuddur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim F.Əlizadə) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətinə əsasən müəyyən edilmişdir ki, Iddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olmamışdır. Iddiaçı əvvəl “X2” MMC-də, daha sonra “xxxx” MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir. Cavabdeh MMC hazırkı iş üzrə əsl olmayan cavabdehdir. Odur ki, cavabdehin etirazda qeyd etdiyi xüsusatlar əsaslıdır.

10. Göstərilən xüsusatlar məhkəmə iclaslarında iddiaçıya bir neçə dəfə izah edilsə də, iddia ərizəsi üzrə cavabdeh əsl cavabdehlə əvəz edilməmiş, iddiaçı arqument olaraq bildirmişdir ki, “X2” MMC və “xxxx” MMC Cavabdeh MMC-nin tabeçiliyində olan şirkətlər olmuşdur. Məhkəmə isə qeyd etmişdir ki, mülki hüquq münasibətlərinin subyekti kimi hər hüquqi şəxs müstəqil qurumdur.

11. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəlmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra işçiyə əmək haqqının ödənilməsi istisna olunur. Əmək haqqının təyinatı əmək funksiyalarını icra edən işçinin əməyinin kompensasiya edilməsidir. Şəxs(lər)lə ilə əmək münasibətlərinə daxil olmaq isə işəgötürənin vəzifəsi deyildir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 154, 155-ci, Mülki Prosessual Məcəllənin 50-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Rüstəmli və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia zərərin ödənilməsi ilə bağlıdır. Zərərin mövcud olub-olmamasını müəyyən etmək ilkin olaraq zərərin müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, sonradan isə mülki hüquq pozuntusu, əsassız varlanma və digər əsasların mövcud olub-olmaması qiymətləndirilməlidir.

17. Işin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə əmək münasibətlərində olmamışdır, əmək münasibətlərində olduğu hüquqi şəxslərlə əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, sonradan bu əmək müqavilələrinə müxtəlif əsaslarla xitam verilmiş və bu barədə olan əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

18. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyinin mövcud olması, iddiaçıya qarşı mülki hüquq pozuntusu törədilməsi və digər xüsusatlar işin halları ilə təsdiqini tapmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14, 21, 1096, 1097ci, Əmək Məcəlləsinin 3, 42, 68, 154, 300-cü, Mülki Prosessual Məcəllənin 50-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

20. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 191, 195-ci, Mülki Prosessual Məcəllənin 77-ci maddələrin tələbləri pozulmuşdur.

22. Belə ki, cavabdeh tərəfindən iddiaçıya vəd verdiyi əmək haqqı ödənilməmişdir. Eyni zamanda, əlavə işləri də yerinə yetirdiyinə baxmayaraq, əmək haqqı ödənilməmişdir. Iddiaçını işə qəbul edən cavabdeh təşkilat onu aldatmış, vəd etdiyi əmək haqqını ödəməmiş, eyni zamanda da ixtisar adı ilə MMC-ni ləğv etmiş, onu işlə təmin etməmiş və nəticədə iddiaçıya 187000 manat ziyan vurmuşdur. Cavabdeh MMC-nin əsl cavabdeh olmasına baxmayaraq, məhkəmə hesab etmişdir ki, əsl cavabdeh deyil.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi, vəkil Nümayəndə kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasının surətindən göründüyü kimi, o, əvvəlcə “X2” MMC-də, daha sonra “xxxx” MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir və belə olan halda Cavabdeh MMC-nin hazırkı işdə cavabdeh olaraq cəlb edilməsi və ona qarşı iddia tələbinin yönəldilməsi əsassızdır. Kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, iddiaçı onun əmək hüquqlarının pozulmasını iddia etməklə, cavabdehdən vurulmuş zərərin ödənilməsini tələb etmişdir.

33. Lakin, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh MMC iddiaçıya münasibətdə işəgötürən kimi çıxış etmədiyi halda, iddiaçı tələbi buna cavab verməli olmayan həmin şəxsə qarşı yönəltmişdir.

34. Belə olan təqdirdə, iddianı rədd etməklə, məhkəmələr Mülki Prosessual Məcəllənin 54.1 və 54.2-ci maddələrinin tələblərinə riayət etmişlər.

35. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar